Eldənizlər


Qızıl Arslan (1186–1191)[redaktə | mənbəni redaktə et]



Yüklə 297,53 Kb.
səhifə7/13
tarix14.05.2023
ölçüsü297,53 Kb.
#113336
1   2   3   4   5   6   7   8   9   10   ...   13
tarıx

Qızıl Arslan (1186–1191)[redaktə | mənbəni redaktə et]


Həmçinin bax: Qızıl Arslan
Cahan Pəhləvanın ölümü sultanlığın hakim dairəsində çaşqınlığa səbəb oldu. Əyanları və Atabəyin yaxın adamları (İnanc xatın və onun tərəfdarları) iki və ya üç ay ərzində Cahan Pəhləvanın ölümünü onun təbəələrindən gizlədir, xəstəliyi haqqında xəbər yayırdılar. Bütün bu müddətdə onlar Cahan Pəhləvanın yerini kimin tuta biləcəyi haqqında məşvərətlər keçirirdilər. Nəhayət, onlar sultan III Toğrulun yanına gedib, Qızıl Arslanın iqta torpaqları sayılan Azərbaycanı və Arranı onun hakimiyyəti altında saxlamağa və qoşunun baş komandanı vəzifəsini də ona tapşırmağa razı salmaq qərarına gəlirlər.[53]
Atabəy Qızıl Arslanın şair Nizami Gəncəvini qarşılaması. 1481-ci ilə aid əlyazmadan miniatür. (Uolters Sənət Muzeyi, Baltimor, ABŞ)
Cahan Pəhləvanın əmrindəki məmlüklər və əmirlər də taxt iddiaçıları arasında üçə bölünmüşdülər. Ordunun böyük bir hissəsi Qızıl Arslanın tərəfində idi. Əmirbar[q 2] Mahmud Anasıoğlu, Qəzvin əmiri Nurəddin Qara, Natanz hakimi Nurəddin Qıran Huvan, Rey əmiri Siracəddin Qaymaz, Qarac valisi Əbu Duləf, Fərrazin hakimi və Atabəy Pəhləvanın məlikül-ümərası Cəmaləddin Uluq Barbəy Ay-Aba əl-Fərrazin Qızıl Arslanın atabəyliyini dəstəkləyirdilər. Cəmaləddin Ay-Aba, Seyfəddin Rus və Cəmaləddin Öz-Aba Qutluq İnanc ilə Əmir Əmiran Ömərin, İzzəddin Miyak əl-Atabəyi, Qaragöz əl-Atabəyi, Bəşir və Sevinc Aba sultan III Toğrulun tərəfini tuturdular.[54]
İnanc xatunun narazılığına baxmayaraq, əmirlərin əksəriyyəti belə bir nəticəyə gəldilər ki, Cahan Pəhləvanın varisi məhz Qızıl Arslan olmalıdır. 1186-cı ildə Onlar sədaqətlərini Qızıl Arslana bildirərək, ondan Həmədana gəlməyi və dövlətin idarəsini öhdəsinə götürməyi xahiş edirlər. Sultan III Toğrul da Qızıl Arslanı özünün atabəyi təyin etməyə məcbur oldu.[55]
Qızıl Arslana olan bu münasibət, mövqeyinin möhkəmlənməsi İnanc xatunu heç də qane etmirdi. O, mərhum ərinin sabiq məmlükləri Əmir Camaləddin Ay-Aba və Seyfəddin Rusla gizli danışığa girərək, onların Sultan III Toğrulun tərəfinə keçmələrinə nail oldu.[56] Zəncan, Əbhər və Marağa hakimləri də onlara qoşuldular. 1187-ci ildə Həmədan yaxınlığında birləşmiş qüvvələrlə Qızıl Arslanın ordusu arasında bir neçə gün davam edən döyüşlərdən sonra Qızıl Arslanın ordusu geri çəkildi.[57]
Bundan sonra Sultanın əmri ilə onun tərəfdarları Qızıl Arslanın tərəfdarlarına divan tutmağa başladılar. Belə ki, III Toğrulun vəziri İzzəddin, Həmədanın rəisi Fəxrəddin, Qızıl Arslanın əmirləri Siracəddin Qaymaz, Bədrəddin Qaragöz və başqalan öldürüldü. Bundan sonra yerli hakimlər, xüsusən ətraf ərazinin hakimləri Sultanla əlaqəni kəsməyə başladılar.[58]
Qızıl Arslan əvvəlcə Bağdad xəlifəsi ən-Nasir Lidinillaha müraciət etdi. Xəlifə ən-Nasir Qızıl Arslanın təklifini qəbul etdi və Cəlaləddin ibn Yunisin başçılığı ilə Həmədana qoşun göndərdi. Həmədan ətrafındakı Day-Mərgdə meydana gələn döyüşdə Qızıl Arslanın gəlməsini gözləməyib döyüşə girən xəlifə qüvvələri 6 may 1188-ci ildə III Toğrul tərəfindən darmadağın edildilər.[59]
Məğlubiyyət xəbərini eşidən xəlifə təcili ikinci bir ordu təşkil etdi və başına da Mücahidəddin Xalis əl-Xassi gətirdi. 1188-ci ilin dekabrında Xəlifə ilə Sultan arasında ikinci vuruşma meydana gəldi. Bu dəfə III Toğrul Həmədanı tərk edib İsfahana qaçdı və Abbasi ordusu paytaxtı tutdu. Qızıl Arslan da buraya gəldi. Həmədanda xəlifənin əmriylə taxta Qızıl Arslan oturduldu və Bağdadda onun adına "hökmdar və möminlər əmirinin köməkçisi" adıyla xütbə oxuduldu.[60]
Qızıl Arslanın Həmədanda olmasından istifadə edən sultan III Toğrul öz qoşunu ilə Uşnu, Xoy, Urmiya və Səlmas şəhərlərinə soxulub, hər yeri talan etdi[61] və Səlahəddin Əyyubiyə müraciət edərək, yardım göstərməsini xahiş etdi. Səlahəddin, Qızıl Arslanla III Toğrulu barışdırmağa cəhd göstərsə də bu heçbir nəticə vermədi. Əvvəl barışığa razı olan III Toğrul, yenidən Qızıl Arslanla müharibə etmək qərarına gələrək, 1190-cı ilin oktyabrında Qızıl Arslanın üzərinə hücuma keçdi. Qızıl Arslan digər rəqibi İnanc xatunun oğulları ilə barışıq imzaladı, onları öz yanında xidmətə götürdü və nəhayət mərhum qardaşının dul qalmış arvadı İnanc xatunla evləndi. Beləliklə yalnız bu tədbirlərdən sonra 1191-ci ildə III Toğrulla qarşılaşan Qızıl Arslan Sultanı məğlub edərək həbsə atdı.[62]
1191-ci ildə Qızıl Arslan fəallaşmış olan gürcülərin qarşısını almaq üçün hərəkət keçdi. Atabəy qoşunları Van gölünə yaxınlaşaraq yollarının üzərindəki Bitlis şəhərini tutdular. Eyni zamanda Qızıl Arslan, kraliça Tamaranın birinci əri, gürcü sarayından qovulmuş olan Georgi Rusa hərbi yardım göstərdi. Gürcüstana soxulan Qızıl Arslanın qüvvələri ölkəni talan etdilər və çoxlu əsir qənimətlə geri qayıtdılar.[63]
Qızıl Arslan Həmədana qayıdarkən Naxçıvandakı həbsdə olan Səlcuq taxtının varislərindən Səncər ibn Süleymanı da özüylə gətirərək İraq Səlcuq taxtına əyləşdirdi. Sonradan Xəlifənin də məsləhəti ilə Səncəri yenidən həbs etdirib sultanlıq tacını öz başına qoydu. Beləcə, Eldənizlərin hakimiyyət uğrunda mübarizəsi Naxçıvan iqtidarlığından Səlcuqlu sultanlıq taxtına qədər bir yol keçərək öz inkişaflarının zirvəsinə çatdı. Beləliklə, Azərbaycan Atabəyləri formal hakimiyyəti, yəni sultan titulunu ələ keçirdilər.[64]
Lakin Qızıl Arslan gerçək hakimiyyətinin möhkəmləndirilməsi üçün mövcud olan bütün imkanlardan istifadə etmədi. Sarayda özbaşınalıq hökm sürür, hökmdarın isə içki məclislərindən başı açılmırdı. Nəhayət, Qızıl Arslana qarşı qəsd təşkil olundu. İnanc Xatun bu qəsddə fəal rol oynayırdı. 1191-ci ilin sentyabr ayında Qızıl Arslan öldürüldü.[65][66]

Yüklə 297,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin