Əlisahib ƏROĞUL


Partiya  Komitəsinin  birinci  katibi  Mkrtıçyanın  çıxıĢından



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə8/500
tarix02.01.2022
ölçüsü3,17 Mb.
#2531
1   ...   4   5   6   7   8   9   10   11   ...   500
HaĢiyə  -  1:  Ötən  əsrin  80-ci  illərində  Sovetlər  Birliyində  vaqonların 
dəmiryol  stansiyalarında  normadan  artıq  yük  altında  saxlanması,  yüklərin  relslər 
kənarında  günlərlə,  aylarla  yığılıb  qalması,  boĢ  dayanmalar  ittifaq  miqyaslı 
problemə  çevrilmiĢdi.  Bununla  əlaqədar  idarə,  müəssisə  və  tikinti  təĢkilatlarının 
ünvanına hesablanan cərimələr mərkəzi hökumətdə ciddi təĢviĢ doğururdu. Məsələ 
Sov.ĠKP  MK-nın  katibliyi  səviyyəsində  müzakirə  edilən  bir  hal  almıĢdı.  Tez-tez 
bütün  ölkəni  əhatə  edən  ittifaq  miqyaslı  regionlar  üzrə  vaxtaĢırı  selektor 
müĢavirələri  keçirilirdi.  Ətraf  rayonların  rəhbərləri  ayrı-ayrı  Ģöbələrin  dəmiryol 
qovĢaqlarında toplantılara çağırılır, cavabdeh Ģəxslərin birbaĢa sual-cavablara cəlb 
edilməsi  təĢkil  olunurdu.  Bu  məsələlər  ilə  əlaqədar  olaraq  idarə,  müəssisə 
rəhbərlərinin  məsuliyyət  məsələsinə  baxılması  ilk  növbədə  rayon  Xalq  Nəzarəti 
Komitələrinə  həvalə  edildiyindən,  komitə  sədrləri  də  bir  qayda  olaraq  həmin 
müĢavirələrə  dəvət  olunurdular.  Cəbrayıl  rayonu  bölgü  üzrə  əvvəllər  ĠmiĢli 
Ģəhərinin  dəmiryol  qovĢağına  çağırılsa  da,  sonralar  Naxçıvanın  ondan  ayrılaraq 
Azərbaycan  Dəmiryol  Ġdarəsində  müstəqil  Ģöbə  kimi  fəaliyyət  göstərməsi  ilə 
əlaqədar  olaraq  bizi  yeni  bölgü  üzrə  Mincivan  dəmiryol  qovĢağına  çağırmağa 
baĢladılar.  1983-cü  ilin  qıĢında  belə  bir  növbəti  selektor  müĢavirəsində  iĢtirak 
etmək  üçün  Mincivan  qəsəbəsinə  getmiĢdim.  Cəbrayılla  yanaĢı  Qubadlı,      Laçın,   



 
Qafan    rayonlarının      nümayəndələri    də    Mincivan  dəmiryol  qovĢağının  xidmət 
göstərdiyi xətt və stansiyalardan istifadə etdiklərinə görə bu qovĢağa toplanırdılar. 
ĠĢlərində nəzərəçarpacaq qüsurlar olan hallarda rayon Xalq Nəzarəti Komitələrinin 
sədrləri ilə yanaĢı birinci katiblər də çox vaxt həmin müĢavirələrə qatılırdılar. Hər 
toplantımızda  Zəngilan  rayon    Partiya  Komitəsinin      birinci    katibi  Muradxan 
Cabbarov, rayon ĠK-nin sədri Əli Quliyev də bizimlə birgə ev sahibi kimi selektor 
müĢavirələrində  iĢtirak  edir,  yekunda  isə  bizləri  yaxınlıqdakı  iaĢə  obyektində 
ürəyimiz istəyən süfrəyə qonaq edirdilər. Ancaq bundan sonra bizdən ayrılırdılar, 
daha doğrusu, bizi yola salırdılar. Həmin gün selektor müĢavirəsinin baĢlanmasına 
bir neçə  dəqiqə  qalmıĢ Mincivan qovĢaq ilk partiya  təĢkilatının iĢ otağına  yığılıb 
bir  stol  ətrafında  mikrofona  diqqət  kəsilmiĢdik.  Stolun  baĢında  ağsaqqal  və 
ərazinin raykom katibi kimi Muradxan Cabbarov əyləĢmiĢdi. Elə bu zaman Qafan 
rayon  Partiya  Komitəsinin  birinci  katibi  Mkrtıçyan  otağa  daxil  oldu.  Ġrigövdəli, 
donuz  durumlu  bu  pəzəvəngin  bizimlə  ancaq  rusca  salamlaĢması,  bir  kəslə  əl 
tutmaması  ilk  baxıĢda  bu  adamın  özünü  yekəxana  aparmasından,  eqoist  bir  tip 
olmasından  xəbər  verən  cizgilərini  sezdim.  Muradxan  Cabbarovun  stuldan 
qalxması, stolun baĢında ona yer təklif etməsi, onunsa, elə-belə də olmalıymıĢ kimi 
hərəkət  edərək  xüsusi  bir  ədayla  yuxarı  baĢda  xahiĢ-minnətsiz  əyləĢməsi  istər-
istəməz  ona  qarĢı  məndə  lap  xoĢagəlməz  bir  əhvali-ruhiyyə  yaratdı.  Muradxan 
müəllim isə  yerini ona  təhvil verdikdən  sonra  keçib  mənim sağımdakı boĢ stulda 
oturdu.  Artıq  selektor  müĢavirəsi  baĢlamıĢdı.  Mən  isə  içimi  deĢən  sözümü 
Muradxan  müəllimə  deməyə  bilməzdim.  Pıçıltı  ilə  iradımı  bildirdim:  «Muradxan 
müəllim,  həm  hamıdan  yaĢda  böyüksünüz,  həm  də  sizin  rəhbəri  olduğunuz  bir 
rayonun ərazisinə yığıĢmıĢıq. Nə üçün yerinizi Mkrtıçyana verdiniz? Osa heç «sağ 
olun»  belə  demədən  keçib  oturdu  stol  baĢında.  Yekəxana,  yoğunluğundan  sınan 
adama  oxĢayır».  O  isə  cavabında:  «Sən  hələ  partiya  etikasını  bilməzsən.  Mən 
birinci katib vəzifəsində saç-saqqal ağartmıĢam. Qafan iri sənaye mərkəzi, həm də 
beynəlmiləl  bir  Ģəhərdir.  Dəfələrlə  Zəngilan  rayonundan  həm  əhali,  həm  də  ərazi 
cəhətdən  böyükdür.  Mən  onun  yox,  tutduğu  vəzifənin  böyüklüyünə  hörmət 
edirəm»,  dedi.    Mən  susdum.  Mkrtıçyan  müĢavirə  qurtaran  kimi  nəinki  bizimlə 
qonaqlıqda  iĢtirak  etmədi,  salamsız-kalamsız  özünəməxsus  bir  ədayla,  təkcə 
Muradxan  müəllimlə  görüĢdü  və  necə  deyərlər,  bacısına  xor  baxan  erməni  sayaq 
baĢını qıçları arasına sallayıb aradan çıxdı. 
... Zöhrab müəllim çox uzaqgörənliklə Mkrtıçyanı daĢnak kimi xarakterizə 
edirdi.  Onu  yaxĢı  tanımıĢdı.  Lakin  Muradxan  müəllimin  «Qafan  beynəlmiləl 
Ģəhərdir» deməsini də o zamanlar qəribliyə salmamıĢdım. Çünki mən 1973-cü ildə 
xoĢagəlməz  bir  hadisəylə  bağlı  Qafan  Ģəhərində  çox  olmuĢdum.  Özü  də  tez-tez, 
sonralar  da  ara-sıra  yolum  o  tərəflərə  düĢüb.  Qafana  gedib-gəlmiĢəm.  Qafan  o 
zamanlar doğrudan da mənə elə beynəlmiləl Ģəhər təəssüratı bağıĢlayırdı. 

Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   500




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin