Eldənizlər


Xarici əlaqələr[redaktə | mənbəni redaktə et]



Yüklə 297,53 Kb.
səhifə6/13
tarix14.05.2023
ölçüsü297,53 Kb.
#113336
1   2   3   4   5   6   7   8   9   ...   13
tarıx

Xarici əlaqələr[redaktə | mənbəni redaktə et]



Üzərində Məhəmməd Cahan Pəhləvanın adı yazılmış və antropomorf təsvirlərlə bəzədilmiş saxsı qab, Qədim Gəncə, Gəncə Tarix-Diyarşünaslıq Muzeyi
Atabəyin inzibatçılıq qabiliyyəti və amansız tələbkarlığı dövlət idarəçilik sisteminin hər bir sahəsində möhkəm qayda-qanunun yaranmasına səbəb oldu. Hakimiyyətdə olduğu 10 il müddətində dövlət heç bir xarici müdaxiləyə məruz qalmadı. Əl-Hüseyni yazır ki, Cahan Pəhləvanın hakimiyyəti illərində "gürcülər onun tələblərini qəbul edərək, sülh bağladılar".[45][46]
Atabəy hakimiyyəti möhkəmləndikdən az sonra onunla xarəzmşah Təkiş arasında dostluq münasibətləri yarandı. Dövrümüzə xarəzmşah Təkişin "İraqın böyük atabəyi Şəms əd-Dövlə və-d-Din Pəhləvana" yazdığı məktublardan cəmi dördü çatmışdır. Bunların birində (avqust, 1181-ci il) təəssüf hissi ilə deyilirdi ki"cənabi-Humayun" padşah öz elçilərinin sayını azaltmışdır. Digər bir məktubda Xarəzmşah xahiş edir ki, onun hədiyyələrini qəbul etsin, belə ki, "bu hədiyyələr səmimi qəlblə göndərilib. Xarəzmşah ümid etdiyini bildirir ki, həmişə onların arasında sevinc qapıları açıq, şübhə qapıları isə bağlı olacaq."
Hələbdə Zəngi Atabəylərinin ən böyük nümayəndəsi Nurəddinin vəfatından sonra Misiri əlinə keçirən Səlahəddin Əyyubi öz hərbi gücündə istifadə edərək Zəngilərin əvvəlcə Hələb qolunu öz hakimiyyəti altına almış, daha sonra da Cahan Pəhləvanın vassalı Mosul Zəngilərinə təsir etməyə başlamışdı. Mosul hakimi Zəngilərdən İzzəddin Məsud Səlahəddin Əyyubiyə bir elçi göndərərək sülh təklif etsə də Əyyubi bunu qəbul etmədi. Səlahəddin Əyyubinin cavabı üzərinə Mosul atabəyi İzzəddin Cahan Pəhləvana özlərinin sultanın vassalları olmaları səbəbilə qorunmasını xahiş etdi. Bunu eşidən Əyyubi 1185-ci ilin aprelində Mosulu mühasirəyə aldı. Ancaq tam bu vaxt Ərmənşahlardan II Sökmənin 10 iyul 1185-ci ildə vəfat xəbərini eşidən Səlahəddin Əyyubi mühasirəni dayandırıb Axlat istiqamətində hərəkətə keçdi. Əyyubinin gəlişinə qədər Axlatda Ərmənşahların başına keçən Seyfəddin bəy Teymur kömək üçün Pəhləvana müraciət etdi. Həm Mosul, həm də Axlatdakı vəziyyəti hesaba qatan Atabəy Pəhləvan təcili olaraq Şərqi Anadolu istiqamətində hərəkətə keçdi. Atabəyin köməyə gəlməsi ilə qüvvələr fərqinin əleyhinə olduğunu başa düşən Səlahəddin geri çəkildi.[47]
1185-ci Cahan Pəhləvanın vassalı, Xilatın hakimi Nəsirəddin Məhəmməd ibn İbrahim II Sökmənin ölümündən sonra məmlükü Seyfəddin bəy Teymur əlinə keçirdi. II Sökmənin vəziri Məcdəddin ibn əl-Müvəffəq başda olmaqla Xilatın əyanları – məmlükün rəqibləri Səlahəddinə müraciətlə Xilatın Teymurdan geri alınmasını xahiş etdilər. Səlahəddin bu təklifi qəbul etdi və Xilata qoşun göndərdi. Kəşfiyyat məqsədi ilə fəqih İsa Xilata elçi göndərildi. II Sökmənin vəziri ona bildirdi ki:"Seyfəddin bəy Teymur və Pəhləvanın qızı II Sökmənin həyat yoldaşı Xilat qalasındadırlar, bəlkə Pəhləvan da buraya gəldi". Fəqih heç bir nəticə əldə etmədən geri qayıtdı.[48]
Tezliklə atabəy Cahan Pəhləvan da himayəsində olan torpaqların qorunması adı ilə qoşun ilə Xilata özünü çatdırdı. Atabəyin qoşunları şəhərin şərqində mövqe tutdular. Cahan Pəhləvan Səlahəddinə məktub yazaraq bildirdi: "Bu ölkə mənim qızıma mənsubdur və o, hazırda qaladadır. Mənim məsləhətim budur: qoy aramızda olan dostluq münasibəti əvvəlki kimi qalsın və davam etdirilsin". Bundan sonra Səlahəddin əl-Cəzirəyə, Pəhləvan isə öz ölkəsinə qayıdtdılar. Seyfəddin bəy Teymur Atabəyə pul və hədiyyələr göndərdi və Xilatda Cahan Pəhləvanın adı ilə xütbə oxunmağa başlandı.[49]
Bu hadisələr zamanı atabəy Cahan Pəhləvanın qarnından bərk ağrı bərk ağri tutdu. Atabəy əmr etdi ki, onu tikdirdiyi Təbərək qalasına, ailəsinin yanına aparsınlar. Təbiblərinin bütün səylərinə baxmayaraq, onlar Atabəyi ölüm yatağından qaldıra bilmədilər. 1186-cı ildə, 50 yaşında vəfat etdi.[50]
Cahan Pəhləvan ölümündən əvvəl öz övladları arasında hakimiyyəti bölüşdürmüşdü. Azərbaycan və Arranın idarəsini oğlu Əbu Bəkrə tapşırmış, qardaşı Qızıl Arslanı da onun atabəyi təyin etmişdi. Rey, İsfahan və Əcəm İraqının idarəsi Qutluq İnanc ilə Əmir Əmiran Ömərə, Həmədanı isə Özbəyə vermişdi.[51] Lakin atabəyin qəfil ölümü onun qoyduğu qayda-qanunu pozdu. Varisi Qızıl Arslan yalnız sultan III Toğrulun deyil, eləcə də qardaşının dul arvadı İnanc xatunun və onun İraq Səlcuq əmirləri arasındakı tərəfdarlarının müqavimətləri ilə üzləşməli oldu.[51][52]

Yüklə 297,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin