Elektron güc çeviriciləri (Magistr pilləsi üçün) MÜhaziRƏLƏr konspekti



Yüklə 1,43 Mb.
səhifə13/18
tarix30.01.2023
ölçüsü1,43 Mb.
#81757
1   ...   10   11   12   13   14   15   16   17   18
Elektron güc çeviriciləri

Mühazirə 11.


TİRİSTORLU İNVERTORLAR.


Mühazirənin planı:
Birfazlı körpü cərəyan avtonom invertoru
Birfazlı körpü gərginlik invertoru
Mühazirədə istifadə olunan ədəbiyyat:

  1. H.A Mehdiyev «Gəmilərin elektrik avadanlığı» Bakı, «Ti- Media», 2008 – 398 səh.

  2. Лихошерст В.И. Полупроводниковые преобразователи электрической энергии с импульсным регулированием. Екатеринбург, УГТУ, 2000 г. 116 ст.

  3. В.Ю. Воскович, Т.Н. Королева, В.А. Павлова. Электроенергетические установки и силовая электроника транспортных средств. Санкт-Петербург, «Элмор», 2001 г. 383 ст.

Nəzarət sualları:
1. Tezlik çeviricisi necə qurğudur?
2. Üçfazlı tristorlu gərginlik invertoru nəyə deyilir?

Avtonom şəbəkə ilə əlaqəsi olmayan, avtonom yükə işləyən və sabit cərəyanı, tezliyi sabit saxlamayan və tənzimlənən dəyişən cərəyana çevirən çevirici qurğudur. Avtonom invertorun əsasını çevirici ventil qurğusu təşkil edir. Onlar bir fazalı və üç fazalı sxemlə yığılır. Avtonom invertorlarda açar kimi tranzistor ya da ya da tristorlardan istifadə edilir. Əgər invertorlarda adi tristorlardan istifadə edilərsə onların komutasiyası üçün əlavə komutasiya qurğusu da tələb olunur. Komutasiya üçün əsas element kimi kondensatorlar tətbiq olunur.


Tristorlu avtonom invertor sxemləri cərəyan və gərginlik invertorlarına bölünür. Gərginlik invertoru yükdə tələb olunan gərginlik əyrisi, cərəyan invertoru isə cərəyan əyrisi formalayır. Birfazalı invertorda idarə siqnalları arasında faza sürüşməsi 1800 təşkil edir.


Birfazlı körpü cərəyan avtonom invertoru.
Birfazlı cərəyan invertorları birfazlı körpü və transformatorunun 1 dolağının orta nöqtəsi çıxarılmış iki yarımperiodlu sxemlərlə yığılır. Birfazlı körpü cərəyan invertorunun sxemini öyrənək: Birfazlı invertorda çıxış tezliyi idarə tezliyi vasitəsiylə təyin edilir. İnvertorun girişində güclü Ld drosseli qoyulur. Onun sayəsində İd giriş cərəyanı ideal səlist olur. İnvertorun sxemi şəkil 11.1 də göstərilmişdir.



Şəkil 11.1 Birfazalı körpü cərəyan avtonom invertoru

Şəkildə C kondensatorunun əsas vəzifəsi ventillərin komutasiyasını təmin etməkdir. Lakin cərəyan inventorunda onun ikinci vəzifəsi var, oda yükün reaktiv gücünü kompensasiya etməkdir. Nəticədə yükdə gərginliyin işarəsinin dəyişməsi onun əvvəlki istiqamətini qoruyur. İnventorun iş prosesinə nəzər salaq. Fərz edək ki, əvvəlcə V1 və V4 ventilləri işləyir və İd cərəyanı yüklə kondensator arasında paylanır. Kondensator dolur və onun gərginliyi mötərizəsiz işarəli olur. İşçi tezliyin yaım periodundan sonra idarə sistemi V2 və V3 ventillərini açır və qısa bir müddət ərzində ventillərin 4 də açıq olur. Kondensator isə üç istiqamətdə boşalır.




Şəkil 11.2 Birfazalı körpü cərəyan avtonom invertorunun gərginliklərinin zaman əyriləri



Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin