Elektron s ənədlərin mübadiləsi qaydaları r əhimova Rəhimə müəllimə Elektron s


Ekspertizanın keçrilməsinin təşkil



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə25/41
tarix18.04.2022
ölçüsü1,48 Mb.
#55689
növüQaydalar
1   ...   21   22   23   24   25   26   27   28   ...   41
rehimeelektron-senedlerin-mubadilesi-qaydalari-fenninden-muhazireler. (1)

 

Ekspertizanın keçrilməsinin təşkil : Ekspertiza ekspert komissiyaları tərəfindən 

həyata keçirilir. Bu komissiyaların yaradılması üzrə səlahiyyətli orqan Azərbaycan 

Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətidir. Dövlət mühafizə obyektlərinin və 

m

ühafizə olunan obyektlərin informasiya sistemlərinin  ekspertizasının  həyata 



keçirilməsi məqsədi ilə ekspert komissiyalarının yaradılması üzrə səlahiyyətli orqan 

Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətidir. 

Ekspert  komissiyaları  müvafiq  səlahiyyətli  orqanın,  eləcə  də  digər  təşkilatların 

nümayəndələrindən  təşkil  olunur.Ekspertiza  üç  ildə  ən  azı  bir  dəfə  və  ya  bu  müddət 

ərzində  informasiya  sisteminin  tərkibi,  strukturu  və  istismar  şəraitində,  təhlükəsizliyin 

üsul  və  vasitələrində  dəyişikliklər  baş  verdikdə,  habelə  informasiya  sistemlərinin 




fəaliyyəti  zamanı  informasiya  sızmasına  dair  məlumat  və  ya  əsaslı  şübhələr  olduqda 

aparılır.  Ekspertizanın  keçirilməsi  üçün  informasiya  sisteminin  mülkiyyətçisi  tərəfindən 

müvafiq səlahiyyətli orqana rəsmi müraciət edilir. Müraciətdə aşağıdakılar göstərilir: 

müraciət edənin adı; 



onun təşkilati-hüquqi forması; 

hüquqi ünvanı; 



bank hesabının nömrəsi. 

Ekspertiza  müraciət  edənlə  səlahiyyətli  orqan  arasında  bağlanmış  müqavilə 

əsasında  aparılır.  Müqavilədə  ekspertizanın  keçirilməsi  ilə  bağlı  bütün  xərclər  nəzərə 

alınır. Müraciət daxil olduğu tarixdən sonrakı 7 (yeddi) iş günü ərzində komissiya təşkil 

edilməli və müqavilə bağlanmalıdır. Müqavilə bağlandıqdan sonrakı 15 (on beş) iş günü 

ərzində ekspertiza aparılmalı və başa çatdırılmalıdır. Xüsusi hallarda bu müddət 5 (beş) 

iş  gününədək  artırıla  bilər.  Komissiya  üzvləri  ekspertizanın  nəticələri  barədə  akt  tərtib 

edir  və  onu  imzalayırlar.  Bu  aktda  informasiya  sisteminin  təhlükəsizlik  üzrə  tələb  və 

standartlara  uyğunluğu,  habelə  tərkibində  dövlət  sirri  təşkil  edən  məlumatlar  və  digər 

konfidensial  informasiya  olan  elektron  sənədlərin  tərtibi,  emalı  və  mübadiləsi  üçün 

istifadəyə  hazırlığı  barədə  yekun  rəy  verilir.  Yeni  yaradılan  informasiya  sisteminin 

ekspertizası həmin sistemin layihələndirilməsi mərhələsində həyata keçirilir. Bu zaman 

informasiya  sisteminin  ekspertizasının  keçirilməsi  üçün  bu  Qaydanın  2.3-cü  bəndində 

nəzərdə tutulmuş müraciətə aşağıdakı sənədlər əlavə olunur: 

informasiya sisteminin texniki tapşırığı və layihəsi; 

informasiya  sistemində  istifadəsi  nəzərdə  tutulmuş  informasiyanın  mühafizəsi 

vasitələrinin texniki sənədləri. 

Zəruri hallarda yekun rəydə ekspert komissiyası texniki tapşırığa və layihəyə əlavə 

və dəyişikliklər barədə təkliflər verə bilər. 

 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin