Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,06 Mb.
Pdf görüntüsü
səhifə29/55
tarix04.12.2019
ölçüsü5,06 Mb.
#29799
1   ...   25   26   27   28   29   30   31   32   ...   55
  Elm–Texnika–İstehsal 

 

 

 

403



 

Min illər ərzində zehni fəaliyyət sinkretik şəkildə həyata keçmişdir. 

Burada nəinki elmi düşüncə, hətta hər hansı fərqli düşüncə forması da xalis 

şəkildə mövcud olmamışdır.  İnsan bir tərəfdən özünü təbiətin bir hissəsi 

kimi təsəvvür etməklə yanaşı, digər tərəfdən, özünü təbiətdən ayırmağa 

başlamış və özü ilə təbiət arasında münasibətin müxtəlif modifikasiyaları 

yaranmışdır.  

İnsanın təbiətlə qarşılıqlı təsirdə yeni mərhələyə qədəm qoyması, tə-

biətə instinktiv münasibətdən fərqli olaraq şüurlu münasibət bəsləməsi bu-

na gətirib çıxarır ki, artıq o özünü və özü kimiləri təbiətdən ayırır. Əgər da-

ha qədim dövrlərdə insan özünü təbiətdən ayırmadığı kimi, daxil olduğu 

qəbilənin digər üzvlərindən də ayırmırdısa, indi (biliyin fəaliyyətdən ayrıl-

dığı, şüurlu insanın formalaşdığı dövrdə) daha artıq özü kimiləri də təbiət-

dən ayırmaqla onlara xüsusi münasibət bəsləyir. Tədricən insanlar arasında 

İnsan-Təbiət münasibətlərindən fərqli olan xüsusi münasibət  əmələ  gəlir. 

Beləliklə, insanın bir insan kimi formalaşması, onun sosial mahiyyət kəsb 

etməsi İnsan-Təbiət münasibətlərinə İnsan-İnsan münasibətlərinin də əlavə 

olunması ilə müşayiət olunur. Bu hadisənin  əsasında bir tərəfdən  şüurlu 

insanın rasional düşüncə potensialının reallaşdırılması, digər tərəfdən də 

istehsal prosesi, fərdi istehsaldan ictimai istehsala keçid dayanır. 

Təbiətin öz ahəngi var, amma bu ahəng sanki təsadüflər toplusu ki-

midir. Yekun tarazlıq sanki xaotik bir hərəkətin tarazlığıdır. Amma bu 

xaosun, izotrop mühitin içərisində tədricən üstün bir istiqamət formalaşır. 

Təbiətdəki varlıqlardan birinin – insanın əlahiddə bir qabiliyyətə malik ol-

duğu üçün çıxır: o, düşünə bilir. Və bu ağıl hesabına insan təbiətin digər 

ünsürlərinə nisbətən bir üstünlük əldə edir. Bu proses sanki bir status-kvo 

vəziyyətindən başlanan və  tədricən güclənən, artan bir proses tərəfindən 

pozulur. Buna çox vaxt rasionallaşma deyirlər. Təsadüfi deyil ki, Maks 

Veber rasionallaşmaya ümumdünya – tarixi bir proses kimi, yaxud tərsinə, 

tarixi prosesin bir tendensiyası kimi baxır.

5

1

 Baxılan halda rasionallaşma 



özü də fərdidən ictimaiyə keçidin bir ünsürü kimi ortaya çıxır.    

Bu keçidin mexanizmini dəqiq təsəvvür edə bilmək üçün İnsan–Tə-

biət münasibətlərinin daha ətraflı  təhlilini verməyə çalışaq.  İnsan–Təbiət 

qarşılıqlı münasibəti  əslində  Təbiət–İnsan və  İnsan–Təbiət münasibətləri-

                                                 

1

 История социологии в западной Европе и США. М., НОРМА, 2001, с. 205.   



Elm haqqında elm 

 

 



 

404


nin dialektik vəhdətindən ibarətdir.

5



 Nə qədər ki, hər bir fərd təbiətlə əsa-

sən təklikdə qarşılıqlı  təsirdə olurdu, təbiətin insana təsiri insanın  əks-

təsirinə nisbətən qat-qat əhəmiyyətli idi. Lakin elə ki, istehsal prosesində 

insanlar məqsədli fəaliyyətə başlayırlar və onların fəaliyyəti bir fərd miq-

yasından kənara çıxır, ictimai miqyas alır, onların təbiətə əks-təsir göstər-

mək imkanları da getdikcə artır. İnsan–Təbiət münasibəti fərdi prosesdən 

ictimai prosesə çevrildiyindən və o, İnsan–İnsan münasibətini də özündə 

ehtiva etdiyindən, biz də bundan sonrakı dövr üçün İnsan–Təbiət qarşılıqlı 

təsirindən yox, Cəmiyyət–Təbiət qarşılıqlı təsirindən danışacağıq. 

Bilik və  fəaliyyətin, habelə sonrakı  mərhələdə elmin və texniki tə-

rəqqinin mənşəyini və hərəkətverici qüvvələrini ən ümumi şəkildə aşkara 

çıxarmaq üçün ilk yaxınlaşmada istər təbiətin, istərsə də cəmiyyətin struk-

turunu və buradan irəli gələn xüsusiyyətləri nəzərə almamağa çalışacağıq. 

Təbiətin müəyyən üstün istiqamətdə inkişafına səbəb olan qarşılıqlı 

təsir onun cəmiyyətlə  əlaqəsidir. Bu əlaqə  tərəflərdən birinin – cəmiyyət 

tərəfinin fəal olması ilə fərqlənir. Cəmiyyət tərəfinin şüurluluğu nəticəsin-

də  dəyişilmələr içərisində müəyyən istiqamət üstünlük təşkil edir. Buna 

görə də Cəmiyyət–Təbiət qarşılıqlı təsiri nəticəsində meydana çıxan inki-

şafa gələcəkdə şərti olaraq istiqamətlənmiş inkişaf deyəcəyik. 

İstiqamətlənmiş inkişaf təsirə məruz qalan tərəflərin: cəmiyyət və tə-

biətin ayrıca tam şəklində inkişafının dialektik məcmuyu kimi yalnız in-

sanların, cəmiyyətin mövcudluğu dövründə  fəaliyyət göstərir. Qeyd edək 

ki, istiqamətlənmiş inkişafın kəmiyyət xarakteristikaları (riyazi qanununa-

uyğunluğu) və bu inkişafın xüsusi halı olan cəmiyyət və  təbiətin bir tam 

kimi inkişaf xüsusiyyətləri hələ indiyədək yetərincə öyrənilməyib. Xaos-

dan nizamlı hərəkətə keçidin ən parlaq nümunələrindən biri olmasına bax-

mayaraq, bu proses sinergetika tədqiqatçılarının diqqətindən kənarda qalıb.   

Ümumi dialektik inkişaf müntəzəm və təcilsiz olduğu halda, istiqa-

mətlənmiş inkişaf təcilli xarakter daşıyır, yəni inkişaf sürəti getdikcə artır. 

Bəs bu inkişafın təcilli olmasına səbəb nədir? 

Təbiət ona məqsədəuyğun təsir göstərən cəmiyyət tərəfinin inkişa-

                                                 

 Prosesi keçmişə ekstrapolyasiya etsək, nə vaxtsa bu münasibətlərdə bir tarazlıq oldu-



ğunu qəbul edə bilərik. Yəni söhbət amorf sistemdən gedir. Lakin elə ki, istiqamətlər içəri-

sindən biri üstünlük təşkil edir, necə ki, baxılan halda insanın şüur potensialı tədricən özünü 

göstərir, onda bu sistemin izotropluğu pozulur, üstün istiqamət və nizamlı proseslər ortaya 

çıxır.    



  Elm–Texnika–İstehsal 

 

 

 

405



 

fına uyğun olaraq hər mərhələdə daha böyük dəyişiklik keçirir. Şüurluluğu 

və kortəbiiliyi ilə fərqlənmələrinə baxmayaraq, cəmiyyət və təbiət qarşılıq-

lı təsirdə müəyyən mənada eynihüquqlu tərəflər kimi iştirak edirlər. Əslin-

də yalnız cəmiyyət tərəfi məqsədli istiqamətlənmiş  təsir göstərə bilir və 

bununla da fəal tərəf kimi çıxış edir. Lakin bu heç də o demək deyil ki, tə-

biətin kortəbii təsiri istiqamətlənmiş inkişafda rol oynamır. Əksinə, xarici 

aləmin kortəbii təsirləri olmadan insan və cəmiyyət nə yarana, nə də məq-

sədli təsir göstərə bilərdi. Hər bir tərəf təsir edərkən deyil, təsirə məruz qa-

larkən inkişaf keçirir. Deməli, istiqamətlənmiş inkişaf prosesində həm cə-

miyyət, həm də  təbiət təsirləri nəticə etibarilə ekvivalent rol oynayır, cə-

miyyət təsiri təbiətin və  əksinə, təbiət təsiri cəmiyyətin inkişafına səbəb 

olur. Tərəflərin inkişaf səviyyəsinin yüksəlməsi qarşılıqlı təsir qüvvəsinin 

artmasına gətirir ki, istiqamətlənmiş inkişafın təcilli xarakteri bununla izah 

olunur. 

Təsirlərin bu cür ekvivalentliyi ilə əlaqədar hər iki tərəfdə inkişafın 

əsas göstəriciləri də uyğun (simmetrik) olur; cəmiyyətin inkişaf səviyyəsi 

onun xarici aləmə təsir göstərmə dərəcəsi ilə, təbiətin inkişaf səviyyəsi isə 

onun cəmiyyətə təsir göstərmə dərəcəsi ilə müəyyənləşir. 

Qeyd edək ki, hər iki təsir ekvivalent nəticələr doğursa da, qarşılıqlı 

təsir prosesində tərəflərin özlərinin oynadıqları rol tamamilə fərqlidir. Mə-

sələn, təbiət istiqamətli təsir göstərmək qabiliyyətinə məlik deyil. Cəmiy-

yətin inkişaf səviyyəsinin təbiət təsirləri ilə müəyyənləşməsi isə yalnız cə-

miyyət tərəfinin öz şüurluluğu sayəsində mümkün olur. İstiqamətlənmiş 

inkişafın xarakterini öyrənərkən cəmiyyət və təbiət tərəflərini bir-birindən 

tam təcrid olunmuş yox, biri digəri ilə dialektik vəhdətdə olan iki sistem 

kimi götürmək lazımdır. Uyğun olaraq cəmiyyət tərəfinin şüurluluğu sayə-

sində meydana çıxan istiqamətli inkişaf vahid baxımdan – ictimai tərəqqi 

kim öyrənilir. Buna baxmayaraq, cəmiyyət və təbiət keyfiyyətcə fərqli tə-

rəflər olduğu kimi, onların inkişaf səviyyələri də müxtəlif amillərlə müəy-

yənləşir. Lakin əksər hallarda təbiətin inkişaf səviyyəsini müəyyənləşdirən 

bir sıra amillər, məsələn, istehsal vasitələri cəmiyyətin xarici aləmə  təsir 

göstərmə  dərəcəsi və beləliklə  də, onun inkişaf səviyyəsi kimi götürülür. 

Bu cür yanaşma adətən ona görə mümkün olur ki, hər iki tərəfin istiqamətli 

inkişafı eyni qarşılıqlı təsirdə təzahür etdiyindən tərəflərin keçirdiyi dəyi-

şilmələr və inkişaf səviyyələri həmişə bir-birinə uyğun gəlir. Ancaq müasir 

dövrdə elm-texnika-istehsal əlaqələrinin dəqiqləşdirilməsinə, bunun üçün 


Elm haqqında elm 

 

 



 

406


isə  cəmiyyət və  təbiət səviyyələrinin müəyyənedici amillərinin fərqləndi-

rilməsinə böyük ehtiyac duyulur. 

Təbiətin inkişaf səviyyəsini təyin edən amilləri dəqiq seçə bilmək 

üçün əvvəlcə cəmiyyət və təbiət səviyyələrinin uyğun gəlmədiyi iki kənar 

hal təsəvvür edək və bu hallar üçün istiqamətlənmiş inkişafın xarakterini 

müəyyənləşdirməyə çalışaq. 

1. Fərz edək ki, müasir səviyyəyədək inkişaf etmiş cəmiyyət heç bir 

istiqamətli dəyişilmə keçirməmiş olan təbiət hissəsinə (ilkin təbiət, “vəhşi” 

təbiət) köçürülmüşdür. Belə olduqda həyata keçməsi yalnız mürəkkəb qur-

ğularda – daha yüksək təbiət səviyyəsində mümkün olan və yalnız bu hal-

da fayda verən biliklər istifadəsiz qalır, nəsillərin  əvəz olunması  və yad-

dançıxarma nəticəsində tamamilə itirilir. Özünə  tətbiq yolu tapan biliklər 

isə yeni formada möhkəmlənir və  məhz onun tətbiqi uyğun təbiət his-

sələrinə sürətli təkan verir. Adi şəraitdə – cəmiyyət tərəfinin də təbiətə mü-

vafiq səviyyədə olduğu halda təbiətin müasir inkişaf səviyyəsinə yüksəl-

məsi üçün milyon illərlə vaxt sərf olunmuşdusa da, baxdığımız  şəraitdə 

bunun üçün bir neçə yüz il kifayət edə bilər. 

Cəmiyyət səviyyəsi isə zaman keçdikcə aşağı düşür və nəhayət, tə-

biət səviyyəsi ilə uyğunluq yarandıqdan sonra hər iki tərəf eyni qanunauy-

ğunluqla inkişaf etməyə başlayır. Biz ona görə bu qənaətə gəlirik ki, təbiə-

tin inkişaf səviyyəsi onun cəmiyyətə təsir göstərmə dərəcəsinə müvafiqdir 

və bu səviyyə aşağı olduğundan cəmiyyətə edilən təsir zəifdir və onun əv-

vəlki səviyyəsinin saxlanması üçün kifayət deyil. 

2. Fərz edək ki, cəmiyyət hələ ilkin yaranma dövründə ikən müasir 

səviyyəli təbiət hissəsinə köçürülmüşdür. Formal baxımdan yanaşdıqda bu 

halda cəmiyyət tərəfinin təsiri zəif, təbiət tərəfinin təsiri nisbətən güclü 

olduğundan inkişafda uyğunluq yarananadək təbiət səviyyəsi enməli, cə-

miyyət səviyyəsi isə adi şəraitdəkinə nisbətən sürətlə inkişaf etməlidir. La-

kin məqsədyönlü təsirin subyekti cəmiyyət tərəfi olduğundan və bilik sə-

viyyəsi mövcud texniki qurğuları  işə salmağa imkan vermədiyindən bu 

halda böyük inkişaf impulsu yaranmaya da bilər və tarix sadəcə təkrar olu-

nar. Mövcud olan qurğular sıradan çıxar və neçə min illərdən sonra 

yenidən ixtira edilməli olar. 

Araşdırdığımız hallar real həyatda eyni ilə baş verməsə  də, xeyli 

fərqli, lakin prinsipcə buna uyğun hadisələr tez-tez baş verir. Amerika kəşf 

olunduqdan sonra sürətli inkişaf keçirdi ki, bu da geri qalmış təbiət hissəsi-



  Elm–Texnika–İstehsal 

 

 

 

407



 

nə xeyli yüksək səviyyədə inkişaf etmiş insan qruplarının təsiri nəticəsi idi. 

Lakin bu hadisə yuxarıda araşdırdığımız haldan, məsələn, onunla fərqlənir 

ki, buraya köçmüş insan qrupları  əvvəlki təbiət hissəsi ilə  də (Avropa) 

əlaqədə ola bildiklərindən onların səviyyəsi azalmamış, əksinə, artmışdır. 

Zəif inkişaf etmiş ölkədən ixtisaslaşmağa göndərilən nümayəndələr 

qısa müddətdə böyük təkamül keçirirlər ki, buna da səbəb, bir tərəfdən, 

daha çox inkişaf etmiş  təbiət hissəsinin, digər tərəfdən və başlıca olaraq 

müvafiq səviyyəli insanların təsiridir. 

Göründüyü kimi, bizim təklif etdiyimiz modeldə istehsal vasitələri, 

müxtəlif texniki qurğular və s. heç də  cəmiyyətin yox, uyğun təbiət 

hissəsinin, ikinci təbiətin inkişaf səviyyəsini əks etdirir. 

Əlaqədə olduğumuz təbiət hissəsinin keçirdiyi istiqamətli inkişaf 

aşağıdakı konkret dəyişilmələri əhatə edir: 

1. Təbii mövcudluğun istiqamətli inkişafı, yaxud başqa sözlə – coğ-

rafi mühitin insan mənafeyinə uyğun dəyişdirilməsi. 

Buraya kanallar çəkilməsi, çayların axarının dəyişdirilməsi, süni 

göllər, yollar, meşələr salınması, dağların partladılması  və  cəmiyyət tərə-

findən həyata keçirilən digər bu tipli dəyişilmələr aiddir. 

2. Əvvəllər təbiətdə təsadüf olunmayan və cəmiyyətin məqsədyönlü 

fəaliyyəti sayəsində yaradılmış cisim və hadisələr – qurğular. 

Belə cisim və hadisələri iki əsas qrupa bölmək mümkündür: 

a) Bilavasitə istifadə olunan istehsal məhsulları. Buraya müxtəlif is-

tehlak  şeyləri, insanlara bilavasitə xidmət edən maşınlar (avtomobil, 

təyyarə, gəmi və s.), mənzil və s. aiddir. 

b) Bilavasitə insanın həyat tərzini müəyyənləşdirən amillərin inki-

şafına yönəlmiş  məqsədəuyğun fəaliyyətin bütün hazırlıq mərhələlərində 

vasitə rolunu oynayan qurğular. Buraya istehsal alətləri, praktik əhəmiy-

yətli (təbiətdə imkan şəklində mövcud olan enerjilərdən istifadə üçün – 

müxtəlif mənbəli elektrik stansiyaları və s.) və tədqiqat xarakterli (labora-

toriyalar, rəsədxanalar, müxtəlif sürətləndiricilər və s.) texniki qurğular, 

kənd təsərrüfatı maşınları və s. aiddir. 

3. İnsan zövqünün ödənilməsinə müvafiq dəyişilmələr. 

Buraya incəsənətin bir sıra növləri (arxitektura, heykəltəraşlıq, rəsm 

əsərləri, musiqi alətləri və s.), cəmiyyət tərəfindən salınmış bağlar, çəmən-

liklər, fəvvarələr və s. aiddir. 



Elm haqqında elm 

 

 



 

408


Təbiətin istiqamətli dəyişilmələrinin bu üç formasından ikincisi xü-

susilə geniş sahəni əhatə edir və təbiətin inkişaf səviyyəsinin müəyyənləş-

məsi üçün əsas şərtdir. Təbiət inkişafının bu formasını, mövcud cisimlər və 

onlar arasındakı qanunauyğunluqlardan istifadə edərək yeni növ cisim və 

hadisələr yaradılmasını prosesin gedişinə görə iki yerə bölmək olar: 

1. Sadə hissələrdən müəyyən funksiyaya malik sistemlərin düzəldil-

məsi. 

2. Konkret funksiyası olmayan mürəkkəb sistemlərin məlum funksi-



yalı hissələrə bölünməsi. 

İstiqamətlənmiş inkişafın ümumi qanunauyğunluğunu heç olmasa 

ilk yaxınlaşmada müəyyənləşdirmək üçün dialektik vəhdətdə olan və biri 

digərini tamamlayan cəmiyyət və təbiət tərəflərinin əlaqəsinə iki müstəqil 

tərəfin əlaqəsi kimi baxacağıq. 

Qeyd edək ki, ictimai hadisələrdə qarşılıqlı  təsir bütün hallar üçün 

olduğu kimi, məhz dörd fundamental qarşılıqlı təsir növü vasitəsi ilə həya-

ta keçsə də, onlardan tamamilə fərqlənən yeni keyfiyyətli prosesdir – mak-

roprosesdir. Ümumiyyətlə, makrotəsirlər  əsas fundamental qarşılıqlı  tə-

sirlərdən aşağıdakı cəhətlərlə fərqlənir. 

1. Makrotəsirlər müxtəlif konkret təsirlərin müxtəlif cür kombinasi-

yaları olduğu üçün külli miqdarda formaya malikdir. 

2. Makrotəsirlərin ötürülməsi fundamental qarşılıqlı təsirlərə nisbə-

tən xeyli kiçik sürətlə həyata keçir. 

İctimai proseslərdə qarşılıqlı təsir üçün isə daha bir sıra fərqlər möv-

cuddur: 


1. Təsir müddəti məqsədəuyğun nəticə alınanadək keçən bütün za-

man fasiləsini əhatə edir. 

2. Ümumi əks-təsir heç də elementar əks-təsirlərin yekunu kimi 

meydana çıxmır. Elementar təsirlərlə birlikdə uyğun əks-təsirlər də makro-

təsir prosesinə daxildir. Ümumi əks təsir isə yalnız ictimai proseslər üçün 

əks-təsir mənasını kəsb edən yeni keyfiyyətli anlayışdır. 

3. Əks-təsir özünü zamanca xeyli sonra da göstərə bilər. Ona görə də 

hadisənin səbəb və ya nəticə kimi meydana çıxmasını müəyyənləşdirmək 

vacibdir. Təbiətin inkişafına səbəb, bildiyimiz kimi, cəmiyyətlə qarşılıqlı 

təsirdir. Lakin qeyd edək ki, bu cür qarşılıqlı təsir məkanca heç də bütün 

sonsuz kainatda fəaliyyət göstərmir. Hər bir mərhələdə cəmiyyətin əlaqədə 

olduğu kainat hissəsi onun daxili aləminin (insan daxili aləminə analoji) 



  Elm–Texnika–İstehsal 

 

 

 

409



 

genişlik dərəcəsini göstərir. Bir insan söz yox ki, xarici aləmin nisbətən az 

hissəsi ilə  əlaqədə olur və onun görüş dairəsi də nisbətən dar olur. Biz 

ümumiyyətlə xarici aləmdən danışarkən cəmiyyətin maksimal dünyagörü-

şünə uyğun gələn aləmi başa düşürük. Məlum təbiət hissəsi dedikdə yalnız 

məkan, sahə genişliyi başa düşülür. Konkret məkan hissəsində cismin və 

hadisələrin xarakter rəngarəngliyi, xassələr, proseslərin başvermə qanuna-

uyğunluqları və s. də buraya daxildir. Müxtəlif qarşılıqlı təsirlərdə cismin 

və proseslərin müxtəlif xassə və xüsusiyyətləri açılır. Deməli, eyni sistem-

lə biz hansı münasibətlərdə olmamışıqsa, sistemin özünü həmin təsirlərə 

uyğun aparmasını, yaxud uyğun xarakteristikalarını bilmirik. 

Zaman keçdikcə  cəmiyyətin qarşılıqlı  təsirdə olduğu, dəyişdirdiyi 

kainat hissəsi həcmcə böyüyür. Bu, təbiətin eninə inkişafına müvafiqdir. 

İndiyədək  ən çox dəyişiklik keçirmiş, inkişaf etmiş hissə  cəmiyyətin 

məskəni olan Yer planetidir. Cəmiyyətin daha geniş miqyaslarda fəaliyyət 

göstərməsi (məsələn, kosmonavtikanın inkişafı) “qarşısıalınmaz” kortəbii 

kainat hadisələrinin sayını azaldır. Nəticədə zaman keçdikcə  cəmiyyətin 

təsadüf üzündən məhv olması ehtimalı azalır.

6

1

 



Cəmiyyət tərəfi xarici aləmə  şüurlu təsir göstərərək ilkin mövcud 

vasitələrdən istifadə etməklə onun formasını dəyişir. Və bu forma dəyişik-

liyi məqsədəuyğun məzmun dəyişilməsinin nəticəsi kimi yaranır. Məzmun 

dəyişilməsi – qarışıq halda olan təbiət obyektlərinin insana xidmət edən 

qurğulara çevrilməsidir. Bu çevrilmələri yaratmaq üçün insan məhz təbiə-

tin öz qüvvələrindən istifadə edir. 

Beləliklə, təbiətin öz inkişafı ilə onun dəyişdirilmə, inkişaf etdirilmə 

vasitələri də artır. Deməli, təbiətin inkişafı onun öz səviyyəsindən bilava-

sitə olmasa da, hər halda asılıdır. 

Təbiətin inkişafı bütövlükdə, vahid elmi əsasdan araşdırılmasa da, 

bəzi  əsərlərdə xüsusi halların, konkret dəyişmə formalarının  şərhinə rast 

gəlmək olur. Bu cür şərhlər heç də  təbiət inkişafını göstərmək üçün yox, 

insan mədəni səviyyəsinin yüksəlişini (cəmiyyət tərəfinin inkişafı), insan 

həyatında, məişətində elmin rolunun artmasını, onun texnikalaşdırma dərə-

cəsini göstərmək üçün verilmişdir. 

Müasir dövrdə mədəni inkişafda elmin rolunu təhlil edən V.M.Me-

juyev aşağıdakı fikrə gəlir: “Cəmiyyətin elmi-texniki tərəqqisi hələ qədim-

                                                 

1

 Дж. Бернал. Возникновение жизни. М., 1969, с. 21. 



Elm haqqında elm 

 

 



 

410


dən insanın məskəni və bilavasitə qarşılıqlı təsir obyekti olan təbii aləmdən 

prinsipial surətdə  fərqlənən yeni obyektivliyin yaranmasına gətirmişdir. 

Mürəkkəb mexanizmlər kompleksi, texniki qurğu və informasiya va-

sitələrini əks etdirən süni yaradılmış yeni obyektivlik insanla əlaqədə heç 

də  kənar, insanın bu və ya digər yolla uyğunlaşmağa məcbur olduğu xa-

ricdən tapşırılmış  şey kimi (təbiətə uyğunluq) yox, onun şəxsi mədəni 

yaradıcılıq məhsulu kimi, onun bilik, bacarıq və qabiliyyətlərinin maddi 

obyektləşməsi kimi çıxış edir”.

6

1

 



Bu sitat göstərir ki, müəllif təbiətdəki “süni” yaradılmış obyektivlik-

lərin “xüsusi funksiyasını hiss edir, onun insan həyatındakı rolunu qiymət-

ləndirir. Lakin yuxarıda göstərdiyimiz kimi, elmi-texniki tərəqqi ilə əlaqə-

dar bəzi proseslərin, dəyişilmələrin mahiyyəti dəqiq açılmadığından və bə-

zi terminlərin düzgün işlədilməməsindəndir ki, müəllif təbiətdəki süni 

yenilikləri onun inkişafı kimi araşdırmır və uyğun olaraq bir sıra səhvlərə 

yol verir. Əvvəla, “cəmiyyətin elmi-texniki tərəqqisi” olmur. Elmi-texniki 

tərəqqi iki tərəfin (cəmiyyət və təbiət) birlikdə inkişaf təzahürünün xüsusi 

halıdır. Daha sonra, söhbət ayrıca adamdan gedirsə, xarici aləmdəki də-

yişilmiş hissələrin təsirinin kənar təsir olduğuna müəllif nahaqdan etiraz 

edir. Təbiətdəki yeniliklər bütövlükdə  cəmiyyət “qabiliyyətinin, biliyinin 

maddi obyektivləşdirilməsidir” və hər bir insan üçün məhz xarici təsirdir, 

inkişaf nəticəsində gücləndirilmiş xarici təsirdir. Fikrinə davam edərək 

müəllif  əsas xətdən uzaqlaşır və bu dəyişilmələri eninə dünyagörüşünün 

inkişafı ilə bağlayır. “Onunla kontakta girərkən insan öz-özü ilə  əlaqədə 

olmuş olur”.

6

2

 



Bir halda ki, təbiət və cəmiyyət eyni qarşılıqlı təsirdən təkan alan iki 

tərəfdir, birinin inkişaf formaları digərində öz əksini tapmalıdır. Cəmiyyə-

tin eninə inkişafı, birincisi, kainatın daha çox hissələrinin, ikincisi, hər his-

sənin daha çox xassə və tərəflərinin öyrənilməsi kimi həyata keçir. Birinci 

formaya uyğun olaraq kainatın məkanca daha çox hissələrində süni dəyişil-

mələr həyata keçəcək.  İkinciyə uyğun olaraq isə bu dəyişilmələr daha 

müxtəlif formalı – çoxsahəli olacaqlar. 

Cəmiyyətin dərininə inkişafı isə öz əksini yaradılmış qurğuların 

effektivliyində, mürəkkəbliyi və dəqiqliyində tapır. 

                                                 

1

 В.М.Межуев. Наука в современной культуре // Вопросы философии, № 1, 1972, 



с. 66. 

2

 Yenə orada.  



  Elm–Texnika–İstehsal 

 

 

 

411



 

Təbiət öz quruluşuna, relyefinə görə  və müxtəlif səviyyəli insan 

qruplarına məxsusluğuna görə müxtəlif hissələrində müxtəlif inkişaf im-

pulsları almışdır. Bu cür fərq eyni zamanda sosial inkişafla da, siniflər və 

onların münasibəti ilə də sıx əlaqədardır. 

Fikrimizi aydınlaşdırmaq üçün təbiətin müxtəlif hissələri arasındakı 

əsas fərq səbəblərini konkret bölgü ilə göstərək: 

1. Təbiətin istiqamətlənmiş inkişafını  cəmiyyət təsiri doğurdu-

ğundan onun insan yaşayan hissəsi və bu hissənin məkanca yaxın  ətrafı 

nisbətən çox inkişaf alır. 

2.  İnsanlardan asılı olmayaraq təbiətdə imkan şəklində olan şə-

raitlilik dərəcəsindən, iqlim şəraiti, relyef, xammal və  təbii sərvətlərin 

insanlara yararlılıq dərəcəsindən asılı olaraq təbiətin müxtəlif hissələrdə 

keçdiyi süni dəyişilmələr müxtəlif olur. Təbiətin potensial imkanlarının 

reallaşması sayəsində bu sahələrdə yaşayan insan qrupları daha böyük təcil 

alır və nəticədə təbii sərvətlərin daha çox istismar edilməsinə, daha çox is-

tiqamətlənmiş dəyişikliklər edilməsinə şərait yaranır. 

Bir sıra təsadüfi təbii proseslər nəticəsində ilk insan qrupları heç də 

həmişə məhz təbii sərvətləri çox olan yerdə yaranmamışdır. Əgər müxtəlif 

qruplar  əlaqəsiz və  xəbərsiz yaşayırlarsa, zamanca sonra yaranmış, lakin 

ilkin  şəraiti yaxşı olan qrup gec-tez inkişaf səviyyəsinə görə digər qrupu 

keçir. Lakin geri qalan qrup öz maksimal dünyagörüşünün müəyyən mər-

hələsində təbiətdə mövcud olan, əvvəllər istifadə etmək yolunu bilmədiyi 

potensial imkanları reallaşdıra bilir və yenidən qabağa çıxır. Elə hal da ola 

bilər ki, müəyyən bir qrupun inkişafı bütöv bir dövr ərzində bütün başqa-

larından sürətli olsun. Müxtəlif dövrlərdə müxtəlif xalqların mədəni 

səviyyəsinin yüksəkliyi bununla əlaqədardır. 

3. Müəyyən mərhələdə üstün inkişaf səviyyəsinə malik olmuş ölkə-

də maddi aləmin əməli surətdə dəyişdirilməsi və uyğun olaraq əhalinin bi-

lik və bacarığının artması digər ölkələrə nisbətən sürətlə gedir. Bu, həmin 

ölkəyə həm öz daxilindəki, həm də aşağı inkişaf səviyyəli başqa ərazilər-

dəki təbii sərvət və imkanlardan istifadə etməyə  şərait yaradır. Həmin 

mərhələdə ictimai quruluşun xarakteri ilə əlaqədar olaraq bu cür istifadə tə-

cavüzkarlıqla həyata keçmiş  və müstəmləkəçilik yaranmışdır. Göründüyü 

kimi, dövlətlərin gücü və inkişaf səviyyəsi təbii imkanla yox, ondan 

istifadə vasitələri ilə – süni yaradılmış obyektivliklə təyin olunur. 




Yüklə 5,06 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin