Mühazirə 12.
TRANZİSTORLU İNVENTORLAR.
Mühazirənin planı:
Birfazlı tranzistorlu körpü inventoru
Üçfazlı tranzistorlu körpü inventoru.
Mühazirədə istifadə olunan ədəbiyyat:
H.A Mehdiyev «Gəmilərin elektrik avadanlığı» Bakı, «Ti- Media», 2008 – 398 səh.
Лихошерст В.И. Полупроводниковые преобразователи электрической энергии с импульсным регулированием. Екатеринбург, УГТУ, 2000 г. 116 ст.
В.Ю. Воскович, Т.Н. Королева, В.А. Павлова. Электроенергетические установки и силовая электроника транспортных средств. Санкт-Петербург, «Элмор», 2001 г. 383 ст.
Nəzarət sualları:
1. Tranzistorlar necə işləyir?
2. tranzistorlu invertor necə qurğudur?
İdarəedici elektrod vasitəsilə açılıb–bağlana bildiyi üçün tranzistorlar tam idarə olunan yarımkeçirici cihazlar adlanır. Ona görə də tranzistorlu invertorlarda komutasiya qurğularına ehtiyac qalmır və invertorun həm güc həm də idarə sistemi sadələşir, nəticədə tranzistorlu avtonom invertorlarda çıxış gərginliyinin tənzimi ancaq idarəedici impulsların eninin dəyişdirilməsi ilə yerinə yetirilir.
Tristorlu invertorlara analoji olaraq tranzistorlu invertorlar da həm birfazlı həm də üçfazlı sxemlə yığılır.
Birfazlı tranzistorlu körpü inventoru
Şəkil 12.1 – də inventorun sxemi və şəkil12.2 – də cərəyan və gərginliklərinin zaman əyriləri göstərilmişdir.
Tranzistorlar qoşa işləyir. T1 və T4, T2 və T3 aktiv-induktiv yük rejimində invertorun iş prinspini nəzərdən keçirək. (1-8 ) intervalında t1 və t4 tranzistorları açıqdır. Yarım periodun 1-ci intervalında (0-Uy) Ly induktivliyində toplanmış elektromaqnit enerjisini mənbəyə qaytarılır. Yük cərəyanı isə D1 və D4 əks diodları və invers qoşulmuş T1 və T4 tranzistorları vasitəsiylə keçir. anında isə T1 və T2 tranzistorları vəziyyətlərini dəyişir və 2-ci yarımperiod başlayır. 2-ci yarımperiod ərzində gedən proseslər birincidəkinə analojidir və onunla fərqlənir ki, İy əks işarəlidir. T1D1 –in rolunu T2D3, T4D4-ün rolunu isə T3D3 yerinə yetirir. Yük cərəyanı İy sinusoidal formalı olur. cosjy azaldıqda isə yük cərəyanının gərginliyə nəzərən faza sürşməsi artır və cosjy=0 olduqda təşkil edir. Birfazalı tranzistorlu avtonom invertorun çıxışında düzbucaqlı periodik dəyişən gərginlik formalanır.
Dostları ilə paylaş: |