Əli Şamil Türkçülüyün qurbanları (Qazaxıstan) Bakı 2014 Redaktor: Səfalı Nəzərli


Nəzir Törekulov qızı Anellə birlikdə



Yüklə 9,67 Mb.
səhifə28/35
tarix02.01.2022
ölçüsü9,67 Mb.
#2389
1   ...   24   25   26   27   28   29   30   31   ...   35
Nəzir Törekulov qızı Anellə birlikdə

okandda “Xalq” qəzeti çıxaran, “İnqilab”, “Həqiqət”, “Elm ocağı”, “Türkmən yurdu” və b. jurnallara redaktorluq edən Nəzir Törekulov həm də bir jurnalist kimi formalaşır. Mə­qalələrində xalqının kasıb təbəqələrini iqtisadi sıxıntıdan, yoxsulluqdan qurtarmaq üçün yollar axtarır. Bolşeviklərin fitvasına uyaraq Fərqanə va­di­si­nin varlılarını və ağıllı adam-la­rını kütləvi surətdə həbs etdirir. Kasıb və yoxsullar onun bu hə­rəkətini sevinclə qarşılayır, onu qəhrəman kimi alqış-layırlar.

Amma vəziyyət getdikcə gərginləşir. İdarəçilik bacarığı olma­yan yoxsullar varlılardan alınıb onlara verilmiş təsərrüfatları idarə edə bilmirlər, əllərindən var-dövləti alın­­mışlar isə hökumətdən narazı qalırlar.

Nəzir Törekulov kasıb və yoxsulların övladlarını oxut-mağa, savadsızlığın aradan qaldırılmasına ciddi diqqət yetirir. Əhalinin böyük əksəriyyətinin savadsız olmasının səbəbini iqtisadi çətinlikdə, çar Rusiyasının yeritdiyi siya-sətdə deyil, ərəb əlifbasında görür.

Rusiya Kommunist Partiyası Orta Asiya bürosunun, Türküstan Hərbi İnqilab Komitəsinin üzvü olarkən ərəb əlifbasının latın əlifbası ilə əvəzlənməsi üçün əlindən gələni əsirgəmir. Hətta bir müddət əlifba komitəsinə də rəbərlik edir.

1922-ci ildə Alaş Ordaçılar bolşeviklərin təqib, təhqir və təzyiqlərinə dözə bilməyib üsyan qaldırırlar. Üsyanın yatırıl-ması üçün minlərlə insan öldürülür, həbs edilir, sürgünə göndərilir, evindən-eşiyindən didərgin salınır, xarici ölkələrə qaçmağa məcbur edilir.

Moskvadan üsyanın qarşısını vaxtında ala bilmədiklərinə görə milli kadrların bir çoxunu bölgədən uzaqlaşdırmaq məqsədilə mərkəzə – göz önünə gətirir və ya Rusiyanın müx-təlif yerlərinə göndərir. Nəzir Törekulovu da 1922-ci ildə Moskvaya – Mərkəzi Şərq Xalqları Nəşriyyatı İdarəsinə di-rektor təyin edirlər. Ona həm də müsəlman türk xalqlarını ərəb qrafikalı əlifbadan uzaqlaşdırılıb latın qrafikalı əlifbaya keçmlərini təşkil etmək tapşırılır. O, latın qrafikalı yeni türk əlifbasının layihəsini hazırlayanlardan olur.

1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultaya gələn Nəzir Törekulov toplantıda olduqca fəallıq göstərir. Ərəb qrafikalı əlifbanı islah etməklə yeni türk əlifbası yaratmaq istəyənlərin məntiqli çıxışları qarşısında əsaslı dəlillər gətirə bilmədiyindən onlara yumşaldıcı, elmi deyil, siyasi məzmun-lu cavablar verir. O, deyir ki, əlifbamızı dəyişdirmək dün-yanın sonu gəldi demək deyil. Hamınızın gördüyünüz kimi, yeni hərflər gündən-günə geniş yayılır və ozünə çoxlu tərəfdar tapır. Bizim ruhumuza uyğun, ehtiyaclarımızı qarşılayacaq yazı ərəb hərfləri deyil, latın qrafikalı əlifbadır.

Ehtiyaclara cavab verə biləcək, çağdaş, mədəni, texniki olaraq hadisələrə cavab verə biləcək əlifba latın əsaslı türk yazısıdır. Bu yazı Qərbin elm və texnologiyasını qəbul et-məkdə bizə köməklik göstərəcək. Bizim əski yazını dəyiş-dirmək istəməmizin ən önəmli səbəblərindən biri budur.

Nəzir Törekulovun vətənsevərliyi, millətinin savadlan­ması və təşkilatlanması üçün bir çox işlər görməsi müstəmlə­kə­çilərin xoşuna gəlmir. Bolşeviklər hakimiyyətlərini mö­kəm­lədənə kimi bu tip kadrları özlərindən narazı salmamağa çalışırdılar. Onlardan bacarıqla da istifadə etdilər. Sonra isə onları “rəhbər vəzifəyə irəli çəkirik” adı altında vətəndən uzaqlaşdırırdılar.

Nəzir Törekulov Moskvada işlədiyi beş il ərzində milli dillərdə onlarla dərslik, elmi kitab, jurnal və s. çap etdirməyə nail olur.

1928-ci ildə onu SSRİ Xarici İşlər Komissarlığında işləməyə göndərirlər. Ata-babası müsəlman olan, özü də gəncliyində islami dəyərlərə sadiq, mədrəsə təhsilli Nəzir Törekulovu həmin ilin iyulunda Səudiyyə Ərəbistan Kırallığının Hicaz və Necd şəhərinə diplomatik agent və baş konsul təyin edirlər. Bu təyinat birbaşa İ.Stalinin tərəfin-dən verilməsinə baxmayaraq, onun Sədiyyə Ərəbistanına gəlişi 8 aya yaxın çəkir.

Heç bir diplomatik təcrübəsi və bu sahədə təhsili belə olmayan Nəzir Törekulov təcrübəli sovet diplomatı Kərim Həkimovdan az vaxt içərisində çox şey öyrənir.1932-ci ilin mayında onu Kərim Həkimovun yerinə səfir təyin edirlər. Nəzir Törekulov qısa müddətdə Səudiyyə Ərəbistanının kralı Əziz Abdunun diqqətini özünə çəkir. Kralın övladları da ona böyük etimad göstərir və sevirlər. Kral Əziz Abdunun ya-nında böyük nüfuza malik Türkiyə səfiri Seni bəy ölkəsinə qayıtdıqdan sonra onun yerini Nəzir Törekulov tutur.

Diplomat şəxsi nüfuzundan istifadə edərək Rusiya ilə Səu­diyyə Ərəbistanı arasındakı ticarət əlaqələrini inkişaf etdirir və canlandırır. O, Moskvaya göndəriyi məktublarda Qırmızı dəniz ətrafındakı ölkələrlə ticarətin vacibliyini dəfələrlə vur-ğulayır. İxtisasca iqtisadçı olan Nəzir Töreku-



Nəzir Törekulov Səudiyyə Ərəbis­ta­nın­da səfir işlərkən. Nəzir Törekulovun sağındakı Səudiyyə Ərəbistanının kralı Əziz Abdundur.

lovun iqtisa­di məsələlərə çox önəm verməklə SSRİ-nin dir-çəlməsinə yardım göstərdiyini düşünür.

O, 1932-ci ilin mayında Səudiyyə Ərəbistan Kırallığının şahzadəsi Feysəl ibn Əbdül Əziz əs-Saudun Moskvaya səfərini yüksək səviyyədə təşkil edir. Lakin onun uğurları monarxiyaya düşmən gözlə baxan, hər bir işə ideoloji yana-şan, dünyaya proletar inqilabını yayacaqlarını düşünənlərin heç də xoşuna gəlmir. Onların fikrincə, proletar diktaturası qurmuş, sosializmə doğru “sürətlə irəliləyən” bir ölkənin monarxiyalarla, xüsusən Şərq şahları və kralları ilə heç bir xoş münasibəti ola bilməz. Onlar ideoloji məsələlərə daha çox önəm verir, səfirdən az qala Səudiyyə Ərəbistanını ateist bir dövlətə çevirməsini istəyirlər.

Nəzir Törekulov dəfələrlə şəxsi nüfuzundan istifadə edərək SSRİ ilə Səudiyyə Ərəbistanı Krallığı arasında gərginləşən münasibətləri yoluna qoya bilir. Lakin SSRİ xarici işlər nazirinin müavini L.Qaraxanovun Türkiyəyə səfir göndərilməsilə Nəzir Törekulovun vəziyyəti pisləşir.

1934-35-ci illərdə Nəzir Törekulov Səudiyyə Ərəbis­ta­nın­da səfirlik etdiyi halda, demək olar ki, heç bir iş görə bilmir. Nə­hayət, 1935-ci ilin sonlarında Nəzir Törekulovu “başqa işə təyin edilməsi” adıyla Moskvaya çağırırlar. Onu Leninqirad­da­kı (Peterburq) Şərq Xalqları İnstitunda işləməyə gön­dərirlər. Az sonra isə Nəzir Törekulovu Moskvadakı Şərq Xalq­larının Dili və Yazısı İnstituna gətirirlər.

Sovet İttifaqı ciddi cəhdlə İkinci Dünya Savaşına hazırlaşdığından ölkə daxilindəki etibarsız saydığı, müxalif gördüyü insanlardan xilas olma planları hazırlayır. Beləcə kütləvi həbslər başlanır. Həbsə alınanlar arasında bir neçə xarici dil bilən, mədrəsə təhsili görmüş, müsəlmanların dini mərkəzi – Məkkənin yerləşdiyi ölkədə səfir olmuş, dərin zə-kalı və millətsevər Nəzir Törekulovun həbsdən xilas ola bilməsi mümkünsüz olur.

Uzun-uzadı istintaqdan sonra onu xarici ölkələrə casus­luq­dan tutmuş Trotskiçi qrupun üzvu olduğuna və türkçü terrorist qrupun başçıları və üzvləri ilə sıx əlaqə qurmağa kimi müxtəlif cinayətlərdə suçlayaraq, 1937-ci il iyulun 15-də həbs edirlər.

O dövr üçün qısa sayıla biləcək bir istintaqdan sonra ok-tyab­rın 3-də (başqa bir varianta görə noyabrın 9-da) gül­lə­lə­yirlər. Onun edamından sonra qohum-əqrabası sürgün edi­lir, arvadı Nina Aleksandrovna Törekulovaya 5 il həbs cəzacı ve­rirlər.

Nəzir Törequlovun harada və neçə öldürüldüyü haqqında bilgimiz yoxdur. Bildiyimiz odur ki, Anelin ata-anası cəzalandırıldıqdan sonra Sovet rejimi onu Moskvadakı Aviasiya Materialları İnstitunun gizli labaratoriyalarında işlədib. Daimi nəzarətdə saxlamaq üçünmü, yoxsa əldə etdiyi uğurlara görəmi Kremlin yaxınlığında, Moskva çayının sahilindəki Serafimovic küçəsindəki 2 saylı binadan mənzil də veriblər. Labarantlıqdan baş mühəndisliyə kimi yüksələn Anel Nəzir qızı Kokoşvili 2003-cü ilin fevralın 22-də dünyasını dəyişib. Ölümündən sonra vəsiyyətinə görə onu atasının vətəni Türküstanda müsəlman kimi dəfn ediblər. Bununla Törekulovların Nəzir xəttindən gələn soyağacı kəsilib. Törekulovlar nəslində qalan isə Nəzirin qardaşı Qədirin nəvəsi Elyar Törekulov(Musabayovdur). O, hazırda Kokandda yaşayır.

Nəzir Törekulovun ölümündən iyrimi il sonra, yəni Sov.İKP-nin 20-ci Qurultayından sonra onun suçsuz olduğu elan edilir. Əslində bu cəmiyyətdə bir sakitləşdirici addım kimi düşünülmüşdü. Bütün günahlar İosif Stalin və onunla birlidə çalışmış Lavrenti Beriyanın adına yazıldı. Həmin dövürdə rəhbər vəzifələrdə işləyən, “xalq düşməni” palanını artırılmasını istəyən Nikita Sergeyeviç Xoruşşov kimiləri isə vəzifələrini daha da yüksəltdilər. Neçə deyərlər, hay-harayla, təbliğatlar, hakimiyyətdə bəzi yumşalmalara nail olmaqla Sovetlərin ömrünü 40 ilə yaxın uzatmış oldular.

Xalqına işıqlı gələcək vermək üçün kom­mu­nist­lərə qoşulan insanın ömrü faciə ilə başa catır. Onlar haqqında həqiqətlər isə Sovetlər Birliyi dağıldıqdan sonra aşkara çatdı.

Nəzirin qardaşı Qədirin qızı Saidin təkidli şikayət və yazışmalarından sonr Kokandda Nəzir Terekulovun adına 1974-cü ildə küçə verilib. Sovetlər Birliyi dağıldıqdan sonra Türküstanda Nəzir Törekulovun yubileyi təntənə ilə qeyd edilib, muzey və fond yaradılıb, Qazaxıstanda və Özbəkistanda bir neçə orta məktəb onun adı ilə adlandırılıb, üzərində rəsmi olan poçt markası hazırlanıb.Qazaxıstan hökümətinin fərmanı ilə 2003-cü ilin yanvarın 20-də Nəzir Törekulovun şərəfinə “Kazaxıstan Respublikasının ən çevik xarici siyasətini yürüdən” medalı təsis olunub.

Səduyə Ərəbistanının kıralı da Nəzir Törekulava şükranlıqlarını bildirmək üçün Türküstanda məscid tikdirib.

(TRT “Türkiyənin səsi” və Azərbaycan İctimai Radiosunun birgə hazırladığı, hər gün Bakı vaxtı ilə saat 12.00-13.00 arasında efirə gedən “Qorqud Ata” proqramında “Türk dünyasının məşhurları” rubrikası ilə 2010-ci il noyabrın 25-də efirdə səsləndirilmiş verlişin redaktə edilmiş mətni (www.trtazerbaycan.com)

 




Yüklə 9,67 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin