Əl-maiDƏ (SÜFRƏ)



Yüklə 2,51 Mb.
səhifə81/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   77   78   79   80   81   82   83   84   ...   317
(6.39) “Ayələrimizi təkzib edənlər zülmət içində (küfr və cəhalətdə) qalmış karlar və lallardır. Allah istədiyini (haqq yoldan) azdırar, istədiyini isə düz yola yönəldər”.
Allah Onun ayələrini yalan sayan və Onun elçilərini inkar edən kafirlərin vəziyyətini izah edir. Onlar özləri qarşılarında düz yola aparan qapını bağlamış və onları məhvə aparan qapıları açmışlar. Onlar həqiqəti söyləmək zəruriyyəti yarandıqda, ona qarşı kar və lal olurlar, çünki onların bütün danışıqları yalan və faydasızdır. Onlar cahillik, imansızlıq, zalımlıq, inadkarlıq və itaətsizlik zülmətinə dalmışlar, çünki Allah Özü onları azğınlığa salmaq istəmişdir. O, kimi doğru yola yönəltməyi, kimi də azğınlığa salmağı təkbaşına qərara alır. Bu zaman O, həmişə mərhəməti və müdrikliyinə əsaslanır.



               



(6.40) “(Müşriklərə) de: “Mənə deyə bilərsinizmi? Sizə Allahın əzabı gəlsə və ya qiya­mət başınızın üstünü alsa, Allahdan başqasına dua edib yalvaracaqsınızmı? Əgər doğru da­nışan­larsınızsa (deyin görək)!”
Ey Elçi! Öz “tanrıçalarını” Allahla bərabər tutan müşrik­lərdən soruş ki, Allahın cəzası onları haqlayanda və ya Qiyamət saatı başlayanda onlar öz bütlərinimi çağıra­caqlar? Doğrudanmı onlara böyük bir fəlakət düçar olanda və ondan xilas olmaq istəyəndə köməyə bütlərini və heykəllərini çağıracaqlar? Ya da onlar təkcə öz Rəbbinə, Həqiqi və Açıq-aşkar Hökmdar olana pənah aparacaqlar?
            
(6.41) “Xeyr, yalnız Ona (Allaha) dua edib yalvaracaqsınız. O əgər istəsə, yal­vardığınız bəlanı aradan qaldırar, siz də Ona şərik qoşduğunuz bütlərinizi unu­dar­sınız. (Buna görə də başınıza bir bəla gəlməmişdən əvvəl Allaha ibadət edin. Ona heç bir şərik qoşmayın!)”
Siz çətin anlarda öz tanrıçalarınızı unudursunuz, çünki sizə çox gözəl məlumdur ki, onlar fayda vermir, ziyan vurmur və nə də həyatı, ölümü və dirilişi idarə etmirlər. Sizə bir bədbəxtlik üz verdikdə, səmimi olaraq dualarınızla Allaha müraciət edirsiniz, çünki sizə həmçinin məlumdur ki, təkcə O, fayda gətirir, ziyan vurur və ehtiyacı olanların dualarının əvəzini verir. Bəs onda siz əmin-amanlıqda həzz aldığınız zaman niyə Ona şərik qoşursunuz? Siz məntiqi dəlillərə və ya Müqəddəs Kitablara istinad edirsiniz? Siz öz əməllərinizin ədalətli olduğunu əsaslandıra bilərsinizmi? Yainki siz Allahın Özünü aldatmağa cəhd göstərirsiniz?
                          

(6.42) “Səndən əvvəl də ümmətləri (peyğəmbərləri yalançı hesab etdikləri üçün) müsibət və fəlakətə düçar etdik ki, (Allaha) yalvarsınlar”.


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin