Əl-Mİzan fi TƏFSİr-el quran içindekiler c: 4 : Al İmran Surəsi



Yüklə 1,08 Mb.
səhifə166/349
tarix02.01.2022
ölçüsü1,08 Mb.
#2148
1   ...   162   163   164   165   166   167   168   169   ...   349
Mən deyərəm ki: Mirasda avl üsulunun doğru olmadığını İbni Ab-basdan əvvəl Hz. Əli (ə.s) ifadə etmişdir. İrəlidə açıqlanacağı üzrə Əhli Beyt İmamlarının fikiri də budur.

əl-Kafi adlı əsərdə nəql edilən bir hədisdə İmam Misin (ə.s) belə dediyi ifadə edilər: Əmr-ül Möminin Hz. Əli (ə.s) belə buyurardı: "Çölün qumlu hissəsinin qumlarının sayını bilən Allah, hissələrin altıdan əskik olmadığını bilər. Siz də əgər onun səbəbini bilsəniz, altı sayını keçmədiyini anlarsınız." (Fürus(n)u Kafi, c. 7, s. 79-80, h: 2)

Mən deyərəm ki: Hədisin orijinalında keçən "alic" Sihah-ul Lüğət adlı əsərdə ifadə edildiyinə görə, səhra/çölün qumlu olan hissəsinə deyilir. Hədisdə keçən "İnne's- sihame la teulu ale's sitteti" cümləsi, hissələrin altıdan çaşmamasını və nəticə olaraq ayrı bir şeyə dəyişdirmə imkanı ol/tapılmadığını ifadə edər. Söz mövzusu altı hissə isə, Qurani Kərimdə "yarı, üçdə bir, üçdə iki, dörddə bir, altıda bir və səkkizdə bir" olmaq üzrə açıq-aşkar ifadə edilən hissələrdir.

Eyni əsərdə İmam Sadiqdən (ə.s) belə rəvayət edilər: Əmr, ülmümünün Hz. Əli (ə.s) buyurdu ki: "Həmd, geridə olanı önə keçirməyən və qabaqda olanı geriyə atmayan Allaha məxsusdur." Daha sonra əliylə o biri əlinə vurub belə dedi: "Ey özlərinə göndərilən Peyğəmbərdən sonra qarışıqlığa düşən ümmət, əgər Allahın önə keçirdiyini önə keçirsəydiniz, ONun sona buraxdığını geri planda tutsaydınız, vəlayət və varisliyi [Rəsulullahın xəlifəliyini] Allahın etdiyi yerdə etsəydiniz, heç bir Allah dostu yoxsulluğa düşməz, Allahın ifadə etdiyi hissələrdən heç birisində əskiklik meydana gəlməz, Allahın hökmündə iki adam ayrılığa düşməz və Allahın əmriylə əlaqədar heç bir şeydə ümmət anlaşılmazlığa düşməzdi. Çünki Allah kitabından bütün bunların elmi, Əlinin yanında mövcuddur. Buna görə, işinizin günahını və etdiyiniz qüsurlarınızın nəticəsini dadın. Allah qullarına əsla zülm etməz. Haqsızlıq edənlər, hansı aqibətə çeviriləcəklərini yaxında biləcəklər." (Fürus(n)u Kafi, c. 7, s. 78, h: 1)


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   349




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin