Mühazirədə istifadə olunan ədəbiyyat:
H.A Mehdiyev «Gəmilərin elektrik avadanlığı» Bakı, «Ti- Media», 2008 – 398 səh.
Лихошерст В.И. Полупроводниковые преобразователи электрической энергии с импульсным регулированием. Екатеринбург, УГТУ, 2000 г. 116 ст.
В.Ю. Воскович, Т.Н. Королева, В.А. Павлова. Электроенергетические установки и силовая электроника транспортных средств. Санкт-Петербург, «Элмор», 2001 г. 383 ст.
Nəzarət sualları:
1. Bir fazalı düzləndiricilər arasında ən geniş yayılmışı hansıdır?
Bir fazalı düzləndiricilər arasında ən geniş yayılmış iki yarımperiodlu körpü sxemli düzləndirici (şəkil 3.1a) sayılır.
a) b) v)
q) d)
Burada dörd diod körpü sxemi vasitəsilə transformatorun ikinci dolağına və işlədiciyə qoşulmuşdur. Körpünün bir diaqonalına ikinci dolaq, digərinə yük müqaviməti qoşulur.
Hər diod cütü (VD1,VD3 və VD2, VD4) növbə ilə işləyir. Birinci yarımperiodda VD1 və VD3 açıq olur və yük müqavimətindən cərəyan axır (şəkil 3.1 b). Bu zaman VD2, VD4 diodları bağlı olur. İkinci yarımperiodda VD2, VD4 açıq, VD1 VD3 isə bağlı olur. Göründüyü kimi bu halda da yükdən axan cərəyanın istiqaməti əvvəlki kimi qalır. Düzləndirilmiş gərginliyin və cərəyanın əyriləri (şəkil 3.1 v, q) bundan əvvəl baxılmış bir fazalı iki yarımperiodlu düzləndiricinin sxemindəki kimidir. Buna görə də düzlənmiş gərginliyin və cərəyanın orta qiymətləri əvvəlki sxemin düzlənmiş gərginliyinin və cərəyanının qiymətləri ilə eynidir. Bir fazalı körpü sxemli düzləndiricinin transformatorun ikinci tərəfinin orta nöqtəsindən çıxışı olan sxemə nisbətən müsbət cəhəti dioda düşən əks gərginliyin maksimal qiymətini (Şəkil 3.1 d) iki dəfə az olmasıdır.
Uəks (3.1)
Müsbət cəhət kimi onu da qeyd etmək lazımdır ki, gərginliyi dəyişən cərəyan mənbəyinin gərginliyinə bərabər olduqda körpü sxemini birbaşa (transformatorsuz) şəbəkəyə qoşmaq olar.
Dostları ilə paylaş: |