Əl-maiDƏ (SÜFRƏ)



Yüklə 2,51 Mb.
səhifə82/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   78   79   80   81   82   83   84   85   ...   317
(6.43) “Barı, əzabımız onların başlarının üstünü alanda yalvaraydılar. Lakin (inadları üzündən) qəlbləri sərtləşdi və Şeytan da onlara etdikləri əməlləri bəzəkli göstərdi”.
Biz elçilərimizi qədim xalqlara və insanların əvvəlki nəsillərinə göndərdik, lakin onlar elçilərimizi yalançı adlandırıb, ayələrimizi rədd etdilər. Biz onları dilənçiliyə, xəstəliklərə, bəlalara və afətlərə düçar etdik. Amma bütün bu bədbəxtliklər onlara qarşı mərhəmətimizdən irəli gəlirdi, çünki belə çətinliklər onları dözülməz anlarda Qarşımızda itaət etməyə məcbur qoyurdu və onları Himayəmizə sığınmağa vadar edirdi. Buna bax­mayaraq, onların qəlbi bu sınaqlardan ancaq sərtləşirdi və onlar haqqa meyl etməkdən qaçırdılar. Şeytan onlara qüsurlu əməllərini bər-bəzəkli göstərir və onlar da inanırdılar ki, həqiqi dinə etiqad edirlər. Şeytan onların ağlı ilə əyləndiyi vaxt ərzində onlar öz yalanla­rından çox az müddətdə ləzzət ala bildilər.
                    

(6.44) “(Kafirlərə) edilmiş xəbərdarlığı unutduqları zaman (küfrlərini daha da artırmaq məqsədilə) hər şeyin (bütün nemətlərin) qapılarını onların üzünə açdıq. (Kafirlər) özlərinə verilən nemətlərə sevindikləri vaxt onları qəflətən yaxaladıq və onlar (hər şeydən) məhrum oldular”.
Onlara verilən öyüd-nəsihətləri unutduqları zaman, Biz bu dünyanın, onları haqqa etinasız edən nemət və kef qapılarını qarşılarında laybalay açdıq. Lakin onlara bəxş edilmiş nemətlərə sevindikləri anda, Biz onları cəzaya düçar etdik və bu, onları gözləmə­dikləri halda sarsıtdı və xoşbəxt sonluğa gəldikləri ümidindən məhrum etdi. Həqiqətən, bu, ən əzablı cəzadır. O, günahkarı dərdsiz-qəmsiz əyləndiyi və özünü tam əmin-amanlıq içində hiss etdiyi anda qəfildən yaxalayır. Bu ona görə belədir ki, günahkarın əzabları daha dəhşətli, onun bədbəxtliyi isə daha böyük olsun.
         

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin