ELİN ŞİruyəSİ, SÖZÜn sərrafi



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə20/20
tarix14.04.2017
ölçüsü2,9 Kb.
#13987
1   ...   12   13   14   15   16   17   18   19   20

ATA 
 
Arzum budur yüz il yaşa, 
Ad günün mübarək, ata! 
Dəyməsin ayağın daşa, 
Ad günün mübarək, ata! 
 
Sadəlikdi sənin varın, 
Sənət yolun, namus, arın, 
Hər gələn il iftixarın, 
Ad günün mübarək, ata! 
 
Sənlə nəsil duyur qürur, 
Şax dayanıb, vüqarlı dur! 
Yaşa, yarat bir dünya qur, 
Ad günün mübarək, ata! 
 
 

 
377 
AY ATA 
 
Sifətdə, baxışda oxşadığımtək, 
Yerişdə, duruşda oxşadığımtək, 
Söhbətdə, gülüşdə oxşadığımtək, 
Zəhmətin tərinə mən bata-bata, 
Oxşamaq istərdim sənə, ay ata! 
 
Sənin amalındı, amalım mənim, 
Sənin kamalındı, kamalım mənim, 
Sənin camalındı, camalım mənim, 
Sənintək iz salıb bax bu həyata, 
Oxşamaq istərdim sənə, ay ata. 
 
Sənin sadəliyin yaraşığımdı, 
Xeyirxah əməlin gur işığımdı. 
Hər sözün başlanğıc danışığımdı, 
Günləri mənalı mən ata-ata, 
Oxşamaq istərdim sənə, ay ata. 
 
Şöhrətim səninki, şanım səninki, 
Damarda çağlayan qanım səninki, 
Varlığım səninki, canım səninki, 
Haqqın ətəyindən bərk tuta-tuta, 
Oxşamaq istərdim sənə, ay ata. 
 
Mənəm bir dərdi də bu həyatının, 
Mənəm bir nişanı, əsil, zatının, 
Sənintək sənətdə sürət atının, 
Hər an yalmanına mən yata-yata, 
Oxşamaq istərdim sənə, ay ata. 
 

 
378 
Sənindir vüqarım, əyilməzliyim, 
Amalda, əməldə, sözdə düzlüyüm, 
Könlümdə arzumu niyə gizliyim, 
Arzuya, istəyə mən çata-çata, 
Oxşamaq istərdim sənə, ay ata. 
 
Bir damlayam, sənin kimi sel üçün
Bir qırılmaz kəmərəm ki bel üçün, 
Yaşayıb, yaradıb Vətən, el üçün, 
Gecəni gündüzə mən qata-qata, 
Oxşamaq istərdim sənə, ay ata. 
 
Sənintək tutmuşam sənət yolunu, 
Sənintək keçəydim həyat yolunu, 
Zülfiyyə sənintək açıb qolunu, 
Vətənin qoynunda boy ata-ata, 
Oxşamaq istərdim sənə, ay ata. 
 
 

 
379 
XƏYAL OLUB 
 
Sakitcə dayanıb, məzarın üstə, 
Danışa bilmirəm, dilim lal olub. 
Neyləyim, nə deyim bu soyuq büstə? 
Gözlərim yaşarıb, gözlərim dolub, 
Atalı günlərim, bir xəyal olub! 
 
Gülüş dodağımda kölgələnibdi,  
Sevinc yanağımda gilələnibdi. 
Sənsizlik qəlbimi yaman dəlibdi, 
Saçlarım ağarıb, bənizim solub, 
Atalı günlərim bir xəyal olub! 
 
Yaman kövrəlmişəm, yaman dolmuşam, 
Sanıram qanadı qırılmış quşam. 
Bilmirəm bu hala necə uyuşam
Urəyim qırılıb, sınıb, oyulub, 
Atalı günlərim bir xəyal olub! 
Atalı günlərim bir xəyal olub! 
 2016-cı il 
 
 
  
 

 
380 
Əzizə AĞAHÜSEYNQIZI 
 
TOXUDU 
 
Sərraf Şiruyənin “Ağlama, bülbül, ağlama”  
kitabını oxuyarkən 
 
“Ağlama bülbül”ü oxudum, qardaş, 
Hər sətirin müşki-ənbər qoxudu. 
Könlüm sanki döndü tuti quşuna, 
Hər kəlməni döndü-döndü oxudu. 
 
Divanidə dizim yerdən tərpəndi, 
Səsləmisən Bakı, Təbriz, Dərbəndi. 
Təcnisinin hər cümləsi, hər bəndi, 
Ürəklərə bir məlhəmdi, yaxıdı. 
 
Bayatın sinəmə qoyubdu közlər, 
Gəraylın Göyçəyə tikibdi gözlər, 
Əzizəyəm, qəm-qüssəli o sözlər, 
Boynuma həsrətdən çələng toxudu. 
 
   
 

 
381 
TOXUNSAM 
 
Sərraf Şiruyənin “Toxunma” şeirinə nəzirə 
 
Mürgüləyən duyğuların oyanar, 
Ürəyinin tellərinə toxunsam. 
Qanlı yaşı gül ətrinə boyanar, 
Gözlərinin sellərinə toxunsam. 
 
Neçə qəzəl yazar, neçə söz deyər, 
Allanar, utanar bəzən üz deyər, 
Ürəkdən keçəni gözün düz deyər, 
Qələm tutan əllərinə toxunsam. 
 
Çox ümid bağlama, atılan zərə, 
Gərək qismətini haqq özü verə. 
Qopub yarpaq-yarpaq tökülər yerə, 
Ürəyinin güllərinə toxunsam. 
 
Doqquz telli sazım kimi güllənər, 
“Kərəmi” tək “Dilqəmi” tək dillənər. 
“Qar-qar” kimi “Xaçın” kimi sellənər, 
Ürəyinin sellərinə toxunsam. 
 
Qane edər həm çox məni, az məni, 
Ovudacaq tel-tel ötən saz məni, 
Hey deyəcək: xatirətək yaz məni, 
Ömrü-günün illərinə toxunsam. 
 
Uzandıqca hey uzanar bu dünya, 
Nə yorular, nə usanar bu dünya, 
Nə itirər, nə qazanar bu dünya, 
Daha nələr, nələrinə toxunsam. 

 
382 
 
Duyğuların baxışımdan açılar, 
Ürəyinə günəş kimi saçılar. 
Əzizəyəm, qaranlıqlar qaçılar, 
Şiruyənin dillərinə toxunsam. 
13 mart 2006-cı il 
 
 
YARILAR 
 
Sərraf Şiruyəyə 
 
Ustad şair kimi soyu soylanar, 
Qartal baxışıyla baxar, boylanar. 
Döyüş günü igidlərlə taylanar, 
Nərəsindən düşmən bağrı yarılar. 
 
Nə deyərsə doğru deyər, haqq deyər, 
Nəsimitək elə “Ənəlhəq” deyər. 
Hər kim olsa sözü üzə şax deyər, 
Həqiqəti dilə alıb bağırar. 
 
Şiruyənin kitabını oxudum, 
Hikmət aldım, müşki-ənbər qoxudum. 
Ünvanına min alqışlar toxudum: 
İlmələri şair budur – çağırar. 
 
Əzizəyəm, a taleyi, bəxti kəm, 
Ay dərd əhli, ömrü-günü, vaxtı kəm. 
Sirdaşınam, dərdlərinə şərikəm, 
Üzün gülsə, düşmən yanıb, yaxılar. 
11 mart 2006-cı il 

 
383 
Həmən Cəmil ƏKBƏR 
 
  
VAR OLSUN 
 
Verilibdi sənə şeir butası, 
Uzaq olsun səndən dünya xatası. 
Qoy başına mən dolanım, qadası, 
Qələm tutan barmaqların var olsun. 
 
Ey islam carçısı, ey iman əhli, 
Qurşasın belini Cənabi Əli! 
Şeirdi könlünün sonu, əzəli, 
Hikmət deyən dodaqların var olsun. 
 
Sözün sərrafıtək səda salmısan, 
Şeirdə, sənətdə zəfər çalmısan. 
Göyçə məktəbindən sən dərs almısan, 
Axar-baxar bulaqların var olsun. 
 
Ömür gülşənini xəzan vurmasın, 
Kirpiyində həsrət yaşı donmasın. 
İlhamın susmasın, təbin sönməsin, 
Şölələnən çıraqların var olsun. 
 
Yetişsin dərmanın, qalü-bəladan, 
Gəlsin xoş nəzərin ərşi-əladan. 
İmdad istəyirəm hər gün Xudadan, 
Kök üstündə budaqların var olsun. 
 
Həmən alqış deyir, bu bəhsə-bəhsə, 
Bu müqəddəs nitqə, müqəddəs səsə. 
Qədir-qiymətini bilənlər kimsə, 
Yaxınların, uzaqların var olsun. 

 
384 
BİLMƏZ 
 
Kiçik görünsəm də bir ağır daşam, 
Yetən əl atmasın, götürə bilməz. 
Arxamca daş-kəsək atanlar çoxdu, 
Məqsədi mənzilə yetirə bilməz. 
Sərraf Şiruyə 
 
Sənin kimliyini bilməyən kəslər
Sənə əl atsa da, götürə bilməz. 
Daş-kəsək atanın qolu quruyar, 
Tanrı muradına yetirə bilməz. 
 
Yalana, böhtana vermə amanı, 
Sərrafsan, seçirsən yaxşı-yamanı. 
Yaxşıca nişan et, tuşla kamanı, 
Mahir ovçu ovun itirə bilməz. 
 
Nəğməyə çevrildi söz pərdə-pərdə, 
Bir eli tanıtdı adı hər yerdə. 
Sənət meydanında, Həmənəm, bir də, 
Zaman Şiruyəni yetirə bilməz. 
  
 

 
385 
ŞAİR QARDAŞ, YUBİLEYİN MÜBARƏK 
Sərraf Şiruyənin 65 illik yubileyinə 
 
Əl çatmaz zirvəsən sənətdə, sözdə, 
Təbrikə, alqışa gəlmişik biz də. 
Sevinc var, fərəh var indi hər üzdə, 
Doldur qədəhləri, bir sağlıq deyək, 
Şair qardaş, yubileyin mübarək. 
 
Qoy ellər bağının barından yesin, 
Bu coşqun təbinə alqışlar desin. 
Uca kürsülərdən qoy gəlsin səsin
Doldur qədəhləri, bir sağlıq deyək, 
Şair qardaş, yubileyin mübarək. 
 
Çələng hörüm hansı güldən qoxlasın, 
Necə yazım, ürəyini oxşasın. 
Tanrı özü pənahında saxlasın, 
Doldur qədəhləri, bir sağlıq deyək, 
Şair qardaş, yubileyin mübarək. 
 
Götür-qoy etmişəm özüm-özümə, 
Alqış deyim bu təpərə, dözümə. 
Bir Allahım güc yetirsin sözümə, 
Doldur qədəhləri, bir sağlıq deyək, 
Şair qardaş, yubileyin mübarək. 
  
Həmənəm, könlündə var arzu, dilək, 
Aç söylə nə varsa, ay şair, bilək. 
Səni yüz yaşında bax belə görək
Doldur qədəhləri, bir sağlıq deyək, 
Şair qardaş, yubileyin mübarək. 
2007-ci il, Gəncə 

 
386 
DUR QADAN ALIM 
  
Bəhanə eyləyib ağrı-acını, 
Uzanma yataqda dur, qadan alım. 
Yenicə açılır küskün ürəyim, 
Saxlama soraqda dur, qadan alım. 
 
Yaraşmır yatağa sənintək insan, 
Ellər bəzəyisən, ay sənə qurban! 
Uzaq etsin Tanrı azar-bezardan, 
Dayanma uzaqda, dur qadan alım. 
 
Çoxdu arzularım qəlbimdə mənim, 
Axır yağış kimi yaşı didəmin. 
Sözlərin alçağa, nadana qənim, 
Gəzir dil-dodaqda dur, qadan alım. 
  
Həmən bir ovçudu, sən də ki bərə, 
Bağban olan gərək barını dərə. 
Haqq üçün çəkdiyin zəhmətə görə, 
Zamandı qınaqda, dur, qadan alım. 
14 fevral 2008-ci il 
 
  
 

 
387 
GƏTİRMİŞƏM 
 
Əhvalın sormağa, əziz qardaşım, 
Dualar dilimdə an gətirmişəm. 
Yaralı canına canım sadağa, 
Qadanı almağa can gətirmişəm. 
 
Bacılar qardaşa qurbandı, qardaş, 
Əzəldən bu belə fərmandı, qardaş, 
Əgər dərdlərinə dərmansa, qardaş, 
Buyur – ürəyimdə qan gətirmişəm. 
 
Vallah sözlərimdə yoxdur bir yalan, 
Mənəm göz yaşıyla xəyala dalan. 
Könlünü almağa gülə şeh salan, 
Səhər gətirmişəm, dan gətirmişəm. 
 
Həmənəm, duy mənim bu hallarımı, 
Fil çəkməz qəmimi, məlallarımı. 
Sən üçün Tanrıya dualarımı, 
İnan, bir yox, beş yox, min gətirmişəm. 
27 sentyabr 2009-cu il 
   

 
388 
Zakir KƏLBƏCƏRLİ 
 
YANINDA 
 
Dəlidağsız, Kəlbəcərsiz elin yox, 
Şair qardaş, xəcalətəm yanında. 
Təsəlliyə söz tapmıram, dilim yox, 
Şair qardaş, xəcalətəm yanında. 
 
Əlli ötüb, səksən çatıb, yüzə nə, 
Yaş yerinə qan ələnib gözünə. 
Şair demiş “bizdən ötdü, bizə nə”, 
Şair qardaş, xəcalətəm yanında. 
 
Dərbənd yurdun qarnağında qar qalıb, 
Dədə Şəmşir tənhalığa, qərq olub. 
Havalanıb Məcnun gəlib, yar qalıb, 
Şair qardaş, xəcalətəm yanında. 
 
Haray çəkdim, yaralandı harayım, 
Çözələnib, toxunmadı darayım. 
Mən saymadım, fələk saydı, nə sayım, 
Şair qardaş, xəcalətəm yanında. 
 
Mən Zakirəm, sevincim bu, qəmim bol, 
Qıymalandıq, parçalandıq neçə yol. 
Ay Şiruyə, bu dərdimə şərik ol, 
Xəcalətəm, xəcalətəm yanında. 
17 dekabr 1994-cü il, 
Beyləqan rayonu Milabad qəsəbəsi (Daşburun) 
 
  

 
389 
Zodlu Maarif BƏXTİYAROV 
 
ŞAİR, NƏDƏN QOCALIRSAN 
Sərraf Şiruyəyə 
 
Salam olsun şair sənə, 
Təzə şeirlər yazdın yenə? 
Yaradırsan gündən-günə, 
Yavaş-yavaş ucalırsan, 
Şair, nədən qocalırsan? 
 
 
Şeir yazırsan əldə qələm, 
Dünyan olur başqa aləm. 
İstəyirəm mən də biləm, 
Xəyallara çox dalırsan? 
Şair, nədən qocalırsan? 
 
 
Əriyən şəmdən yazırsan, 
Kədərdən, qəmdən yazırsan, 
Sevincdən, dəmdən yazırsan, 
Kağıza qələm çalırsan, 
Şair, nədən qocalırsan? 
 
 
Sevinc tökürsən sifətdən, 
Hər kəs dadsın bu nemətdən. 
Dəm vurursan məhəbbətdən, 
Gözəllərdən bac alırsan, 
Şair, nədən qocalırsan? 
 
 
Zodlu Maarif gülə-gülə, 
Dəftər-qələm alır ələ. 
Yazacağı çoxdur hələ, 
Qara saça ağ salırsan, 
Şair nədən qocalırsan? 

 
390 
 
FEYSBUK RƏYLƏRİ 
 
Faiq İsmayılov: Peyğəmbər libasında bu dünyadan kö-
çənlər  adi  insanlar  deyillər...  Sən  adi  insan  deyildin,  qar-
daşım... Necə deyim Allah rəhmət eləsin... Axı sən həmişə 
yaşayacaqsan, elimin sənətkar oğlu... Nur içində uyu... 
Elman  Alhəsənov: Allah rəhmət eləsin, qələmi ağlasa 
da, sözləri daim yaşayacaq.  
Seymur  Küskün:  Sərraf  Şiruyənin  şeirlərində  keçmiş 
və  gələcək  üçün  çox  mühüm  fikirlər  yer  alır.  Onun  uzaq-
görənliyi ümmana günəş işığı düşən kimidir. Həqiqətən də, 
Şiruyə müəllim eli, obanı çox sevən bir insan idi. O, eldən 
getdi.  Allah  o  dünyasını  versin.  Ruhu  şad  olsun.  Şiruyə 
müəllimlə söhbət edəndə onun elə gözəl baxışları var idi ki, 
heç xəyalımdan çıxmır. Həqiqətən ustadın ölümü məni çox 
sarsıtdı,  gözlərimdə  bu  dünya  sanki  öz  dəyərini  bir  az  da 
itirdi. Amma Sərraf Şiruyə kimi adamlar bu dünyaya, yaşa-
dığı  elə-obaya,  ölkəyə  şərəf-şöhrət  gətirən  böyük  söz  sər-
kərdəsidi. 
Pərvanə  Məmmədli:  Ələsgər  ruhlu  bir  ustad  idi  o! 
“Ömur yolu tükənibdi, Yad-yaxına deyin gəlsin!” – Kimlər 
arzulamadı  sizinlə  görüşməyi,  ustad?!  Hər  kəlməsindən 
dürr tökülən şair! Allah rəhmət eləsin sizə! 
Rəbbin  Babayev:  Ruhu  şad  olsun  böyük  şairimizin. 
Məkanı  cənnət  olsun.  Heyif  şairləri  bir-bir  itiririk...  Bəh-
mən Vətənoğlu, Sücaət, Sərraf Şiruyə… 
Qəzənfər Hüseynov: Bizim üçün həm istedadlı bir şair 
kimi,  həm  də  Laçınsevər  bir  insan  kimi  olduqca  əziz  idi. 
Allah rəhmət eləsin, son məkanı cənnət olsun! 
 

 
391 
 
 
Əlövsət Saldaş: Sərraf Şiruyə xalq ədəbiyyatımızın bö-
yük şairi idi. Sağlığında ikən şeirləri dillər əzbəri oldu, şair 
və  xanəndələrin,  söz  xiridarlarının  ifasını  bəzədi,  nə  qədər 
ki, sözə qiymət verənlər var, yaşayacaq, inşallah!  
Rəhmətliklə  bircə  dəfə  Kəlbəcərdə,  İstisuda  görüşmü-
şəm.  1984-cü  ildə.  O  da  ötəri  olub,  hər  ikimiz  ağrıyırdıq. 
Şeirlərini dildən-ağızdan eşidib sevmişəm. Ruhu şad olsun!  
Taleh  Əlioğlu:  Şiruyə  müəllim  əsl  şair  idi.  Bir  çox 
şairlərin  bəsirət  gözü  açıq  olur.  Onlar  çoxlarının  duyma-
dığını duyur. Allah rəhmət eləsin! 
Mehriban  Namazova:  Eh,  fani  dünya,  vəfasız  dünya. 
Allah rəhmət eləsin! 
Niftalı  Göyçəli:  Şairin  ruhu  bizim  qəlbimizdə  ustad 
şeirlərilə yaşayır, misraları dillərdə, qəlblərdə əbədidir. Cis-
mani dünyasını dəyişməsi bioloji zərurətdir... Allah rəhmət 
eləsin!  
Fəzalət  Abdurrəhmanov:  Allah  rəhmət  eləsin,  ruhu 
şad  olsun  böyük  şairimizin.  Onun  şeirlərini  hər  zaman 
sevə-sevə  el  məclislərində  oxumuşuq,  həmişə  də  oxuya-
cayıq.  
Mikayıl Səfərov: Göyçə məktəbi bir qızıl yarpağını da 
tökdü. Yerin cənnət olsun, ustad! 
Fəridə  Qədimova: Mənə elə gəlir ki, elimin dahi şairi 
qədərincə  xalqının,  elinin,  obasının  hörmətini  qazanıb, 
dəyərli olub. Bunu onun vida izdihamı da, virtual aləmdəki 
üzüntülər də bəlli edir. 

 
392 
Arif Məmmədli: Sərraf Şiruyə uşaqlığımızın, gəncliyi-
mizin şairi idi. Özünü tanımamış şeirlərini tanımışıq. Sazın, 
sözün  vurğunuydu.  İstedadlı  şair  kimi,  hələ  sovet  dönə-
mində  el  məclislərinin  əvəzsiz  aparıcısı  kimi  yaddaşlarda 
dərin  izlər  buraxıb.  İstedadını  böyük  zəhməti  ilə  cilalayan 
şair  çoxlu  kitablar,  unudulmaz  xatirələr  qoyub  getdi.  Qu-
laqlarda  səsi,  dodaqlarda  sözü,  ürəklərdə  isə  məhəbbəti 
qaldı. Sərraf Şiruyə həm də o şairlərdəndir ki, təkcə ədəbi 
irsi deyil, həm də ədəbi varisləri yadigar qalıb. Aqşin Hacı-
zadə,  Qılman  İman,  Araz  Yaquboğlu  və  adlarını  çəkmədi-
yim onlarla istedadlı  yazarımız şairin  yolunu ləyaqətlə da-
vam  etdirirlər.  Allah  Şiruyə  müəllimə  rəhmət  eləsin,  yeri 
behişt olsun! Doğmalarına, poeziyasının vurğunlarına, onu 
sevənlərə başsağlığı verirəm! Ruhu şad olsun!  
Niyazi Alıyev: Allah rəhmət eləsin. Belə insanlar nadir 
olduqları üçün ölmürlər, əbədi yaşayırlar. 
Əbülfəz  Nazarov:  Gözəl  dost,  dəyərli  insan,  böyük 
şair-vətəndaş Sərraf Şiruyənin ölüm xəbərinə çox sarsıldım, 
hədsiz kədərləndim və özümə  yer tapa bilmədim. Ölüm!  – 
insan  tək  onun  qarşısında  çox  acizdir.  Elə  insanlar  var  ki, 
onlara  ölüm  yaraşmır.  Elə  insanlar  öz  yaxşılıqları  ilə  sağ 
ikən ölməzlik və ürəklərdə yaşamaq haqqı qazanmış insan-
lardır. Dostum Sərraf Şiruyə də belə insanların sırasındadır. 
Ölməzlik  qazanan  gözəl  insan:  –  sənə  Allahdan  rəhmət 
diləyirəm. Qəbri nurla dolsun, yeri cənnət olsun.  
Murvət  Yusifov:  Allah  rəhmət  eləsin!  Öz  dəst-xəti 
olan şair, vətən fədaisi idi. 
Afət  Allahverdiyeva:  Allah  rəhmət  eləsin,  ucsuz-
bucaqsız bağ qoydu getdi, ruhu şad olsun! 
Müzəffər  İsmayıl:  Ustadlar  ölmür,  dünyasını  dəyişir. 
Yaddaşlara hopur, əbədi ölümsüzlük qazanır. 

 
393 
Namiq Zaman: Mən və yaşıdlarım vaxtilə Laçında hə-
lə  məktəb  yaşımız  çatmamış,  “Azərbaycan”,  “Keçi”,  “Xo-
ruz”...  şeirləriylə,  çoxlu  tapmaca,  yanıltmac,  bağlama,  ba-
yatı,  ağı  və  s.-lə  yanaşı,  Bəhmənin,  Sücaətin,  H.Arifin,  S. 
Şiruyənin bəzi şeirlərini də əzbər bilirdik. Bax, budur şair-
lik –  yazdıqlarının dildə-ağızda dolaşmağı. Elə bizi də şair 
təbiətli,  duyumlu,  düşüncəli,  bir  sözlə,  normal  təfəkkürlü 
edən belə şifahi və yazılı ədəbiyyat, xalq ədəbiyyatı nümu-
nələri idi. Sözsüz ki, bu işdə rəsmi və qeyri-rəsmi təbliğatın 
da  rolu  böyük  idi.  Təhsilimizə  vurulan  ən  böyük  zərbə  – 
mənəviyyatca  çox  kasıb  cəmiyyət  yetişdirmək  siyasətidir. 
İndi  xalqla  yanaşı,  həm  də  xalqın  mənəviyyatı  ölür  –  bax 
bu  əsl  faciədir.  Bədii  ədəbiyyat  təbliğ  olunmur  və  oxun-
mur... 
“Laçın yurdu” jurnalı,  
№1(19), 2016-cı il 
 

 
394 
MÜNDƏRİCAT 
 
Zəlimxan Yaqub ............................................................ 6 
Qara Namazov ............................................................... 11 
Hüseyn İsmayılov .......................................................... 17 
Ziyəddin Məhərrəmov ................................................... 25 
Maşallah Xudubəyli ...................................................... 32 
Eldar İsmayıl ................................................................. 45 
Ələddin Allahverdiyev .................................................. 51 
Əzizə Cəfərzadə ............................................................ 61 
Nağdəli Zamanov .......................................................... 62 
Budaq Budaqov ............................................................. 69 
Almaz Ülvi .................................................................... 70 
Mərziyyə Səlahəddin ..................................................... 78 
Tərlan Göyçəli ............................................................... 81 
Tofiq Yusif .................................................................... 86 
Arif Məmmədli .............................................................. 113 
Mütəllim Həsənov ......................................................... 116 
Gülnar Səma .................................................................. 126 
Mövlud Mövlud ............................................................ 135 
Nəcibə İlkin ................................................................... 138 
Zakir Şəhriyaz ............................................................... 143 
Niftalı Göyçəli ............................................................... 154 
Aygün Əsgərova ............................................................ 163 
Faiq Balabəyli ............................................................... 168 
Əzizə Ağahüseynqızı .................................................... 170 
Qılman İman .................................................................. 181 
Hüseyn Bayramov ......................................................... 192 
Tacir Səmimi ................................................................. 200 
Gülbəniz Mirzəyeva ...................................................... 212 

 
395 
Ramiz Təmkin, Afət İslamqızı ...................................... 218 
Nemət ............................................................................ 224 
Şəfa Vəli ........................................................................ 229 
Hacı Həsən Hüseynov ................................................... 233 
Bəhlul Süleymanov ....................................................... 239 
Əlişir Hacıyev ............................................................... 241 
Həsən Xəyallı ................................................................ 243 
Məzahir Daşqın ............................................................. 244 
Səfər Boluslu ................................................................. 245 
Aşıq Mikayıl Azaflı ....................................................... 246 
Aşıq İmran Həsənov ...................................................... 248 
Əli Qurban ..................................................................... 249 
Cəlil Göyçəli ................................................................. 255 
Bəhmən Vətənoğlu ........................................................ 256 
Zəki İslam ...................................................................... 257 
Əlqəmə Əmrahoğlu ....................................................... 260 
Alqayıt Xəlilov .............................................................. 261 
Eldar İsmayıl ................................................................. 265 
Dəmir Gədəbəyli ........................................................... 266 
Telman Hüseyn ............................................................. 267 
Əli Vəkil ........................................................................ 269 
Tofiq Yusif .................................................................... 276 
Kərəm Kürqıraqlı .......................................................... 279 
Molla Əmirxan .............................................................. 280 
Qəmgin Fəzi .................................................................. 281 
Nohəxan Qəşəm ............................................................ 282 
Gülnigar Rəhimli ........................................................... 284 
Pərvanə Məmmədli ....................................................... 285 
Aqil İman....................................................................... 286 
Zahid Məcid .................................................................. 288 

 
396 
Aşıq Hüseyn .................................................................. 291 
Əli Mehdi ...................................................................... 292 
Xəqani Ayxan ................................................................ 293 
Bəhlul Şirinov ............................................................... 294 
Zakir Şəhriyaz ............................................................... 295 
İsmayıl Hüseynov .......................................................... 302 
Bəsti Bərdəli .................................................................. 303 
Xasay Hacıyev .............................................................. 304 
Xasay Zeynalov ............................................................. 305 
Arif Pənahoğlu .............................................................. 313 
Qılman İman .................................................................. 315 
Pənah Göyçə .................................................................. 320 
Aşıq Şahsuvar ................................................................ 321 
Qurban Yusifoğlu .......................................................... 322 
Vaqif Gəncəli ................................................................ 323 
Əvəz Salahlı .................................................................. 324 
Zəhra Həsənli ................................................................ 325 
Axund Hacı Namiq ....................................................... 326 
Əmir Göyçəli ................................................................. 327 
Mir Müşfiq .................................................................... 328 
Etibar Sabit Tərtərli ....................................................... 329 
Əmirxan Məcidoğlu ...................................................... 330 
İsrail Şairov ................................................................... 331 
Hacı Yaqub Qocamanov ............................................... 332 
Hilal Bayramov ............................................................. 333 
Hacı Loğman Babacan .................................................. 334 
Firdovsi Xəlilov ............................................................ 338 
Vaqif Bəyləroğlu ........................................................... 339 
Elnur Baxış .................................................................... 340 
Elnur İrəvanlı ................................................................ 341 

 
397 
Qaçay Tərtərli ................................................................ 342 
Küskün Seyidməmməd ................................................. 343 
İmran Zalov ................................................................... 345 
Həsən Göyçəli ............................................................... 346 
Əjdər Vəliyev ................................................................ 349 
Rəhman Kəlbəcərli ........................................................ 351 
Heşinli Məmməd ........................................................... 352 
Mütəllim Həsənov ......................................................... 353 
Oktay Qaxlı ................................................................... 355 
Polad İmranoğlu ............................................................ 357 
Sənan Cəlilli .................................................................. 358 
Aqşin Hacızadə ............................................................. 359 
Seymur Səyyah .............................................................. 370 
Səfər Vergili .................................................................. 371 
Araz Yaquboğlu ............................................................ 372 
Zülfiyyə Şiruyəqızı ........................................................ 375 
Əzizə Ağahüseynqızı .................................................... 380 
Həmən Cəmil Əkbər ..................................................... 383 
Zakir Kəlbəcərli ............................................................ 388 
Zodlu Maarif Bəxtiyarov ............................................... 389 
Feysbuk rəyləri .............................................................. 390 

 
398 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Elin Şiruyəsi, sözün sərrafı 
 
Bakı, “SkyG”, 2016 
    

 
399 
 
 
 
 
 
   
 
 
 
 
  
Kompüter dizaynı: Araz Yaquboğlu 
Texniki redaktor: Arif Məmmədli  
Bədii redaktor: Qılman İman 
Korrektor: Elnur İrəvanlı 
Operator: Aqşin Hacızadə 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
400 
 
 
 
 
 
 
 
 
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yığılmağa verilmişdir: 11.01.2016 
Çapa imzalanmışdır: 05.12.2016 
Şərti çap vərəqi: 25. Sifariş № 23 
Kağız formatı 60x84 1/16. Tiraj: 300 
 
Kitab “SkyG” NPM-də hazır diapozitivlərdən çap olunmuşdur. 
Ünvan: Bakı, Ü.Hacıbəyov, 21 
e-mail: skyg@yahoo.com 

Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin