Əl-maiDƏ (SÜFRƏ)


(6.67) “Hər bir xəbərin (Quranda sizə xəbər verdiyim əzabın Allah tərəfindən təqdir olunmuş) müəyyən bir vaxtı vardır və siz (onu) biləcəksiniz”



Yüklə 2,51 Mb.
səhifə86/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   82   83   84   85   86   87   88   89   ...   317
(6.67) “Hər bir xəbərin (Quranda sizə xəbər verdiyim əzabın Allah tərəfindən təqdir olunmuş) müəyyən bir vaxtı vardır və siz (onu) biləcəksiniz”.
Ey Muhəmməd! Sənin xalqın Quranı yalan saydı, halbuki o – şübhə doğurmayan Həqiqətdir. Lakin sən onlara zamin deyilsən, çünki onların yaramazlığını yadda saxlamaq və onları cinayət­lərinə görə cəzalandırmaq sənin vəzifənə daxil deyil. Sən insanlara ancaq öyüd-nəsihət verməli və həqiqəti onlara çatdırmalısan və hər öncədən vəhy edilən­lər dəqiq müəyyən olunmuş müddətdə (nə gec, nə də tez) gerçəkləşəcəkdir. Bax buna görə, onlara vəd edilən cəzaya yaxın vaxtda əmin olacaqlar.
                       
(6.68) “Ey Elçim!) Ayələrimizə istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üz çevir. Əgər Şeytan (bu qadağan əmrini) sənə unutdursa, xatırlayandan sonra o zalım tayfa ilə bərabər oturma”.
Allahın ayələri haqqında boşboğazlıq etmək həqiqətin əksinə danışmaq, yalançı baxışları bəzəmək, yanlış etiqadları təbliğ etmək, yalan təəssübkeşlərini təriflə­mək, haqdan dönmək və həqiqət tərəfdarlarını yamanlamaq deməkdir.

Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) və onun (ona Allahın salavatı və salamı olsun!) tərəfdarlarına əmr edir ki, Onun ayələri barədə boşboğazlıq edən hər kəsdən və sadalanan əməllərdən, heç olmazsa, birini edənlərdən üz döndərsinlər. Müsəlman, insanların yalandan naqqallıq etdikləri yığıncaq­larda, söhbət dəyişdirilənə qədər iştirak etməməlidir. Digər mövzulardan bəhs edildikdə isə, belə yığıncaqlarda oturmaq qadağan edilmir. Belə yığıncaqlarda iştirak xeyirlidirsə, onda orada iştirak etmək zəruridir; əks halda isə iştirak vacib deyil. Burada, qeyd etmək lazımdır ki, yalan haqqında boşboğazlıq edənləri qınamaq, həqiqəti müzakirə etməyə çağırış və haqqı araşdırıb üzə çıxarmaq xatirinə mübahisə etmək nəzərdə tutulur.

Müsəlman səhvən və ya unutqanlığı ucbatından yalan şeylər haqqında boşboğazlıq edən, haram söhbətlər aparan və günah işlər tutan zalım adamların arasına düşə bilər. Ona, qınanılan hərəkət­lərlə məşğul olan belə adamların arasında qalmaq, əgər o, onları belə hərəkətlərdən çəkindirə bilmirsə, haramdır. Bu qəti qadağa o şəxslərə aiddir ki, onlar günahkarlarla yanaşı oturmaqda davam edir və Allah qarşısında qorxu hissi keçirmirlər, onlar haram mövzulara dair danışıqlarda iştirak edir və başqaları ilə birlikdə günah işlər törədir, onların dedikləri ilə sakitcəsinə razılaşır və onları məzəmmət etmirlər. Əgər kimsə Fövqəluca Allah qarşısında qorxu hissi keçirərək, başqalarını xeyirxahlıq etməyə çağırır, onları xatakarlıq etməkdən və günah söhbətlərdən çəkindirirsə və bunun sayəsində yaramazlığın qarşısı alınır və ya onun ağırlığı yüngülləş­dirilirsə, onda o, belə yığıncaqda iştirak etməsinə görə məsuliyyət daşımır və bu zaman günahkar sayılmır.

            

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin