Elman Qasımov İman və TƏqva bakı 2009



Yüklə 218,61 Kb.
səhifə3/3
tarix25.04.2017
ölçüsü218,61 Kb.
#15733
1   2   3
O gün neçə-neçə üzlər nurlanacaq və öz Rəbbinə baxa­caqdır.”71

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun)in əshabələri belə anları ölümü və dəhşətini, qəbri və zülmətini, Qiyaməti və onun şiddətini, sorğu-sualın çətinliyini, əməl dəftərinin açılmasını, əməllərin çəkilməsini, siratı, Cənnəti və Cəhənnəmi fikirləşəndə... necə ki, Allah Təalə onlar barəsində Qurani Kərimdə xəbər verir:

Onlar gecə namazını qılmaq üçün böyürlərini yataq­dan qaldı­rır, qorxu və ümid içində öz Rəbbinə yalvarır və on­lara verdiyimiz ruzi­lərdən Allah yolun­da xərcləyirlər.”72

Necə ki, sələfilərdən olan Mələ bin Zeyyadın belə dediyi rəvayət edilir:

“Cəhənnəmdən qorxan adamın halına təəccüb edirəm. Ondan qorxan, ondan qaçan adam necə yata bilər. Cənnəti istəyən adamın halına təəccüb edirəm. Onu tələb edən, onu istəyən adam necə yatar bilər, necə onun gözünə yuxu gedə bilər.”73

Onlar Allahın əzabını, ölümü, Allah qarşısında durmağı, Qiyamət günü qəbirlərdən çıxıb haqq hesab üçün məhşərə toplanacağını fikirləşəndə gecələr yata bilmirdilər, gecələrini Allaha ibadətdə keçirərdilər. Çətin də olsa çoxlu savab qazanmağa çalışırdılar.

Nəyə görə? Ona görə ki, Allah Təalədən qorxurdular və Onun rəhmətini istəyirdilər. Allah Təalə buyurur:

Heç bilənlərlə, bilməyənlər eyni olarmı?”74

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) İbn Məsuddan onun üçün Quran oxumasını xahiş edir. İbn Məsud (Allah ondan razı olsun) deyir: “Ya Rəsulullah! Quran sənə endiyi halda mən sənin üçün Quranmı oxuyum?” Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) deyir: “Oxu, mən onu başqasından dinləməyi çox sevirəm”. İbn Məsud (Allah ondan razı olsun) oxumağa başladı. Oxudu, hətta Nisa surəsindəki bu ayəyə çatanda “Biz hər ümmətdən bir şahid gə­ti­rəcəyimiz və səni də onlara şa­hid gəti­rə­cəyimiz za­man onla­rın halı necə ola­caq?”75 Ibni Məsud (Allah ondan razı olsun) deyir: “Baxdım gördüm ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) ağlayır"76.

Başqa bir rəvayətdə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) gecə namazına qalxar. İsa peyğəmbərin dilindən hekayət olunan ayəni- “Əgər onlara əzab ver­sən, sözsüz ki, onlar Sənin qul­larındır. Əgər onları bağışla­san, şübhəsiz ki, Sən Qüdrət­li­sən, Müdriksən!”77 bütöv gecəni təkrarlayaraq “ümmətim, ümmətim” deyib ağlayardı78.

Əbu Bəkr (Allah ondan razı olsun) Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dən sonra ən xeyirli insandır. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) xəstə olduğu zaman zövcəsi Aişə(Allah ondan razı olsun) yə belə əmr edərdi: “Əbu Bəkrə de ki, camaata namaz qıldırsın”. Aişə (Allah ondan razı olsun) deyir: “Ya Rəsuləllah! Əbu Bəkr kövrək insandır. Namazda dözüb dayana bilmir, çox ağlayır. Hətta Fatihə surəsini oxuyanda belə ağlayır”79.

Başqa bir rəvayətdə Əbu Bəkr (Allah ondan razı olsun) bir gün ənsarlardan birinin bağına girərkən orada uçan bir quş görüb, dizi üstə yerə çökərək ağlayır. Ondan soruşduqda sənə nə olub ey Əbu Bəkr? O, belə cavab verir: “Quşa baxdım, ağacların üzərindən uçur və bağın meyvəsindən yeyir. Sonra isə ölüb gedir. Nə hesab var, nə də əməl. Kaş ki, bir quş olaydım”80.

Ömər (Allah ondan razı olsun) barəsində belə rəvayət olunur ki, bir gün namazda bu ayəni oxudu: «...“Mən dərd-qə­mimi yal­nız Allaha açıb söylə­yirəm və Allahdan nazil olan vəhy sayə­sin­də sizin bilmədik­lərinizdən agah oluram.”»81 və ağlamağa başladı, hətta arxasındakıları da ağlatdı82. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun)in əshabələrinin halı belə idi.

Tabiinlərdən olan Həsənul–Bəsri (Allah ona rəhmət etsin) çox ağlayardı. Ondan bunun səbəbini soruşduqda o, belə cavab verərdi: “Qorxuram ki, Allah Sübhanəhu Təalə məni oda atsın və bir daha yadına salmasın”83.

Sələfilərdən olan Ali ibni Fudeyl (Allah ona rəhmət etsin) barəsində belə rəvayət olunub ki, o gecə namazında ikən bu ayəni “Odun üzərində dayandı­rıl­dıqları vaxt onların: “Kaş ki, bizi dünya­ya qay­taraydılar! Onda biz Rəbbimizin ayə­lə­rini yalan say­mayıb möminlərdən olar­dıq”– dediklərini görəydin!”84 oxuyurdu. Huşunu itirdi, bir daha özünə qayıtmadı və bu ayəni tamamlaya bilmədi. Ayənin əzəməti onun ölümünə səbəb oldu.

Onlar vacib olan beş namaz xaricində nafilə və gecə namazları qılardılar. Əgər onlar əlavə namazlarda bu hissləri keçirərdilərsə, fikirləşin vacib namazlarda onların halı necə olardı?! Təəssüflər olsun ki, bir çox özlərinə müsəlman adı verən kimsələr isə Allahın onlara vacib etdiyi beş namazı tərk ediblər. Fikirləşin, bu ikisinin arasında nə qədər böyük fərq var. Kimləri Allahın əmrlərini lazımınca yerinə yetirməyə çalışır və Allahın onların əməllərini qəbul etməməsindən qorxur və ağlayır, kimləri isə ibadətdən uzaq düşdüyü halda qəlbini Allahın rəhməti ilə doldurub “Allah Kərimdir” deyir.

Ola bilsin ki, yuxarıdakı rəvayətdə mübaləğə, ziyadə var, amma biz bütün müsəlmanların belə halda olmasını heç bir kimsəyə icbar etmirik. İstəyirik ki, heç olmasa insan Allahın vacib etdiyi əmrləri yerinə yetirsinlər (namaz, oruc və s.). Allahın vacib etdiyi haqqları versin, Qurani Kərimi eşidəndə təsirlənsinlər.

Ömər ibn AbdulAziz (Allah ona rəhmət etsin) gecə namazına qalxıb ağlayardı və arxasında onun əhli də ağlayardı. Səhər olanda ondan soruşardılar: “Allah sənə rəhm etsin, Səni ağladan nədir, ey Ömər?” O, belə cavab verərdi: ”Gecə ikən Allah Təalənin bu kəlamını “Bir dəstə Cənnətə ayrılacaq, bir dəstə Cəhənnəmə”85 oxuyurdum və fikirləşirdim ki, mən onların hansı birindən olacağam? Mən Cənnətə gedən firqədənəm, yoxsa Cəhənnəmə?”

Zövcəsi Fatimə (Allah ona rəhmət etsin)dən onun barəsində soruşduqda belə deyərdi: “Ömər ibn AbdulAziz yatağından qalxanda qorxu içərisində dik atılardı və qalxıb namaz qılardı, ağlayardı. Onu görəndə deyərdin ki, eləbil indi onun ruhu çıxacaq və beləcə fəcr azanına qədər davam edərdi. Sonra isə qalxıb namaza gedərdi. Allah Təalə buyurur:

Məgər onlar Quran haq­qında dü­şünmürlərmi? Yoxsa qəlbləri qıfıllıdır?”86

Əli (Allah ondan razı olsun) bir gün qəbirləri ziyarət edəndə belə deyir:

“Ey müsəlmanlardan və möminlərdən ibarət olan ev əhli! Allahın salamı sizin üzərinizə olsun və biz də İnşaAllah sizə yetişəcəyik”. Sonra isə belə deyir: “Ey qəbirstanlıq əhli! Sizdən sonra evlərinizdə məskən qurdular, mallarınızı böldülər, yoldaşlarınız başqalarına ərə getdi. Budur bizim halımız. Bəs sizin halınız nədir?” Bir az oturduqdan sonra belə dedi: “Əgər danışa bilsəydilər belə deyərdilər: «Özünüzə bu dünyadan azuqə götürün, azuqələrin ən xeyirlisi isə təqvadır»”.

Təqva isə Allah Təalənin qadağan etdiklərindən çəkinmək, əmr etdiklərini yerinə yetirmək, əzabından qorxmaq, rəhmətini ummaq və Allahın əzabı ilə öz aranda bir maneə yaratmaqdır.

Ey müsəlman bəndə! Sənin neçə-neçə yoldaşların, dostların var idi ki, onlar artıq bu dünyadan ayrılıblar. Bir gün həmin növbə gəlib sənə də çatacaq və o, gün onlar sənə heç bir şey fayda verməyəcəkdir. Saleh əməllərindən başqa. Necə ki, sələfi salehlərdən biri olan Harun Rəşid ölüm ayağında ikən ətrafındakılara belə deyir: “Məni basdırılacağım qəbrə aparın”. Onu qəbrin yanına aparırlar. Qəbri görəndə ağlamağa başlayır və bu iki ayəni «Var-dövlətim məni əzab­dan qur­tarmadı. Hökmranlığım da məhv olub getdi”. »87 oxuyur, sonra başını yuxarı qaldırıb belə deyir: “Ey əbədi olub, mülkü yox olamayan Xaliq! mülkü fani olan məxluqlara rəhm et!”

Bax, ey Allahın qulu! İnsanı ölümündən heç nə qurtara bilməz. Mal, pullar, böyük tikdiyin imarətlər, sultanlar, dünyadakı hörmət, izzət, vəzifə, şan şöhrət haradadır? O gün saleh əməllərdən başqa heç bir şey insana fayda veməyəcək. Hamımız öləcəyik, amma ölüm ilə iş qurtarmır. Ölümdən sonra qəbir həyatı var, sonra Qiyamət günü dirilmək. Sonra isə məliklərin məliki olan Allah Təalənin qarşısında cavab vermək var.

Ey Allahın qulu! Günahlarının böyüklüyü, çoxluğu səni Allahın rəhmətindən ümüdsüz etməsin. Əsası, öndə olan şeylərə görə Allahdan qorx. Allahın buyurduğu kimi yaşa ki, arxada qoyduğun günahlara görə Allah səni bağışlasın.

Günahlar nə qədər böyük və çox olsa da insan Allaha səmimi tövbə edəndə Allah onu bağışlayır.

Allah Təalə belə buyurur:

O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, – günahları Allahdan başqa kim bağışlaya bilər? – onlar bilə-bilə etdiklərinə görə israr etməzlər”. (Ali-İmran, 135)

Ey Allahın qulu! Allah, səmimi tövbə etdikdə bütün günahları bağışlayır. Amma Allah Təalə yuxarıdakı ayədə şərt qoyur:

Onlar bilə-bilə etdiklərinə görə israr etməzlər.”

Ey insan! Bu məsələləri bildikdən sonra kiçik günahlar üzərində, yad qadına baxmaqla, musiqiyə qulaq asmaqla, sabah namazına yatıb qalmaqla, qeybət etməklə və digər günahlar da edirsən ki, onları Allahdan başqa heç kəs bilmir. Çünki etdiyin günaha bir daha qayıtmamaq tövbənin şərtlərindən bir şərtdir.

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurur: “Əgər bir insan bir günah edərsə, sonra qalxıb, dəstəmaz alıb iki rükət namaz qılarsa və bu namazda öz nəfsi ilə danışmazsa (yəni huşu ilə oxuduğu ayətləri düşünə-düşünə, dərk edə-edə namaz qılarsa) Allah Təalə onun günahlarını bağışlayar”88.

Allah Təalə Qurani Kərimdə buyurur:

Ancaq tövbə edib iman gətirən və saleh əməllər edən­lərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağış­layandır, Rəhm­­lidir!”89

Əgər tövbə etmək istəsən elə indi, eşidən dəqiqədən əzm et ki, bütün günahlardan qayıdıb tövbə edəcəksən.

Demə ki, İnşaallah Ramazan gələndə, həccə gedəndə, evlənəndən sonra və ya bu vəzifədən çıxdıqdan sonra tövbə edərəm. Ölümü özündən uzaq görmə, onu müəyyən xəstəlik və qocalıq kimi səbələrə bağlama, sağlamlığına güvənmə. Əgər tövbəni sonraya saxlasan, sən bu yerdə böyük xəta etmiş olarsan. Niyə? Çünki əcəlin gec gələcəyinə ümüd edirsən. Bu isə ən böyək xətadır, bunun da özünün tövbəyə ehtiyacı var.

Ey Allahın qulu! Allah Təaləyə tövbə etməyə, ona qayıtmağa tələs. Allah Təalə qulu ona tövbə edəndə çox sevinir. Allahın quluna olan rəhməti, ananın övladına olan rəhmətindən daha böyükdür. Amma övlad həddini aşanda ana onu cəzalandırdığı kimi, Allah da bəndələri həddini aşanda öz hikməti və ədaləti ilə onlara cəza verir. Allah qullarına haqsız yerə əsla zülm etməz. Əgər insanların etdikləri günahlara görə Allah həmin anda onları cəzalandırsaydı, yer üzərində insan qalmazdı. Amma Allah qullarına tövbə edib, ona qayıtması üçün möhlət verir.

Allahummə! Bizləri Cənnətinə və Cənnətinə yaxınlaşdıran bütün əməllərə müvəffəq elə və bizləri əzabından və əzabına yaxınlaşdıran bütün şər əməllərdən qoru!

Allahummə! Sən bizim Rəbbimizsən, Səndən başqa ibadətə və itaətə layiq heç kimsə yoxdur. Bizləri sən yaratdın və bizlər sənin qullarınıq, sənə verdiyimiz əhdi və vədi gücümüz çatan qədər yerinə yetirməyə çalışırıq. Sənin bizlərə olan nemətini və günahlarımızı sənin qarşında etiraf edirik. Bizləri bağışla. Günahları bağışlayan ancaq sənsən.

Sübhənallah! Allahdan daha rəhimli kim var?! Allah Təalədən bizim günahlarımızın bağışlanmasını diləyirik.



Onu da qeyd edək ki, əlinizdəki kitab daima Uca Allaha möhtac olan insan əməyinin bəhrə­sidir və buna görə də orada xətaların olması labüddür. Hər hansı bir xəta ilə üzləşdikdə və ya mövzu ilə bağlı daha maraqlı təklifiniz olar­sa elman_medine@hotmail.com elekt­ron ünvanına yazma­nızı xahiş edirik. 

İman və Təqva” dərsinin elektron və səsli variantını əldə etmək üçün www.feqih.com –a müraciət edə bilərsiniz.



1 Ali-İmran, 102

2 ən-Nisa, 1

3 əl-Əhzab, 70-71

4 Ən-Nisa,131

5 əz-Zumər,18

6 Əl-Ənfal,2

7 Əl-Adiyat, 9-11

8 Əl-Həqqa, 18

9 Əl-Həşr, 21

10 əl-Mutaffifin,14

11 Əz-Zumər,23

12 Nəbə, 31

13 Muhamməd,24

14 Buxari

15 əl-Kəhf, 49

16 Buxari, Müslim

17 Buxari

18 Məqrizi, “Muxtəsərul qiyamul-leyl”

19 Muslim

20 ən-Nisa, 142

21 Məqrizi, “Muxtəsərul qiyamu-leyl”

22 Muslim

23 Əl-Munafiqun, 9

24 Buxari

25 Ali-İmran, 110

26 Muslim

27 Kəhf, 103-104

28 əz-Zumər, 47

29 Ali-imran, 14

30 Ali-İmran, 185

31 Əz-Zumər, 30

32 əl-Qiyamət, 26-30

33 əl-Vaqiə, 83-8

34 əl-Qiyamət, 28

35 əl-Qiyamət, 28-29

36 ən-Naziat, 1-2

37 əl-Muminun, 99-100.

38 Sünən İbn Macə, Sünən ət-Tirmizi.

39 Sünən ət-Tirmizi, 2320. Sünən İbn Macə, 4110.

40 Buxari.

41 Yasin, 51

42 ət-Təkvir, 1-14

43 Yasin, 52

44 Əbəsə, 34-37

45 əl-Həcc, 1-2

46 əl-Müzzəmmil, 17-18

47 Ali-Imran, 30

48 əl-Həşr, 18

49 əl-Ğaşiyə, 1-4

50 Furqan, 23

51 İbn Macə

52 əl-Əlaq, 14

53 Furqan, 27-29

54 Əbu Davud, Albani hədisi səhihləşdirmişdir.

55 Yasin, 65

56 Fussilət, 21

57 Əl-Həqqa, 25-29

58 Kəhf, 49

59 əs-Səcdə, 12

60 Əl-Həqqa, 19-20

61 əl-Ənbiya, 47

62 əl-Muminun, 102-103

63 Əl-Haqqə, 30-32

64 Qaf, 30

65 Müslim

66 İbrahim, 42-51

67 Müslim

68 əl-Əraf, 37

69 İbrahim, 22

70 Əl-Əraf, 50

71 əl-Qiyamət, 22-23

72 əs-Səcdə, 16

73 İbn Rəcəb, “Təxvif minən nar”

74 əz-Zumər, 9

75 ən-Nisa, 41

76 Müslim

77 Əl-Maidə, 118

78 Müslim

79 Buxari

80 İmam əl-Beyhəqi “Şüabul Iman”

81 Yusuf, 86

82 İbni Qayyum “Mənaqibil Ömər”

83 İbni Qayyum “Cəvabul Kəfi”

84 əl-Ənam, 27

85 əş-Şura, 7

86 Muhamməd, 24

87 əl-Həqqa, 28-29

88 Muslim

89 Furqan, 70


Yüklə 218,61 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin