Əl-maiDƏ (SÜFRƏ)



Yüklə 2,51 Mb.
səhifə88/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   84   85   86   87   88   89   90   91   ...   317
ﯚ ﯛ ﯜ ﯝﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ

(6.72) “Həmçinin: “Namaz qılın, Allahdan qorxun, hüzu­runa toplana­cağınız məhz Odur!” (deyə buyurulmuşdur)”.
İnsanlara, şərtlərini yerinə yetirməklə namaz qılmaq, həmçi­nin fərz və könüllü sünnələri icra etmək, Allahın hökmlərini yerinə yetirərək və Onun qadağalarını pozmadan təqvalılığa etiqad etmək əmr olunmuşdur, çünki Qiyamət günü onlar Onun yanına toplanacaq və özlərinin yaxşı və pis əməllərinə görə əvəz alacaqlar.
                        
(6.73) “Göyləri və yeri haqq olaraq yaradan Odur. Onun: “Ol!” deyəcəyi gün (hər şey) dərhal olar. Onun Sözü haqdır. Surun (İsrafilin surunun) çalınacağı gün hökm Onundur. Qeybi və aşkarı bilən də Odur. O, Hikmət sahibidir, (hər şeydən) xəbərdardır!”
Allah göyləri və yeri həqiqət naminə yaratmışdır ki, Öz qullarına hökmlər və qadağalar nazil etsin, kimisini mükafatlan­dırsın, kimisini də cəzalandırsın. Onun Sözü – şübhə doğurma­yandır və onu ikimənalı başa düşmək mümkün deyil35. O, əbəs yerə və əylənmək xatirinə heç nə söyləmir. Qiyamət günü hökm vermək təkcə Ona məxsus olacaqdır.

Şübhəsiz ki, Allah bütün zamanlarda bütün varlığın Sahibidir, lakin O, Qiyamət gününü xüsusilə vurğulayır, çünki həmin gün bütün məxluqlar onlara məxsus olan hər cür hakimiyyətdən məhrum ediləcək və Qüdrət və Əzəmət Sahibi Allah Kainatın Vahid Hakimi olaraq qalacaq. O, bütün qeybə və aşkara malikdir, mütləq hikmət, hədsiz mərhəmət, böyük xeyirxahlıq Sahibidir və bütün sirlər, gizli olan şeylər haqqında hərşeyiəhatəedən biliklər Onundur. O, Vahid Allah və Rəbdir.

               

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin