Eldənizlər


Monqolların yürüşü[redaktə | mənbəni redaktə et]



Yüklə 297,53 Kb.
səhifə10/13
tarix14.05.2023
ölçüsü297,53 Kb.
#113336
1   ...   5   6   7   8   9   10   11   12   13
tarıx

Monqolların yürüşü[redaktə | mənbəni redaktə et]


Əsas məqalə: Monqolların Azərbaycana ilk yürüşü

Çingiz xan.
Atabəy Özbəyin hakimiyyətinin və Eldənizlilərin son dövründə Monqolların Orta Asiya, Orta Şərq və Qafqaza birinci yürüşü gerçəkləşdi. Cəbə Noyon və Subutay Bahadırın[q 3] komandanlığı altında monqollar Xorasan və İraqi Əcəmin torpaqlarından keçərək 1221-ci ildə yanvar ayında Təbrizə gəldilər. Atabəy Özbək monqollara elçi göndərib barışıq imzalamağı təklif etdi. Monqollar Təbriz qarnizonlarındakı xarəzmlilərin onlara təslim edilməsini istədilər. Atabəy Özbək xarəzmlilərin bir hissəsini özü öldürtdü, qalanını da monqollara göndərdi. Bunun xaricində Özbək onlara təzminat olaraq pul, paltar və mal-qara da verdi.[98]
Monqolların gündən-günə artan təhlükəsini görən gürcü hökmdarı IV Georgi Laşa qonşu hakimlərə, o cümlədən atabəy Özbəkə, Xilat və Cazirə hakimi əl-Məlik əl- Əşrəfə müraciət etdi. Atabəy Özbək və Georgi barışıq müqaviləsi və monqollara qarşı birgə çıxış haqqında saziş bağladılar.[99] Lakin birgə hərəkət haqqında danışıqlar monqollara məlum oldu və onlar yenidən Gürcüstana və Arrana soxuldular. Gürcü qoşunları darmadağın edildilər.[100]
Bundan sonra yenidən Azərbaycan ərazisinə qayıdan monqollar bir daha Təbrizə hücum etdilər. Lakin şəhər əhalisi bu dəfə də təzminat verməklə şəhərin işğalının qarşısını ala bildi. Bundan sonra Monqollar üzlərini Marağa tərəfə çevirdilər. 1221-ci ilin martında Özbəyin həyat yoldaşı Sülafə xatuna mənsub olan Marağa şəhəri mühasirəyə alındı. Ağır mühasirəni saxlaya bilməyən marağalılar məğlub oldular. Monqolların əlinə keçən şəhər yandırıldı və qarət edildi.[101]
Daha sonra Eldənizlərə uzun müddət paytaxtlıq edən Həmədana hücum etdilər. Həmədanı əllərinə keçirən monqollar şəhəri xarabaya çevirdikdən sonra Ərdəbilə üz tutdular. Şəhəri dağıdan monqollar yenidən Təbrizə gəldilər. Atabəy Özbək Naxçıvana qaçdı. Təbrizin hakimi Şəmsəddin ət-Tuğrayi isə monqollara hədiyyələr verərək şəhəri onların hücumundan qurtardı.[102] Monqollar buradan Səraba yollandılar, Sərabda da Ərdəbildə etdiklərini təkrarlayan monqollar buradan Naxçıvana hərəkət etdilər. Naxçıvan kəndlərinin əhalisini öldürməyə başlayınca Atabəy Özbəyin oğlu Xamuş onların yanına elçi göndərib üzrxahlıq etdi. Monqollar da onlara toxunulmazlıq əlaməti olaraq üzərində damğa olan ağacdan qayrılmış bayqu[q 4] verdilər.[103]
Naxçıvandan sonra monqollar şimala, Gəncə və Beyləqana doğru hərəkətə başladılar. Beyləqanı qarət etdikdən sonra Gəncəyə hücum edib şəhəri mühasirəyə aldılar. İbn əl-Əsir yazır ki, "bu şəhərin çoxlu müdafiəçiləri olduğunu, onların gürcülərlə daimi mübarizədə qazandığı igidliyini və şəhər divarlarının keçilməzliyini öyrənmişdilər". Monqollar yalnız təzminat almaqla kifayətlənərək, şəhərdən kənara çəkildilər. Sonra monqollar Dərbənd keçidi vasitəsilə şimala keçmək üçün cəhd göstərdilər. Onların ilk cəhdi baş tutmadı, belə ki, Dərbənd darvazalarını tutan qıpçaqlar onlara müqavimət göstərdilər. Belə olduqda monqollar Şirvanşah I Guştəsbə elçi göndərərək guya sülh bağlamaq üçün bir neçə nəfərin göndərilməsini xahiş etdilər. Şirvanşah öz zadəganları arasından 10 nəfər göndərdi. Monqollar onlardan birini öldürüb, qalanlarından isə şimala keçidi göstərməyi tələb etdilər. Beləliklə Dərbənddən şimala hərəkət edərək Azərbaycandan çıxdılar.[104]
Atabəy Özbəkin fəaliyyətsizliyinə və nüfuzunu itirməsinə baxmayaraq, onun atası Cahan Pəhləvanın vassalları ənənə üzrə Azərbaycan Atabəyləri sülaləsinə olan ehtiramı saxlayırdılar. Belə ki, Mosul Atabəylərinin torpaq sahibləri arasında nifaq düşərkən II İmadəddin Zəngi 1222-ci ildə Mosul hakimi Bədrəddin Lülü tərəfindən öz mülklərindən qovulmuşdu. II İmaməddin Zəngi atabəy Özbəkə pənah apardı, Özbək iltifat göstərərək onun mülklərini pay torpaqlarına, yəni iqtaya bölüb, özünü isə sarayda xidmətə götürdü.[105]

Yüklə 297,53 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin