Əli Şamil Türkçülüyün qurbanları (Qazaxıstan) Bakı 2014 Redaktor: Səfalı Nəzərli


Lutpulla Mütəllipin yübileyi münasibətilə hazırlanmış afişa



Yüklə 9,67 Mb.
səhifə33/35
tarix02.01.2022
ölçüsü9,67 Mb.
#2389
1   ...   27   28   29   30   31   32   33   34   35
Lutpulla Mütəllipin yübileyi münasibətilə hazırlanmış afişa
zeyir Hacıbəyovun “Ar­şın mal alan” operet­ta­sının Doğu Türküstanda uğurla səhnələşdirilməsi və böyük tamaşaçı
rəğbəti qa­zan­ması, bir çox səhnə əsər­lərinə rejis­sorluq edən, özü baş rolları oynayan gənc Lut­pulla Mu­tal­lipi “Tahir ilə Zöhrə” və “Qərip ilə Sənəm” opera­larının librettosunu yazmağa ruhlandırır.

1945-ci ildə İli, Altay, Tarbaqatay bölgələrində yaşayan uyğurların Çin hökumətinə qarşı başladıqları etiraz hərəkatı tarixə “Üç vilayət inkilabı” kimi daxil oldu. “Üç vilayət inkilabı” təşkilatının liderlərinin Aksu şəhrinə göndərdiyi nümayəndələrlə görüşən, onların istəklərini öyrənən Lutpulla Mütəllip onlarla birgə bölgədə hakimiyyəti devirmək uğrunda mübarizə aparacağını vəd edir. Bundan sonra böyük bir eşq və ilhamla “Uçkunlar İttipakı”(Qığılcımlar İttifaqı) təşkilatını qurur. Tam adı “Şərqiy Türkistan Uçkunlar İttipaki” (Şərqi Türküstan Qığılcımlar İttifaqı) olan təşkilata millətini sevən Nimşehit, Bilal Əzizi, Muniridin Hoca, Abdulla Davutop, Yusupcan kimi vətənsevərlər daxil olur. Təşkilatın parolu “Biz cümə namaziga teret elip koyduk. Cümə namazini sizlər bilən billə okumakçimiz” (Biz cümə namazını qılmaq üçün abdəst aldıq. Cümə namazını sizinlə bərabər qılmak istəyirik) olur.

“Üç vilayət inkilabi” ordusu Çin hökumət qüvvələrinə qarşı silahlı mübarizəyə başlayır. Lutpulla Mütəllip qurmuş olduğu “Uçkunlar İttipaki”nın üzvləri də döyüşə hazırlıq işlərini sürətləndirir, Qomindan Partiyasının tabeliyində olan əsgəri birliyin silah anbarına girmək, oradakı silahları alaraq öz düyüşçülərinə paylamaq üçün gizlicə anbar qapılarının açarlarını hazırladırlar.

Satın aldığı xainlərin yardımı ilə Qomindan Partiyasının məmurları Lutpulla Mütəllipi və silahdaşları Bilal Əzizi, Müniridin Xocanı, Abla Mevlancan, Rozi Turdiyof və 30 yaxın məsləkdaşını həbs edirlər. Xalqının azadlığı və xoşbəxtliyi uğrunda Qomindan ordularına qarşı cəsarətlə vuruşan “Üç vilayət inqilabı” əsgəri birlikləri 1945-ci ilin payızında qarlı dağları aşaraq Güney Şincana keçib Aksu şəhrinə doğru irəliləyir. Qomindançılar həbsdə olanların üsyan qaldıraca­ğın­dan, xalqın da onlara qoşulacağından qorxuya düşərək 1945-ci ilin sentyabrın 18-də Lutpulla Mütəllipi və məsləkdaşlarını güllələyir­lər. “Üçkunlar ittipaki”nın (Qığılcımlar ittifaqı) üzvlərinin güllələndiyini eşidən xalq kütlələri həbsxanaya hücum edib oranı dağıdır. Aksu şəhəri qomindançılardan azad olur. Həbsxanada Lutpulla Mütəllipin qanıyla divara aşağıdakı misraları yazdığını görürlər:

Bu kən dunya mən üçün boldi duzəx - Bu gen dünya mənim

üçün oldu cəhənnəm,

Yaş gülümni şazaz kildi kanhor əbləh... - Gənç gülümü



xazan qıldı qaniçən əbləh...

Lutpulla vətənin azadlığı uğrunda mübarizədə şəhid olsa da, onun ideyaları reallaşır. Doğu Türküstan hökuməti qurulur. Sovetlərin yardımı ilə Çində kommunistlər hakimiyyətə gətirilir. Lakin onlar vədlərini tez unudaraq, dünənki silahdaşlarına və əməkdaşlıq etdikləri insanlara divan tuturlar. Xalqlara azadlıq vəd etsələr də, müstəmləkəcilik siyasətini davam etdirirlər. İki imperialist dövlət, Çin və SSRİ gizli plan quraraq 1947-ci ildə Doğu türküstanlıların liderlərini təyyarə qəzasında öldürür, hökumətin fəallarını və müstəmləkəçilərə müqavimət göstərənləri də məhv edirlər.

Lutpulla Mütəllip və dostlarının vəhşicəsinə edam edilməsindən beş il sonra xalq ayağa qalxaraq yenidən həbsxanaya basqın edir. Həmin vaxt həbsxanada işləmiş nəzarətçilərə təzyiq göstərərək Mütəllip və məsləkdaşlarının cənazələrinin harada gizlədildiyini tələb edirlər. Həbsxana işçiləri canlarının qorxusundan həqiqəti deyirlər. Məlum olur ki, vətənpərvərlər həbsxana ərazisindəki donuz damında güllələnmiş, sonra da ora ayaqyoluna çevrilmişdir.

Həmin yeri qazaraq şairin və əqidə yoldaşlarının param-parça edilmiş cəsədlərinin qalıqlarını tapırlar. Aksu və ətrafın-dan gələn xalq kütlələri bu vətən övladlarının param-parça edilmiş cəsədlərini islam qaydaları və uyğur adət-ənənəsiylə dəfn edirlər.

Çin cəlladları Lutpulla Mütəllipin 18 yaşlı xanımı Sopiyam Baiz qızını təqib edir, nəticədə Lutpullanın yeganə övladı aclıqdan ölür.




Yüklə 9,67 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin