Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,06 Mb.
Pdf görüntüsü
səhifə30/55
tarix04.12.2019
ölçüsü5,06 Mb.
#29799
1   ...   26   27   28   29   30   31   32   33   ...   55
Elm haqqında elm 

 

 



 

412


4. Əgər təbiətin daxili səviyyələrini təhlil ediriksə, cəmiyyətin quru-

luşunu – insanlar və müəyyən şərtlərlə fərqlənən insan qrupları arasındakı 

münasibətin həlledici rolunu nəzərə almalıyıq. Eyni bir dövrdə müxtəlif 

ölkələrdə ictimai-iqtisadi formasiyalar və ya istehsal üsulunun eyni olması-

na baxmayaraq müxtəlif quruluşun formaları  fəaliyyət göstərir. Bu hal 

həmin ölkələrin ərazisinə müvafiq təbiət hissəsinin inkişafına təsir göstərir. 

Əgər mürtəce quruluşlu ölkələrdə şüurlu yaradılan obyektivliklərin heç də 

hamısı insan rifahına xidmət etmirsə  və beləliklə,  əks-dəyişilmə olmaqla 

ümumi inkişafı ləngidirsə, demokratik quruluşlu ölkələrdə hər cür məqsəd-

li dəyişdirmə ümumi inkişaf istiqamətində yönəlmişdir. Demokratik ölkə-

lərdəki cəmiyyət hissəsinin siyasi, hüquqi, mənəvi azadlığı – inkişafın hə-

min istiqamətdə yüksəkliyi uyğun təbiət hissəsinin inkişafında da öz əksini 

tapmış olur. 

Təsadüfi deyil ki, müasir dövrdə  cəmiyyət – təbiət münasibətlərini 

təkmilləşdirmək və elmi-texniki tərəqqini sürətləndirmək məqsədinə xid-

mət edən mühüm tədbirlərdən biri məhz demokratiyanın daha da inkişaf 

etdirilməsidir.  İlk baxışda bu hadisələr arasında  əlaqə  nəzərə çarpmaya 

bilər. Lakin cəmiyyətin daxili təşkilati məsələləri, sosial və mənəvi prob-

lemlər istər-istəməz cəmiyyət-təbiət münasibətində  də öz əksini tapır və 

sonuncunun təkmilləşdirilməsi yolu birincidən keçir. İnsanlar arasındakı 

münasibəti təkmilləşdirmədən insanların təbiətə birgə  təsirinin optimal 

formalarını tapmaq, “ikinci təbiətin” sürətli tərəqqisinə nail olmaq, təbiət 

qüvvələrini daha çox dərəcədə insanların istifadəsinə vermək problemi də 

müvəffəqiyyətlə həll edilə bilməz. 



  Elm–Texnika–İstehsal 

 

 

 

413



 

 

 

 

 

 

Texnika anlayışı 

 

 



“Elm” və “texnika” anlayışları çox vaxt qoşa işlədilir. Lakin elm 

insan intellektinin yaradıcı təfəkkürünü ehtiva edən dinamik sosial sistem 

olduğu halda, texnika insanın  əməli fəaliyyətinin bir halqası olub bu 

fəaliyyətin səmərəsinin artırılmasına xidmət edir. Onun yaradılması; ide-

yasının, layihəsinin verilməsindən maddi realizasiyasına qədər bütöv bir 

proses isə “texnika” anlayışına deyil, istehsala aiddir. Elm həm nəticəni 

(elmi bilik), həm də bu nəticəni ərsəyə gətirən prosesi ehtiva etdiyi halda, 

texnika ancaq özü hazır olduqdan sonra, başqa bir istehsal prosesində, 

başqa bir ideyanın realizasiyasında sadəcə vasitə kimi iştirak edir.   

Beləliklə, öz mahiyyətinə, funksiyalarına və təşkilati strukturuna gö-

rə, habelə elmi-texniki tərəqqi hadisəsində  və «elm-texnika» sistemində 

tutduğu mövqeyə görə texnika elmlə simmetrik bir hadisə və ya tərəf-mü-

qabil kimi qiymətləndirilə bilməz. Elm sisteminə və onun inkişaf qanuna-

uyğunluğuna xas olan bir sıra cəhətlər texnika və texniki tərəqqi üçün əsla 

səciyyəvi deyil. Texnikanın müstəqillik dərəcəsi müqayisədə xeyli aşağı-

dır. Əksər hallarda o, müstəqil bir fəaliyyət sahəsi olmayıb, ayrı-ayrı fəa-

liyyət sahələrinin tərkib hissəsi kimi çıxış edir. Texnikaya elm ilə digər 

fəaliyyət sahələri arasında bir növ körpü kimi baxmaq olar; elm bir qayda 

olaraq texnika vasitəsi ilə  tətbiq olunduğu kimi, müxtəlif fəaliyyət sahə-

lərinin elm qarşısında qoyduğu tələbat da ən çox texniki konstruksiyaların 

təkmilləşdirilməsinə olan ehtiyac kimi üzə çıxır. 

Beləliklə, texnikanı elmdən fərqləndirən  əsas spesifik cəhət budur 

ki, o, özü özlüyündə fəaliyyət sahəsi deyil. Texnika əsasən ixtiraçılıq fəa-

liyyəti və elmi-texniki fəaliyyət sayəsində yaradılır və inkişaf edir. Texniki 

qurğu hazır olduqdan sonra isə o, müxtəlif əməli məqsədlərin həyata keçi-

rilməsi işində bir vasitə kimi istifadə olunur. Texnikanın növləri (istehsal 

texnikası, məişət texnikası, hərbi texnika, elm texnikası və s.) onun hansı 


Elm haqqında elm 

 

 



 

414


fəaliyyət sahəsində istifadə olunmasına görə müəyyənləşir. 

Qərb fəlsəfi  ədəbiyyatında elmi-texniki fəaliyyət «texnoloji fəa-

liyyət» adı ilə  tədqiq olunur. Bu anlayış rus fəlsəfi  ədəbiyyatında qəbul 

olunmuş texnologiya anlayışından fərqli olmaqla yanaşı, elmi-texniki fəa-

liyyət hadisəsini də tam əks etdirə bilmir. Bununla belə, həmin anlayış el-

mi-texniki tərəqqinin məzmununun açılması üçün müəyyən  əhəmiyyətə 

malikdir. 

Amerika alimi S.F.Kasprzuk yazır: «Texnologiya bir fəaliyyət sahə-

si kimi, bu fəaliyyətin kim tərəfindən və hansı sahədə həyata keçirilməsin-

dən asılı olmayaraq, elm və texnika arasındakı, nəzəri və əməli bilik ara-

sındakı boşluğun doldurulmasına xidmət edir».

6

1



 Göstərilən cəhət eynilə el-

mi-texniki fəaliyyət sahəsinə  də aiddir. Lakin nəzərə almaq lazımdır ki, 

əməli biliyin texnikada reallaşdırılması prosesi texnoloji prosesə  və ya 

elmi-texniki fəaliyyətə daxil olmayıb, istehsal sahəsinin tərkib hissəsidir. 

Bu məsələdə S.F.Kasprzuk düzgün mövqe tutmur: «Texnologiyaya insan 

fəaliyyətinin bir sahəsi kimi baxılması belə bir fərziyyəyə əsaslanır ki, hər 

cür insan fəaliyyəti öz mahiyyəti etibarilə elmi, texniki və ya texnoloji for-

malardan birinə daxildir».

6

2

 Belə çıxır ki, xüsusi texniki fəaliyyət sahəsi də 



vardır və elmi və texnoloji fəaliyyətdən başqa, bütün yerdə qalan fəaliyyət 

sahələri məhz bu formaya daxildir. Halbuki, texnika hər bir fəaliyyət sahə-

sinin, o cümlədən, elmi və elmi-texniki (müəllifin təbirincə «texnoloji») 

fəaliyyət sahələrinin də ayrılmaz tərkib hissəsidir; «istehsal texnikası», 

«məişət texnikası» və s.-lə yanaşı, «elm texnikası», «incəsənət texnikası», 

«elmi-texniki fəaliyyət texnikası» (texnikanın strukturunu təkmilləşdirmək 

üzərində görülən iş də müəyyən texniki vasitələr tələb edir) da mövcuddur. 

Texniki vasitələrin özünün hazırlanması prosesi isə, aydın məsələdir ki, 

xüsusi bir fəaliyyət sahəsi olmayıb, yuxarıda qeyd etdiyimiz kimi, istehsal 

sahəsinə aiddir. Texniki vasitələrdən istifadə edilməsi isə bütün fəaliyyət 

sahələrinə aiddir və hər bir sahəyə müəyyən bir texnika növü uyğun gəlir. 

Bu fəaliyyət sahələrinin texniki fəaliyyət növü kimi qiymətləndirilməsi ən 

çox «texnika» anlayışının həqiqi mahiyyətinin müəyyənləşdirilməsindən 

irəli gəlir. 

Texnikanın və onun ayrı-ayrı  tərkib hissələrinin öyrənilməsi elmin 

                                                 

1

 S.F.Kasprzuk. On the consept of technology and its relation to science and technic // 



Proceedings of the XV the World Congress of philosophy. Sofia, p.324. 

2

 Yenə orada, s.322. 



  Elm–Texnika–İstehsal 

 

 

 

415



 

tədqiqinə  nəzərən xeyli əvvəl başlanmışdır. Lakin «texnika» anlayışını 

dəqiq  şəkildə  təyin etmək, onun əhatə dairəsini müəyyənləşdirmək tələbi 

indiki dövrdə – ictimai həyatda baş verən elmi-texniki inqilab prosesi ilə 

əlaqədar olaraq daha da aktuallaşmışdır. 

Elmin tədqiqinə analoji olaraq, texnikanın tədqiqi də sistemli şəkil-

də, vahid metodoloji prinsiplər əsasında aparılmamışdır. «Texnika» anlayı-

şı müxtəlif tədqiqatçılar tərəfindən müxtəlif cəhətlərin ön plana çəkilməsi 

və mahiyyət kimi götürülməsi ilə  təyin edilmişdir ki, bu da vahid funda-

mental elmi nəzəriyyənin işlənib hazırlanmasına mane olmuşdur. Bununla 

belə, texnikanın müxtəlif aspektlərdəki tədqiqi onu birtərəfli təyin etsə də, 

ayrı-ayrı cəhətlərin öyrənilməsi baxımından heç də əhəmiyyətsiz deyildir. 

Lakin tədqiqatçılar nə üçünsə  əmək vasitələrindən,  əmək alət-

lərindən,  əmək mühitindən, hətta məhsuldar qüvvələrdən danışaraq, bu 

söhbətlərin guya texnikaya aid olduğunu zənn edirlər. Bəs sərhəd, bəs 

fərq? Bu müxtəlif anlayışların məxsusi əhatə dairələri yoxdurmu? 

Texnikaya bu və ya digər baxımdan tərif vermək onun bir termin ki-

mi müəyyənləşdirilməsindən hələ çox uzaqdır. Buxar maşınının yaradıl-

ması, istehsalın mexanikləşdirilməsi, avtomatlaşdırılması və s. bu tipli mə-

sələləri öyrənmək hələ texnikanın öyrənilməsi deyildir və ya hər halda 

fəlsəfi aspektdə öyrənilməsi deyildir. 

Bu sahədə yazılmış ilk xüsusi əsərlərdən biri Q.V.Osipovun «Tex-

nika və ictimai tərəqqi» kitabıdır.

6

1



 Müəllif bu kitabında texnikaya belə 

tərif verir: «Texnika insanın müəyyən maddi tələbatları ödəmək üçün 

təbiət qanunlarını  və xassələrini dərk etmək  əsasında yaratdığı  əmək 

vasitələrinin tam məcmuyudur, konkret tarixi ictimai istehsal sistemində 

olan istehsal vasitələrinin məcmuyudur».

6

2



 Müəllifin bu bir ifadədə 

birləşdirməyə çalışdığı dörd müxtəlif cəhət aşağıdakılardır: 1. Texnika 

əmək vasitələrinin məcmuyudur. 2. Bu vasitələr insan tərəfindən yaradılır. 

3. İnsan onları təbiət qanunları əsasında yaradır. 4. Bu vasitələr cəmiyyətdə 

yaranır. Bu dörd cəhətdən yalnız birincisi anlayışın  əhatə dairəsini 

müəyyən edir, qalan üç cəhət isə artıq müəyyənləşmiş olan anlayışın 

müxtəlif xassələrini  əks etdirir. Bu cür onlarla xassə göstərmək 

mümkündür və bunlar yalnız müxtəlif təfərrüatların şərhinə xidmət edir. 

                                                 



Г.В. Осипов. Техника и общественный прогресс. М., Наука, 1959. 

2

 Yenə orada, s. 94. 



Elm haqqında elm 

 

 



 

416


Texnikanın  əhatə dairəsinin  əmək vasitələrinin məcmuyu ilə eyni-

ləşdirilməsi halı, aşağıda görəcəyimiz kimi, Q.N.Volkov tərəfindən əsaslı 

dəlillərlə təkzib edilmişdir. Hələlik isə texnika haqdakı başlıca mövqelərin 

S.V.Şuxardin tərəfindən necə qruplaşdırılmasını  təhlil edək.

6

1

 S.Şuxardin 



texnikaya verilən tərifləri məzmunlarına görə yeddi qrupa bölmüşdür ki, 

bu da fərdi yanaşmaları ayrı-ayrılıqda təhlil etmək əvəzinə, yalnız mövcud 

yanaşmaların, platformaların özünü təhlil etməyə imkan verir. 

Birinci qrupda texnikaya «maddi şeylər kompleksi» kimi baxanların 

tərifləri verilir. A.A.Zvorıkin (sonrakı tərif), İ.Y.Konfederatov, S.İ.Ojeqov 

və Q.V.Osipov texnikaya əmək vasitələrinin, K.V.Ostrovityanov və 

A.A.Zvorıkin (ilk tərif) isə  əmək alətlərinin məcmuyu kimi baxırlar. Bu 

mövqe ilə biz yuxarıda Q.Osipovun tərifi timsalında tanış olmuşuq. Burada 

yalnız əmək vasitələrinimi, yoxsa əmək alətlərinimi texnika kimi götürmək 

üstündə mübahisə gedə bilər. Lakin aşağıda göstərəcəyimiz kimi, bu ya-

naşmalardan hər ikisi eyni dərəcədə əsassızdır. 

İkinci qrupda texnikaya istehsal vasitələri və texnologiya, üçüncü 

qrupda isə istehsal vasitələri və vərdişlər daxil edilir. Bizcə, bu cür tərifləri 

ayrıca qruplara bölmək üçün heç bir əsas yoxdur, zira vərdişlər özü də 

texnologiyaya daxildir. 

Texnikanın bu cür geniş əhatədə təyin olunması halına yuxarıda biz 

misal göstərmişdik. Q.Osipovun bu tərifə münasibətini də təhlil etmişdik. 

Baxdığımız hər üç mövqe texnikanın bəzi maddi mövcudluq formalarını 

əhatə etdiyinə görə rus tədqiqatçıları arasında geniş yayılmışdı. IV-

VII qruplarda toplanan təriflər isə ya həddən artıq qeyri-müəyyən olduğu, 

ya da texnikanı  təkcə ideal tərəflərin məcmuyu kimi götürdüyü üçün 

inandırıcı deyildir. Texnikanın vərdiş və qabiliyyətlərin məcmuyu kimi tə-

yin edilməsinin müxtəlif variantları IV qrupda toplanmışdır. Burada 

C.Bernalın tərifi («Texnika – nəyin isə fərdi şəkildə əldə edilmiş və ictimai 

şəkildə möhkəmləndirilmiş hazırlanma üsuludur»

6

2



), də verilir ki, bu tərif 

əslində texnikanın mahiyyətini göstərməsə də, çox vacib bir cəhəti əks et-

dirir və buna müvafiq olaraq gələcəkdə elm, texnika və s. bu tipli sistemlə-

rin inkişafında fərdi ilə ictimainin qarşılıqlı münasibətini öyrənərkən məhz 

belə bir cəhəti  əsas tutacağıq ki, hər hansı konkret irəliləyiş  fərdlər tərə-

                                                 

1

 С.В.Шухардин. Основы истории техники. М., Наука, 1961. с. 72-76. 



2

 Дж.Бернал. Наука в истории общества, с.30. 



  Elm–Texnika–İstehsal 

 

 

 

417



 

findən əldə olunsa da, yalnız ictimai xarakter qazandıqdan sonra cəmiyyət 

üçün əhəmiyyət kəsb edir. 

V və VI qrupda yığılan təriflər («İnsanla təbiət arasında hər nə varsa 

hamısı» və ya ümumiyyətlə «məhsuldar qüvvələr» texnikaya aid edilir) 

həddindən artıq ümumi və qeyri-müəyyən olduqlarından onları  təhlil 

etməyə ehtiyac yoxdur. 

VII qrupda isə texnikaya «insan ruhunun, zəkasının reallaşması» ki-

mi baxanların mövqeyi şərh olunur. İnsanın zəka əsasındakı fəaliyyəti isə o 

qədər geniş sferanı  əhatə edir ki, buraya bütün istehsal prosesi, insanın 

gündəlik fəaliyyətinin böyük bir qismi və s.də daxildir və aydındır ki, gös-

tərilən fəaliyyət formaları «texnika» adı altında ümumiləşdirilə bilməz. 

Şərh olunan mövqelər içərisində ilk üç variant nisbətən inandırıcı görünür 

və həm də bir-birinə o qədər yaxındır ki, əslində vahid mövqe kimi də qiy-

mətləndirilə bilər. S.V.Şuxardinin özü də bu mövqelərdən birinə  tərəfdar 

çıxır və texnikanı əmək vasitələrinin məcmuyu kimi qiymətləndirir. Lakin 

o öz mövqeyini əsaslandırmağa çalışır və  təsnif etdiyi başlıca mövqelərə 

olan münasibətini də olduqca səthi şərh edir. 

Tərifləri təsnif etdikdən sonra müəllif yazır: «İndi isə texnika» ter-

mininə verilən tərifləri qiymətləndirməyə çalışaq. Ən düzgün və elmi cə-

hətdən  əsaslandırılmış  təriflər I qrupa daxil olanlardır: texnika – maddi 

şeylər kompleksidir».

6

1

 Müəllif heç bir girişsiz və izahatsız olaraq qəbul et-



diyi mövqeyi daha da konkretləşdirərək yazır: «Məlumdur ki, əmək va-

sitələrinin cəmi ilə əmək alətləri arasında bərabərlik işarəsi qoymaq olmaz. 

Əgər ikinci yarımqrupdakı tərifləri düzgün qəbul etsək, onda «texnika» an-

layışına  əmək alətləri olmasa da, bir sıra maşın, mexanizm və cihazlar 

(məsələn, bütün elektrik işıqlandırma sistemi, faydalı qazıntı yataqlarının 

qaydaya salınmasına xidmət edən sistem və s.) daxil edilə bilmir. Beləlik-

lə, ikinci yarımqrupdakı təriflər düzgün olsalar da tam deyillər. Buna görə 

də birinci yarımqrupa daxil olan təriflər insanın öz fəaliyyətində tətbiq et-

diyi bütün mövcud texniki vasitələri əhatə etdiyinə görə, daha çox tamam-

lanmış sayılmalıdır».

6

2

 Müəllif nəyə görə əmindir ki, «əmək prosesinin nor-



mal gedişatını təmin edən maşın, mexanizm və cihazlar» da mütləq «tex-

nika» anlayışına daxil olmalıdır? Belə bir tələb «texnika» anlayışının əslin-

                                                 

1

 С.В.Шухардин. Основы истории техники, с. 75. 



2

 Yenə orada. 



Elm haqqında elm 

 

 



 

418


də “əmək vasitələrinin cəminə” nəzərən də daha geniş miqyasda təyin edil-

məsinə müvafiq deyilmi və bununla müəllif özü öz mövqeyinin əleyhinə 

çıxış olmurmu? Yaxud S.V.Şuxardinin şərhindən belə çıxmırmı ki, o, «tex-

nika» anlayışını, bu anlayışın  əhatə dairəsini qabaqcadan nəzərdə tutduq-

dan sonra təyin etməyə çalışır. Axı, texnikanın «insanın öz fəaliyyətində 

tətbiq etdiyi bütün mövcud texniki vasitələri  əhatə etməsi» fikri heç bir 

informasiya vermir, trivial xarakter daşıyır. Axı, «texniki vasitələr» ifadəsi 

yalnız o zaman müəyyənlik kəsb edə bilər ki, «texnika» anlayışının özü 

artıq müəyyən edilmiş olsun… 

Bundan başqa sonrakı izahatından məlum olur ki, S.V.Şuxardin 

«əmək alətləri» və  «əmək vasitələri» anlayışlarının özlərini də düzgün 

fərqləndirmir: «Əmək vasitələrini üç qrupa bölmək olar: 1) mexaniki əmək 

vasitələri (əmək alətləri); 2) avadanlıq (təchizat); 3) əmək prosesinin müm-

künlüyü üçün zəruri olan ümumi maddi şərait».

6

1

 



Müəllifin bu qruplaşdırmasında 2-ci və 3-cü bölmə o qədər qeyri-

müəyyən ifadə edilmişdir ki, buraya elə əmək alətləri də daxil edilə bilər. 

Halbuki  əmək alətlərini müəllif yalnız «mexaniki əmək vasitələri» kimi 

qiymətləndirir. Nəzərə alınmır ki, əmək alətləri böyük inkişaf yolu keçmiş 

və XIX əsrdəki mexaniklik pilləsini artıq çoxdan tərk etmişdir. Müasir 

dövrdə əmək alətlərinin rolunu oynayan maşınlar təkcə mexaniki prinsiplər 

əsasında işləməyib, ən müxtəlif fiziki hadisələrin mürəkkəb kombinasiya-

larına əsaslanır. 

Sovet fəlsəfi fikrində elmşünaslıq kimi texnikaşünaslıq da 60-cı il-

lərdən başlayaraq unkişaf etmişdir. Texnika haqqında ilk xüsusi tədqiqat 

əsərinin müəlliflərindən biri Y.S.Meleşenkodur.

6

2



 O, texnikanın mahiyyəti 

haqqında əsas mövqeyini belə şərh edir: «Texnika insanların məqsədəuy-

ğun fəaliyyətinin (hər şeydən əvvəl əmək və istehsalat fəaliyyətinin) mate-

rial vasitələri kimi çıxış edən və insanın materiallardan, təbiət qanunları və 

proseslərindən məqsədəuyğun şəkildə istifadə etmək əsasında yaratdığı və 

tətbiq etdiyi şeylərin məcmuyudur».

6

3

 Xeyli dərəcədə dolaşıq və dumanlı 



şəkildə verilən bu tərif lazımi üslubi düzəlişlərdən sonra bu cür ifadə oluna 

                                                 

1

 Yenə orada., s. 76. 



2

 Bax, məs.: Ю.С. Мелещенко. Человек, общество и техника, М., 1964. 

3

 Ю.С. Мелещенко. Техника и закономерности ее развития // Вопросы философии, 



№10, 1965, с.7. 

  Elm–Texnika–İstehsal 

 

 

 

419



 

bilər: – Texnika məqsədəuyğun fəaliyyət sayəsində yaradılaraq, həm də bu 

fəaliyyətə xidmət edən material şeylər məcmuyudur. 

Aydın olur ki, müəllif texnikaya təkcə material şeylər məcmuyu ki-

mi baxmaqda ilk yaxınlaşmada A.A.Zvorıkin, S.V.Şuxardin və s. tədqi-

qatçıların mövqeyində durur. Onun texnikaya münasibəti yalnız bu materi-

al məcmuyunu necə sərhədləndirilməsi ilə fərqlənir. Bu fərqi müəyyənləş-

dirmək üçün yuxarıdakı kimi təyin edilən «texnika» anlayışının əhatə dai-

rəsini əmək vasitələrinin məcmuyu ilə müqayisə edək. Əvvəla, qeyd edək 

ki, bütün süni yaradılmış şeylər, habelə insan tərəfindən dəyişdirilmiş olan 

təbiət hissələri – hamısı yalnız məqsədəuyğun fəaliyyət sayəsində mümkün 

olmuşdur. Deməli, anlayışın sərhədləndirilməsi üçün qoyulan yeganə məh-

dudiyyət baxılan şeylər qrupunun həm də məqsədəuyğun fəaliyyətə xidmət 

etməsi  şərtidir. «Məqsədəuyğun fəaliyyət» anlayışı, «əmək» anlayışına 

ekvivalent olduğundan ona xidmət edən şeylər qrupu da elə əmək vasitələ-

rini təşkil edir. Deməli, Y.S.Meleşenkonun tərifi yuxarıda artıq nəzərdən 

keçirdiyimiz «texnika – əmək vasitələrinin məcmuyudur» tipli təriflər sıra-

sına daxildir. Burada yeganə başlıca fərq ondan ibarətdir ki, «texnika» an-

layışı altında təkcə ictimai istehsal prosesindəki  əmək vasitələrinin yox, 

ümumiyyətlə istənilən məqsədəuyğun fəaliyyətdəki  əmək vasitələrinin 

məcmuyu nəzərdə tutulur. Bununla anlayışın əhatə dairəsi aşağı düşür və 

ciddi mübahisələr üçün əsas yaranmış olur. 

Elmin tədqiqində rast gəldiyimiz qətiyyətsizlik texnikanın tədqiqi 

üçün də tamamilə xarakterikdir. Belə ki, nəinki müxtəlif tədqiqatçılar ara-

sında fikir ayrılığı hökm sürür, eləcə də eyni tədqiqatçılar tez-tez müxtəlif 

mövqelərdə dayanırlar. Buna görə  də, yuxarıda təhlil etdiyimiz tərif 

Y.S.Meleşenkonun mövqeyini yəqinliklə əks etdirə bilmir. «Müasir elmi-

texniki inqilab» kitabında yazıldığına görə, Y.S.Meleşenko «texnikaya 

məqsədəuyğun fəaliyyətin vasitəsi və üsulu kimi baxır və beləliklə «texni-

ka» anlayışına maddi şeylərlə (vasitə) yanaşı, həm də insanların təcrübə və 

vərdişləri də (üsul) daxil edilir».

6

1



 Kitabda Y.S.Meleşenkonun bu mövqeyi 

«texnika» anlayışına qeyri-material xarakter daşıyan «təcrübə və vərdişlə-

ri» də daxil etdiyi üçün tənqid olunur. Və həm də heç bir ciddi əsas olma-

dan… Eynilə bu cür mövqeyin Q.V.Osipov və S.V.Şuxardin tərəfindən 

                                                 

1

 Современная научно-техническая революция (Историческое исследование). М., 



1970, s.11-12. 

Elm haqqında elm 

 

 



 

420


qeyri-elmi şəkildə, yalnız səthi mühakimələr əsasında tənqid olunması ha-

lına biz artıq rast gəlmişik və bu məsələyə öz münasibətimizi ilk yaxınlaş-

mada bildirmişik. Bircə bunu da əlavə edək ki, kitab müəlliflərinin öz 

mövqeləri daha qüsurlu, primitiv və  əsassızdır. Məsələn, kitabda yazılır: 

«Texnika əmək alətləri (instrumentlər), maşınlar, avtomatlar, cihazlar for-

masında ola bilər».

6

1

 Görəsən bu formalar bir-birindən nə ilə  fərqlənirlər-



miş? Maşın və s. əmək aləti ola bilməzmi və ya avtomatlar həm də maşın 

deyilmi? 

Bizcə, Y.S.Meleşenkonun məhz həmin mövqedə (texnika = əmək 

alətləri + vərdişlər) durduğunu söyləmək üçün kifayət qədər əsas yoxdur. 

Əvvəla, 1970-ci ildə  çıxan kitab (ikinci nəşr) onun yalnız 1964-cü ildəki 

fikrinə istinad edir, halbuki, artıq 1965-ci ildə o, texnikaya tamamilə başqa 

cür tərif vermişdir.

6

2



 İkincisi, müəlliflərin istinad etdiyi fikrin özü də (tex-

nikanı «məqsədəuyğun fəaliyyətin vasitəsi və üsulu» saymaq) hələ 

vərdişləri «texnika» anlayışına daxil etmək deyil. Zira «üsul» anlayışı 

işçinin təkcə necə  işləməsini deyil, nə vasitə ilə  işləməsini də ifadə edə 

bilər. Y.S.Meleşenko da bəlkə məhz bunu nəzərdə tutmuşdur. 

İndi isə «texnika» anlayışının əhatə dairəsini «material şeylər məc-

muyu» çərçivəsində də olsa, yuxarıda baxdığımız təriflərə nisbətən bir qə-

dər genişləndirən Q.N.Volkovun mövqeyi ilə tanış olaq: «Texnika ictimai 

insanın əmək funksiyalarının, vərdiş, təcrübə və biliklərinin təbii material-

da maddiləşməsi prosesi, təbiət qüvvələri və qanunauyğunluqlarının dərk 

olunması və istehsalda istifadə edilməsi vasitəsi ilə əldə etdiyi süni fəaliy-

yət orqanlarının, təbiət üzərindəki hakimiyyət orqanlarının məcmuyu-

dur

6

*



».

6

3



 Köməkçi təyinləri atdıqda tərif aşağıdakı şəklə düşər: – «Texnika 

ictimai insanın süni orqanları məcmuyudur». Beləliklə, anlayışa təkcə icti-

mai istehsalda deyil, ümumiyyətlə  hər hansı ictimai münasibətdə istifadə 

olunan süni vasitələr daxil edilir ki, bu da onun əhatə dairəsinin genişləndi-

rildiyini göstərir. Lakin təkcə «ictimai» təyininin özü böyük məhdudiyyət-

lər qoyur ki, bu da Q.N. Volkovun digər əsərlərində şəxsi fəaliyyətə məx-

                                                 

1

 Yenə orada. s.13. 



2

 Ю.С. Мелещенко. Техника и закономерности ее развития, с.7. 

*

 Orijinalda bu söz «sistem» kimi verilmişdir; lakin tərif müasir sistemli yanaşmanın 



şərtlərini ödəmədiyindən biz onu «məcmu» kimi tərcümə edirik. 

3

 Г.Н. Волков. Эра роботов или эра человека, М., 1965, s.25. 




Yüklə 5,06 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin