Dövlət Büdcəsindən iri həcmdə ayrılan vəsaitlərdən səmərəli istifadə olunması heç də həmişə mümkün olmamışdır. Geniş əhali kütləsini əhatə edən və dövlət büdcəsindən ayrılan külli miqdarda vəsaitin bölüşdürülməsi ilə müşaiyət olunan bu prosesə hazırlıq ərəfəsində geniş əhali kütlələri arasında ciddi maarifləndirmə və məlumatlandırma işləri həyata keçirilməmiş, bu işlərin həyata keçirilməsində mühüm rol oynaya biləcək vətəndaş cəmiyyəti strukturlarının potensialından istifadə edilməmişdir. Dövlət Proqramlarına dair məlumatların olması sistemin daha da şəffaflaşmasına yardım edə bilər
Əlilliyi olan şəxslərin dövlət tərəfindən tanınan hüquqlarının mövcud olmasına baxmayaraq, məlumatın olmaması ilə əlaqədar olaraq əksər sağlamlıq imkanı məhdud şəxslər həmin hüquq və imtiyazlarının təmin olunması üçün müraciət edə bilmirlər.