Əl-maiDƏ (SÜFRƏ)



Yüklə 2,51 Mb.
səhifə89/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   85   86   87   88   89   90   91   92   ...   317
(6.74) “(Ey Elçim!) Xatırla ki, bir zaman İbrahim atası Azərə demişdi: “Sən bütləri tanrılarmı qəbul edirsən? Mən səni və sənin tayfanı açıq-aydın zəlalət içində görürəm!”
Ey Muhəmməd! İbrahim peyğəmbərin (ə) hekayətini xatırla, onu xoş sözlə yad et və tövhidə dəvətinə və insanları bütpərəstlik­dən çəkindirdiyinə görə onu təriflə! O, öz atası Azərə belə demişdi: “Doğrudanmı sən sənə fayda verməyi və ya zərər vurmağı bacarmayan və ətrafda baş verən hadisələr üzərində heç bir hakimiyyəti olmayan tanrıçalara ibadət edəcəksən? Mən hesab edirəm ki, sən və sənin qəbilədaşların – açıq-aşkar azğınlıq içindəsiniz, axı siz ibadətə layiq olmayan “tanrılara” ibadət edirsiniz və sizi xəlq edən, sizə ruzi verən və sizi idarə edən Allaha ibadətdən boyun qaçırırsınız”.
         

(6.75) “Beləcə, İbrahimə göylərin və yerin mülkünü (səltə­nətini, oradakı qə­ribəlikləri və gözəllikləri, onların Allah qüdrəti ilə yaradılmasını) göstərdik ki, tam qənaətlə inananlardan olsun!”
Biz İbrahimə göylər və yer üzərində hakimiyyətin nə demək olduğunu göstərdik ki, onu tək Allaha ibadətə və insanları tövhidə dəvət etməyə ruhlandıraq. Biz ona təkzibolunmaz dəlilləri və inandırıcı sübutları görməyə imkan verdik ki, o, möhkəm iman sahibi olsun, çünki etiqad və biliklər, insanın tapmağı bacardığı dəlillərdən asılıdır.
               

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin