Əl-maiDƏ (SÜFRƏ)


(6.29) “(Əgər onlar dünyaya qaytarılsaydılar) yenə də: “Həyat yalnız bu dünyadakı həyatımızdan ibarətdir. Bizlər bir daha dirilən deyilik!” – deyərdilər”



Yüklə 2,51 Mb.
səhifə78/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   74   75   76   77   78   79   80   81   ...   317
(6.29) “(Əgər onlar dünyaya qaytarılsaydılar) yenə də: “Həyat yalnız bu dünyadakı həyatımızdan ibarətdir. Bizlər bir daha dirilən deyilik!” – deyərdilər”.

(6.30) “Sən onları (sorğu-sual üçün) Rəbbinin hüzurunda saxlandıqları zaman görəydin! Allah onlara (mələklər vasitəsilə) belə buyuracaq: “Bu, (öləndən sonra dirilmək) haqq deyilmi? Onlar: ”Bəli, Rəbbimizə and olsun (ki, bu, haqdır!)” – deyə cavab verəcəklər. (Allah) buyuracaq: “Elə isə etdiyiniz kafirliyə görə dadın əzabı!”.
Onlar dirildiləcəklərini inkar edir və deyirdilər: “Təkcə dünya həyatı vardır və biz yaradılmışıq ki, bu dünyada yaşayaq. Biz heç vaxt dirildilməyəcəyik!” Lakin, sən onları Rəbbi qarşısında saxlandıqları zaman görsəydin, qarşında dəhşətli bir mənzərə açılardı. Onları danlayacaq və məzəmmət edəcəklər: “Məgər gördüyünüz bu cəza həqiqi deyilmi?” Ancaq belə olduqda, onlar gerçəkliyi etiraf edəcəklər. Lakin bu, onlara fayda verməyəcək və onlar kafir olduqları üçün cəzanı dadmalı olacaqlar.
                          
(6.31) “Allahın hüzurunda duracaqlarını inkar edən kimsə­lər, həqiqətən, zi­ya­na uğra­mış­lar. Belə ki, saat (qiyamət vaxtı) qəflətən başlarının üstünü aldığı zaman onlar günah­larını dalla­rında daşıyaraq deyəcəklər: “Dünyadakı təqsirlə­ri­mi­zə görə vay halımıza!” Bir baxın, daşıdıqları şey (günah yükü) necə də pisdir!”
Allahla görüşəcəklərini yalan hesab edən insanlar mütləq böyük zərərə uğraya­caq və hər cür yaxşılıqlardan məhrum ediləcəklər. Kafirlik onları əxlaqsız cinayətlər və ağır günahlar törətmə­yə vadar edir və buna görə cəza anı onları ən pis vəziyyətdə, ən yaramaz əməllər törətdikləri şəraitdə, qəflətən yaxalayır. Bu zaman kafirlər təəssüflənir və törətdikləri haqqında deyirlər: “Dünyada əlimizdən çıxanlara görə vay bizim halımıza!” Lakin bu barədə peşmançılıq çəkmək artıq çox gecdir və onlar öz murdar yüklərini çiyinlərində daşımalıdırlar. Bu yük onlara ağır gəlsə də, ondan xilas ola bilməyəcəklər. Onlar Cəhənnəmə əbədi qalmaq üçün düşəcək və Qüdrətli Hökmdarın tükənməz qəzə­binə uğrayacaqlar.
             

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin