Əl-maiDƏ (SÜFRƏ)


(6.129) “Beləliklə, qazandıqları



Yüklə 2,51 Mb.
səhifə99/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   95   96   97   98   99   100   101   102   ...   317
(6.129) “Beləliklə, qazandıqları günahlara görə zalımların bəzisini digərinə düçar edərik”43.
Biz pozğunluq törədən şeytanlara insanlardan olan əlaltıla­rını idarə etməyə və onları yoldan çıxarmağa imkan verir və həm də qazandıqları və can atdıqları şeyə görə onları dostluq bağları ilə bir-birinə bağlayırıq. Bu minvalla, Bizim qərarımıza uyğun olaraq, Biz bəzi zalımlara digər zalımları idarə etmək, onları cinayət törətməyə sövq etmək, onları buna dəvət etmək, yaxşı əməllər etməsinə mane olmaq, onlardan uzaqlaş­dırmaq imkanı veririk.

Bu – Allahın ən dəhşətli cəzalarından biridir. Bu, ağır nəticə­lərə səbəb olur və böyük təhlükədən ibarətdir. Lakin buna görə məsuliyyət zalımlara aiddir, çünki onlar özləri özlərinə zərər vurmuş və özlərinə qarşı cinayət törətmişlər. Fövqəluca Allah əbəs yerə buyurmayıb ki: “(Ey Peyğəmbər!) Sənin Rəbbin (haqsız yerə) bəndələrə zülm edən deyildir!” (Fussilət, 41/46).

Bütün bu deyilənlərdən aydın olur ki, əgər qullar çoxsaylı zalım əməllər etdikdə, şərəfsizlik yaydıqa və öz vəzifələrini yerinə yetirmədikdə, hökuməti idarə etməyə zalım insanlar gəlir və onlar öz xalqlarını dəhşətli cəzaya məruz qoyur, onları hüquqlarından müstəbidcəsinə məhrum edirlər və onları törətdikləri bədbəxtlik­lərdən dəfələrlə daha ağır müsibətlərə düçar edərək, Allah və Onun qulları qarşısında vəzifələrini yerinə yetir­məkdən boyun qaçırırlar. Həm də bu zaman onlar buna görə mükafat almırlar və hətta buna ümid də etmirlər. Əgər qullar möminliyə nail olur və haqq yola yönəlirlərsə, onda Allah onların hökmdarlarının əməllərini islah edir, zalım hökmdarın yerinə hakimiyyətə ədalətli və insaflı dövlət rəhbərləri gəlir.
                                      
(6.130) “Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi söyləyən və bu gününüzün gəlib çatacağı barədə sizə xəbərdarlıq edən peyğəmbərlər gəlmədimi? Onlar deyəcəklər: “Biz öz əleyhimizə şahidik!” (Peyğəmbərlər bizə pis işlərimiz barədə xəbərdarlıq etsələr də, biz onlara qarşı çıxıb günah işləməkdə davam etdik. Biz indi hər cəzaya layiqik). Dünya həyatı onları aldatdı və onlar kafir olduqları barədə öz əleyhlərinə şəhadət verdilər.

(6.131) “Bu, (peyğəmbərləri göndərmək) ona görədir ki, Rəbbin məmləkətlərin əhalisini, onlar qafil ola-ola (özlərinə peyğəmbər gəlmədiyi üçün dini vəzifələrini bilməyib icra etmədikləri halda) zülmlə məhv etməyi özünə rəva bilməz!
Allah haqdan üz döndərən və onu inkar edən bütün şeytanları və insanları qınayacaqdır. O, onların azğınlığını özlərinə izah edəcək və yolunu azmışlar günahlarını etiraf edəcəklər. O, onlara xatırladacaq ki, elçilər onlara Onun hökmləri və qadağaları, mömin əməllər və şər əməllər, faydalı vədlər və sərt təhdidlər olan və təfsilatı ilə açıqlanmış aydın ayələr gətirirdilər. Elçilər onları Qiyamət gününün yaxınlaşması barədə xəbərdar edir və bəyan edirdilər ki, Həmin gün xilas olmaq, uğur əldə etmək təkcə Allahın hökmlərinin yerinə yetirilməsi və haramlardan çəkinilməsi sayəsində mümkün ola biləcəkdir. Elçilər öyrədirdilər ki, bu hökmlərin yerinə yetirilməməsi bədbəxtlik və böyük ziyanla nəticələnəcəkdir.

İnsanlar və cinlər bunu etiraf edəcək və boyunlarına alacaqlar ki, bu dünya öz nemətləri, gözəllikləri və zövqü-səfası ilə onları o dərəcədə aldatmışdır ki, onlar ümidlərini ona bağlamış, ondan məmnun olmuş və Axirətə laqeydlik göstərmişlər. Onlar özlərinə qarşı şahidlik edəcək və kafir olduqlarını boyunlarına alacaqlar. Onlar ittihamı özlərindən kənarlaşdıra bilməyəcəklər və onda bütün məxluqlar, hətta kafirlər özləri Allahın ədalətliliyinə əmin olacaqlar. O, onları işgəncəli cəzaya məhkum edəcək və buyuracaq: “...Sizdən əvvəl gəlib-getmiş (kafir) cin və insan tayfaları ilə birlikdə Cəhənnəmə girin!...” (Əraf, 7/38).

Onlar eyni günahları işlətmiş, yer üzündəki qismətlərindən eynilə zövq almış və yalan boşboğazlıqlar etmişdilər və buna görə də onlar əsil ziyana uğrayacaqlar. Məgər Səadət diyarına düşmək imkanından məhrum olmaqdan da boyük ziyan ola bilərmi?!! Cəhənnəmin bütün sakinlərinin ziyana düşəcəklərinə baxmayaraq, onların ziyanının ölçüsündə çox böyük fərqlər olacaq.
         


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin