Elektron güc çeviriciləri (Magistr pilləsi üçün) MÜhaziRƏLƏr konspekti



Yüklə 1,43 Mb.
səhifə18/18
tarix30.01.2023
ölçüsü1,43 Mb.
#81757
1   ...   10   11   12   13   14   15   16   17   18
Elektron güc çeviriciləri

Nəzarət sualları:
1. İmpuls çeviricisi nəyə deyilir

Tənzim elementinin yük qoşulma üsuluna görə tristorlu impuls eninə tənzim çeviriciləri ardıcıl və paralel olmaqla 2 qrupa bölünür. 1 –ci halda tristor yükə ardıcıl, 2 – ci halda isə paralel qoşulur. Ardıcıl çeviricilər geniş yayıldığından onların 2 sxem variantını nəzərdən keçirək:


1-ci sxem variantda kommutasiya edici kondensator işçi tristorun dövrəsindən dolur. Şəkil 15.1 – də paralel komutasiyalı ardıcıl impuls eninə tənzim çeviricisinin sxemi göstərilmişdir.

Sxemin iş prinspi aşağıdakı ardıcıllıqla izah olunur:


Sxemdə Vi – işçi, Vk – komutasiya edici tristordur, Ck – komutasiya edici kondensator, Ry , Drf , Vfyük dövrəsini təşkil edir, Vi – işçi tristor açıq olduqda yük dövrəsindən cərəyan keçir.
İndi isə ardıcıl transformator kommutasiyalı ardıcıl tristorlu müstəqil impuls eninə tənzim çeviricisinin iş prinspini öyrənək:
Müstəqil komutasiyalı İFT çeviriciləri yükün geniş hədlər daxilində dəyişməsində qidalandırma sisteminin dayanıqlı iş rejimini təmin edir. Bu qrup İFT çeviricilərinin ən geniş yayılmış variantı işçi tristoru ayırıcı mənbədən kommutasiya edilən sxemdir. Həmin sxem şəkil 15.2 – də göstərilmişdir. Sxem ardıcıl kommutasiyalıdır.

Şəkil 15.2 Ardıcıl tiristor kommutasiyalı impuls eninə tənzim çeviricisinin sxemi

Baxılan sxem kommutasiya konturu ilə güc sxeminin gərginliyinə görə biri – birindən ayırmaq lazım gəldikdə təyin olunur. Şəkildə İT – impuls transformatorudur, İ dolağı W1 – lə, Ckkomutasiya edici kondensatorun, 2 –ci dolağı isə Wi – işçi tristor dövrəsinə ardıcıl qoşulur, çevirici ardıcıldır. Ona görə ki, lk – kommutasiya edici e.h.q, 2-ci tərəf dolağında Vi –yə ardıcıl tətbiq edilir. Sxemdə Vi – işçi, Vkkommutasiya edici tristordur, Uk – Kommutasiya edici gərginlik mənbəyidir.


Tranzistorlu impuls eninə tənzim çeviricilərində açar elementi kimi tranzistor qoşulur. Bu cihazlar tam idarə edilən olduğundan kommutasiya qurğusuna ehtiyac qalmır. Çeviricinin həm güc həm də idarə sxemi sadələşir.
Giriş və çıxış dövrələrinin xarakterinə görə tranzistorlu çeviricilərin 4 sxem variantı mövcuddur:

  1. Giriş dövrəsi tutum, çıxış dövrəsi induktiv xarakterli (şəkil 15.3 a)

  2. Giriş dövrəsi induktiv, çıxış dövrəsi tutum xarakterli (şıkil 15.3 b)

  3. Həm giriş, həm də çıxış dövrəsi tutum xarakterli (şəkil 15.3 v)

  4. Həm giriş, həm də çıxış dövrəsi induktiv xarakterli (şəkil 15.3 q)

Sxemdə Ly və Lm – induktivlikləri yük və mənbə cərəyanlarının döyünmələrini azaltmaq üçün daxil edilir.
Şəkil 15.3 a – da giriş dövrəsi tutum yük dövrəsi ilə induktiv xarakterlidir, çevirici ardıcıldır, çünki tənzim elementi T yükə ardıcıl qoşulub.





Şəkil 15.3 Tranzistorlu impuls eninə tənzim çeviricisinin ümumiləşmiş
sxem variantları

Tranzistor açıq olduqda enerji mənbədən yükə ötürülür və Ly induktivlikdə reaktiv enerji ehtiyyatlı toplanır. Bu intervalda D diodu bağlıdır. Tranzistor fasilə intervalına bağlandıqda Ly – də göstərilən işarə ilə induksialanan e.h.q – D-diodunu açır və reaktiv enerji yükə səpələnir, yük cərəyanı hamarlayır. Şəkil 15.3 -b dəki sxemdə giriş dövrəsi induktiv yük dövrəsi isə tutum xarakterlidir, çevirici paraleldir. T – tranzistoru açıq olduqda qida mənbəyi induktivliyə qapanır və orda reaktiv enerji ehtiyatı tolanır. Tranzistor fasilə müddətinə bağlandıqda mənbə gərginliyi ilə Lg - dəki induksiyalanan E.H.Q toplanaraq yükə tətbiq olunur, çıxış gərginliyi formalanır və Cy göstərilən işarə ilə dolur.


Şəkil 9.1v – də sxemində həm giriş həm də yük dövrəsi tutum xarakterlidir və çevirici ardıcıldır. T – tranzistoru açıq olduqda qida mənbəyi La aralıq drosselinə qapanır və onda reaktiv enerji ehtiyyatı toplanır. Bu intervalda D diodu bağlanır və yük dövrəsi mənbədən təcrid olunur. Transistor fasilə müddətinə bağlandıqda La – da göstərilən işarə ilə induksialanan e.h.q diodu açır və drosselin elektromaqnit enerjisi Ry - ə səpələnir, Cy – kondensatoru göstərilən işarə ilə dolur. T – tranzistoru növbəti dəfə imuls müddətinə açıldıqda və D – diodu bağlandıqda Cy yükə boşalır.
Şəkil 15.3 q –dəki sxemdə həm giriş həm də yük dövrəsi induktiv xarakterlidir. Çevirici özü isə paraleldir. Tranzistorun açıq olduğu impuls müddəti intervalında qida mənbəyi Lm drosselinə qapanır, onda reaktiv enerji ehtiyyatı toplanır. Bu intervalda Ca kondensatoru tranzistor vasitəsiylə şuntlanır. Tranzistor fasilə müddətinə bağlandıqda mənbə gərginliyi ilə Lm – də induksiyalanan e.h.q toplanaraq kondensatora tətbiq olunur və D diodu vasitəsiylə göstərilən işarə ilə dolur və D diodu vasitəsiylə şuntlanır.



Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin