Əlisahib ƏROĞUL



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə9/500
tarix02.01.2022
ölçüsü3,17 Mb.
#2531
1   ...   5   6   7   8   9   10   11   12   ...   500
HaĢiyə  -  2:  Məndən  yaĢca  bir  neçə  il  böyük  olan  əmizadəm  uĢağı 
Məhəmməd  Maqsud  oğlu  Qafanda  sürücülük  məktəbində  oxuyarkən  cavançılıq 


10 
 
etdiyindən iliĢmiĢdi. Əlqərəz, Qafanda gözü düĢən bir qızı bəyənsə də, onunla alıĢ-
veriĢ  etsə  də,  sözündən  qaçmıĢdı.  Qız  adamları  əvvəl  almaq  istəməməyinə  görə 
ondan  Ģikayət  vermiĢdilər.  PeĢmançılıq  ərizəsini  qəbul  etməyən  erməni 
müstəntiqləri tərəfindən Məhəmməd əlbəəl göz altına alınaraq haqqında cinayət iĢi 
qaldırılmıĢdı.  Hətta  arada  barıĢıq  olmasına,  Məhəmmədin  qızla  ailə  həyatı 
qurmasına  belə  baxmayaraq,  yenə  də  Ģikayətə  xitam  verilməmiĢdi.  Məhkəməyə 
göndərilmiĢdi. Erməni hakimləri tərəfindən Məhəmməd Maqsud oğlu 3 illik icbari 
islah  iĢinə,  məcburi  əməyə  cəlb  edilmiĢdi.  Mən  təyinatla  rayona  gələndə  o,  artıq 
yiyəvay dərdindən bir ilə yaxın idi ki, cəza çəkirdi. Belə hallarda əslində o, ancaq 
qız  həddi-büluğa  çatmamıĢ  olsaydı  məhkum  edilə  bilərdi.  Onun  ardınca  gedən-
gələn, maraqlanan olmadığından iĢini çətinə salmıĢdılar. Qoca atası, bir də əlacsız 
anası vardı. Altıaylıq müəllimlik fəaliyyətimdən sonra rəhbəri olduğum məktəbdə 
xadimə iĢləyən anası tez-tez üstümə ağlayırdı. Həbsxana divarları arasında olmasa 
da,  Məhəmmədə  gecə-gündüz  Qafan  dəmiryol  stansiyasında  sementlə  dolu 
vaqonlar  boĢaltdırırlar,  ağır  iĢlər  gördürürlər,  -  deyirdi.  Məhəmməd  vağzal 
həndəvərində yaĢayan Artyom adlı bir erməninin evində kirayədə qalırdı. Gündəlik 
icbari  iĢ  normasını  yerinə  yetirirdi.  Məhəmmədin  iĢiylə  əlaqədar  tez-tez  Qafana 
getməli oldum.  KirayəniĢini olduğu evin sahibi  Artyom xoĢxasiyyət bir adam idi. 
Mənə  qarĢı  alicənablıq  göstərirdi.  Əlindən  gələn  köməklikləri  edirdi.  Onun 
köməkliyi ilə rus və erməni dillərində müvafiq orqanlara həm Məhəmmədin, həm 
də  ailəsinin  adından  müraciətlər  etdik.  Ġnzibati  orqanların  qapılarını  döydük. 
Nəhayət  Məhəmmədin  iĢinə  xitam  verdilər.  Belə  günlərin  birində,  dəqiq 
yadımdadır ki, 1973-cü ilin 24 aprel gününü Qafanda keçirməli oldum. 23-ü aprel 
günü  idi,  axĢam  həmkəndlim  Ġsayev  Ġmran  Qafanın  Sarı  dərə  məhəlləsindəki 
evində  mənə  qonaqlıq  verirdi.  Ev  sahibləri  sabah  nə  iĢlə  məĢğul  olacağımı,  nə 
edəcəyimi  sordular.  Mən  Ģəhəri  gəzmək,  bazarlıq  etmək,  axĢamüstü  isə  Pircivana 
gedəcək  seksiyayla  yola düĢmək fikrində olduğumu dedim. Mənim orada yolumu 
gözləyəcəkdilər. Ev sahibləri yadıma saldılar, daha doğrusu, xəbərdarlıq etdilər ki, 
bəs  sabah  ermənilərin  genosid  günüdür.  Nəbadə,  nəqliyyata  minərkən,  bazar-
dükanda alver edərkən Azərbaycan dilində danıĢasan. XoĢagəlməz hadisə baĢ verə 
bilər.  Nədənsə  bu  söhbət  mənə  bir  o  qədər  də  əhəmiyyətli  görünmədi.  Mən  24 
aprel  günü  istədiyim  bazar  və  mağazalarda  oldum  və  istədiyim  kimi  hərəkətlər 
etdim.  Heç  bir  xoĢagəlməz  hadisəylə  rastlaĢmadım.  Satıcılar  da,  sürücülər  də, 
ümumiyyətlə,  təmasda  olduğum  ermənilərin  mənimlə  normal  ünsiyyətlə,  xoĢ 
davranıĢla  rəftar  etmələrinin  Ģahidi  oldum.  Demə,  hər  Ģey  Ģəhər  Partiya 
Komitəsində birinci katib vəzifəsinə kimin seçilməsindən asılıymıĢ... 
...Bəli,  Zöhrab  müəllim  Mkrtıçyanı,  doğrudan  da,  yaxĢı  tanımıĢdı. 
Xarakteristikasını  uzaqgörənliklə  vermiĢdi.  Mkrtıçyan  1987-1988-ci  illərdə 
maskasını  yırtıb  əsl  sifətini  göstərən  ilk  kommunist-daĢnaklardan  biri  oldu. 
Mkrtıçyan bölgədəki erməni-daĢnak terrorçularının havadarı, lideri kimi çıxıĢ etdi. 
DaĢnak terror qrupunun təxribatçı  dəstələri onun  fitvası ilə  Qərbi Azərbaycandan 


11 
 
ilk qaçqın dəstəsini Qafan, Qacaran bölgəsindən  Azərbaycana  yola  saldılar. Milli 
ədavətin ilk qığılcımını Qafan Ģəhərində alovlandırdılar. Mkrtıçyanın təĢəbbüsü və 
havadarlığı  ilə  daĢnak  terror  qrupları  zorakılıqlar  törətdilər,  minlərlə  insan  yurd-
yuvasından  didərgin  salındı.  Həmçinin,  1988-ci  ildə  Qafan  Ģəhərinin  mərkəzi 
meydanında 1918-1920-ci illərdə türk qanı içən, əlini uĢaq, qadın, qoca demədən 
minlərlə günahsız türk insanının al qanına boyayan daĢnak generalı, Ġkinci Dünya 
müharibəsində  isə  alman-faĢist  ordusunda  xidmət  edən  və  yəhudilərin 
soyqırımında  fəallıq  göstərən  Qaragen  Nijdenin  heykəlini  ucaldan,  abidənin 
açılıĢında Nijdenin arzusunu həyata keçirməyi ilə fəxr edən, nitq söyləyən məhz bu 
daĢnak  fitnəkarı  oldu...  ...Zöhrab  müəllimin  «Məhsul  bayramı»  münasibəti  ilə 
Çayzəmidə  təĢkil  etdiyi  ziyafət  məclisi  çox  yüksək  səviyyədə  keçdi.  Spirtli 
içkilərin  istisi,  hərarəti  həlimləĢdi,  sərin  mehi  goruslu  qonaqların  da 
narahatçılıqlarını  onlara  unutdurdu.  Lakin  qısa  payız  günü  öz  iĢini  gördü.  Toran 
çalmaq  üzrəydi.  Kəpəz  dağının  üz  qarsıdan,  sərin  sazaqlı  mehlə  müĢayiət  olunan 
kölgəsi  Çayzəminin  dərəsində  qatlanıb  Çardaxlı  üzə  aĢanda  biz  də  məclisi 
yekunlaĢdırmalı  olduq.  ArtuĢla  vidalaĢmağın  məqamı  gəldi.  Bir-birinin  ardınca 
düzülmüĢ  QAZ  24  markalı  xidməti  minik  maĢınlarının  sürücüləri  Qafan-Gorus 
Ģosesinin üstə dayanıb öz Ģeflərini gözləyirdilər. ArtuĢ məndən xeyli yaĢlı olmasına 
baxmayaraq,  gün  ərzində  söz-söhbətimizlə  bir-birimizin  ürəyinə  yol  tapdıq. 
Aramızda  yaranan  xoĢ  ünsiyyət,  səmimiyyət  bizim  gələcək  get-gəllərimizə, 
dostluğumuza  pillə  qoydu,  körpü  saldı.  ArtuĢ  Bakı  ermənisi  idi.  50-ci  illərdə 
V.Ġ.Lenin  adına  APĠ-nin  erməni  məktəbləri  üçün  rus  dili  müəllimi  hazırlayan 
qrupun  müdavimi  olmuĢdu.  Ali  təhsil  almıĢdı.  Rus  dili  müəllimi  kimi  təyinatı 
Ermənistan  SSR  Maarif  Nazirliyinə  verilmiĢdi.  Oradan  isə  bölgü  əsasında  Gorus 
Ģəhərində  müəllim  iĢləməyə  göndərilmiĢdi.  Gorusda  Gövhər adlı qızla  ailə  həyatı 
qurmuĢ, ata-anasını, valideynlərini də buraya köçürmüĢdü. Demək olar ki, Bakıyla 
əlaqəsini tam kəsmiĢdi. Azərbaycan dilində sərbəst və təmiz danıĢırdı. Bir-birimizi 
əvvəldən tanıyırıqmıĢ  kimi,  uzun illərin dostları sayaq ArtuĢla  xoĢ-beĢlə görüĢüb, 
öpüĢüb, əl tutub ayrıldıq. Bir sözlə, gələcək görüĢlərədək bir-birimizə əlvida dedik. 
...Deyirlər,  necə  gəlmək  qonaqdan,  qonağı  necə  qarĢılamaq,  necə  yola 
salmaq  ev  sahibindən  asılıdır.  Qubadlıda  keçirilən  «Məhsul  bayramı»nda  iĢtirak 
etdiyim  gündən  heç  bir  həftə  keçməmiĢdi.  Cəbrayıl  Ģəhərində  iĢ  yerindəydim, 
kabinetdə oturmuĢdum. Cari iĢlərlə məĢğul idim. Bu zaman qapı döyüldü, «səni bir 
erməni  qonağı  axtarır»  dedilər.  Əvvəl-əvvəl  güman  etdim  ki,  gələn  qonĢu  Hadrut 
rayonundan  olar.  Çünki  Hadrut  rayonunun,  demək  olar  ki,  partiya,  sovet 
orqanlarının,  idarə,  müəssisə  rəhbərlərinin  əksəriyyəti  ilə,  habelə  bizimlə 
həmsərhəd kolxoz və sovxozların sədrləri, direktorları ilə yaxın və sıx əlaqələrimiz, 
get-gəllərimiz  vardı.  Lakin  qonağın  furqonlu  «QAZ-24»  markalı  «Volqa» 
maĢınında gəlməsi məni çaĢdırdı. Nəhayət, ahıl yaĢlı, iri-gövdəli qonaq içəri daxil 
oldu,  özünü  təqdim  etdi:  «Adım  Lenodur.  Kənd  Gorusdanam.  Gorus  rayon  Xalq 
Nəzarəti  Komitəsinin  sədri,  dostun  ArtaĢesin  qudasıyam.  Məni  də  sənin  yanına 


12 
 
göndərən  odur.  Özüm  də  rayonun  baĢ  zootexniki  vəzifəsində  iĢləyirəm.  Bir  sıra 
kənd  təsərrüfatı  maĢınlarının,  drabilkaların,  ot  doğrayan  maĢınların,  avtomat 
suvatların,  tesenlərin  ehtiyat  hissələrinə  ehtiyacımız  var.  Onların  əldə  edilməsinə 
mənə  imkan  daxilində  kömək  göstərmənizi  xahiĢə  gəlmiĢəm.  Lenonun  ehtiyat 
hissələrə  olan  ehtiyacının  bir  qismini  Cəbrayıl  RTS-sindən,  qalan  qismini  isə 
Qaradiz  rayonlararası  təchizat  idarəsinin  anbarından  əldə  edirik.  Ġstədiyini 
soraqlayırıq, axtarıb hamısını tamamilə tapırıq. AxĢamüstü isə yaxĢı bir qonaqlıqla 
Lenonu  Gorusa  yola  salıram.  Ayrılarkən  Leno  mənimlə  tanıĢlığından  məmnun 
qalmasından söz açır, fərəh hissi keçirməsindən danıĢır. Dili ağzına sığmır. Məni 
dönə-dönə Gorusa qonaq dəvət edir. «ArtaĢes qudamın dostu kimi yox, mənim öz 
qonağım kimi səni Gorusda görmək, xidmətində durmaq istəyirəm» deyir. Mən isə 
üzrxahlığımı  bildirirəm,  «ancaq  yaz,  yay  aylarında,  kolxoz  və  sovxoz  fermaları 
yaylağa  çıxan  dövrlərdə,  yaylaq  mövsümlərində  o  tərəflərə  yolum  düĢə  bilər» 
deyirəm. 
Əlbəttə,  mənim  fikrim  arada  sürücümün  oğluna  toy  tədarükü  görməsi,  bir 
çox  ehtiyacını  ödəməsi  ilə  əlaqədar  Sisian  rayonuna  gedərkən  yolüstü  Gorusa 
dönüb ArtuĢla  görüĢməkdən  və  ya  onun Cəbrayıla gəlməsindən  söz  açmaq deyil, 
sözümün məğzi isti, qızmar yay günlərinin birində Lenonun mənə telefon açması 
ilə  baĢımıza  gələn  bir  məsələylə  bağlıdı.  Mənə  zəng  edən  Leno  bazar  günü  sübh 
tezdən  Xinzirək  kəndinin  mərkəzindəki  univermağın  qabağında  yolumuzu 
gözləyəcəyini  deyir  və  məni  ailəliklə  kənd  Gorusa,  evinə  qonaq  dəvət  edirdi. 
Aradakı  boĢluqdan  istifadə  edərək  Lenonun  bu  dəfəki  dəvətini  qəbul  edirəm. 
Rayon  rəhbərliyindən  ehtiyat  iki  gün  də  əlavə  vaxt  üçün  icazə  alıram.  Ġmkan 
olarsa,  oradan  Cermuxa  getmək  fikrində  olduğumu  da  dilə  gətirirəm.  Ġlk  dəfə 
daĢnaksutyun  partiyasının  üzvü  olduğunu  açıq  Ģəkildə  etiraf  edən,  boynuna  alan 
Ģəxslə də məhz bu səfərimdə, 1985-ci ilin yayında rastlaĢıram... 
Dədə-babadan  Gorus  Ģəhəri  o  üz  Qarabağda  həmiĢə  daĢnak  yuvası  kimi 
xarakterizə  edilən,  adla  deyilən  bir  yaĢayıĢ  məntəqəsi  olub.  Ermənistanın  yeganə 
rayon mərkəziydi ki, son illər burada türk insanı yaĢamırdı. 1918-ci ildə Zəngəzura 
daxil olan tayqulaq Andronik o zamanlar özündən yana burada Ararat respublikası 
quraraq  Gorusu  da  özünə  paytaxt  elan  etmiĢdi.  Gorus  Ģəhərinin  əhalisi  sovet 
dönəmində də daĢnak iyi burunlarında yaĢayırdılar. Arana, dağa köç edənlər ən çox 
Gorus  camaatının  berahatlığından,  dava-dalaĢ  salmalarından  narazılıq  edirdilər. 
Köç  əhlinin  bu  əraziyə  yetiĢincə  həyəcanları  artırdı,  bəri  baĢdan  narahatçılıqlar 
keçirirdilər. Xüsusilə 50-ci illərdən sonra burada tez-tez toqquĢmalar olurdu, insan 
tələfatlarının  da  sayı  artmıĢdı.  Sovet  hökumətinin  əmin-amanlığı  dövründə  bunun 
da baĢlıca səbəbi Düzən Qarabağ əhalisinin dədə-baba  yaylaqlarına  qeyri-qanuni 
köç  sürmələri  ilə  bağlıydı.  Ermənipərəst  Kreml  hökuməti  erməni-daĢnak 
faĢistlərinin  xahiĢiylə  Ermənistan  SSR  ərazisində  qalan  yaylaqlara  get-gəlləri 
kəsdi.  Köç  məsələsinə  50-ci  illərdə  rəsmən  qadağa  qoydu.  Yaylaqlardakı  dədə-
baba  yurd  yerlərinin  əvəzinə  maldarlara  Laçın,  Kəlbəcər  rayonlarının 


13 
 
ərazilərindəki  dövlət  torpaqlarından  otlaq  sahələri  ayrıldı.  Lakin  ərazilər  kifayət 
etmirdi. Otlaq  yerlərinin çoxu həm də  yararsız idi.  Cəbrayıl rayonunun  kolxoz  və 
sovxozlarına  Laçın rayonu  ərazisində ayrılmıĢ yaylaq yerləri daĢlı-kəsəkli,  meĢəli 
və  kəndlərə  yaxın  ərazilərdə  yerləĢirdi.  Otlaq  üstə  həm  qonĢu  kolxozlar,  həm  də 
yerli  camaatla  -  fərdi  yaylaqçılarla  arada  tez-tez  dava-dalaĢ  düĢür,  mal-qara 
oğurluqları  da  ki  bir  yandan  baĢ  alıb  gedirdi.  Məhkəmə  çəkiĢmələri  səngimək 
bilmirdi. Ona görə də Düzən Qarabağın kolxoz və sovxozlarının maldar camaatı - 
elatları  nəyin  bahasına  olursa-olsun,  baĢ  salamatçılığı,  dincliyi,  sakitliyi  üçün 
Zəngəzur,  Dərələyəz,  Göyçə  mahallarındakı  dədə-baba  yaylaqlarına  can  atırdılar. 
O  yerlərə  köç  sürməyə  üstünlük  verirdilər.  Həmin  ərazilərdəki  rayon  və  kolxoz 
rəhbərlərini  yaylaq  mövsümləri  baĢlamazdan  bir  neçə  ay  əvvəlcə  gedib  görür, 
onları pul-pənəylə ələ alır, qeyri-qanuni olsa da qoyun sürülərini, mal-qara naxırını 
yenə  də  dədə-baba  yaylaqlarına  çəkib  aparırdılar.  Dağa  gedən  yollar  isə  Gorus 
Ģəhərindən  keçirdi.  Qoyun  sürüləri  Ģəhərin  alt  hissəsindən  -  el  yolundan  sürülüb 
aparılır,  maĢın  karvanları  isə  Ģəhərin  üstdəki  asfalt  yolla  yaylaqlara  dartınırdı. 
Yaylaq  qadağasından  xəbərdar  olan  Ģəhərin  daĢnak  ünsürləri  yaylaqçılara  sataĢır, 
sürtüĢür, yük daĢıyan maĢınları daĢa basmaqlarından qalmırdılar. Camaat arasında 
hələ  də  daĢnak  xofunu  yaĢadırdılar.  YaxĢı  yadımdadır,  onda  mən  hələ  məktəbli 
idim.  Böyük  Vətən  müharibəsinin  iĢtirakçısı  olmuĢ  atamla,  kəndimizdəki 
səkkizillik  məktəbdə  tarix  müəllimi  iĢləyən  Xalid  əmim  yeni  yurd  yerində 
baĢladığımız  inĢaat  iĢləri  ilə  əlaqədar  kəm-kəsir  tikinti  materialları,  xüsusən 
əhəngdaĢı  almaq  üçün  Gorusa  getmiĢdilər.  ĠĢ  elə  gətirmiĢdir  ki,  getdikləri  gün 
istədikləri alınmamıĢ,  sabahkı günə qalmalı olmuĢdular. Xoflarından  gecəni  Ģəhər 
mehmanxanasında yer alıb yatmaq əvəzinə Ģəhərdən kənar ərazidə, Yazı düzündə 
gecələmiĢdilər.  Onların  bu  hərəkəti  o  zamanlar  mənə  çox  qəribə  gəlmiĢdi.  Ötən 
illər  ərzində,  əlbəttə,  çoxsaylı  hadisələr  də  qeydə  alınmıĢdı.  Mən  onları  burada 
sadalamaq  fikrində  deyiləm.  Gorus  Ģəhərində  cövlan  edən  daĢnak  ab-havasının 
yaxĢı və pis tərəflərini əks etdirən, 70-ci illərin ortalarında özümlə bağlı baĢ vermiĢ 
hadisələrdən biri haqqında söhbət açmaq istəyirəm... 

Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   500




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin