Bu etiraza veriləcək cavab budur: Bunun belə olmasının səbəbi Allah və Peyğəmbər deyil, ümmətin pis hərəkətləri və özünə xəyanət etmiş olmasıdır. Bu səbəbdən öhdəçilik qaldırılmış deyil. Bu vəziyyət, əvvəl peyğəmbərini öldürən və sonra ona itaət etmə imkanına sahib olmadığını söyləyən bir ümmətin bəhanəsinə bənzər. Üstəlik bu qorxu, etirazı edən adamın özü üçün də etibarlıdır. Çünki biz Müsəlmanlar bu gün bir tək ümmət təşkil etmə imkanına sahib deyilik ki, bu ümmətin içindən çıxan hal və akd əhli qəbul etdiyi bir fikiri qüvvəyə qoya bilsin.