Eldənizlər


Gürcü yürüşləri və Əcəm İraqındakı döyüşlər[redaktə | mənbəni redaktə et]



Yüklə 297,53 Kb.
səhifə6/7
tarix14.05.2023
ölçüsü297,53 Kb.
#113507
1   2   3   4   5   6   7
tarıx

Həmçinin bax: Atabəy Özbək

Gürcü yürüşləri və Əcəm İraqındakı döyüşlər[redaktə | mənbəni redaktə et]


Gürcü qoşunları 1210–1211-ci illərdə Azərbaycana dağıdıcı basqınlar etdilər. Onlar Naxçıvanı mühasirəyə aldılar, lakin ələ keçirə bilmədilər. Sonra Mərəndi talan etdilər, Təbrizi mühasirəyə aldılar. Məhəmməd Cahan Pəhləvanın həyat yoldaşı Zahidə xatun çoxlu pul, daş-qaş və sənətkarlıq məhsulları verib şəhəri dağıntıdan qurtardı. Təbrizlilərin, eləcə də Miyanənin bütün malqarası aparıldı, ətraf yerlər qarət edildi. Gürcü qoşunları geri çəkilərkən miyanəlilər üsyan qaldırıb gürcü qarnizonunu qırdılar. Yenidən şəhərə hücum edən gürcü dəstələri şəhər hakimini ailəsi ilə birlikdə qılıncdan keçirdilər, dərilərini soyub minarənin başından asdılar, sonra isə şəhəri qarət edib yandırdılar. ZəncanQəzvin və Abxar əhalisinədə eyni cür divan tutdular. Uçan şəhərinin, Ərdəbilin bütün varidatlarını karvanlarla apardılar. 12 min ərdəbilli qılıncdan keçirildi. Özbəyin hakimiyyəti illərində Eldənizlər dövlətinin süqutu daha da sürətləndi.[91]
Onun taxta çıxdığı vaxt İraqi Əcəmdə vəziyyət ağır idi. Bu vaxt bir müddətdir İraqi Əcəmi tək başına idarə edən Aydoğmuşa qarşı Cahan Pəhləvanın bir başqa məmlükü Nəsrəddin Məngli çıxış edərək onu məğlub etdi və İraqi Əcəm torpaqlarını əlinə keçirərək ReyİsfahanHəmədan və digər əyalətlərdə öz adına xütbələr oxudub, "sultan" adıyla sikkələr zərb etdirdi. Xəlifə ən-Nasir, Azərbaycan atabəyi Özbək və ismaili hökmdarı Cəlaləddin Həsən öz aralarında Menglinin əlindəki İraqi Əcəm torpaqlarını da bölüşdürdülər. Ərbil atabəyi Müzəffərəddin Göy-Börü də onlara qoşuldu. Müttəfiqlərin birləşmiş orduları Həmədana hərəkət etdilər. 1215-ci ilin avqust-senyabrında meydana gələn döyüşdə Məngli məğlub oldu və qaçdığı Savədə şəhər hakimi tərəfindən öldürüldü. Başı isə Atabəy Özbəyə göndərildi. Mənglinin əlindən aldığı torpaqlar üzərinə Cahan Pəhləvanın vassallarından Seyfəddin Oğlamışı canişin təyin edən Atabəy Özbək özü Təbrizə qayıtdı. Ancaq daha əvvəl Xarəzmşahların xidmətində olan Oğlamış hakim təyin edildikdən sonra xütbəni xarəzmşah Əlaəddin Məhəmmədin adına oxudmağa başladı. Bu səbəbdən də 1217-ci ilin yazında Oğlamış öldürüldü və Əcəm İraqında Xarəzmşahların adına xütbə oxunması və pul kəsilməsi dayandırıldı.[92]
Bu zaman atabəy Özbək və onun vassalı, Fars hakimi atabəy Səd ibn Zəngi Oğlamışın həlakından və Xarəzmşahın uzaqda olmasından istifadə edərək, qoşunlarını İran İraqı ərazisinə yeritdilər. Özbək İsfahan əhalisinin razılığı ilə şəhərə daxil oldu. Eyni vaxtda Səd ibn Zəngi Rey, Qəzvin, Hüvar və Semnan şəhərini və onların nahiyələrini ələ keçirdi. Atabəy Özbək və atabəy Səd tərəfındən İranın ərazisinin xeyli hissəsinin zəbt olunduğunu Qumisdə eşidən Xarəzmşah öz qoşunlarından 12 min seçmə atlını ayırıb Reyə göndərdi. Xeyli- Buzurq yaxınlığında Xarəzmşah ordusu atabəy Sədi yaxaladı və döyüşdə məğlub olan Səd əsir götürülərək Həmədana, Xarəzmşahın yanına aparıldı.[93]
Bunu eşidən Özbək, Əhər hakimi Nurəddin Məhəmmədi Təbrizə göndərib özü də dağlarda yerləşən qalalardan birinə qaçdı. Ancaq Nurəddin Məhəmməd Miyanə yaxınlarında Xarəzmşahlara məğlub oldu və özüylə birlikdə vəzir Rəbibəddin Dəndan da əsir düşdü. Xarəzmşah Əlaəddin Məhəmməd vəziri Nəsirəddin Dövlətyarı Atabəy Özbəyin yanına göndərərək ona təslim olmağı və Xarəzmşah adına xütbə oxutdurub, sikkə kəsdirməyi əmr edir. Xarəzmşahın bu təkliflərini qəbul edən Özbək, Arran və Azərbaycandakı hakimiyyətini qorusa da Əlaəddin Məhəmmədin vassalına çevrildi.[94]
1214–1215-ci illərdə Gürcü hücumlarının arasının kəsilməsindən istifadə edən Özbək öz mülklərində işləri qaydaya salmaq qərarına gəlir. Bu məqsədlə o, atabəy xəzinəsinə vergiləri ödəməkdən imtina etmiş yerli hakimləri cəzalandırmaq üçün Qarabağa yürüş edir. XIII əsrin anonim müəllifinin məlumatına görə, atabəyin "qoşunları qələbə çalaraq, hamını qılıncdan keçirtdilər. Onlar xeyli pul və zəngin hərbi qənimət gətirdilər".[95]
1222-ci ildə Şirvana hücum edən qıpçaqları darmadağm edən gürcülər oradan qayıdaraq 1222-ci ilin noyabrında Beyləqana hücum etdilər. Şəhər əhalisi həmişəki kimi elə güman edirdilər ki, təzminat ilə gürcülərdən yaxa qurtaracaqlar. Lakin gürcülər monqollardan da amansız qırğın törətməyə başladılar. Şəhəri qarət etdikdən sonra geri döndülər.[96][97]

Monqolların yürüşü[redaktə | mənbəni redaktə et]


Əsas məqalə: Monqolların Azərbaycana ilk yürüşü

Çingiz xan.
Atabəy Özbəyin hakimiyyətinin və Eldənizlilərin son dövründə Monqolların Orta AsiyaOrta Şərq və Qafqaza birinci yürüşü gerçəkləşdi. Cəbə Noyon və Subutay Bahadırın[q 3] komandanlığı altında monqollar Xorasan və İraqi Əcəmin torpaqlarından keçərək 1221-ci ildə yanvar ayında Təbrizə gəldilər. Atabəy Özbək monqollara elçi göndərib barışıq imzalamağı təklif etdi. Monqollar Təbriz qarnizonlarındakı xarəzmlilərin onlara təslim edilməsini istədilər. Atabəy Özbək xarəzmlilərin bir hissəsini özü öldürtdü, qalanını da monqollara göndərdi. Bunun xaricində Özbək onlara təzminat olaraq pul, paltar və mal-qara da verdi.[98]
Monqolların gündən-günə artan təhlükəsini görən gürcü hökmdarı IV Georgi Laşa qonşu hakimlərə, o cümlədən atabəy Özbəkə, Xilat və Cazirə hakimi əl-Məlik əl- Əşrəfə müraciət etdi. Atabəy Özbək və Georgi barışıq müqaviləsi və monqollara qarşı birgə çıxış haqqında saziş bağladılar.[99] Lakin birgə hərəkət haqqında danışıqlar monqollara məlum oldu və onlar yenidən Gürcüstana və Arrana soxuldular. Gürcü qoşunları darmadağın edildilər.[100]
Bundan sonra yenidən Azərbaycan ərazisinə qayıdan monqollar bir daha Təbrizə hücum etdilər. Lakin şəhər əhalisi bu dəfə də təzminat verməklə şəhərin işğalının qarşısını ala bildi. Bundan sonra Monqollar üzlərini Marağa tərəfə çevirdilər. 1221-ci ilin martında Özbəyin həyat yoldaşı Sülafə xatuna mənsub olan Marağa şəhəri mühasirəyə alındı. Ağır mühasirəni saxlaya bilməyən marağalılar məğlub oldular. Monqolların əlinə keçən şəhər yandırıldı və qarət edildi.[101]
Daha sonra Eldənizlərə uzun müddət paytaxtlıq edən Həmədana hücum etdilər. Həmədanı əllərinə keçirən monqollar şəhəri xarabaya çevirdikdən sonra Ərdəbilə üz tutdular. Şəhəri dağıdan monqollar yenidən Təbrizə gəldilər. Atabəy Özbək Naxçıvana qaçdı. Təbrizin hakimi Şəmsəddin ət-Tuğrayi isə monqollara hədiyyələr verərək şəhəri onların hücumundan qurtardı.[102] Monqollar buradan Səraba yollandılar, Sərabda da Ərdəbildə etdiklərini təkrarlayan monqollar buradan Naxçıvana hərəkət etdilər. Naxçıvan kəndlərinin əhalisini öldürməyə başlayınca Atabəy Özbəyin oğlu Xamuş onların yanına elçi göndərib üzrxahlıq etdi. Monqollar da onlara toxunulmazlıq əlaməti olaraq üzərində damğa olan ağacdan qayrılmış bayqu[q 4] verdilər.[103]
Naxçıvandan sonra monqollar şimala, Gəncə və Beyləqana doğru hərəkətə başladılar. Beyləqanı qarət etdikdən sonra Gəncəyə hücum edib şəhəri mühasirəyə aldılar. İbn əl-Əsir yazır ki, "bu şəhərin çoxlu müdafiəçiləri olduğunu, onların gürcülərlə daimi mübarizədə qazandığı igidliyini və şəhər divarlarının keçilməzliyini öyrənmişdilər". Monqollar yalnız təzminat almaqla kifayətlənərək, şəhərdən kənara çəkildilər. Sonra monqollar Dərbənd keçidi vasitəsilə şimala keçmək üçün cəhd göstərdilər. Onların ilk cəhdi baş tutmadı, belə ki, Dərbənd darvazalarını tutan qıpçaqlar onlara müqavimət göstərdilər. Belə olduqda monqollar Şirvanşah I Guştəsbə elçi göndərərək guya sülh bağlamaq üçün bir neçə nəfərin göndərilməsini xahiş etdilər. Şirvanşah öz zadəganları arasından 10 nəfər göndərdi. Monqollar onlardan birini öldürüb, qalanlarından isə şimala keçidi göstərməyi tələb etdilər. Beləliklə Dərbənddən şimala hərəkət edərək Azərbaycandan çıxdılar.[104]
Atabəy Özbəkin fəaliyyətsizliyinə və nüfuzunu itirməsinə baxmayaraq, onun atası Cahan Pəhləvanın vassalları ənənə üzrə Azərbaycan Atabəyləri sülaləsinə olan ehtiramı saxlayırdılar. Belə ki, Mosul Atabəylərinin torpaq sahibləri arasında nifaq düşərkən II İmadəddin Zəngi 1222-ci ildə Mosul hakimi Bədrəddin Lülü tərəfindən öz mülklərindən qovulmuşdu. II İmaməddin Zəngi atabəy Özbəkə pənah apardı, Özbək iltifat göstərərək onun mülklərini pay torpaqlarına, yəni iqtaya bölüb, özünü isə sarayda xidmətə götürdü.[105]

Xarəzmşah Cəlaləddinin yürüşü[redaktə | mənbəni redaktə et]


Xarəzmşah Əlaəddin Məhəmmədin ölümündən sonra oğlanları müəyyən ərazilərdə hakimiyyətlərini bərpa etmişdilər. Onlardan ən qüvvətlisi Qiyasəddin Pir şah idi. O, İraqi Əcəmi ələ keçirmişdi digər qardaşı Cəlaləddin Məngüberdi[q 5] isə Hindistana hərəkət etmişdi. Cəlaləddin Hindistanda bir müddət qaldıqdan sonra, oradan da Farsa yollandı. Cəlaləddindən əvvəl qardaşı Pir şah Eldənizlərin mülklərinə hücum etmişdi. Marağanı əlinə keçirən Pir şaha Atabəy Özbək sülh təklif etmiş və bacısı Cəlaliyyə xatunu da ona ərə verdi.[106]
Bundan sonra Qiyasəddin Pir şah öz qoşunlarını Reyə çəkdi. Burada onunla atabəyi və qaynı İğan-Taisi arasında nifaq düşdü və nəticədə İğan-Taisi 50 minlik ordu ilə kənara çəkildi. Onların arasındakı nifaqdan istifadə edən Özbək Pir şaha təslim olmaqdan boyun qaçıraraq, ona qarşı çıxdı. Eyni zamanda Pir şah İğan-Taisini məğlub edərək onu geriyə — Azərbaycana çəkilməyə məcbur etdi. Azərbaycana daxil olan İğan-Taisi qarət və qırğına başladı.[107] Sonra isə xəlifə ən-Nasirin əmri ilə Həmədana tərəf hərəkət etdi ki, bura başqa vilayətlərlə birlikdə ona Xəlifə tərəfındən iqta adıyla verilmişdi. Burada İğan-Taisi Hindistandan gəlmiş Cəlaləddin Manqburnun qoşunları tərəfındən mühasirəyə alınaraq darmadağın edildi və özü əsir alındı. Bundan sonra Cəlaləddin Abbasilər üzərinə hücuma hazırlaşdı.[108]
Xəlifə qoşunlarını darmadağın edən Cəlaləddin 12 gün Bağdad ətrafında qaldıqdan sonra, Marağa əhalisinin dəvəti ilə Azərbaycana tərəf hücuma başladı. 1225-ci ilin may ayında Marağa müqavimət göstərmədən Cəlaləddinə tabe oldu. Bundan sonra Cəlaləddin monqolların viran qoyduğu Uçanı keçərək, Təbriz şəhərini mühasirəyə aldı. Şəhər rəisi Nizaməddin ət-Tuğrainin başçılıq etdiyi Təbriz qoşunu yeddi gündən çox müdafiə oluna bilmədi. 1225-ci ilin iyun ayının 25-də atabəy Özbəyin hələ Xarəzmşah Marağada olarkən tərk etdiyi Təbriz şəhəri Xarəzm qoşunları tərəfindən tutuldu.[109][110]
Azərbaycandakı qarışıqlıqdan istifadə edən gürcülər İvane Mxarqrdzelinin komandanlığı altında 60 minlik ordu ilə Azərbaycana hücum etmək üçün Dəbil yaxınlığındakı Qarni qalasında toplaşdılar. Gürcülərin əsas məqsədi Bağdadı və Təbrizi ələ keçirmək idi. Bir neçə həftə Təbrizdə qalan Cəlaləddin vəziri Şərəf əl-Mülkü buraya öz naibi təyin edərək[111] Dəbilə doğru hərəkətə başladı. Cəlaləddin Qərnidə gürcü qoşunu ilə döyüşə çıxdı. Baş vermiş döyüşdə gürcülər darmadağın edildilər və 20 min itki ilə geri çəkildilər.[112] Bu hadisələr zamanı Azərbaycan Atabəylərinin keçmiş vassalları – Sürməli hakimləri Şərəfəddin Uzdərə və Hüsaməddin Xızır Cəlaləddinin yanında xidmətə keçdilər.[113]
Bundan sonra Tiflis istiqamətində hərəkət edən Cəlaləddin yol üstə olan BeyləqanBərdəGəncəŞəmkir şəhərlərini, eləcə də Bərdəylə Gəncə arasında yerləşən Şutur qalasını tutdu. Sultanın bu yürüşü ərəfəsində Gəncədə qalan atabəy Özbək, ondan Gəncə və onun nahiyələrinə mülkiyyət hüququ əldə etsə də, çox keçmədən Naxçıvan yaxınlığındakı Əlincə qalasında sığınacaq tapdı. Həyat yoldaşı Məleykənin öz razılığı ilə sultan Cəlaləddin ilə evlənməsi[114] xəbəri sultana çatanda o mənbələrin yazdığına görə "başını yastığa qoydu, o saat hərarəti qalxdı və o, bir neçə gündən sonra vəfat etdi".[115]

Yüklə 297,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin