Əl-maiDƏ (SÜFRƏ)



Yüklə 2,51 Mb.
səhifə70/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   66   67   68   69   70   71   72   73   ...   317
(6.7) “(Ey Elçim!) Əgər sənə kağız üzərində bir Kitab nazil etsəydik və kafirlər əlləri ilə ona toxunmuş olsaydılar belə, yenə də: “Bu, açıq-aydın bir sehr­dir” – deyərdilər”.
Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) kafirlərin möhkəm inadkarlığından xəbər verir və izah edir ki, onların haqqı danması peyğəmbər dəvətinin qüsurları ilə və ya onun onlar üçün dərk olunmazlığı ilə bağlı deyildir. Onların ədavətinin səbəbi zalımlıqlarında və ədalət­sizliklərindədir və bu xislətlə artıq heç nə etmək mümkün deyil. Əgər Allah onların əlləri ilə toxuna və yaradılmasına əmin ola biləcəkləri kağızda Səmavi Kitab nazil etsəydi belə, kafirlər onsuz da ədalətsiz davranacaq və bunu açıq-aydın bir sehrbazlıq adlandıra­caqdılar. Bundan da daha böyük möcüzə nə ola bilərdi? Əllə toxunulması mümkün olan və heç olmazsa bir qətrə ağlı olan insanın belə rədd etməyi boynuna götürmədiyi həqiqəti inkar edənlərin sözlərindən də dəhşətli nə ola bilər?!
             

(6.8) “Onlar dedilər: “Məgər ona (Həzrəti Muhəmmədə peyğəmbər­liyinin həqiqi olmasını təsdiq edən) bir mələk endirilməli deyildimi?” Əgər Biz bir mələk gön­dərsəydik, iş bitmiş olar (iman gətirməyəcəkləri üçün onlar məhv edilər) və (tövbə etmək üçün) onlara bir an belə möhlət verilməzdi”.
Səbəbi nadanlıq və məntiqi təfəkkürdən xali olan müş­riklər inadkarlıq göstərərək, Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) yanına onun vəzifəsini yerinə yetirməyə kömək edən mələyin göndərilməməsinə təəccüb edirdilər. Onlar belə güman edirdilər ki, Allah Öz vəhylərini ancaq mələklər vasitəsilə göndərir və adi bir insan olan Muhəmmədin (ona Allahın salavatı və salamı olsun!) peyğəmbərliyini qəbul etmirdilər. Allah isə onlara ayədə izah edir ki, insanlar arasından elçinin seçilməsi Onun qullarına mərhəmətinin və rəhminin təzahürüdür, çünki insanlar mü­­kəmməl bilik və tam əminlik əsasında qeybə iman gətirmək imkanı əldə etmişdilər.

Əgər Allah vəhylərini insanlara mələklər vasitəsilə göndərsəydi, onda onların imanı gerçək biliklərə istinad edə bilməzdi. Əksinə, onların imanı adi olan bir şeyin qəbul olunması kimi təsəvvür edilərdi ki, bu da özlüyündə insanlara heç bir fayda gətirmir. Lakin ən başlıcası, kafirlərin əksəriyyəti, onsuz da, bundan sonra da iman gətirməkdən boyun qaçıracaqdılar və belə olduqda, Allah mütləq hökm çıxararaq təxirə salmadan onları həlak edərdi. Onda müşriklərdən heç birinə möhlət verilməzdi, çünki Allah həmişə möcüzə göstərilməsini tələb edən və sonra ona inanmayanların hamısı ilə belə rəftar edir.

Allah insanlar arasından onlara elçi göndərdikdə, onu açıq-aşkar möcüzələrlə qüvvətləndirdikdə və naşükürlərə və kafirlərə möhlət verdikdə onlar daha çox fayda­lanırlar. Allah bilir ki, insanlar üçün belə olması daha yaxşıdır və ona görə də onlara rəhm edir. Kafirlərin onlara mələk göndərilməsi tələbinə gəldikdə isə belə tələblər çox təhlükəlidir, əgər onlar bunu başa düşsəy­dilər!... Amma hətta Allah onlara mələk göndərsəydi də, onlar ondan bilik ala bilməzdilər və belə bir sınağa dözməzdilər, çünki onların imkanları olduqca məhduddur. Bax buna görə sonra Fövqəluca Allah belə buyurur:
         
(6.9) “Əgər Biz onu (peyğəmbəri) mələk etsəydik (və ya kafirlərə mələklərdən bir peyğəmbər göndərsəydik), yenə də onu bir insan qiyafəsində göndərər və onları (göndərilənin mələk deyil, özləri kimi bir adam olması barəsində) bir daha düş­dük­ləri şübhəyə salardıq”.
Allahın müdrikliyi insanlara göndərilən elçinin insan olmasını tələb edirdi və hətta əgər Allah yer üzünə mələk nazil etsəydi belə, o özünü onsuz da kişi qiyafəsində təqdim etməliydi. Lakin belə olduqda insanlar çaşıb qalardılar. Bunun səbəbi isə onların özlərində olardı, axı onlar özləri üçün şübhəli bir yolu üstün tutmuşdular ki, bu yolda həqiqəti açıq-aşkar görmək mümkün deyildi. Haqq onlara düz yolla gələndə onlar doğru rəhbərlikdən istifadə etmədilər, halbuki bir çox başqaları onun sayəsində həmin yolu tutmuşdular. Onlar öz günahlarında özləri müqəssirdirlər, çünki qarşılarında olan və doğru yola aparan qapıları bağlamış və azğınlığa aparan qapıları isə laybalay açmışdılar.
             

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin