ŞİRUYƏ
Telefon danışığı zamanı Şiruyə müəllim
xəstə olduğunu bildirdi.
Demə yataqdayam, xəstə haldayam,
Salma məni intizara, Şiruyə.
Sızladı ciyərim, titrədi dilim,
Yaralıyam, vurma yara, Şiruyə.
Elə dedin yaralandı ürəyim,
Parça-parça paralandı ürəyim,
Cismi candan aralandı ürəyim,
Saldın məni qəm-qubara, Şiruyə.
Hifz etsin canından dərdini Allah,
Qərib İmam Rza, ol Əsədullah.
Məhəmməd Mustafa Rəsulillah,
Şəfaçıdır hər bimara, Şiruyə.
Xəstəlik insanın can zəkatıdır,
Yaxşı kimsələrin haqq imdadıdır.
Ellər sənin üçün bil duaçıdır,
Haqq salmasın səni dara, Şiruyə.
Sənə cansağlığı diləyir Həsən,
Gecə-gündüz dua eləyir Həsən,
Gözünün yaşını ələyir Həsən,
Haqq etsin dərdinə çarə, Şiruyə.
24 yanvar 2008-ci il
349
Əjdər VƏLİYEV
OLDUM, OLDUM
Dostum, mehribanım şair Şiruyə,
Aldım məktubunu şad oldum, oldum!
Sən mənə od vurdun, alışdım yandım,
Sönmüş kömür idim, od oldum, oldum!
AY ŞİRUYƏ
Vəfasızın qanı nədir, canı nə,
Onu dəftərindən sil, ay Şiruyə.
Qurumsaq kişinin, sarsaq arvadın,
Kül olsun başına, kül, ay Şiruyə.
Xəsis ələyiylə ələnmərəm mən,
Özgə bələyiylə bələnmərəm mən,
Yaltağın neyini çalammaram mən,
Çalırsan özün çal, çal, ay Şiruyə.
Zaman ləkəsizdir, ləkə bizdədir,
Günah pulda deyil, günah bizdədir.
Sarsaq gözəllərdə, suyuq qızdadır,
Neylər pürkamala pul, ay Şiruyə.
Bu dünyanın astarı yer, üzü biz,
Gözəlliyin aynası biz, gözü biz,
Çox demişik pul haqqında sözü biz,
Məsləksizdir pula qul, ay Şiruyə.
350
Pullunun ürəyi ciblərindədir,
Pulsuzun ürəyi öz yerindədir.
Yaxşı da, yaman da nəzərindədir,
Hər kəsə baş əyməz el, ay Şiruyə.
Həyatın mənası düzdədir, məncə,
Şərəfsizin şanı “yüzdədir”, məncə,
Yalanın ömürü üzdədir, məncə,
Dünya çox dərindir, bil, ay Şiruyə.
Borsunlu Əjdərəm, hələ yazam mən,
Sənət aləmində çox dayazam mən.
Alışdan, verişdən çox da yazam mən,
Möhürsüzə yoxdu yol, ay Şiruyə.
351
Rəhman KƏLBƏCƏRLİ
VURĞUNAM
Ay ustadım, ağsaqqalım, şairim,
Sizin kimi sənətkara vurğunam.
Hər kəlməniz ləl-cəvahir qiymətli,
Xəzinəndə olan vara vurğunam.
Qaçqın düşən obasıtək, elitək,
Dəlidağın qönçəsitək, gülütək.
Kəlbəcərin ünvanıtək, yolutək,
Söhbətinə mən aşkara vurğunam.
Taxtabaşı, İsti-suyu var hələ,
Zirvələrə ağ köynəkdi qar hələ,
İnlə kaman, susma, ay saz, tar hələ,
Et dərdimə sən bir çara, vurğunam.
Rəhman deyər, yolun haqqın yoludu,
Adın, sanın ululardan uludu.
Hər sözündə Ələsgərnən Alıdı,
Sizin təki bir bahara vurğunam.
1 mart 1998-ci il
352
Heşinli MƏMMƏD
ÜZƏ DURMAZ
Şair dostum Sərraf Şiruyəyə
Qeyrət qılıncını qaldıra bilsən,
Pələng yandan keçər, şir üzə durmaz.
Döyünsə sinəndə aslan ürəyi,
Dil hədyan danışmaz, sirr üzə durmaz.
Fələyin hökmüylə sınanda kərən,
Dağılar bünövrən, uçar bənd-bərən.
Namusu tapdanıb, yüz sifət görən,
Bir üzə uyuşmaz, bir üzə durmaz.
Heşinli Məmmədin odu canında,
Yüz dərdi var sultanın da, xanın da.
Xilqət arasında, Xuda yanında,
Əməli pak olsa, pir üzə durmaz.
353
Mütəllim HƏSƏNOV
A QARDAŞ
Bu zamanın gərdişinə baxanda,
Dərdi-sərim təzələndi, a qardaş.
Taleyimlə nərd oynadım, uduzdum,
İblis mənlə məzələndi, a qardaş.
Zər əhlində kərəm yoxmuş sən demə,
Ehtiyac duyuram dosta, həmdəmə.
Dünya bir kirkirə, mən döndüm dənə,
Qəm xurcunu gözələndi, a qardaş.
Gəl, az çəkək bu dünyanın nazını,
Qışa döndərməyək ömür yazını.
Zilə köklədikcə könül sazını,
Söz kələfim çözələndi, a qardaş.
Mütəlliməm, bu halımla kür mənəm,
İnci mənəm, sədəf mənəm, dürr mənəm.
Qıfılbəndəm, açılmamış sirr mənəm,
Salxım fikrim dənələndi, a qardaş.
15 oktyabr 2007-ci il,
Bakı
354
GÖRMƏYİB
Sərraf Şiruyəyə
Dağlara can atır duman, çən, çisək,
Aran od püskürür, sazaq görməyib.
Bəd əməl həmişə bədlərdən qalıb,
Yaxşılar yaxşıdan duzaq görməyib.
Bu gərdişi gəl qınama bu qədər,
Zalım oğru, namərd olub səfərbər.
Qəlbi buzdan səxa ummaq heç, hədər,
Evində bir kimsə qonaq görməyib.
Kaş ki, az da olsa satıla qeyrət,
Alıb maya tuta ondan biqeyrət.
Bilə nədir vəfa, ilqar, məhəbbət,
Nadanlar burnundan uzaq görməyib.
Mütəllim, bu dünya daimi, ulu,
İnsanlıq yoludur yaxşılar yolu.
Şiruyə qamçılar hey sağı, solu,
Çünki ədalətdən soraq görməyib.
2 mart 2009-cu il
355
Oktay QAXLI
(Məcidov Oktay Əhməd oğlu)
MƏN
Ay Şiruyə, nə şairəm, nə müəllim,
Haqqında yazmağa coşur qələmim.
Qarabağ xoş laylam, Qax doğma elim,
Bu yurda bir qurban gedəsiyəm mən.
Vətənim İlisu, məskənim aran,
İnamım tək Allah, kitabım Quran.
Vətəndən ötəri yaradıb quran,
Vətənin bir oğlu, bircəsiyəm mən.
Bərdə də, Laçın da doğma diyarım,
Qarabağ könlümdə xoş arzularım.
Füzuli, Kəlbəcər, Şuşa, Ağdamım,
Muğam beşiyinin zil səsiyəm mən.
Səsiylə sevilib Bülbülüm, Xanım,
Üzeyir dahisi olub zamanın.
Xan qızı, şairə o Natəvanın,
Qəlbinin naləsi, nəfəsiyəm mən.
Yoxdu bir sözümdə ayrı-seçkilik,
Mənim xislətimə yaddı ikilik.
Məramım, amalım mərdlik, kişilik,
Daniyal sultanın nəvəsiyəm mən.
1
1
Daniyal sultan – İlisu sultanı (1803-1873), Şeyx Şamil hərəkatının
iştirakçısı, Çar Rusiyasının general mayoru.
356
Getdi əlimizdən gözəl Qarabağ,
Çəkildi sinəmə sağalmaz bu dağ.
Düşmənə bac gələk, ya da məhv olaq,
Yoxsa ki, bu dərdlə öləsiyəm mən.
Oktayam, bax budur təmiz niyyətim,
Bax budur yurduma saf məhəbbətim.
Ay ustad, saxlayıb hər an hörmətin,
Səni də hər zaman sevəsiyəm mən.
357
Polad İMRANOĞLU
USTAD
Bu fələklə nərd atasan,
Şeş-beş verən zərin ola.
Sərraf Şiruyə
Bəxtimizə zər tullayıb
O, hamını yıxıb, ustad,
Neçə məğrur igidləri,
Caynağında sıxıb, ustad.
Kim yaxşıdı seç – deyibdi,
Beşimizə üç – deyibdi,
Bu dünyadan köç – deyibdi,
Yaman gözlə baxıb, ustad.
Polad desin ondan nəyi?
Birmi, beşmi fənd-kələyi.
İldırımı, həm şimşəyi,
Başım üstə çaxıb, ustad.
11 noyabr 1983-cü il,
Novosibirski
358
Sənan CƏLİLLİ
VAR
Fələklə nərd oynamağa,
Şeş-beş verən zərinmi var?
Daim coşub qaynamağa,
Dözümün, hünərinmi var?
Yaxın qoyma qəm, kədəri,
Şux qarşıla hər səhəri,
Nə bəzəyirsən yəhəri?
Çapmağa "qəmər"inmi var?
Sənan, qamçıla namərdi,
Baxma üstü ləldi, zərdi.
O çəkərmi vətən dərdi?
Dağ boyda kədərinmi var?
359
Aqşin HACIZADƏ
YAZ ATAM
Atam Sərraf Şiruyəyə
Nəsihət yazmısan, hikmət yazmısan,
Təcnisdən, qoşmadan bir də yaz, atam.
Şöhrətinə yetmək üçün mən gərək,
Ömür-gündən neçə-neçə yaz atam.
Yaz, vəsf elə yaxşı dostu, yarı, sən,
Kimsəsizin harayına yarı sən.
Yazanda fikrini yazma yarı sən,
Sərraf gərək yazdığını yaza tam.
Bəd ürəyə sən çəkilmiş bir dağsan,
El-obanı bir arxa bil, bir dağ san.
Sən Aqşinə başı qarlı bir dağsan,
Ya qış olsun, ya da payız, yaz, atam.
13 oktyabr 1995-ci il
360
YATARAM
Sərraf Şiruyənin
“Yataram” adlı təcnisinə cavab
Elə sanma sənin üçün mən, atam,
Qar-boranam, ya çovğunam, ya taram.
Sən dərdə özünü öyrətmə belə,
İşlə aram, dincəl aram, yat aram.
Qəhərlənmə mən vurduğum yaradan,
Bu yaranı eldən gizlə, yara dan.
Kəndirini kaş üzməsin Yaradan,
Üzsə nə fərq: ya boş olsun, ya taram.
Qazanmısan sən yaxşı ad, yaxşı san,
Yaxşılıq et, yamanı da yaxşı san.
El zərgərdi, qoy el desin – yaxşısan,
Özün demə: mən qızılam, yataram.
Aqşin deyər, Günəş atam, Ay atam,
Kaş yaşımdan illər siləm, ay atam.
Körpə kimi qucağında ay atam,
Mən təzədən uyuyaram, yataram.
22 dekabr 2008-ci il
361
QIŞ GƏLİB GEDƏR
Sərraf Şiruyənin
“Deyir” rədifli qoşmasına birinci cavab
Çəkinmə, ay ata, qardan, borandan,
Ömürdən yüz belə qış gəlib gedər.
Bahar var qarşıda, yay var qabaqda,
Xoş anlar sənə də tuş gəlib gedər.
Yaranmış xilqətin bir Allahı var,
Hər kəsin savabı, öz günahı var.
Hər zülmət gecənin xoş sabahı var,
Quruyar gözündən yaş, gəlib gedər.
Tanrıya bəndəsən, sən haqqı ara,
Zaman bir mizandı, olacaq çara.
Dərdini söyləmə qəlbi daşlara,
Daş gəlib dünyaya, daş gəlib gedər.
Bir ayla, bir illə ömür ki bitmir,
Yaxşılıq eylə ki, yaxşılıq itmir.
Heç kəsin qazancı özüylə getmir,
Gələn də, gedən də boş gəlib gedər.
Əsiri olmadın dövlətin, varın,
Gül açıb, gülləndi xoş arzuların.
Aqşinəm, niyyəti xoş olanların,
Qışı da yaz kimi xoş gəlib gedər.
30 yanvar 2008-ci il
362
GÖZƏLLƏŞİR
Sərraf Şiruyənin “Deyir”
rədifli qoşmasına ikinci cavab
Şikayət edirsən qışdan, ay ata,
Qar yağır, gözümdə qış gözəlləşir.
Yanaqlar soyuqdan dönür laləyə,
Kirpiklər islanır, qaş gözəlləşir.
Yuxuya gedibdi sanki təbiət,
Torpağın sükutu hikmətdi, hikmət.
Geyinib çöl-çəmən bəyaz bir xələt,
Torpaq gözəlləşir, daş gözəlləşir.
Bərəkət deyilmi bəs yağan bu qar?
Yaradır könlümdə şirin duyğular.
Bu qışın dalınca güllü bir bahar,
Xəyal gözəlləşir, huş gözəlləşir.
Ay ata, qələmi gəl götür ələ,
Bu gözəl tablonu sən də vəsf elə.
Gözəllik içində ömrümüz belə,
Ötüşüb keçdikcə, yaş gözəlləşir.
30 yanvar 2008-ci il
363
OLA–OLA
Sərraf Şiruyənin
“Ola” rədifli gəraylısına
Fələk zərsiz udar səni,
Atam, zərin ola-ola.
Bəxtin ilə çox oynama,
Dərdin, sərin ola-ola.
Söz yığmısan, gəlməz saya,
Dost dediyin yetmir haya.
Tamah salma sən dünyaya,
Huşun dərin ola-ola.
Aqşin görür al umursan,
Hər baxışdan xal umursan,
Sözünü de, nə qorxursan?
Məntək nərin ola-ola.
20 avqust 2004-cü il
364
KÖZÜM ONUN KÖZÜDÜR
Bir toy şənliyində atam Sərraf Şiruyəni
görmək istəyən onun bir pərəstişkarına
Üzün görmək istəsən,
Üzüm onun üzüdür.
Hər baxışım, nəzərim,
Gözüm onun gözüdür.
Onsuz dil açmamışam,
Ayaq, əl açmamışam,
Özüm yol açmamışam,
İzim onun izidir.
O bir sərraf sənətkar,
Tarixdə öz yeri var.
Sanma məni bəxtiyar,
Sözüm onun sözüdür.
Odur Aqşinə bir şam,
Yanır hər səhər-axşam.
Odu ondan almışam,
Közüm onun közüdür.
15 avqust 2004-cü il
365
ÇARƏSİZ QALMIŞAM
Gözümün önündə kömək umursan,
1
Çarəsiz qalmışam gözün önündə.
Gör necə mən fərsiz oğul olmuşam,
Bu ağır anında, bu son günündə.
Dayanıb baxıram əlacsız gendən,
Gözümdən çəkilmir bir an gözlərin.
Elə bil al deyir əcəl əlindən,
Bir ümid, bir güman uman gözlərin.
Mən kömək uması olsaydım səndən,
Özünü odlara vurardın, ata.
Bağışla sən məni, neyləyim ki mən,
Qaytara bilmirəm səni həyata.
Biz oğul, qız kimi, sən işə bir bax:
Azalda bilmirik ağrını az da.
Çox doğru yazıbsan, ay ata, bir vaxt,
“Dünya şöhrətiymiş oğul da, qız da”.
Sənintək anlayıb duyammaram ki,
Ata nəvazişin, ata yükünü.
Mən sənin əvəzin olammaram ki,
Mənə tapşırırsan böyüklüyünü.
07.12.2015
1
Şeir Sərraf Şiruyənin vəfatından bir gün qabaq yazılıb.
366
OTAĞIN MÜBARƏK, ATAM
Bu qapısız, bu bacasız
Otağın mübarək, atam.
Yastığın da torpaq olan,
Yatağın mübarək, atam.
Kim dost olub bu günədək,
Nə tez verdin ona ətək?
Canın alan Əzrayıltək,
Ortağın mübarək, atam.
Keçməyən yox bax bu yolu,
Buyurubdu haqq bu yolu.
Haqq önündə əli, qolu
Çatağın mübarək, atam.
Köçəsidir bir gün gələn,
Rəhmət almır hər bir ölən.
Mələk adda sağdan gələn,
Qonağın mübarək, atam.
Sevincinlə, əzabınla,
Günahınla, savabınla.
Mələklərə cavabınla,
Sınağın mübarək, atam.
11.12.2015
367
DEYİRDİ
Çağırın Arazı, sözüm var ona,
Qalıbdı ömrümə lap az – deyirdi.
“Özüm də duyuram, xəstə can ilə
Döyünmür ürəyim taraz” – deyirdi.
Nə vaxt ki, xəstəlik tutub yaxamdan,
Yanımda olubdu o vaxt, o andan.
Oğlumdan, qızımdan, bütün qohumdan,
Çox çəkib zəhmətim Araz – deyirdi.
Haçan ki, üzüldü əlim həyatdan,
Qəfildən ayırdı ölüm həyatdan,
O məni unudub silməsin yaddan,
Üstümə gəlməsin az-az – deyirdi.
16.12.2015
368
O
Fələklə bir nərd oynadı,
Heç bilmədi nə atdı o.
İstədiyi “şeş-beş” idi,
Şeş yerinə “sə” atdı o.
Sevinsə də hərdən-hərdən,
Ayrılmadı dərdi-sərdən.
Yazdı ərdən, ərənlərdən,
Namərdlərə daş atdı o.
Əsər yazdı igidlərə,
Vətən üçün şəhidlərə.
Yelmarlara, Vəzirlərə,
1
Abidələr yaratdı o.
Şeirləri gəzdi dildə,
Qazax,Tovuz, Muğan, Mildə.
Çox ürəkdə, çox könüldə,
Vətən eşqi yaratdı o.
Qarabağı ana sandı,
Göyçəsini sona sandı.
Duydu həsrət sonacandı,
Nə dincəldi, nə yatdı o.
Sevgi ilə açdı qucaq,
Oldu mənə isti ocaq.
Bir də əlim çatmayacaq,
Əvəzsiz bir həyatdı o.
1
Azərbaycanın Milli Qəhrəmanları Yelmar Edilov və Vəzir Orucov nəzərdə
tutulur.
369
ATAM YADIMA DÜŞÜB
Nə axşamdı, nə də dan,
Gecə keçib yarıdan.
İndi bu vaxt, bax bu an,
Atam yadıma düşüb.
Onunlaydı düyünlər,
Xoş söhbətlər, xoş ünlər.
Nə dadlıymış o günlər?
O tam yadıma düşüb.
Atam yadıma düşüb.
Hərdən çıxıb özümdən,
Çıxmışam da sözündən.
Nə qanmaz olmuşam mən,
Xətam yadıma düşüb,
Atam yadıma düşüb.
Uşaq idim mən onda,
Gəzdirərdi boynunda...
Yenə, kaş ki qoynunda,
Yatam, – yadıma düşüb,
Atam yadıma düşüb.
Ömür ötmür xətasız,
Oldun Aqşin urvatsız.
Arxasızmış atasız,
Adam, yadıma düşüb,
Atam yadıma düşüb.
12 iyun 2016-cı il,
Saat: 02.32
370
Seymur SƏYYAH
MƏN SƏNDƏ GÖRDÜM
Ustadlar ustadı Sərraf Şiruyə,
Aqil söhbətini mən səndə gördüm.
Vurğunun, Sabirin, Seyid Əzimin,
Şeir sənətini mən səndə gördüm.
Bu dünya nə yaman qocaltdı səni,
Qocaldıb dağ kimi ucaltdı səni,
Öz ana yurdundan köç atdı səni,
Göyçə həsrətini mən səndə gördüm.
Seymuram, Göyçədi hər arzun, kamın,
Haqdan şölələnib, söngüməz şamın.
Dədə Ələsgərin, Növrəs İmanın,
Alı qüdrətini mən səndə gördüm.
371
Səfər VERGİLİ
SƏRAF ŞİRUYƏYƏ
Qranit mərmərdən heykəli vardır,
Hələ ölməmişdən onun bu eldə.
Səraf Şiruyənin sözü-söhbəti,
Dolaşır hər zaman dodaqda, dildə.
Nə yazdı könüldən, ürəkdən yazdı,
O ülvi sevgidən, istəkdən yazdı,
Dedi ki, məhəbbət bahardı, yazdı,
Sözü sığallandı sığallı teldə.
Haladan qazanıb, halaldan yedi,
Qazanma çörəyi minnətdən – dedi.
Vətəndən güc aldı, cürətdən dedi,
Ondan qüvvət aldı kükrəyən sel də.
Elm, zəka, şüur verdi Yaradan,
Ərşdən, gürşdən, o beş pənci əbadan.
Bilir də olacaq nələr sonradan,
Quran əhli idi, söylənir dildə.
Vergili nə bilir, axı nə yazsın?
Girib o elmdə dolaşsın, azsın.
Kaş o da Sərraftək dəryada üzsün,
1
Nə var ki, üzməyə dayaz bir göldə.
Bərdə, Şirvanlı kəndi
1
Sərraf Şiruyə nəzərdə tutulur.
372
Araz YAQUBOĞLU
BU KİTAB
Sərraf Şiruyənin
“İgid ölər, adı qalar” kitabına
Əsirlərin yaddaşına yazılıb,
Tarixlərdə qalasıdı bu kitab.
Əsir düşən Kəlbəcərin, Göyçənin,
Qəlbi dağlı lalasıdı bu kitab.
Yazmısan hünərin hər igidlərin,
Cəsur Yelmar kimi pir igidlərin,
Hacı Rəhim kimi nər igidlərin,
Alınmayan qalasıdı bu kitab.
Ustad, əbəs uyduq bəhsə-bəhslərlə,
Əməli, amalı bəd nəfəslərə.
Vətəni hərraca qoyan kəslərə,
İti kəsər olasıdı bu kitab.
Arazam, könlümün çoxdu qubarı,
İz açıb əlimdə zəhmət qabarı,
Yana-yana oxuduqca “Yelmarı”,
Sannam, zəfər çalasıdı bu kitab.
373
OLUR
Söz Sərrafı, bir cavab ver,
1
İnsan nədən küskün olur?
Dərdi salıb ürəyinə,
Axı niyə üzgün olur?
Gözüm, könlüm olsa da tox,
Sevincim az, kədərim çox.
Nə adətdi, kef-damaq yox –
Yadda qalan pis gün olur.
Araz deyər, hər gün, hər an,
Öz işini görür zaman.
Deyirlər ki, Tanrı yazan,
Yazı-qismət püşkün olur.
1
Şeirin cavabı Sərraf Şiruyənin “Hər görüş bir xatirədir” (Bakı, “Nurlan”,
2007, səh.207-208) və “Seçilmiş əsərləri” VI cild, (Bakı, “Nurlan”, 2010,
səh.188-189) kitablarında çap оlunub.
374
AĞLAYA BİLMƏZ
Sərraf Şiruyənin “Zəlimxana deyin gəlsin”
adlı şeirini oxuyarkən
Qananlar anlayıb ağlayar səni,
Naşı-nadan səni ağlaya bilməz.
Könüllər oxşayan ağlayar səni,
Könül yıxan səni ağlaya bilməz.
Şeirini söyləyən dillər ağlayar,
Kaman nalə çəkər, tellər ağlayar,
Mahallar ağlayar, ellər ağlayar,
Tək Zəlimxan səni ağlaya bilməz.
Arazam, bel bağla ümid, gümana,
Göydə ilahiyə, yerdə loğmana.
Haqqa-ədalətə, ilqar-imana,
Dönük baxan səni ağlaya bilməz.
27 oktyabr 2009-cu il
375
Zülfiyyə ŞİRUYƏQIZI
ATAMAM
Baxanlar görəndə dəyişik salar,
Sifətdə, baxışda elə atamam.
Gəzəndə xəbislər arxamca baxar
Yerişdə, duruşda elə atamam.
Atamın izidir, mənim durduğum,
Fəxarət hissidir hər an duyduğum.
Bala-bala misralara vurduğum,
Bəzəkdə, naxışda elə atamam.
Onuntək coşanda enən deyiləm,
Onuntək yananda sönən deyiləm,
Hərdən düşünürəm, mən, mən deyiləm,
Vallah bütövlükdə elə atamam.
|