Əlilliyi olan şəxslərin hüquqi və sosial müdafiəsi sahəsində əsas problemlər və bununla bağlı tövsiyələr baki 2013



Yüklə 169,57 Kb.
səhifə3/16
tarix28.12.2021
ölçüsü169,57 Kb.
#16792
1   2   3   4   5   6   7   8   9   ...   16
Mövcud vəziyyət

Analiz

“ Əmək pensiyaları haqqında “ qanunun 12.1 –ci maddəsinə görə əlilliyə görə əmək pensiyası sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir.


“Əmək Pensiyaları” haqqında qanunun əvvəlki redaksiyasında əlilliyə görə əmək pensiyası ilə təmin edilməsi üçün şəxsin 12 ildən artıq staja malik olması tələb olunurdu. Müsbət haldır ki, bununla bağlı 12 illik staj müddətinin bir sıra beynəlxalq qanunvericilik normalarına ziddiyyət təşkil edildiyi müəyyən edilmiş, 27 oktyabr 2009-cu il tarixli “ Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə qanun qəbul edilərək, sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmaqla qanunda dəyişikliklər edilmişdir. Qeyd edilən müddətin azalması müsbət hal hesab olunur. Lakin hesab edirik ki, ümumiyyətlə ümumiyyətlə bu müddətin aradan qaldırılması daha məqsədəmüvafiq olardı.


Tövsiyə edirik ki,

həmin qanuna dəyişikliklər edilərək , “5 illik sığorta stajı” sözləri çıxarılaraq, “müddətindən asılı olmayaraq sığorta stajına malik olan əlilliyi olan şəxslərə” əmək pensiyası təyin olunması qeyd edilsin

Mövcud vəziyyət

Analiz

Əlilliyi olan şəxslər tərəfindən edilən şikayətlərdən biri də odur ki, dövlət qurumlarına xidmət almaq üçün müraciət etdikləri zaman onlara səyyar xidmət göstərilmir. Hazırda bu xidməti yalnız ASAN mərkəzləri göstərirlər. Bu isə qurumun daxili qaydaları ilə tənzimlənir.


Aparılan müqayisələr nəticəsində məlum olmuşdur ki, xarici ölkələrin praktikasında əlilliyi olan şəxslərin müraciəti zamanı dövlət onlara səyyar xidmət göstərilməsini təmin edir. Azərbaycanda da bu təcrübədə yararlanılması məqsədəmüvafiq olardı.

Tövsiyə edirik ki,

Əlilliyi olan şəxslər üçün dövlət qurumları tərəfindən səyyar xidmətin təşkili ilə bağlı qayda qəbul olunsun.

Mövcud vəziyyət

Analiz

22 noyabr 2005-ci il tarixli Nazirlər Kabinetinin qərarı əsasında “ Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası "və "Kvota şamil edilməyən müəssisələrin Siyahısı" təsdiq edilmişdir.


Kvota şamil edilməyən müəssisələrin  siyahısının tərkibinə dövlət orqanları daxil edilmişdir.

Tövsiyə edirik ki,

Kvota şamil edilməyən müəssisələrin  siyahısından dövlət orqanları çıxarılsın. K votanı tətbiq etməyən müəssisələr üçün tətbiq olunan cərimələr artırılsın.


ƏLİLLİYİ OLAN ŞƏXSLƏRİN DÖVLƏT ORQANLARINA ÇATIMLILIĞI İLƏ BAĞLI İDARƏETMƏNİN TƏKMİLLƏŞDİRİLMƏSİ

Mövcud vəziyyət

Analiz

Əlilliyi olan şəxslərin dövlət qurumlarına müraciəti zamanı onların peşəkar hüquqi yardım almaq ehtiyacları vardır.


Hal hazırda Əlilliyi olan şəxslər dövlət qurumlarına müraciət etdikləri zaman peşəkar hüquqi yardım almaq üçün bir sıra çətinliklərlə üzləşirlər. “Şəffaflıq Azərbaycan” təşkilatına əlilliyi olan şəxslər tərəfindən göndərilən əsas şikayətlər də məhz verilən peşəkar hüquqi yardımın keyfiyyətli olmaması, süründürməçilik və s. halların müşahidə edilməsi ilə əlaqədardır. Bir çox hallarda əlillər məmur laqeydliyi ilə üzləşirlər. Qeyd edilən şəxslər bu və ya digər problemlərinin həll olunması üçün bu istiqamətdə fəaliyyət göstərən QHT-lərə müraciət etdikləri zaman QHT-lər tərəfindən həmin problemlərin həll olunmasında peşəkar hüquqi yardım göstərilir.


Yüklə 169,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin