Əl-maiDƏ (SÜFRƏ)


(5.120) “Göylərin, yerin və onlarda olan hər şeyin hökmü Allaha məxsusdur. Allah hər şeyə qadirdir!”



Yüklə 2,51 Mb.
səhifə69/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   65   66   67   68   69   70   71   72   ...   317
(5.120) “Göylərin, yerin və onlarda olan hər şeyin hökmü Allaha məxsusdur. Allah hər şeyə qadirdir!”
Allah göylərdə və yer üzərində hökmrandır, çünki O, onları yaratmış və Öz Qədər, din və ədalətli əvəz vermə Qanunlarına müvafiq olaraq idarə edir. O, bütün varlıqlar üzərində hakimdir və Ona görə mümkün olmayan bir şey yoxdur. Əksinə, bütün məxluqlar Onun iradəsinə baş əyir və hökmlərinə tabedirlər.

b \

ƏL-ƏNAM”



(“MÜLK”)

SURƏSİNİN ŞƏRHİ



ﭑ ﭒ ﭓ ﭔ
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
              
(6.1) “Göyləri və yeri (yoxdan) xəlq edən, zülmətləri və nuru yaradan Allaha həmd olsun! (Bu qüdrəti gördükdən) sonra kafir olanlar yenə (bütləri) öz Rəbbinə tay tuturlar”.
Fövqəluca Allah bəyan edir ki, Özünün kamil sifətlərinə və əzəmətli özəlliklərinə görə ümumiyyətlə və sadalanan əməllərinə görə isə xüsusilə Ona həmd edilməsinə layiqdir. O, Onun hüdudsuz qüdrətini, mükəmməl elmini, hər şeyi əhatə edən mərhəmətini və kamil müdrikliyini təsdiq edən göyləri və yeri yaratmasına görə Özünü tərifləyir. Bununla yanaşı onlar Onun Vahid Xaliq və Hökmdar olmasının dəlilləridir.

Allah Özünü qaranlığı və işığı yaratdığına görə tərifləyir. Qaranlıq və işıq həm maddi (gecə və gündüz, günəş və ay) və həm də mənəvi (nadanlıq, şübhələr, müşrikliyin, günahların və laqeydliyin zülməti və elmin, imanın, etiqadın, mütiliyin nuru) ola bilər.

Bütün deyilənlər onu göstərir ki, Fövqəluca Allah ibadətə və həm də ən səmimi xidmət (qulluq) edilməsinə layiqdir. Lakin bu aydın dəlillərə baxmayaraq, kafirlər Onu yaratdıqları ilə bərabər tutmaqda davam edirlər. Onlar öz bütlərinə ehtiram bəsləyir və onlara, təkcə Ona ibadət etməli olduqları kimi ibadət edirlər, halbuki bütlərin məziyyətlərinin Rəbbin kamil sifətləri ilə heç bir oxşarlığı yoxdur. Həqiqətən də, onlar zəif və köməksizdirlər və çoxlu qüsurlara malikdirlər.

Qeyd etmək lazımdır ki, Allah çoxsaylı zülmətlərin (qaran­lıqların) mövcud olmasını və ancaq tək bir işığın (nurun) varlığını xatırladır, çünki zülmətin çoxlu mənbələri və yolları olduğu halda, Allaha doğru aparan işıqlı yol birdir. O haçalanmır və müvafiq əməlləri dərk etməyə əsaslanır. Fövqəluca Allah buyurur: “Bu, şübhəsiz ki, Mənim doğru yolumdur. Onu tutub gedin. Sizi (Allahın) yolundan sapdıracaq yollara uymayın. (Allah) sizə bunları tövsiyə etdi ki, pis əməllərdən çəkinəsiniz!” (Ənam, 6/153).
              
(6.2) “Sizi palçıqdan yaradan, sonra da (sizin üçün) bir əcəl (ölüm vaxtı) müəyyən edən Odur. (Allahın) yanında məlum bir əcəl də (bütün ölülərin diriləcəyi qiyamət günü) vardır. (Bütün bunlardan) sonra siz yenə də şübhə edirsiniz!”
Allah sizin ulu babanız Adəmi gildən yaratmış, sonra isə sizin Yerdə yaşama müddətinizi müəyyən etmişdir. Siz həmin müddət ərzində nemətlərdən zövq alacaqsınız və Onun elçilərinin sizin aranızda təbliğ etdiklərinə sadiqliyiniz sınaqdan keçirilə­cəkdir. O (Müqəddəs və Müdrik Allah), sizə hər ağıllı olmaq istəyənin ağıllanması üçün lazım olan qədər ömür bəxş edəcəkdir. Allah Qiyamət günü üçün də vaxt müəyyən etmişdir. Yaradıl­mışlar oraya dünya həyatından ayrıldıqdan sonra düşürlər ki, etdikləri yaxşı və pis əməllərə görə əvəzini alsınlar. Lakin bu qüsursuz izahata və inandırıcı sübutlara baxma­yaraq, siz yenə də Allahın vədinə və təhdidinə şübhə gətirməkdə davam edirsiniz və Qiyamət günü əvəz veriləcəyinin həqiqiliyinə əmin deyilsiniz.
            
(6.3) “Göylərdə də, yerdə də yalnız O – Allahdır! Sizin giz­lində də, aşkarda da nəyiniz varsa, tutduğunuz (bütün) əməlləri də O bilir!”
Allah göylərdə də, yerdə də Müqəddəsdir. Ona yaxın olan mələklər və elçilər, saleh insanlar, şəhidlər və möminlər – göylərin və yerin bu və digər məskunları Ona ibadət edir, Onun əzəməti önündə itaət edir və Onun qüdrəti qarşısında baş əyirlər. O, onların gizlətdiyi və ya aşkarda etdikləri və nail olduqları hər şeyi bilir. Qoy onlar özlərini Ondan və Onun mərhəmətindən uzaqlaş­dıran günahlardan və hər hansı digər addımlardan çəkinsinlər. Qoy onlar özlərini Ona və Onun mərhəmətinə yaxınlaşdıran əməllər etməyə can atsınlar.

           
(6.4) “Onlara (Məkkə müşriklərinə) Rəbbinin ayələrindən elə bir ayə gəlməz ki, onlardan üz çevirməsinlər!”
Fövqəluca Allah, Rəbbin ayələrindən heç bir fayda götürməyən müşriklərin, nümunəvi cəzalandırılmasına layiq görülənə qədər, nifrəti, kafirliyi və qərəzkarlıqları barədə xəbər verir. Onlara haqqı təsdiq edən və onları onu qəbul etməyi və ona boyun əyməyi vacib edən təkzibolunmaz möcüzələr göstərilmişdi, lakin onlar dəlillərə diqqət yetirmədilər və onlara heç bir əhəmiyyət vermədilər. Onların qəlbi əks səmtə can atırdı və onlar haqqa arxa çevirdilər.
            

(6.5) “Onlara haqq olan (Quran) gəldiyi zaman onu yalan hesab etdilər. (Mü­şriklərin) məsxərəyə qoyduqlarının (Quranın müsəlmanların qalib gələcəyi, müş­riklərin məğlub olacağı və axirətdə şiddətli əzab görəcəkləri barəsindəki) xəbərləri onlara gəlib çatacaq!”
Həqiqət insanlardan ona itaət edilməsini və Allaha göstərdiyi köməyə və zəruri iza­hat­la­rına görə minnətdarlıq bildirilməsini tələb edir. Kafirlər isə öz Rəbbinin lütfünə tamamilə başqa tərzdə cavab verdilər və bununla da sərt cəzaya layiq oldular. Tamamilə az bir müddət keçdikdən sonra onlar əmin olacaqlar ki, məsxərəyə qoyduqları əsil həqiqət imiş, çünki Allah onların yalanını və iftiralarını ifşa edəcəkdir. Onlar dirildilmənin, Cənnət bağlarının və Cəhənnəmin gerçəkliyinə istehza edirdilər, amma Qiyamət günü başladıqda onlara deyəcəklər: “Bu sizin (dünyada) yalan hesab etdiyiniz həmin cəhənnəm odudur!” (Tur, 52/14).

Fövqəluca Allah belə buyurur: “Onlar: “Allah, ölən bir kimsəni diriltməyəcəkdir!” – deyə Allaha möhkəm and içdilər. Xeyr! (Allah Qiyamət günü ölüləri qəbirlərindən çıxarıb diril­dəcəyi haqda) doğru vəd vermişdir. Lakin insanların əksəriyyəti (bunu) bilməz! (Allah hər bir mömini və kafiri öləndən sonra dirildəcəkdir ki,) ixtilafda olduqları məsələləri izah etsin və (Qiyamət günü ölülərin diriləcəyini) inkar edənlər də özlərinin yalançı olduqlarını bilsinlər”. (Nəhl, 16/38-39).


                               
(6.6) “Məgər özlərindən əvvəl neçə-neçə nəsilləri (üm­mət­ləri) məhv etdiyimizi görmədilərmi? Onlara yer üzündə sizə (məkkəlilərə) vermədiyimiz imkanlar (qüv­vət və sərvət) ver­mişdik. Göydən onlara bol yağış göndərmiş, (evlərinin, sarayları­nın və bağçalarının) altından çaylar axıtmışdıq. Biz onları günahlarına görə məhv etdik və onlardan sonra başqa yeni bir nəsil (ümmətlər) yaratdıq”.

Allah bu ayədə insanlara buyurur ki, qədim xalqlar haqqında hekayətlərdən faydalı nəticələr çıxartsınlar. O, onlara möhlət verdikdən, var-dövlət, övladlar və əmin-amanlıq əta etdikdən sonra onları bir-birinin ardınca məhv etmişdir. Səmadan onlar üçün bol yağış yağdırılmışdı, yerdə isə onlar üçün bol sulu çaylar salınmışdı ki, onların sayəsində Allahın istədiyi taxıl və meyvələr yetişdirsinlər. Onlar bu nemətlərdən ləzzət alır və ürəkləri istədikləri şeylərdən yeyirdilər, lakin nazil etdiyi nemətlər üçün Ona təşəkkür etmək istəmirdilər. Kef çəkmək onları özünə o dərəcədə aludə etmişdi ki, onlar təkcə öz nəfslərini düşünməyə başlamışdılar. Allahın elçiləri onların yanına gəldikləri zaman, onları qəbul etmədən rədd etdilər və hətta yalançı adlandırdılar və belə olduqda, Allah onları günahlarına görə məhv etdi və onlardan sonra insanların yeni nəsillərini yaratdı. Allah kafirlərin nəsilləri ilə – həm birinci və həm də sonuncularla, bax, belə rəftar etdi. Qoy insanlar Allahın onlara rəvayət etdiyi hekayətlər üzərində düşünsünlər!
                


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin