Əlilliyi olan şəxslərin hüquqi və sosial müdafiəsi sahəsində əsas problemlər və bununla bağlı tövsiyələr baki 2013



Yüklə 169,57 Kb.
səhifə6/16
tarix28.12.2021
ölçüsü169,57 Kb.
#16792
1   2   3   4   5   6   7   8   9   ...   16
Mövcud vəziyyət

Analiz

Mənzil sahələri ilə təmin olunmaq la bağlı müsbət haldır ki, ölkə daxilində eləcə də regionlarda hal-hazırda bu sahədə bir sıra işlər görülmüşdür. İndiyə qədər 5000 Əlilliyi olan şəxs mənzillə təmin edilmişdir.

.



Lakin buna baxmayaraq, verilən evlərdə kommunal təchizatın tam təmin edilməməsi ilə bağlı problemlər aşkar olunaraq, kupçaların verilməsi zamanı problemlərin olması ilə bağlı bir sıra məlumatlar əldə olunmuşdur. Eləcə də , mənzil təminatı məsələsinə baxılarkən , yaşayış sahələri seçmək hüquqlarından istifadə edilməsinin təmin edilməsi yaxşı olardı.

Bununla bağlı qeyd etmək lazımdır ki, mənzillə təmin olunması zamanı əlilliyi olan şəxslərə mənzil verilməsi üçün hazır binaların verilməsi , onların cəmiyyətə inteqrasiyası strategiyası ilə ziddiyyət təşkil edir. Məsləhətlidir ki, həmin mənzillər üçün ayrılıqda binaların tikilişi həyata keçirilməsin, əvəzində hər bir şəxs üçün ayrı-ayrı ünvanlarda yerləşən mənzil binalarından mənzil almaqla bu problem həll olunsun. Digər tərəfdən Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) müəyyən mənzil fondu var. Paytaxtda tikilən hər bir yaşayış binasındakı mənzillərin 10 faizi bu qurumun balansına verilir. Əlilliyi olan şəxslərin bir qisminin mənzillə təmin təminatı həmin mənzil fond vasitəsilə həll olunması daha yaxşı olar. Bununla da həmin insanların digər təbəqədən olan şəxslərlə normal ünsiyyəti yarana bilər və sağlamıq imkanları məhdud şəxslərin sosial cəmiyyətə inteqrasiyasına müsbət təsir etməsinə şərait yaranar.



Tövsiyə edirik ki,

əlilliyi olan şəxslərin mənzillə təmin olunması problemi ayrıca binaların tikilməsi ilə deyil, müxtəlif istiqamətlərdə və ünvanlarda yerləşən ayrı-ayrı mənzillər alınaraq həmin şəxslərə verilməsi qismində, yaxud arzu edən şəxslər üçün büdcədən mənzillə təmin olunması üçün ayrılan məbləğdən müvafiq sistemli növbə əsasında və müəyyən miqdarda pulla ödəniş etmək vasitəsilə və yaxud BŞİH-nin mənzil fondundan mənzillərin verilməsi ilə həll edilsin. Eləcə də qanunvericilikdə öz əksini tapmış əlilliyi olan şəxslərin yaşayış sahələrini seçmək hüquqlarının istifadə edilməsinə dair şərait yaradılsın. İndiyə qədər verilmiş mənzillərdə bir sıra kommunal xidmətlərlə , eləcə də evlərdə şəraitin yaxşı olmaması ilə bağlı mövcud olan problemlərin aradan qaldırılması ilə bağlı tədbirlər sürətləndirilsin

Mövcud vəziyyət

Analiz

Tibbi sosial ekspert komissiyaları tərəfindən müəyyən edilən əlillik dərəcələri I, II , III qruplarla müəyyən edilir.



Əlillik dərəcələrinin ümumi olaraq qruplara bölünməsi praktikada əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi zamanı bir sıra problemlər yaradır. Belə ki, işəgötürənlər tərəfindən əmək qabiliyyətsiz hesab olunan şəxsləri işə götürə bilməsində maneələr mövcuddur.

Tövsiyə edirik ki,

TSEklərin rəyində müəyyən edilən I, II, III qrup əlillik dərəcələri ləğv edilsin. Əvəzində, həmin rəydə əlilliyi olan şəxslərin əmək qabiliyyətinin mövcud olub olmaması faizlə qeyd edilərək, hansı iş imkanları daxilində işləyə bilmək imkanları göstərilsin.

Mövcud vəziyyət

Analiz

Sosial müavinətlərin məbləğinin artırılması haqqında 29 avqust 2013-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Əlillik “ümumi xəstəlik”, “hərbi xidmət dövründə xəstələnmə”, “əmək zədəsi və peşə xəstəliyi”, “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar”, “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” səbəbindən baş verdikdə əlilliyə görə müavinət: I qrup əlillərə — 67 manat II qrup əlillərə — 50 manat III qrup əlillərə — 43 manat; əlillik “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” və “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar” səbəbindən baş verdikdə: I qrup əlillərə - 83 manat , II qrup əlillərə - 66 manat , III qrup əlillərə - 60 manat; əlillik “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” və ya “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” səbəbindən baş verdikdə: I qrup əlillərə - 77 manat , II qrup əlillərə - 66manat , IIIqrup əlillərə-50manat; əlilliyi olan 18 yaşınadək uşaqlara müavinət — 67 manat müəyyən edilmişdir.
Qeyd etmək lazımdır ki, 2013-cü il üçün yaşayış minimumu 116 manat, əmək qabiliyyətli əhali üçün 125 manat , pensiyaçılar üçün 94 manat, uşaqlar üçün 93 manat müəyyən edilib.

Ötən il ölkəmizdə əmək qabiliyyətli əhali üçün minimum istehlak səbətinin dəyəri 167,43 manat , pensiyaçılar üçün 150,84 manat , 0-14 yaşı uşaqlar çün 205,24 manat müəyyənləşdirilmişdir.




Əlilliyi olan şəxslərin dövlət tərəfindən təmin edilmələri ilə bağlı ən mühüm aspekt də məhz, müavinətlərin və pensiyaları verilməsi təşkil edir. Dövlət həmin şəxsləri öz öhdəliyinə götürməklə, bir sıra müavinət və bir sıra güzəştlərin verilməsi ilə təmin edilməsində borcludur. Bununla əlaqədar olaraq son illər ərzində verilən müavinət və pensiyaların miqdarı yüksələn xətt istiqamətinə getməsinə baxmayaraq, mövcud vəziyyətdə müəyyən edilən yaşayış minimumunun istehlak səbəti ilə eynilik təşkil etməməsi, eləcə də verilən müavinətlərin qeyd edilən yaşayış minimum məbləği ilə uyğunluq təşkil etməməsi ilə bağlı bir sıra problemlərin mövcudluğu hələ də qalmaqdadır. Məhz əlilliyi olan şəxslərin də bu aspektdə şikayətləri çoxluq təşkil edir. Eləcə də , pensiya və müavinətlərin miqdarı onların xərclərindən az olması həyat şəraitlərinin daha da çətinləşməsindən xəbər verir. Yaxşı olardı ki, müavinətlərin pensiyaları arıtırılmasına dair tədbirlər görülsün o cümlədən əlillərin sosial təminatı sferasında sosial müavinət pensiya təminatı sahələrində qanunvericiliyin ekspertizası təşkil edilərək, onların xərcləri uyğun olaraq hesablanaraq pensiya və müavinətlər hesablanmış məbləğə uyğunlaşdırılsın.


Tövsiyə edirik ki,

Əlilliyi olan şəxslərə verilən müavinətlər , pensiyalar yaşayış minimumu səviyyəsinə qaldırılsın. Reallığa uyğun olaraq Yaşayış minimumu da yenidən hesablansın və beynəlxalq standartlara uyğunlaşdırılsın.

Mövcud vəziyyət

Analiz

  1. 1. Əlilliyin qarşısının alınması, sosial reabilitasiyası haqqında qanuna əsasən əlillərin işlədiyi müəssisələrdə onların fərdi reabilitasiya proqramlarına uyğun əmək şəraiti yaradılmalıdır.



  2. 2.Əlilliyin qarşısının alınması, sosial reabilitasiyası haqqında qanuna əsasən ixtisaslaşdırılmış iş yerlərinin respublika standartları müəyyən olunaraq attestasiyadan keçirilməlidir.








  1. 3.Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramının (2006-2015-ci illər) 14-cü bəndində qeyd edilmişdir ki, Əlilliyi olan uşaqlar üçün internat tipli təlimtərbiyə müəssisələrinin bir hissəsinin reabilitasiya mərkəzlərinə çevrilsin.



  2. 4.Əlillərin hüquqları haqqında konvensiyanın 9-cu maddəsinin h bəndində qeyd olunmuşdur ki, konvensiyanı ratifikasiya etmiş dövlətlər qabaqcadan əldə edilməsi mümkün olan informasiya-kommunikasiya texnologiyalarının və sistemlərinin, onlardan istifadə imkanlarının minimum xərclə başagəlməsinin layihələndirilməsini, işlənib-hazırlanmasını,istehsalını və yayılmasını həvəsləndirməklə bağlı tədbirlər həyata keçirməlidir.




Bununla bağlı tədbirlər tədbirlər həyata keçirilməmişdir.

2 Peşə standartlarının müəyyən edilməsinə baxmayaraq,əlilliyi olan şəxslərin əməyindən istifadə üçün belə standartlar müəyyən olunmayıb. Bununla əlaqədar olaraq , müvafiq müəssisələr attestasiyadan keçirilməmişdir.


3. Bununla bağlı uşaqların evlərə verilməsi prosesi sürətləndirilmişdir. Uşaqlar üçün bəzi bərpa mərkəzləri olsa da, sayları məhduddur. Həmin bərpa mərkəzlərində uşaqlar növbəlilik əsasında müalicə oluna bilirlər.
Yuxarıda qeyd edilən məsələlərlə bağlı müvafiq olaraq, əlilliyi olan şəxslərə, ixtisaslaşdırılmış QHT-lərə , dövlət orqanlarına suallarımızı ünvanlasaq da, nəticə etibarı ilə qanunvericlik aktlarında və praktiki baxımdan həmin məsələlərin hər hansı bir mexanizminin və normaların işlək olmamasını müəyyən etdik.

  1. Tövsiyə edirik ki,

  2. hal hazırda qanunvericilikdə göstərilən normaların işlək olmasına dair mexanizmlər müəyyən edilərək əlilliyi olan şəxslərin istifadə etməsi üçün uyğunlaşdırılsın.




Yüklə 169,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin