Qarabağ uğrunda ədalətli mübarizəmiz öz həllini tapmayınca mənəvi yaralarımızın sağalacağından, fiziki şikəstliyimizin aradan qalxacağından hər hansı bir şəkildə danışmaq olmaz. Nə qədər erməni-daşnak faşizmi var, onun ideyalarını yaşadanlar mövcuddur, nə dinclik, nə sülh bizə qismət olmayacaqdır. Varlığımız təhlükə altında qalacaq, zaman-zaman torpaqlarımız erməni-daşnak faşizminin təcavüzünə düçar olacaqdır. Vətən oğlu, Qarabağ bu gün bizim üçün Tanrı sınağı, qeyrət rəmzidir. Qarabağ bizim yaşam pasportumuzdur. Qarabağsız Azərbaycan ruhsuz candır. Bu gün Qarabağ milli qeyrət, milli mənlik, milli özünüdərk, olum-ölüm yolu, gələcək nəsillər qarşısında məsuliyyət hissi deməkdir. Qarabağı unutsan, həyatınla, varlığınla, bu gününlə, sabahınla vidalaşmalı olacaqsan. Bu gün səni məhv etməyi, varlığını tarix səhnəsindən silməyi qarşısına məqsəd qoymuş erməni-daşnak faşizmi ilə üz-üzəsən. Yurd-yuvanı, əcdadının uyuduğu torpağı