Eldənizlər



Yüklə 297,53 Kb.
səhifə7/7
tarix14.05.2023
ölçüsü297,53 Kb.
#113507
1   2   3   4   5   6   7
tarıx

Atabəy Müzəffərəddin Əbu Nəsr Özbək ibn Məhəmməd ibn atabəy Eldəniz ət-türki əs-səlcuqi ət-Toğrulun ölümü ilə Azərbaycan Atabəyləri öz mövcudluğunu itirdi. Eldənizlərin övladlarının hakimiyyəti altında olan ərazilər – Azərbaycan, Arran, Şirvan xarəzmşah Cəlaləddin Manqburnunun hakimiyyəti altına keçdi. Bu, 1231-ci il avqustun ortalarınadək davam etdi və həmin il Cəlaləddinin qoşunları monqollar tərəfındən darmadağın edildi, özü isə öldürüldü.[116][117]
Atasının ölümündən sonra atabəy Özbəyin yeganə oğlu Qızıl Arslan Xamuş Gəncəyə gələrək, Cəlaləddinə xidmət etmək istədiyini bildirdi. "Anadangəlmə lal-kar olan", buna görə də "Xamuş" ləqəbini alan məlik, Marağanın hakimi, Ağsunqurilər nəslindən olan Əlaəddin Körpə Arslan əl-Əhmədilinin nəvəsi Sülafə xatuna evlənmişdi.[115]
1226-cı ildə atabəy Özbəyin məmlükləri Bəklik əs-Sədidi və Seyfəddin Sunqurca Sultan Cəlaləddinə qarşı qiyam qaldırdılar. Onların bu çıxışı uğursuz nəticələndi – Sultan Cəlaləddin onları Xoy bölgəsində mühasirə edərək təslim olmağa vadar etdi. Məğlubiyyətə uğramış məmlüklər Sultana xidmət etməyə başladılar. Lakin 1229-cu ildə Bəklik əs-Sədidi və Seyfəddin Sunqurca Atabəyin başqa məmlükləri, o cümlədən Nəsirəddin Ağ Quş və başqaları ilə birlikdə Xamuşun oğlu Nüsrəddini həbsdən çıxararaq Eldənizlərin hakimiyyətini bərpa etmək üçün qiyam qaldırdılar. Lakin bu qiyam da uğursuz nəticələndi Ağ Quş və Bəkliyi çarmıxa çəkdilər.[118]

Dövlət quruluşu[redaktə | mənbəni redaktə et]

İdarəetmə və inzibati bölgü[redaktə | mənbəni redaktə et]


Azərbaycan Atabəylərində inzibati idarə eynilə İraq Səlcuq sultanlığında olduğu kimi idi. Sülalənin banisi Şəmsəddin Eldəniz öz dövlətinin nə inzibati, nə də hərbi quruluşunda demək olar ki, heç bir dəyişiklik etmədi. İnzibati və idarəetmə cəhətdən Eldənizlər İraq Səlcuqlarının sistemlərindən istifadə edirdilər.[119]
Qızıl Arslana qədər Eldənizlərdə "böyük atabəy" yəni "atabəy əl-əzəm" deyilən vəzifə mövcud idi. Bu vəzifədə sultanın atabəyi dururdu. Divana rəhbərlik vəzirin əlində idi. O, "əshab əd-divan" adlanırdı. Vəzir, məmurları vəzifəyə təyin etmək və vəzifədən kənarlaşdırmaq, təqaüdləri və məvacibləri müəyyənləşdirmək, vergi idarəsinə və xəzinəyə nəzarət etmək hüquqlarına malik idi. Vəzir daim hökmdarın yanında olur, onu səfər və yürüşlərdə müşayiət edir, özü qoşun göndərə və ona başçılıq edə bilirdi. Dövlətdə böyük hörmətə malik olan vəzirlər, əshab əd-divanvəzirsadrdəsturxocayi-bozorq titullarını daşıyırdılar. Mürəkkəbqabı və müəyyən mahuddan hazırlanmış çalma onların vəzifə əlamətləri idi.[120]

Eldənizlər dövrünə aid dəbilqə. Azərbaycan Milli İncəsənət Muzeyi
Dövlətdə üçüncü vəzifə böyük və ya "ulu hacib" vəzifəsi idi. Bu vəzifəni icra edən şəxs əmir əl-hacib əl-kəbir və ya hacib əl-xass əl-həzrət rütbəsini daşıyırdı. O, dövlət başçısına aid mühüm işlər haqqında məlumat verir, onun tələbatı qayğısına qalır və saray mərasimlərini təyin edirdi.[121]
Cahan Pəhləvan dövründən başlayaraq, vəzir olmaqla ali idarə yəni "divan əl-alə" yaradılmışdı. Bu idarənin nəzdində dövlət dəftərxanası yəni divan əl-inşa və yaxud divan ət-tuğra, maliyyə idarəsi və ya xəzinədarlıq yəni "divan əl-istifa" var idi. Dövlət dəftərxanası həm daxili, həm də xarici yazışmaları aparırdı. Bu dəftərxananın başçısı "münşi" və ya "tuğrayi" adlanırdı. Bu vəzifə irsi olmuş, onu icra edən şəxslər və onların sonrakı nəsilləri "ət-tuğrayi" ləqəbini daşımışdılar. Maliyyə idarəsinə və ya xəzinəyə rəhbərlik edən ali maliyyə məmuru yəni "müstövfi əl-məmalik" dövlətin maliyyə idarələri sisteminin başında dururdu. Hərbi idarəyə yəni "divan əl-ceyş və ya divan əl-ərz" sahib "divan əl-ərz" başçılıq edirdi. O, hərbi iqtalara nəzarət edir, bütün rütbələrdən olan hərbi qulluqçuların maaş və xərclərinin ödənilməsi işlərinə baxırdı. Hərbi vəzifələr, eləcə də ordu ilə bağlı hər şey xidmətdə olan türk əyanlarının əlində idi.[122]
Hər bir vilayətin başına "vali" yəni canişin təyin edilirdi. Valilər bu vəzifəni tutmazdan əvvəl çox vaxt qoşun əmirləri kimi fəaliyyət göstərmişlər. Vali öz vilayətinin hakimi idi. Dini hakimlər – qazılar valinin tabeliyində idilər. Vilayətin bütün məmurlarının rəisi, onun ali baş komandanı olan valiyə, maliyyə idarəsi də tabe edilmişdi. Validən sonra vilayətdə vəzifə cəhətdən ikinci şəxs onun vəziri idi. Valinin adından şəhərləri rəislər idarə edirdilər. Bir qayda olaraq, tanınmış yerli nəsildən olan şəhər rəislərinin vəzifəsi irsi idi. Rəisin özünün vəzifəyə qoyduğu və vəzifədən götürdüyü xəfiyyə rəisləri də ona tabe idilər.[123]

Ordu[redaktə | mənbəni redaktə et]


Eldənizlərin ordusu mərkəzi hakimiyyətdən iqta almış əmirlərin qüvvələrindən və valilərin hakimlik etdikləri ərazilərdən göndərdikləri qüvvədən ibarət idi. Həmçinin hərbi qüvvələrdən başqa, hökmdarın özünün 50 min nəfərlik nizami süvari qoşunu vardı.[124] Əl-Hüseyni özünün "Əxbar əd-dövlə əs-Səlcuqiyyə" kitabında yazır:[125]




Yusif Küseyir oğlu türbəsi



Göy Günbəd türbəsi



Atabəylər məscidi



Möminə Xatun türbəsi
Azərbaycanın ən böyük iqtisadi, siyasi və mədəni mərkəzləri olan ŞamaxıBakıGəncəNaxçıvanBeyləqanTəbrizMarağaUrmiya və b. şəhərlərdə müxtəlif səciyyəli abidələr inşa edildi. Orta əsr Azərbaycan memarlığının inkişafını müəyyənləşdirən 3 əsas üslub istiqamətini əks etdirən Şirvan-AbşeronNaxçıvan-Marağa və Arran memarlıq məktəbləri təşəkkül tapmışdılar. Bu məktəblərin üslub istiqamətində lokal cəhətlər, o cümlədən regionun etnik və sosial quruluşu həlledici rol oynayırdı.[136]
Memar Əcəminin inkişaf etdirdiyi Naxçıvan-Marağa memarlıq məktəbi – üslub təkcə Naxçıvanı əhatə etməmiş, Güney Azərbaycanda Marağa şəhərinə, Şimalda Bərdə şəhərinə, eyni zamanda Şərqi Anadolu ərazisinə də yayılmışdır. Ümumilikdə bu memarlıq üslubu Şərq aləminin böyük bir hissəsində davam edib, kompozisiyalı abidələrin yaradılmasına təkan vermişdir.[137]
Eldəniz dövrünün memarlığına daxil olan, ən böyük mədəniyyət nümunələrindən biri, Əcəmi Əbubəkr oğlu tərəfindən 1186-cı ildə Naxçıvan şəhərinin qərb hissəsində ucaldılan Mömünə Xatun türbəsidir. Bişmiş kərpicdən hörülmüş abidə zəngin naxışlarla bəzənmiş xırda kərpiclərlə üzlənmişdir. Bu türbənin prizma şəkilli binası ilə onun çadır örtüyü arasındakı məkan, fiqurlu hörgü şəklində yerinə yetirilmiş yazı vasitəsilə həll edilmişdir. Məqbərənin yeraltı hissəsində formaca onguşəli olan, bədii baxımdan zəngin tərtibata malik sərdabə vardır.[138]
Yüklə 297,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin