inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı” (Elektron Azərbaycan)”na əsasən
hazırlanmışdır və idarələrarası elektron sənəd dövriyyəsi sisteminin (bundan sonra -
sistem) yaradılması, idarə olunması və bu sistemdən istifadə qaydalarını müəyyən edir.
Sistemin təşkilatçısı Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, operatoru
2. Azərbaycan Respublikasının Dövlət Neft Fondu;
3. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi;
4. Azərbaycan Respublikasının Auditorlar Palatası;
5. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti;
6. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası;
7. Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası;
Bu Əsasnamədə elektron sənəd dövriyyəsi dedikdə, sistemin iştirakçıları arasında
elektron sənədlərin nizamlanmış hərəkəti ilə bağlı informasiya prosesləri nəzərdə
tutulur.
Əsasnamə dövlət sirri təşkil edən məlumatların dövriyyəsinə şamil edilmir.
Sistemin əsas prinsipləri aşağıdakılardır: 1.sistemdən eyni zamanda bir neçə
iştirakçının istifadə etməsinin texnoloji cəhətdən mümkün olması; 2.sistemin iştirakçıları
tərəfindən informasiya mübadiləsində bir-biri ilə uzlaşa bilən texnologiyaların,
formatların, protokolların və proqram-texniki vasitələrin tətbiq edilməsi; 3. sistemin
iştirakçıları tərəfindən yalnız sertifikatlaşdırılmış proqram təminatı və proqram-texniki
vasitələrindən istifadə edilməsi;.4. verilən məlumatların tamlığının təmin edilməsi; 5.
idarələrarası elektron sənəd dövriyyəsi zamanı informasiya təhlükəsizliyinin təmin
edilməsi;
Dostları ilə paylaş: