2. ELEKTRON SƏNƏD MÜBADİLƏSİNİN TƏŞKİLİ
Elektron s
ənəd mübadiləsinə aşağıdakılar daxildir:
- elektron s
ənədin formalaşdırılması;
- rekvizitl
ərin və gücləndirilmiş elektron imzanın əlavə edilməsi;
- elektron s
ənədlərin göndərilməsi;
- elektron s
ənədin həqiqiliyinin yoxlanılması;
- elektron s
ənədin alınmasının təsdiqi;
- daxil olan v
ə ya göndərilən elektron sənədin qeydiyyatı;
- elektron s
ənədin saxlanılması.
3. ELEKTRON SƏNƏDİN FORMALAŞDIRILMASI
Elektron s
ənəd “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası
Qanununun (bundan sonra - Qanun) 22-ci madd
əsində göstərilmiş quruluşda
formalaşdırılır. Elektron sənədin məzmunu və ünvanlandığı şəxs barəsində məlumatlar
ümumi hissədə qeyd edilir.
Elektron s
ənəddə elektron imza ilə yanaşı, bir qayda olaraq, sənədin qeydiyyat nömrəsi,
tarixi, ünvanı, göndərən təşkilatın (şəxsin) rekvizitləri əks etdirilməlidir.
Elektron s
ənədlərin yaradılması zamanı onun istifadəsi və göndərilməsi xüsusiyyətlərini
əks etdirən əlavə məlumatlar da (telefon nömrələri, faks, elektron-poçt ünvanı, elektron
s
ənədi təsdiqləmək hüququna malik olan iddiaçının adı və soyadı və s.) göstərilə bilər.
Elektron s
ənədlərdə rekvizitlərin tərkibi və yerləşdirilməsi sxemi sənədlərin tərtibatı üzrə
kargüzarlıq qaydaları ilə kağız sənədlər üçün müəyyənləşdirilmiş tələblərə uyğun
olmalıdır.
Dostları ilə paylaş: |