Elektron güc çeviriciləri (Magistr pilləsi üçün) MÜhaziRƏLƏr konspekti


Mühazirə 5. ÜÇFAZALI KÖRPÜ SXEMLİ DÜZLƏNDIRICILƏR



Yüklə 1,43 Mb.
səhifə6/18
tarix30.01.2023
ölçüsü1,43 Mb.
#81757
1   2   3   4   5   6   7   8   9   ...   18
Elektron güc çeviriciləri

Mühazirə 5.


ÜÇFAZALI KÖRPÜ SXEMLİ DÜZLƏNDIRICILƏR.
Üçfazalı iki yarımperiodlu düzləndirici


Mühazirənin planı:
Üçfazalı körpü sxemli düzləndiricilər haqqında məlumat
Üçfazalı iki yarımperiodlu düzləndiricilər haqqında məlumat
Mühazirədə istifadə olunan ədəbiyyat:

  1. H.A Mehdiyev «Gəmilərin elektrik avadanlığı» Bakı, «Ti- Media», 2008 – 398 səh.

  2. Лихошерст В.И. Полупроводниковые преобразователи электрической энергии с импульсным регулированием. Екатеринбург, УГТУ, 2000 г. 116 ст.

  3. В.Ю. Воскович, Т.Н. Королева, В.А. Павлова. Электроенергетические установки и силовая электроника транспортных средств. Санкт-Петербург, «Элмор», 2001 г. 383 ст.

Nəzarət sualları:
1. Neytral çıxışlı üç fazalı sxemə görə körpü sxemi hansı üstünlüklərə malikdir?
2. Düzlənmiş gərginlik əyrisinin period ərzində döyünmələrinin sayı neçə ədəd olur?

Körpülü sxemdə (şəkil 5.1 a) diodların sayının iki dəfə artıq olmasına baxmayaraq, bu sxem neytral çıxışlı düzləndiricidən bütün göstəricilərinə görə üstündür. Sxem müəllifin soyadına görə Larionov sxemi adlanır.


a) b)



Burada iki üçfazalı düzləndirici qrupu ardıcıl birləşdirilmişdir. Birinci qrup (VD1, VD3, VD5) anod qrupu (VD2, VD4, VD6) katod qrupu (katodları birləşdirilmişdir) adlanır.


Qrupların hər biri neytral çıxışlı sxemin işini yerinə yetirir. Ona görə belə sxemdə düzləndirilmiş gərginliyin orta qiyməti neytral çıxışlı sxemdə olduğundan iki dəfə çoxdur (şəkil 5.1 b) Yəni düzlənmiş gərginlik əyrisinin period ərzində döyünmələrinin sayı altı ədəddir.
(5.1)
U2 - transformatorun ikinci tərəfinin faza gərginliyidir. Düzləndirilmiş cərəyanın orta qiyməti əvvəlki sxemlərdə olduğu kimi ifadəsi ilə təyin edilir. Neytral çıxışlı sxemdə olduğu kimi bu sxemdə də hər dioddan axan cərəyan yük cərəyanından üç dəfə azdır . Yəni üçfazlı körpü sxemli düzləndiricidə diodların idarə siqnalları arasında faza bucağı 600 təşkil edir.
Bu sxemdə də diodlara düşən əks gərginliyin maksimal qiyməti transformatorun ikinci tərəfinin xətti gərginliyinin amplitud qiymətinə bərabərdir. Ancaq düzləndirilmiş gərginliyin orta qiyməti böyük olduğundan maksimal əks gərginlik düzlənmiş orta gərginliyə yaxındır:
Uəks.m (5.2)
burada -transformatorun ikinci tərəfinin xətti gərginliyinin maksimal qiymətidir. Baxılan düzləndirici sxemlərinə nisbətən (bir fazlı və neytral çıxışlı üç fazlı) burada döyünmələr xeyli azdır və təşkil edir.
Neytral çıxışlı üç fazalı sxemə görə körpü sxemi aşağıdakı üstünlüklərə malikdir:

  1. Transformatorun nüvəsinin sabit cərəyanla əlavə maqnitlənməsi baş vermir, ona görə f.i.ə. daha yüksəkdir;

  2. Şəbəkə gərginliyi tələb olunan düzləndirilmiş gərginliyi təmin etdikdə sxem transformatorsuz birbaşa şəbəkəyə qoşula bilər;

  3. Döyünmə əmsalının təxminən 4 dəfə az olması hamarlayıcı süzgəcin ölçü və kütləsini azaltmağa imkan verir;

  4. Diodlar gərginliyə görə daha yaxşı istifadə olunur (əks gərginliyin ifadəsinə bax) və bu da düzləndirilmiş gərginliyin daha böyük qiymətini almağa imkan verir.


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin