1. Nazirlər Kabineti tərəfindən imtiyazlı qruplara verilən pulsuz dərman vəsaitlərinin siyahısı qruplara daxil olan şəxslərin xəstəlikləri nəzərə alınmaqla əsas ehtiyac olan dərman vəsaitləri daxil edilməklə artırılsın.
2 Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formalı dərman reseptlərinin verilməməsi ilə əlaqədar şikayətlər daxil olduqda müvafiq orqanlar tərəfindən araşdırmalar aparılaraq təqsiri olan şəxslərə qanuna uyğun olaraq sanksiyalar tətbiq olunsun.
TIBBI SOSIAL EKSPERT KOMISSIYALARINA DAIR TÖVSIYƏLƏR
Respublikada əlillik dərəcəsinin səbəbinin və müddətinin müəyyən edilməsi Nazirlər Kabineti tərəfindən 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi-sosial ekspert komissiyaları haqqında» və 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarlarına dair» əsasnamələri ilə təsdiqlənir. Tibbi-sosial ekspert komissiyalarına müraciət etmiş vətəndaşlar komissiyalar tərəfindən müayinə edilir, əlillik qrupu təyin olunduğu təqdirdə, onların əlillik dərəcəsinin səbəbi və müddəti müəyyənləşdirilir.
Azərbaycan Respublikasında əhaliyə göstərilən tibbi-sosial ekspertiza xidməti tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən həyata keçirilir.
Nazirlər Kabineti tərəfindən 19 avqust 1997-ci il tarixində təsdiq olunmuş Tibbi sosial ekspert Komissiyaları haqqında Əsasnamə nin 2.9.-cu bəndi: “Tibbi-sosial ekspert komissiyalarının müayinə iclaslarına, müalicə həkimləri, əhalinin sosial müdafiəsi mərkəzinin, ictimai təşkilatların və əmək kollektivlərinin nümayəndələri dəvət oluna bilərlər.”
Son zamanlar TSEK-lərin 15 sədri işdən azad edilmişdir. İşində nöqsanlara yol vermiş komissiya sədrləri barədə qərarlar qəbul edilmişdir. Fəaliyyətində cinayət tərkibi olan faktlar barəsində hüquq mühafizə orqanlarına məlumatların göndərilməsi nəzərdə tutulmuşdur.
Əlilliyi olan şəxslər tərəfindən çoxsaylı şikayətlərin əsasını TSEK-lər ilə bağlı olan şikayətlər təşkil edir. Bu şikayətlərə korrupsiya faktları, süründürməçilik və s. şikayətlər aid etmək olar. Bu məsələlərin həllində ixtisaslaşmış qeyri hökümət təşkilatları tərəfindən köməklik göstərirlər.
Bununla bağlı olaraq TSEK əməkdaşların etik davranış qaydalarına riayət edilməməsi tez tez rast gəlinir.
Tövsiyə edirik ki,
1.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qanun pozuntularının vaxtında aşkarlanması və qarşısının alınması üçün vətəndaş cəmiyyəti üzvləri ilə münasibətləri sıxlaşdırılsın. Nazirliyin yanında müstəqil nəzarət qurumu kimi, ixtisaslaşmış QHT-lərin də iştirakı ilə Nəzarət Şurası yaradılsın və proseslərə cəlb edilsin. Bu rəhbər vəzifələrindən istifadə edən, vətəndaşları süründürən məmurların bu əməllərindən yayınmasına kömək edəcək. Süründürməçilik və rüşvətlə bağlı vətəndaşlar tərəfindən edilən müraciətlərin obyektiv və qanunamüvafiq müddətdə araşdırılmasına yardım edəcək.
2.Tibbi sosial ekspert komissiyalarının tərkibinə ixtisaslaşmış ictimai və qeyri-hökümət təşkilatlarından nümayəndə daxil edilsin.
3.TSEK əməkdaşlarına mütəmadi olaraq etik-davranış və korrupsiya mövzusunda maarifləndirici təlimlər, treninqlər təşkil edilərək cəlb olunsunlar.