Əlilliyi olan şəxslərin hüquqi və sosial müdafiəsi sahəsində əsas problemlər və bununla bağlı tövsiyələr baki 2013


qanunvericilik bazasının təkmilləşdirilməsinə dair tövsiyələr



Yüklə 169,57 Kb.
səhifə2/16
tarix28.12.2021
ölçüsü169,57 Kb.
#16792
1   2   3   4   5   6   7   8   9   ...   16
qanunvericilik bazasının təkmilləşdirilməsinə dair tövsiyələr


Mövcud vəziyyət

Analiz

Əlilliyi olan şəxslərin dövlət qurumlarında qəbulu zamanı onların növbədən kənar qəbulu qanunvericilikdə və qaydalarda öz əksini tapmamışdır.



Əlilliyi olan şəxslərin sərbəst surətdə hərəkət etməsi üçün məhdudiyyətlərin mövcud olması onların istənilən zaman dövlət qurumunun binasına gediş –gəliş imkanlarının olmamasına gətirib çıxarır. Bununla belə, həmin şəxslər dövlət qurumlarında qəbul zamanı uzunmüddətli növbə halları ilə qarşılaşırlar.


Tövsiyə edirik ki,

əlilliyi olan şəxslərin dövlət qurumları tərəfindən növbədənkənar qəbul edilməsi ilə bağlı “Vətəndaşların müraciətlərinə baxılması və qəbulu qaydalarında” dəyişiklik edilsin.

Mövcud vəziyyət

Analiz

Əlilliyin qarşısının alınması, sosial reabilitasiya haqqında qanunun 27-ci maddəsinə əsasən

müvafiq işədüzəltmə orqanları, habelə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələr və təşkilatlar əlillərin tələbatını və yerli xüsusiyyətləri nəzərə almaqla əlillərin əməyindən istifadə üçün ixtisaslaşdırılmış müəssisələr, sexlər və sahələr yaradırlar. Müvafiq icra hakimiyyəti orqanları əlillərin əməyindən istifadə üçün ixtisaslaşdırılmış iş yerlərinin respublika standartlarını hazırlayıb müəyyən olunmuş qaydada təsdiq edirlər.




Qanunvericilikdə əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi məqsədilə ixtisaslaşdırılmış iş yerlərinin yaradılmasının öz əksini tapması əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına maneələr yaradan amillərdən biridir.


Tövsiyə edirik ki,

Qanunvericilikdə öz əksini tapmış “İxtisaslaşdırılmış iş yerləri, sexlər və müəssisələr” sözləri qanunun mətnindən çıxarılsın.

Mövcud vəziyyət

Analiz

Hal-hazırda əlilliyi olan şəxslərin hüquq münasibətlərini tənzimləyən əsas qanun “Əlilliyin qarşısının alınması və sosial rebilitasiyası haqqında” qanundur.


Sosial müdafiə anlayışı geniş anlayış hesab edilməklə, həm əlliyin qarşısının alınması , onların reabilitasiyası və bütövlükdə sosial təminatı məsələlərini əhatə edir. Əlilliyi olan şəxslər dedikdə həm əlillər, həm əlilliyi olan uşaqlar nəzərdə tutulur.

Tövsiyə edirik ki,

Əlilliyin qarşısının alınması və sosial reabilitasiyası haqqında“ qanun “Əlilliyi olan şəxslərin sosial müdafiəsi haqqında “ qanun kimi adlandırılsın.




Mövcud vəziyyət

Analiz

“Yaşayış minimumu haqqında ” Azərbaycan Respublikasının 5 oktyabr 2004-cü il tarixli qanununa görə yaşayış minimumu minimum istehlak səbətinin dəyərinə və icbari ödənişlərə görə müəyyən edilən sosial normativ kimi təsbit edilmişdir.



Minimum istehlak səbəti əhalinin əsas sosial demoqrafik qruplar üzrə müəyyən edilir. Əhalin əsas demoqrafik qrupları üzrə yaşayış minimumu müəyyən edilərkən, əmək qabiliyyətli əhali, pensiyaçılar, uşaqlar müəyyən edildiyi halda əlilliyi olan şəxslər nəzərdə tutulmamışdır.

Tövsiyə edirik ki,

Yeni yaşayış minimum istehlak səbəti müəyyən ediləcək qanun layihəsində demoqrafik qrupların tərkibinə əlilliyi olan şəxslər də əlavə edilsin.



Yüklə 169,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin