Mən deyərəm ki: Bu ayənin eniş səbəbi haqqında dəyişik şəkildə bir çox rəvayətlər vardır ki, ən etibarlı olanı nəql etdiyimiz bu rəvayətdir. Tək [fərqli olmalarına baxmayaraq yenə də] bu rəvayətlərin hamısı ayələ əlaqədar hadisənin özündə birləşir. Bu hadisə isə budur: "Bəzi Yəhudilər Qureyşlilərin dininin Peyğəmbərimizin (s. a. a) dinindən daha yaxşı olduğu yolunda Qureyşlilər lehinə hökm vermişlər."
Təfsir-ul Burhanda, "Yoxsa onlar, Allahın öz lütfündən insanlara verdiyi şeylər üçün onları qısqanırlarmı?..." ayəsinin təfsirində Şeyx Tusinin əl-Emali adlı əsərində öz rəvayət zənciri ilə Cabir b. Abdullahdan İmam Misin (ə.s) "Yoxsa onlar, Allahın öz lütfündən insanlara verdiyi şeylər üçün onları qısqanırlarmı?" ayəs(n)i haqqında belə buyurduğunu nəql edər: "Ayədəki 'nas=insanlar'dan məqsəd, biz (Əhli Beyt)iz." (c. 1, s. 377, h: 19)
əl-Kafi kitabında müəllifin öz rəvayət zənciri ilə Bureydə söykədiyi bir rəvayətdə İmam Mis (ə.s), "Yoxsa onlar, Allahın öz lütfündən insanlara verdiyi şeylər üçün onları qısqanırlarmı?" ayəs(n)i haqqında belə buyurmuşdur: "Ayədəki qısqanılan insanlar bizik..." (c. 1, s. 205, h: 1)