Elektron güc çeviriciləri (Magistr pilləsi üçün) MÜhaziRƏLƏr konspekti


Düzləndiricinin idarə olunan rejimi



Yüklə 1,43 Mb.
səhifə8/18
tarix30.01.2023
ölçüsü1,43 Mb.
#81757
1   ...   4   5   6   7   8   9   10   11   ...   18
Elektron güc çeviriciləri

Düzləndiricinin idarə olunan rejimi
İdarə olunan rejimdə sxemdə diodlar əvəzinə tristorlar qoşulur və onların açılma anı  bucağı ilə idarə olunur. Qeyd etmək lazımdır ki, düzləndiricinin aktiv yük rejimi çox az hallarda istifadə olnur. Ona görə də aktiv – induktiv yük rejimini nəzərdən keçirmək məqsədə uyğun sayılır.

Bu halda idarə olunmayan düzləndiricidə olduğu kimi, hər iki ventil qrupu biri digərindən asılı olmayaraq işləyir. Düzləndirilmiş gərginliyin qiyməti əvvəlki ifadələrlə təyin olunur. Düzləndirilmiş gərginliyin orta qiyməti 3 fazlı 0 nöqtəli sxemdəki kimi təyin olunur. Müvazinətləşdirici reaktorda gərginliyin orta qiyməti:


0
Uk.or.=

Uk.or.=
Mühazirə 7.


HAMARLAYICI VƏ PARAMETRİK FİLTİRLƏR


Mühazirənin planı:
Altı fazlı müvazinətləşdirici reaktorlu düzləndiricilər haqqında məlumat
Düzləndiricinin idarə olunan rejimi
Düzləndiricinin idarə olunmayan rejimi.
Mühazirədə istifadə olunan ədəbiyyat:

  1. H.A Mehdiyev «Gəmilərin elektrik avadanlığı» Bakı, «Ti- Media», 2008 – 398 səh.

  2. Лихошерст В.И. Полупроводниковые преобразователи электрической энергии с импульсным регулированием. Екатеринбург, УГТУ, 2000 г. 116 ст.

  3. В.Ю. Воскович, Т.Н. Королева, В.А. Павлова. Электроенергетические установки и силовая электроника транспортных средств. Санкт-Петербург, «Элмор», 2001 г. 383 ст.

Nəzarət sualları:
1. Böyük hamarlama əmsalları almaq üçün hansı filtirlərdən istifadə olunur?
2. Müvazinətləşdirici reaktorda gərginliyin tezliyi şəbəkə tezliyindən neçə dəfə böyük olur?

Məlumdur ki, düzləndirilmiş gərginlik döyünən əyri tşkil edir. Onun tərkibində həm sabit, həm də dəyişən təşkiledicilər mövcuddur. Döyünmənin əmsalı  ilə qiymətləndirilir. -düzləndirilimiş gərginliyin dəyişən təsiredicisinin amplitudasının onun orta qiymətinə nisbəti ilə təyin edilir.


(7.1)
Burada indeks m – qidalandırıcı gərginliyin tezliyinə nəzərən ənalçaq tezlikli harmonikanın nömrəsidir. Hamarlayıcı filtirlərə olan əsas təlabatlar aşağıdakılardır:

  1. Filtir düzləndiricisi əsaslı olaraq dəyişdirilməməlidir.

  2. Düzləndiricinin bütün rejimlərində filtir yükdə gərginliyin tələb olunan dərəcədə təmin etməlidir.

Güclü düzləndirici qurğularda tətbiqi özünü doğruldan əsas hamarlayıcı filtir sxemləri şəkil 7.1 – də göstərilmişdir.

Şəkil 7.1 Hamarlayıcı filtirin sxemləri

Düzləndiricinin çıxışında gərginliyin döyünmə əmsalının yükdə gərginliyin döynmə əmsalına olan nisbəti filtir vasitəsilə döyünmələrin azaldılması dərəcəsini xarakterizə edir və bu nisbət hamarlma əmsalı adlanır


(7.2)
başqa sözlə filtirin hamarlama əmsalı onun girişində döyünmə əmsalının (1) nisbəti ilə təyin olunur. Filtirin girişində gərginliyin döyünmə əmsalı düzləndiricinin sxemi ilə təyin olunur, çıxışında isə döyünmə əmsalı verilir.
İnduktiv filtir üçün filtirin hamarlama əmsalı aşağıdakı ifadə ilə təyin olunur:
(7.3)
Hamarlayıcı drosselin induktivliyinin hesabı aşağıdakı ifadə ilə təyin olunur:
(7.4)
Böyük hamarlama əmsalları almaq üçün bəzən çox manqalı filtirlərdən istifadə olunur. Belə filtirin hamarlama əmsalı ayrı – ayrı manqaların filtirlərin hamarlama əmsallarının hasilinə bərabərdir. Həqiqətən 1-ci manqa üçün:
1-ci manqa üçün.
2-ci manqa üçün
Filtirin tam hamarlama əmsalı

Əyər filtirlərin hamarlama əmsalları eyni olarsa (S1=S2)




Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin