Eldənizlər


Sərhədlərin genişləndirilməsi[redaktə | mənbəni redaktə et]



Yüklə 297,53 Kb.
səhifə4/13
tarix14.05.2023
ölçüsü297,53 Kb.
#113336
1   2   3   4   5   6   7   8   9   ...   13
tarıx

Sərhədlərin genişləndirilməsi[redaktə | mənbəni redaktə et]



1175 — Eldənizlərin ən geniş dövrü
Eldənizin sonuncu düşməni, Arslanşahın ali hakimiyyətini tanımaq istəməyən Fars hakimi Sunqur ibn Mədud 1161-ci ildə vəfat etdi. Yalnız onun yerinə gələn Zəngi ibn Mədud 1162-ci ildə sultandan və atabəy Eldənizdən vassal asılılığını qəbul edərək, onların adına pul kəsdirdi. Elə o il atabəy Eldəniz Ərdəbil vilayətini Məhəmməd ibn Ağ Quşdan aldı və həmin ərazini oğlu Cahan Pəhləvanın mülklərinə qatdı.[30]
1161-ci ildə gürcü qoşunları Eldənizlərin tabeçiliyində olan Dəbil şəhərinə hücum edib 10 minə qədər adamı qılıncdan keçirmiş, qadınları və uşaqları çılpaq halda Gürcüstana aparmışdılar. Gürcü qadınlarının etirazından sonra onların paltarları özlərinə qaytarılmışdı.[12] Baş vermiş hadisədən xəbər tutan atabəy Eldəniz Xilat, Marağa, Ərzən ər-Rum hakimlərini və başqa əmirləri gürcülərə qarşı birləşdirdi. 1163-cü ilin yanvarında atabəy Eldənizin qoşunları Gürcüstana daxil oldular. Eldənizin və III Georginin qoşunları arasında hərbi əməliyyat 1 ay davam etdi. Həmin ilin iyulunda əmirlərin birləşmiş qüvvələri gürcülərə qarşı ikinci yürüşə başladılar, Eldəniz Dəbil şəhərini onların əlindən aldı və III Georgini ağır məğlubiyyətə uğratdı. Lakin bu məğlubiyyətə baxmayaraq, 1164-cü ilin aprelində gürcü qoşunları yenidən Dəbil şəhərinə həmlə edərək onu taladılar. Eldəniz yenidən onları şəhərdən qovdu və həmin ilin sonunda şəhəri Şəddadi əmiri Fəzlunun qardaşı əmir Şahənşahın ixtiyarına verdi.[31]
1167-ci ildə Mosul Atabəyləri Zəngilər də Arslanşahın hakimiyyətini qəbul etdi. Atabəy Eldəniz Kirman və Xuzistan hakimlərini də itaəti altına aldı. Beləcə, Atabəy Eldəniz dövründə Azərbaycan Atabəyləri İraq Səlcuqlularının bütün torpaqlarını əllərinə keçirdilər. Atabəyə itaət edən əyalətlər arasında Arran, Azərbaycan, Şirvan, Cibəl, Həmədan, Gilan, Mazandaran, İsfahan, Rey, Mosul, Kirman, Fars, Xuzistan, Axlat, Ərzurum və Marağa yer alırdı. Səlcuq müvərrixi əl-Hüseyni belə deyir: "Əsl hökmdar Atabəy Eldənizin özü idi. Əmrləri o verirdi, iqta torpaqlarını o paylayırdı, dövlət xəzinəsinə nəzarəti də o edirdi. Sultan Arslanşah ibn Toğrulun ancaq adı var idi".[29]
1167–1168-ci ilərdə Kirmanın hakimi Toğrul şah öldü və onun oğlanları arasında hakimiyyət uğrunda mübarizə başlandı. Toğrul şahın ortancıl oğlu II Arslanşah qaçıb Həmədana – Sultan Arslanşah və atabəy Eldənizin qulluğuna gəldi. 1168-ci ildə Atabəyin qüvvələri Kirmana daxil oldular. II Arslanşah Atabəyin vassalı kimi Kirmana hakim təyin edildi.[32]
1166-cı ildə çoxsaylı gürcü qoşunu Azərbaycana soxularaq Gəncəyədək irəlilədilər. Şəhər qarət və talanlara məruz qaldı. Bu müdaxilədən sonra, 1174-cü ilədək tərəflərdən heç biri fəal hərbi əməliyyatlar aparmadı. Lakin 1174-cü ilin əvvəlində atabəyin Naxçıvandan Həmədana gələn arvadı Möminə xatun gürcü qoşunlarının yeni hücumundan xəbər gətirdi. 1175-ci ilin avqustunda atabəy Eldənizin, sultan Arslanşahın, Xilat hakimi Şah Ərmənin və Diyarbəkir hakiminin birləşmiş qüvvələri Cahan Pəhləvanın başçılığı altında gürcülərə qarşı daha bir yürüş etdilər. Ravəndinin məlumatına görə, gürcülər "məğlub edildilər, müsəlmanlar isə elə bir qələbə qazandılar ki, beləsini kimsə xatırlaya bilmirdi". Bu məğlubiyyətdən sonra gürcülər Dəbilə, eləcə də Eldənizlərin tabeliyində olan başqa torpaqlara olan hücumlarından müvəqqəti olaraq əl çəkdilər.[33]
1166–1167-ci illərdədə Atabəydən vassal asılılıqda olan Nişapur hakimi Ay-Aba Həmədana gəldi və atabəy Eldənizə bildirdi ki, xarəzmşah İl-Arslan öz qoşunlarını Nişapuru tutmağa yönəltmişdir. Atabəy Eldəniz Həmədandan Reyə yollandı və oradan xarəzmşah İl-Arslanın yanına aşağıdakı məzmunda bir məktubla elçi göndərdi: "Doğrudan-doğruya bu Müəyyid Ay-Aba sultanın məmlükdür, Xorasan isə sultanın ölkəsidir, onun atalarının və babalarının yeridir. Eləcə də sənin qaldığın Xarəzm də onun mülküdür! Əgər sən Nişapura hərəkət etsən, onda mənim cavabım sənə qarşı hücum və bizim aramızda müharibə olacaqdır. Sən özün haqqında düşünmürsənmi?!"[34]
Mühasirə 2 ay uzansa da, şəhər təslim olmadı. Atabəyin və Xarəzmşahın qoşunları arasında baş verən döyüş bir nəticə vermədi. Bununla belə, Eldənizlər çox keçmədən Nişapuru itirdilər. Belə ki, əvvəllər Eldənizlərin vassalı olan Nişapur hakimi Ay-Aba özü Xarəzmşahın tərəfinə keçmişdi.[35]
1168-ci ildə Marağa hakimi Arslan-Aba yenidən hakimiyyətə qarşı üsyan etdi, lakin bu üsyan Marağanı mühasirəyə alan Cahan Pəhləvan tərəfindən yatırıldı. Çox keçmədən marağalıların əvvəlki vassallığını bərpa edən barışıq imzalandı.[34] 1170-ci ildə Reyə hərəkət edən atabəy, bu əyaləti əlinə keçirib oğlu Cahan Pəhləvanın iqtaları arasına qatdı. Rey hakimi İnanc, atabəyin əmriylə öldürüldü.[36]
1175-ci ilin oktyabr-noyabr aylarında Şəmsəddin Eldəniz və dekabr-yanvar aylarında isə Arslanşah vəfat etdi.[37]

Yüklə 297,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin