Əl-maiDƏ (SÜFRƏ)


(6.79) “Mən, həqiqətən, batildən haqqa tapınaraq (dönə­rək) üzümü göyləri və yeri yaradana çevirdim. Mən (Allaha) şərik qoşanlardan deyiləm!”



Yüklə 2,51 Mb.
səhifə91/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   87   88   89   90   91   92   93   94   ...   317
(6.79) “Mən, həqiqətən, batildən haqqa tapınaraq (dönə­rək) üzümü göyləri və yeri yaradana çevirdim. Mən (Allaha) şərik qoşanlardan deyiləm!”
Doğan günəşi gördükdə isə, İbrahim (ə) dedi: Budur mənim Rəbbim” O, ulduzlardan və Aydan da böyükdür”. Lakin tezliklə günəş də qürub edib batdı və o (ə), doğru yolu azğınlıqdan fərqləndirə bildi. O (ə) belə bəyan etdi: “Ey mənim xalqım! Mən sizin Allahın yerinə ibadət etdiklərinizdən uzağam, çünki sizin əməllərinizin yanlışlığını aydın və inandırıcı dəlillər sübuta yetirdi. Mən qərara aldım ki, təkcə Ona səmimi qəlbdən ibadət edim və bütün başqa tanrılardan üz döndərdim. Mən müşriklərdən deyiləm”. Beləliklə, İbrahim (ə) şirkdən əl çəkdiyini və tövhid dinini qəbul etdiyini bildirmiş və bu qərarını dəlillərlə əsaslandırmışdı.

Bu və əvvəlki ayələrin xatırlatdığımız şərhi ən səhih olanlardandır. Onlarda deyi­lirdi ki, İbrahim (ə) öz həmtayfaları ilə mübahisə edərək, göy cisimlərinə və başqa məxluqlara sitayiş etməyin yanlışlığını onlara göstərirdi. Hərçənd bəzi şərhçilər belə hesab edirdilər ki, o hekayətlərdə İbrahimin uşaqlıq çağının düşüncələri yad edilmişdir, lakin bu rəy səhih dəlillərlə təsdiq olunmur.
                                                
(6.80) “Tayfası onunla (İbrahimlə) mübahisəyə girişdi. (İbrahim) dedi: “Allah məni doğru yola saldığı halda, siz Onun barəsində mənimlə mübahisə edirsiniz? Rəbbimin istədiyi hər hansı bir şey istisna olmaqla, mən sizin Ona şərik qoşduğunuz bütlərdən qorxmuram. (Onlar mənə heç bir şey edə bilməzlər). Rəbbim hər şeyi elmlə ehtiva etmişdir. Məgər düşünüb ibrət almırsınız?”

(6.81) “Allahın sizə (ibadət edilməsi barədə) heç bir dəlil endirmədiyi bütləri Ona şərik qoşmaqdan qorxmadığınız halda, mən niyə sizin qoşduğunuz şəriklərdən qorxmalıyam? Əgər bilirsinizsə, (deyin görək) bu iki dəstədən hansı (qiyamət əzabından) əmin olmağa daha layiqdir?”
İbrahimin (ə) tayfadaşları onunla mübahisə etməyə başladıqda o (ə) dedi: “Doğrudanmı, Allah məni düz yola yönəltdikdən sonra siz mənimlə Onun barəsində höcətləşirsiniz? Haqqı başa düşməyən insanlarla mübahisə nə fayda verə bilər? Əgər Allah insanı doğru yola yönəltmişsə və o, ən yüksək dərəcədə iman sahibi olmuşsa, onda o, başqa insanları özünün iman gətirdiyinə dəvət etməlidir. Mən sizin Allahdan başqa sitayiş etdiklərinizdən qorxmuram, çünki sizin “tanrılarınız” mənə zərər vurmağa və məni xeyirdən məhrum etməyə qadir deyillər. Ancaq Rəbbimin istədiyi mənim başıma gələ bilər. O, Öz elmi ilə bütün varlığı əhatə edir. Məgər siz düşünmürsünüz və anlamırsınız ki, Allah – ibadətə layiq olan Vahid bir Rəbdir? Əgər siz haqlı olmanıza dair heç bir sübutunuz olmadan, nəfsinizə uyaraq, Allaha ibadət etmək əvəzinə, bütlərə ibadət etməkdən qorxmursu­nuzsa, mən sizin köməksiz və faydasız olan “tanrılarınızdan” niyə qorxmalıyam? Sizdən kimin özünü təhlükəsizlikdə hiss etməyə daha çox əsası var? Əgər həqiqəti bilirsinizsə, deyin!”
           

(6.82) “İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıq­da­dır­lar. Haqq yola yönəlmişlər də onlardır!”
Fövqəluca Allah möminlərə və kafirlərə dair hökm verir. O bildirir ki, təkcə iman gəti­rənlər və öz imanını zalımlığa çulğamayanlar doğru yolda və əmin-amanlıq içindədirlər. Belə insanlar qorxudan, cəzadan və bədbəxtliklərdən xilas olmuş və doğru yolla yönəldilirlər. Əgər onlar imanlarını qətiyyən zalımlığa uğratmırlarsa, nəinki şirkdən qaçır, hətta itaətsizlikdən də çıxmırlarsa, onda onlar istənilən bəlalardan qorunur və ən mükəmməl tərzdə yönəldilirlər. Əgər onlar şirkdən uzaq duraraq, günah işlədirlərsə, onların təhlükəsizliyi və doğru yola sadiqliyi kamil deyildir.

Bu kərim ayədən aydın olur ki, əgər insan iman gətirməyibsə və zalımlıq edirsə, onda o, haqq təlimdən məhrum edilmişdir və çox ciddi təhlükə qarşısındadır və belə insanların nəsibi azğınlıq və bədbəxtliklər olacaqdır.
              


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin