Elektron güc çeviriciləri (Magistr pilləsi üçün) MÜhaziRƏLƏr konspekti


Mühazirə 2. BİRFAZALI SIFIR NÖQTƏLİ DÜZLƏNDIRİCİLƏR



Yüklə 1,43 Mb.
səhifə2/18
tarix30.01.2023
ölçüsü1,43 Mb.
#81757
1   2   3   4   5   6   7   8   9   ...   18
Elektron güc çeviriciləri

Mühazirə 2.


BİRFAZALI SIFIR NÖQTƏLİ DÜZLƏNDIRİCİLƏR.
Birfazalı bir yarimperiodlu düzləndiricilər.
Mühazirənin planı:
Sadə birfazlı düzləndiricilər haqqında məlumat
Birfazаlı biryarımperiodlu düzləndiricilər
Transformatorun ikinci dolağının orta nöqtəsindən çıxışı olan iki yarımperiodu düzləndiricilər
Nəzarət sualları:
1. Düzləndirilmiş gərginliyin təsiredici qiymətinın ifadəsini yazmalı?
2. Düzləndiricinin düzləndirilmiş gərginliyin orta qiymətinın ifadəsini yazmalı?
Ən sadə birfazlı düzləndiricinin sxemi bir yarımperiodlu düzləndiricilərdir. (şəkil 2.1 a). O, transformatordan, onun ikinci dolağına qoşulmuş dioddan və yük müqavimətindən ibarətdir. Transformatorun birinci dolağı dəyişən sinusoidal gərginlik şəbəkəsinə qoşulduqda ikinci dolaqda da sinusoidal e.h.q. yaranır. Birinci yarımperiod ərzində ikinci dolağın gərginliyi (U2) diodun anoduna tətbiq edildiyinə görə o açıq olur və yükdən cərəyanı axır. İkinci yarımperiodda diod bağlı olur, yük müqavimətindən cərəyan keçmir və bağlı dioda əks U2 gərginliyi tətbiq olunur.
Diod açıq olduqda yük müqavimətinə düşən gərginliyin ani qiyməti transformatorun ikinci dolağının gərginliyininin ani qiymətinə bərabər olacaqdır U0=U2 (şəkil 2.1 b,v). Həmin gərginliyin təsirindən yük müqavimətindən axan cərəyanın ani qiyməti olacaqdır. Düzləndirilmiş gərginliyin təsiredici qiymətinə görə yük müqavimətindən axan cərəyanın orta qiyməti olacaqdır (şəkil 2.1 q)
Diod bağlı olduqda ona tətbiq edilən əks gərginliyin maksimal qiyməti transformatorun ikinci dolağının maksimal Uə gərginliyinə bərabərdir (şəkil 2.1 d).
Uəks.m.=U2.m=3.14U0 (2.1)

a) b) v)
q) d)
Sxemin üstün cəhəti onun sadəliyi, çatışmazlığı isə düzləndirilmiş gərginlik və cərəyanın qiymətlərinin kiçik olmasıdır. Sxemin döyünmə əmsalının böyük olması da onun mənfi cəhətlərindən biri sayılır. Ümumiyyətlə döyünmə əmsalı düzləndirilmiş gərginliyin əsas hormonunun maksimal qiymətinin (U0.m.) onun orta qiymətinə olan nisbətinə bərabərdir.
(2.2)

Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin