Əli Şamil Türkçülüyün qurbanları (Qazaxıstan) Bakı 2014 Redaktor: Səfalı Nəzərli


Osman Batır qarlı dağlarda qurduqları yurdda döyüş dostları ilə birlikdə



Yüklə 9,67 Mb.
səhifə30/35
tarix02.01.2022
ölçüsü9,67 Mb.
#2389
1   ...   27   28   29   30   31   32   33   34   35
Osman Batır qarlı dağlarda qurduqları yurdda döyüş dostları ilə birlikdə.

İki arvaddan yeddi oğlu və yeddi qızı olan Osman böyük ailəsini də heyvandarlıqdan əldə etdiyi gəlirlə keçindirmişdir. Onun taleyinin Səttarxan Sərdarimillinin taleyi ilə oxşar cəhətlər də vardır. Məşrutə hərəkatı başlamasaydı, Təbrizdə döyüşlər getməsəydi, Səttarxan da mömin bir insan kimi ömrünü yaşadığı şəhərdəcə başa vuracaqdı. Çin məmurları da məscidləri bağlatmağa, Qurani-Kərimi və dini kitabları yasaqlamağa, əhalidən tüfəngləri yığmağa başlamasaydılar, Osman da bəlkə ömrünün sonunadək heyvandarlıqla məşğul olan sadə bir kəndli olaraq qalacaqdı.

1938-1939-cu illərdə sosialist inqilabını dünyaya yaymaq adı altında Sovetlər Monqolustanda və Sintsizyanda DTK-yə bən­zər təşkilatlarını yaratmışdı. Bu təşkilatlar əslində Moskvanın təlimatı ilə hərəkət edirdilər. Ona görə də az bir za­manda Sintsizyanda minlərlə insan məhv edildi, minlərlə in­san həbsxanalara və sürgünlərə göndərildi. Məscidlərə bağ­la­nı­lır, Qurani-Kərim ayaqlar altına və ya oda atılır, bununla da xalqın heysiyyəti tapdanılırdı. Rus və Çin işğalçılarının bir-birindən o qədər də seçilməyən müstəmləkəçilik siyasəti yerli xalqların qəzəbini artırırdı. Xalq üsyanlarının baş verəcəyini aydın görən hökumət məmurları əhalidə olan ov tüfənglərini belə alırdı.

Osmanın atası və ailəsindən bəzi kişilər, qohumları, kəndliləri silahlarını Çin əsgərlərinə təhvil verməli olurlar. Osman İslam oğlu isə “Bu gün silahımızı alanlar, sabah canımızı da alarlar. Mən silahımı çinlilərə vermərəm. Gücləri çatır, gəlib alsınlar!”-deyir və 1940-cı ildə dağlara çəkilir. Onun fikrinə şərik çıxan və ona ilk qoşulan, dostu Süleyman, böyük oğlu Şerdiman olur. Qısa zaman içərisində Osman bəyin ətrafına Zelebay Telci, Nurgocay Batur, Kaseyin Batur, Canım Han Hacı, Süleyman Batur, Musa Mergen Aktepe, Sulibay, Ökürbay, Nogaybay, Ahid Hacı, Halil Teyci, Karakul Zalin və başqaları qoşulurlar.

Silahını çinlilərə təhvil verən qoca İslam kişi oğluna tutduğu yolda xeyir-dua verir və oğlunu qoruması üçün Allaha dua edir. Anası Ayça xanım isə: “Mən oğlumu bu günlər üçün doğmuşam. Çinlilər əsirlərdir qoyun boğazlayan kimi bizi öldürürlər. Bizim canımız, bizdən öncə ölənlərin canından daha qiymətli deyildir. Bizdən sonrakıların yaşaması üçün mən də, oğlum da, digər uşaqlarım da ölməyə hazırıq !”- deyir.

Beləcə 1940-cı ildə Göytoğay dağlarında Sintisyan valisi Şen Şitsayın yeritdiyi siyasətin əleyhinə Osman İslam oğlunun başçılığı ilə qazaxların üsyanı başlamış olur. Sovet-alman savaşı bu üsyanı şiddətləndirir. Belə ki, savaşın başlanğıcında alman ordularının sürətlə irəliləyərək SSRİ-nin ərazilərini işğal etməsi Sovetləri Uzaq Şərqdəki əsgəri birliklərinin böyük qismini Avropa cəbhəsinə göndərməyə məcbur etdi. Qominqon hökuməti yaranmış vəziyyətdən yararlanaraq siyasətində bir dəyişiklik etdi.

Almaniya və Yaponiya ilə ittifaqa girib SSRİ-yə savaş elan etməsə də, əvvəlki dost münasibətini də saxlamır. Sərbəst siyasət yeritməyə çalışır. Sovet rəhbərliyinin başı nə qədər Avropa cəbhəsinə qarışsa da, Uzaq Şərqdən də əl götürmür, orada baş verənləri diqqətlə izləyirdi. SSRİ-də uran yataqları hələ kəşf edilməmişdi. Hərbi sənayenin urana isə təlabatı gündən-günə artırdı. Doğu Türküstanda da zəngin uran yatağı vardı. Sovet hökuməti nə yolla olursa olsun, bu yataqları ələ keçirmək istəyirdi. Odur ki, Qominqon hökumətinə qarşı açıq savaş elan etməsələr də, ölkədəki hakimiyyətdən narazı qüvvələri, milli azlıqları dəstəkləyərək hökumətə qarşı qaldırmağa çalışırdılar.

Osman İslam oğlunun başladığı üsyan isə Sovet rəhbərləri üçün göydəndüşmə olmuşdur. Sovet xüsusi xidmət orqanları Osman İslam oğluna açıq və gizli kömək göstərməklə yanaşı, onu nəzarətlərində saxlamaq üçün yanında casuslarını saxlayırdı. Bu casuslar Osman İslam oğlunun etimadını qazanaraq onunla birlikdə döyüşsələr də, vaxtlı-vaxtında Moskvaya və Sovetlərin Baykal Ordu Birləşməsinin komandanlığına hesabatlar göndərirdilər.

Osman İslam oğlunun partizan dəstələrinə qoşulanların sayı sürətlə artır. Bu dəstənin min nəfərlik döyüşçüsü hücum edərək Göytoqay şəhərini çinlilərdən azad edir. Lakin hərbi sursat istehsal edən zavodları olmadığından əllərindəki patron və mərmilər də qurtarır. Partizan savaşına alışmış silahlı dəstə şəhərin müdafiəsini təşkil edə bilmir. Göytoqayı çinlilər yeni­dən tuturlar. Osman İslam oğluna kömək etdiyinə görə əhaliyə divan tutulur. Yüzlərlə insan öldürülür və həbsxanalara salınır.

Düşmənləri Osman İslam oğlu ilə birlikdə döyüşən qardaşı Delixanı əsir alaraq öldürməklə kifayətlənmirlər. Savaşa qatıl­mayan dinc insanlara da olmazın divanını tuturlar. Xüsusən partizan hərəkatına qoşulanların ailələrinə və qohumlarına qarşı qəddarlıq edirlər. Osman İslam oğlunun ikinci xanımını, üç oğlu və beş qızını da əsir almış çinlilər onlardan təsir vasitəsi kimi istifadə etməyə çalışırlar. Lakin bunun bir nəticə vermədiyini, Osman İslam oğlunun partizan savaşını davam etdirdiyini görüb, 18 yaşlı qızı Kabirya ilə 14 yaşlı oğlu Baybollanı anaları Mameyin gözü qarşısında doğrayırlar. 11 yaşlı oğlu Kariy və 9 yaşlı qızı Sariyanı isə diri-diri 20 metr dərinliyindəki quyuya atırlar. Övladlarının qəddarlıqla öldürülməsinə dözə bilməyən ana-Mamey xanım ağlını itirərək özünü çaya atır. Qaynaqlar Osman Baturun övladlarından səkkizinin qəddarlıqla öldürüldüyunu xəbər verir.

İlyarımdan çox davam edən partizan savaşı uğurla nəticələnir. Osman İslam oğlunun partizan dəstəsi 1943-cü il iyulun 22-dək Altayları bütövlükdə, Şərqi Türküstanın da bir neçə bölgəsini işğaldan azad edir. Bulqunda təşkil edilən təntənəli toplantıda Osman İslam oğlu Batur-Bahadur, qazaxların xanı elan edilir. 400 nəfərlik dəstəsi ilə Urumçiyə gələn Osman Baturu İsa Yusif Alptəkinin təşkilatçılığı ilə qarşılayırlar.

Qominqon əsgəri birlikləri və polis qüvvələri üzərində Osman Baturun parlaq qələbəsi Sovet rəhbərliyinin diqqətin­dən yayınmır. Bir neçə il öncə milli qüvvələri məhv etməkdə yerli hökumətə yardımçı olan Sovet xüsusi xidmət orqanları və hər­biçiləri indi onları keçmiş müttəfiqinə qarşı savaşa həvəsləndirir. 1943-cü il oktyabrın 6-da Sovetlərin yüksək rütbəli hərbiçisi Paxomovun rəhbərliyi ilə 40 nəfərlik heyət Osman Baturla gizli görüş keçirir və şəxsən özünə 27 silah, 2600 patron, 10 mauzer, min patronla birlikdə ingilis avtomatı, ərzaq verir.






Yüklə 9,67 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin