Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə3/55
tarix26.02.2017
ölçüsü5,83 Mb.
#9664
1   2   3   4   5   6   7   8   9   ...   55
Bilik – Elm – Bilik 

 

 

 

37



arasındakı  əkslikliyə yönəldir: «Fəlsəfə  dəyişməz,  əbədi olanı, özlüyündə 

mövcudatı  dərk etmək istəyir; onun məqsədi – həqiqətdir. Tarix isə  nə 

vaxtsa mövcud olmuş, başqa bir vaxtda isə sıradan çıxmış və yeri başqaları 

tərəfindən tutulmuş olanlardan danışır. Əgər biz bundan çıxış ediriksə ki, 

həqiqət  əbədidir, onda o keçici olanların sırasına daxil olmur və deməli, 

onun tarixi yoxdur. Amma əgər onun tarixi varsa, tarix ancaq idrakın 

keçmiş obrazlarının təsviri olduğundan, burada həqiqəti tapmaq mümkün 

deyil, belə ki, həqiqət ötəri, keçmiş ola bilməz».

2

1

  



Tarix artıq baş vermiş hadisələri «öyrənir», daha doğrusu, təsvir 

edir. Başqa sözlə, tarix hadisələrin gerçək gedişatının (gerçəkliyin) surəti, 

təsviridir. Əlbəttə, tarixçi baş vermiş hadisələrin sadəcə şəklini çəkmir, çə-

kə də bilməz. Çünki tarix indi yaşadığımız həyatın deyil, nə vaxtsa keçmiş-

də yaşanmış bir həyatın restavrasiyası cəhdidir. 

Aristotel mövcudatın iki halını fərqləndirir: imkan halında olan var-

lıq və gerçəkləşmiş varlıq.

2

2



 Başqa sözlə, söhbət potensial və aktual möv-

cudatdan gedir. Hansı isə ideya konkret dövrün və  şəraitin tələbi ilə 

gerçəkləşirsə, öz maddi təcəssümünü tapırsa və elmi-terminoloji simvolika 

ilə ifadə olunursa, – o artıq tarixə düşmüş olur. Amma tarixi şəraitin 

dəyişməsi ilə  həmin imkanın (ideyanın, planın) sıradan çıxması da 

mümkündür, hər bir yeni şəraitdə yaşarlı olması  və yenidən realizasiya 

imkanını saxlaması da.  

Kuno Fişer də diqqəti fəlsəfə ilə tarix arasındakı  əksliyə yönəldir: 

«Tarix və fəlsəfə anlayışları arasında belə bir əkslik vardır: tarix hadisələ-

rin zamana görə varisliyi olmadan təsəvvür edilə bilməz, fəlsəfə isə həqi-

qətin dərki üzərində qurulur ki, həqiqət də ancaq şeylə tam uyğunluq halın-

da olan təsəvvürdən ibarətdir. Burada iki imkan vardır: təsəvvür  şeyə ya 

uyğundur, ya da uyğun deyil. Birinci halda təsəvvür həqiqi, ikinci halda 

yanlışdır. Həqiqət ancaq birdir, o hadisələrin zamana görə varisliyini ifadə 

etmir və deməli onun tarixi də yoxdur».

2

3



 

Tarix zəruri və ya təsadüfi olmasının fərqinə varmadan, artıq baş 

vermiş hadisələrdən bəhs edir.  

                                                 

1

 Г.В.Ф.Гегель.  Лекции  по  истории  философии.  Книга  первая.  Санкт-Петербург, 



Наука, 2001, с. 74.  

2

 Аристотель. Метафизика. (1045а 30), с.232. 



3

 Куно  Фишер.  История  философии  как  наука // История  Новой  философии; 

Декарт: его жизнь, сочинения и учение. – СПб.: Мифрил, 1994, с.4. 


Elm haqqında elm 

 

 



 

38

Elm nisbi zəruri hadisələri, yəni müəyyən şərtlər daxilində baş ver-



məli olan hadisələri, başqa sözlə səbəb-nəticə münasibətlərini öyrənir.  

Fəlsəfə varlığın dəyişməyən qatlarını, dəyişkənlik görüntüsü arxa-

sındakı sabitliyi öyrənir. 

Tarix dəyişiklikləri, elm dəyişmənin qanunauyğunluqlarını, fəlsəfə 

sabit qalanları əks etdirir.  

Fəlsəfə dünyanı zaman və məkan xaricində öyrənir. Zaman və mə-

kan müəyyənliyi isə tarixin tələbidir. Elmdə tarixi zaman prosessual za-

manla – müddətlə  əvəz olunur. Elm müstəvisində zaman münasibətləri – 

səbəbiyyət, məkan münasibətləri – komparativlik və qarşılıqlı təsir şəklin-

də ortaya çıxır.  

Tarix təkcələr (hadisələr), elm ümumilər arasındakı münasibəti öy-

rənir. Fəlsəfə isə ən ümumilər (universalilər) arasındakı münasibətləri öy-

rənməklə yanaşı, tarixin özünü də ümumilər müstəvisində  nəzərdən keçi-

rir.  İnsan da, bəşəriyyət də  əbədi ideya dünyasının sakinlərinə çevriləndə 

fəlsəfənin predmetinə daxil olurlar. 

Tarix olanı, elm ola biləni, fəlsəfə olmalı olanı öyrənir. Elm gerçək 

dünyanı  təsvir və izah edir, fəlsəfə  əsl (həqiqi) dünyanı  təsəvvür etməyə 

çalışır. Elm insanın barışmalı olduğu reallığı, fəlsəfə insanın yüksəlməli ol-

duğu idealı ifadə edir.  

Tarix hafizəni, elm real dünyanı, incəsənət romantik, fəlsəfə ideal 

(həqiqi) dünyanı öyrənir.  

Elm soyuq ağlın, tarix isidilmiş xatirələrin, fəlsəfə yanar zəkanın 

məhsuludur.  

Tarix nasiranə, elm soyuqqanlı, fəlsəfə poetikdir.  

Tarix hadisələr səviyyəsində qərar tutur, elm hadisələrdən mahiyyə-

tə doğru gedir, fəlsəfə isə mahiyyətdən başlayır. 

Dünyanı dərk etmək üçün elm, dünyanı duymaq üçün poeziya, incə-

sənət var. Fəlsəfə isə duyğulu idrakdan və poetik səviyyəyə qalxmış elm-

dən yaranır. 

Tarix fəlsəfə ilə əks qütb təşkil edir. Fəlsəfə ilə tarixin arasında çox 

geniş bir fikir sahəsi dayanır ki, elmi və bədii təfəkkür də bura daxildir. 

Son dövrlərdə ictimai inkişafın nəticəsi olaraq cəmiyyətin kəsb etdi-

yi yeni keyfiyyət halını səciyyələndirmək üçün elmin bu və ya digər törə-

məsi önə  çəkilir. Ya “informasiya cəmiyyətindən”, ya “bilik cəmiyyətin-

dən”, ya innovasiya dövründən, ya intellektual elitanın prioritetliyindən 


Bilik – Elm – Bilik 

 

 

 

39



söhbət açılır. Bütün bunlar əslində yeni ictimai inkişaf mərhələsinin ma-

hiyyətini dərk etmək və onu rəmzləşmiş şəkildə ifadə etmək təşəbbüsləri-

dir.  İnformasiya da, bilik də tarixin lap ilk dövrlərindən başlayaraq insan 

həyatının ayrılmaz tərkib hissəsi və cəmiyyətin əsas hərəkətverici qüvvələ-

rindən biri olmuşdur. 

Antik dövrdə “bilik” anlayışı çox vaxt “rəy” və ya “münasibət”, “tə-

əssürat” anlayışları ilə müqayisə olunmuşdur. Yəni müəyyən bir hadisə 

haqqında hər hansı bir məlumat, təəssürat və ya rəy hələ bilik hesab olun-

murdu. Bu məsələ özünün klassik təhlilini Platonun “Menon” və «Teetet» 

əsərlərində tapmışdır. Burada biliyin həqiqiliyi, xeyirli və ya ziyanlı olması 

və s. bu kimi fundamental məsələlər müzakirə olunur. Amma hələ elmi və 

qeyri-elmi bilik bölgüsü aparılmır.  

Bu problem orta əsrlərdə də filosofların əsas müzakirə mövzuların-

dan olmuşdur. İslam Şərqinin böyük filosofu və alimi Əbu Nəsr Fərabi bi-

liklərin və elmlərin təsnifatına dair tədqiqat aparmaqla yanaşı, Platonun bi-

lik haqqında baxışlarını da təhlil etmişdir. Fərabinin Platonu «Teetet» əsə-

rində biliyi tədqiq edir və bilik insan üçün ən ali məqsəd hesab olunur. 

Fərabi Platonu Protaqorla müqayisə edir və göstərir ki, Protaqora görə, in-

san ətrafdakı şeylər haqqında biliklər əldə edə bilməz: o, ancaq anadangəl-

mə biliklərə malikdir.

2

1

 (Əslində Fərabinin Protaqoru da elə Platondur, çün-



ki Platon öz əsərlərindəki iştirakçıların dilindən təkcə onların ona bəlli 

olan mövqeyini yox, həm də öz mövqeyini ifadə edirdi.) Platon özünün 

«Protaqor»  əsərində bu məsələni təhlil edərkən iştirakçı  tərəfin mövqeyi 

olaraq göstərir ki, öyrənmə, təlim, tədqiqat doğrudan da fayda vermir və 

düzgün biliklərə gətirmir. Lakin bu mövqeyə cavab kimi göstərir ki, tədqi-

qat elə məhz bilikləri əldə etmək üçündür. Bu mövqe «Menon» əsərində də 

davam etdirilir.

2

2



  

Maraqlıdır ki, hələ o dövrdə Platon bilikləri təkcə idrak müstəvisin-

də deyil, həm də  fəzilət və fayda müstəvisində  nəzərdən keçirirdi. Bu 

yanaşma iki min üç yüz il sonra praqmatizm fəlsəfəsində yenidən gündəmə 

gəlir. Bir fərqlə ki, Platon insanların faydalı  və xeyirli hesab etdikləri ilə 

həqiqətdə faydalı və xeyirli olanı fərqləndirirdi. Çünki ictimai rəy zərurəti 

                                                 

1

 Аль-Фараби. Историко-философские трактаты, с. 109. 



2

 Bax:  Платон.  Собрание  сочинений  в 4-х  томах.  Том 1, М., «Мысль», 1990. 

Протагор  (с. 418-476. Менон  (с. 575-612); Аль-Фараби.  Историко-философские 

трактаты, с. 110-111.  



Elm haqqında elm 

 

 



 

40

və həqiqəti ifadə etməyə də bilərdi və Platona görə bir qayda olaraq belə 



də olurdu. Fərabi bu mövqeyə şərh verərək faydalı və sərfəlini fərqləndirir. 

Fərabiyə görə, faydalı (Xeyir) zəruri ola bilər, sərfəli isə heç də  həmişə 

zəruri və müsbət bir şey olmur.

2

1



 

Filosofu başqa sənət sahiblərindən fərqləndirən odur ki, o, şərti-fayda-



lı şeylərlə həqiqətən faydalı olan zəruri-faydalı şeylər arasındakı fərqi üzə çı-

xarır. «Pir» əsərində o, zəruri biliklərin aşkarlanmasını fəlsəfənin əsas vəzi-

fələrindən biri kimi təqdim edir. Digər sənət sahələrində isə biliklər şərti xa-

rakter daşıyır. Məsələn, «İon»  əsərində göstərdiyi kimi, poeziyanın verdiyi 

biliklər həqiqətdən uzaq olduğuna görə nəyinki fayda vermir, əksinə, məq-

səddən uzaqlaşdırır. 

Fərabi isə zəruri bilikləri deyil, zəruri mövcudatı önə çəkir. O, «ət-

T‘əliqat» əsərində yazır: «Müdriklik – həqiqi varlığın dərkidir, həqiqi var-

lıq isə özü-özlüyündə zəruri mövcudatdır. Filosof məhz özü-özlüyündə Zə-

ruri haqqında kamil biliyi olandır».

3

2

 Bu məsələdə Platonla Fərabi arasında 



eyniyyət məqamı  həqiqi, zəruri olanın önə  çəkilməsidir. Fərq isə bundan 

ibarətdir ki, Platon həqiqi varlıq və zəruri mövcudluq dedikdə ideyanı, Fə-

rabi isə Allahı nəzərdə tutur. Fərabiyə görə, «Birincidən başqa həqiqi filo-

sof yoxdur, belə ki, ancaq o, özünü dərk etməkdə kamildir».

3

3

 «Özü-özlü-



yündə  zəruri olan – məqsəddir və  hər  şey onunla tamamlanır… Hər bir 

məqsəd fəzilətdir. O isə – mütləq fəzilətdir».

3

4

 Burada Fərabi fikrini əsas-



landırmaq üçün Qurani-Kərimin ən-Nəcim surəsindən «Ağır dönüş Rəbbi-

nədir» (42-ci ayə) kəlamını yada salır. Platonda isə «ideya» anlayışı daha 

mütəhərrik olduğundan o, rahatlıqla «zəruri bilik» anlayışına keçir və fəl-

səfəni bəni-adəm üçün də əlçatan edir. Lakin bununla belə, filosofluq sıra-

dan biri üçün yox, ilahi mahiyyətə qovuşanlar üçündür.  

Platona görə, zərurət ideyaya adekvatlıq kimi başa düşülməlidir. Hər 

hansı bir şeyi anlamaq bu şeyin ideyasını anlamaqdır.

3

5



 İdeya isə adi insan-

lar üçün əlçatmaz olduğundan onlar adətən şey haqqında hissi təcrübədən 

çıxış edərək rəy söyləyir, fikir yürüdürlər. Hisslərin verdiyi məlumat isə 

                                                 

1

 Аль-Фараби. Историко-философские трактаты, с. 116. 



2

 Аль-Фараби. Естественно-научные трактаты. Алма-Ата, Наука, 1987, с. 286. 

3

 Yenə orada. 



4

 Yenə orada.  

5

 Н.Е.Скворцов.  Платон  о  сознании  в  борьбе  с  сенсуализмом  и  эмпиризмом. – 



Платон: Pro et contra. СПб.: 2001, с. 278. 

Bilik – Elm – Bilik 

 

 

 

41



hələ  həqiqət (deməli həm də bilik) deyil. Platon hər cür sensualizmə  və 

empirizmə qarşı çıxaraq həqiqətin ancaq ruhun ideyaya ilkin bələdliyindən 

üzə çıxdığını iddia edir. Platona görə, ruh əbədi olduğundan həqiqi biliklər 

insana  əslində  əvvəlcədən məlumdur.  İnsan özünə  məlum olanı sadəcə 

yadına salır.

3

1



 Ona görə də fikir şeyə yox, ruha yönəlməlidir.  

Əlbəttə, Platon ruhda biliklərin əvvəlcədən və məhz bir həqiqət ola-

raq mövcudluğunu ruhun əvvəlki həyatı ilə və deməli, əslində virtual hissi 

təcrübənin məhsulu kimi izah edir. Bununla da, Platon fərqinə varmadığı 

bir paradoksla üz-üzə qalır. Belə ki, çağdaş insan həyatında hissi təcrübə-

nin roluna elə  də önəm verməyən Platon həqiqi bilikləri nəticə etibarilə 

yenə də (virtual) hissi təcrübənin nəticəsi kimi izah etmək məcburiyyətində 

qalır. Halbuki, Fərabinin, İbn Sinanın, Ş.Y.Sührəvərdinin, bir sözlə, islam 

fəlsəfəsinin mövqeyindən çıxış etdikdə, bu biliklər Allah vergisi və ya 

«alın yazısı» kontekstində daha yaxşı izah olunur. Bu biliklər ona görə hə-

qiqətdir ki, onu Yaradanın özü təlqin edir. Hər bir yaradılmış şeyin ideyası 

ancaq yaradıcıya məxsus ola bilər. İnsanlar isə hissi təcrübə yolu ilə artıq 

yaradılmışın öyrənilməsi sayəsində onun əsasında duran ideyanı əxz etmə-

yə çalışırlar. Fikir maddi təcəssümdən ideyaya, yəni bir növ geriyə doğru 

hərəkət edir. 

Biliyin genezisi ilə bağlı fikirlər nə qədər fərqli olsa da, o artıq müs-

təqil bir dəyər kimi qəbul olunur və ictimai tərəqqinin zəruri əsası kimi gö-

türülürdü.  

Hələ XVII əsrdə Avropa Yeni Dövrə qədəm qoyduğu vaxtlarda bili-

yin xüsusi rolu önə çəkilirdi. Bekonun “Bilik – qüvvətdir” kəlamı az qala 

Yeni Dövrün devizi kimi qəbul olunurdu. Lakin hansı bilik? Yeni Dövrdə 

söhbət məhz elmi bilikdən gedirdi; elmi biliyin ictimai həyata tətbiqindən, 

təbiətin ram edilməsindən, biliklə silahlanmış insanın yeni statusundan ge-

dirdi. Bir tərəfdən, təbiət haqqındakı biliklərin strukturlaşması, təşkilatlan-

ması və bununla da “elmi bilik” meyarına yiyələnməsi, digər tərəfdən, cə-

miyyətin öz strukturunda elmi fəaliyyət üçün halqalar açılması, insanın 

təbiətlə qarşılıqlı münasibətinin elm və texnika ilə vasitələnməsi və s. bu 

kimi hadisələr biliyin yeni statusundan xəbər verirdi.  

                                                 

1

 Платон. Менон // Собрание сочинений в 4-х томах. Том 1, М., «Мысль», 1990, с. 



595. 

Elm haqqında elm 

 

 



 

42

Bəs XX əsrin axırları, XXI əsrin  əvvəllərində  nə kimi inqilabi də-



yişikliklər baş vermişdir ki, insanlar yenə də biliyin xüsusi rolundan, “bilik 

cəmiyyətindən”, “informasiya cəmiyyətindən” danışmağa başlamışlar?  

Əvvəla, “informasiya” haqqında. İndi bu söz bir qədər fərqli mənada 

və  fərqli bir hadisəni ifadə etmək üçün işlədilir. Yəni  əgər Yeni Dövrdə 

söhbət insanın təbiət haqqında biliklər  əldə etməsindən və bu biliklərdən 

istifadə edərək təbiət qüvvələrinin insana xidmətini təmin etməsindən ge-

dirdisə, sonrakı dövrlərdə daha artıq təbiətlə deyil, “ikinci təbiətlə”, maddi-

mədəni mühitlə üz-üzə dayanan insan ictimai inkişafı  təmin etmək üçün 

yeni hərəkətverici qüvvə, yeni potensial imkan axtarışında öz daxili poten-

sialını kəşf etmək, üzə çıxarmaq və reallaşdırmaq mərhələsinə qədəm qo-

yur.  Əvvəllər ancaq fiziki qüvvənin,  əlin imkanlarını artırmağa xidmət 

edən biliklərdən fərqli olaraq, indi intellektual potensialın, beyinin imkan-

larının artırılmasına xidmət edən biliklər ortaya çıxır. Təbiətin modelləşdi-

rilməsi və onun daxili potensialının daha optimal şəkildə səfərbər olunması 

prosesinə indi həm də insan intellektinin modelləşdirilməsi, insan beyninə 

alternativ olaraq informasiyanın yeni texniki daşıyıcılarının quraşdırılması, 

texniki yollarla saxlanması və ötürülməsi, çoxaldılması və yayılması pro-

sesləri əlavə olunmuşdur. Bu, əlbəttə, yeni keyfiyyətli bir hadisə olmaqla 

ictimai inkişaf üçün də yeni, daha böyük meydan açır.  

(Əlbəttə, insan təbiəti öz düşüncəsinə, biliklərinə  və ehtiyaclarına 

uyğun surətdə dəyişdirərkən, ona elə gəlir ki, ağ lövhə üzərində nə isə yeni 

bir söz yazır. Əslində o, çox incə strukturla yazılmışların üzərindən çox qa-

ba, kobud hərflərlə yazır. Lakin hər halda öz yazdıqlarını oxumaq iqtida-

rında olduğu üçün özü yaratdığı “ikinci təbiət”də özünü daha rahat hiss 

edir. Və yazdıqlarını davam etdirmək əzmində olur. Çünki onun dilini öv-

ladları da bilir – bütün bəşəriyyət bilir.) 

Bəşər tarixində hər dəfə yeni keyfiyyətli ictimai inkişaf mərhələsinə 

keçid heç də ayrı-ayrı kəşflər, ixtiralar sayəsində baş tutmur. Daha doğru-

su, bu keçidin təməlində məhz həmin kəşflər dayansa da, ancaq bu kəşfin 

nəticələri bütün cəmiyyətə paylandıqdan və bütövlükdə  cəmiyyət yeni 

mərhələyə qədəm qoyduqdan sonra belə bir keçid baş tutmuş sayılır.  

Piter Draker yazır: “Ümumi bilikdən ixtisaslaşmış biliklər komplek-

sinə keçid biliyi yeni cəmiyyət qurmaq iqtidarında olan qüvvəyə keçirir. 

Amma nəzərə almaq lazımdır ki, belə  cəmiyyət ixtisaslaşmış  fənlər kimi 

təşkil olunmuş biliklərə əsaslanmalıdır və onun üzvləri də müxtəlif sahələ-


Bilik – Elm – Bilik 

 

 

 

43



rin mütəxəssisləri olmalıdır”.

3

1



 Yəni müəllif Yeni Dövr üçün elmin sahələri 

üzrə ixtisaslaşma zərurətini sivilizasiyanın  əmək bölgüsündən başlanması 

ideyasının daha bir təzahürü kimi izah edir. Hər bölmənin öz daxilində 

şaxələnmələr gedir və elm də istisna deyil. Hamı eyni şeyləri bilsəydi, bir-

birini təkrar etsəydi, cəmiyyət insanlara nəzərən daha böyük bir potensial 

əldə edə bilməzdi. Burada biz cəmiyyət üçün spesifik olan yeni bir top-

lanma qanunu ilə üzləşirik. Belə ki, burada cəm ancaq müxtəlif toplananla-

rın cəmidir; bir-birini təkrar edən, eyni keyfiyyətli toplananlardan ancaq 

biri – ən böyüyü götürülə bilər.

3



  

Bundan  əlavə, ayrı-ayrı komponentlər sadəcə yanaşı qoyulmaqla 

toplana bilməz, müxtəlif elm sahələrinə aid biliklər də  cəmiyyətin istifa-

dəsinə bir tam halında verilə bilməz. Burada toplanma ya ümumi elmi 

dünyagörüşü çərçivəsində ümumiləşdirici təlimlər və ya fənlərarası yeni 

bilik sahələri (kibernetika, sinergetika və s.) sayəsində həyata keçməli, ya 

da cəmiyyət özü birləşdirici amil kimi çıxış etməlidir. Təsadüfi deyildir ki

P.Draker də bu kontekstdə “cəmiyyətin tamlığını  təmin edən və bizim 

həyatımızı mənalandıran amillərdən”

 

bəhs edir.



3

2

 



Hər bir ölkənin müəyyən bir təbii sərvəti olduğu kimi, hər bir xalqın 

da müəyyən intellektual potensialı var. İnkişafın yüksək pillələrində bu 

ikinci sərvətin daha önəmli olduğu və daha çox imkanlar aça bildiyi aşkar 

olur. Lakin intellektual potensialın realizasiyası elə  də asan məsələ deyil. 

Müdriklər təsadüfən demirlər ki, biliklərin  ən vacibi nəyi bilmək lazım 

olduğunu bilməkdir. Yəni hər bir şəxs üçün də, bütövlükdə xalq üçün də 

ən vacib məsələlərdən biri intellektual potensialın hansı istiqamətdə yönəl-

dilməsi və hansı sahələrdə mütəşəkkil biliyə çevrilməsidir. Bilik intellek-

tual potensialın aktivləşmiş, reallaşmış formasıdır.  

Biliyin özü isə müvafiq həyat sahələrində, əməli fəaliyyət prosesində 

gerçəkləşir.  

Neçə min illər ərzində müxtəlif xalqların səyi ilə toplanmış bir bilik 

sərvəti vardır ki, hər bir dövrdə kimin bu sərvətə necə və nə dərəcədə yiyə-

                                                 

1

 П.  Дракер.  Посткапиталистическое  общество // Новая  постиндустриальная 



волна на Западе. Антология. М., Academia, 1999, с. 100.  

 Burada əslində iki yeni toplanma qanunundan istifadə olunur. Birincisi, ancaq müx-



təlif keyfiyyətli komponentlər toplanır.  İkincisi, eyni keyfiyyətli hədlərin cəmi  ən böyük 

toplanana bərabər götürülür. 

2

 Yenə orada. 



Elm haqqında elm 

 

 



 

44

lənməsi bir inkişaf və güc göstəricisinə çevrilir. Lakin ümumbəşəri bilik 



xəzinəsindən pay götürərkən də hər şey düzgün seçim edilməsindən asılı-

dır. Yuxarıda dediyimiz kimi, lazım olanı və qədərində götürmək bacarığı 

sonradan bu götürdüyünü real həyatda səmərəli tətbiq edə bilmək üçün 

ilkin şərtdir.  

İnsanların məlum biliklərə yiyələnməsi təlim vasitəsilə – təhsil pro-

sesində həyata keçirilir. Əlbəttə, burada işin yekun səmərəsi təhsilin məz-

mununun düzgün müəyyən edilməsindən asılıdır. Ona görə  də bu işə  hər 

bir xalqın ən yüksək intellektualları, ilk növbədə filosofları cəlb olunmalı-

dır. Burada hələ söhbət elmdən, daha doğrusu elmin özündən deyil, onun 

nəticələri olan hazır biliklərdən və bu biliklərin seçilməsi və mənimsənil-

məsindən gedir. Lakin inkişaf üçün bu yetərli deyil. Hər bir yeni nəsil öz 

növbəsində ümumictimai bilik sərvətinə yeni töhfələr verməli, onu daha da 

zənginləşdirməlidir. Bax, elm bu mərhələdə ortaya çıxır. Lakin bu zəngin-

ləşdirmə prosesində də müəyyən bir seçim olmalıdır. Yəni kim necə gəldi 

və nə oldu yeni bir bilik “icad edib” dünya elmi prosesinə kortəbii surətdə 

qatılmaq istəyirsə, bunun heç bir səmərəsi olmayacaqdır.  Əvvəla, dünya 

xalqları arasında nəinki bir mövzu bölgüsü yoxdur, hətta indiki məqamda 

kimin nə ilə məşğul olduğu və nə üçün məhz həmin problemi araşdırdığı 

heç də hamıya bəlli deyil. Çoxları bu prosesə kortəbii surətdə qatılır və 

çoxları artıq tapılmışları yenidən icad etməklə məşğul olur. Və bu mənada 

elm sanki əyləncəli məşğuliyyət sahəsi kimi bir oyunu xatırladır. İnsan ya 

peşəkar vərdişlərə yiyələnərək öz vərdişlərindən asılı  vəziyyətə düşür, ya 

da bu bir aludəçiliyə, yaxşı mənada xəstəliyə çevrilir. Əlbəttə, elmə bir və-

zifə kimi baxan bu sahədə çalışmaqla sadəcə öz vəzifə borcunu yerinə yeti-

rən adamlar da vardır. Daha doğrusu, elmi təşkilatlar bürokratik qurumlara 

çevrilir və burada nizam-intizam yaradan “elm rəhbərlərinin”, direktorların 

təsəvvüründə elm bir normativ fəaliyyət sahəsi kimi çıxış edir. Burada işə 

düzəlirlər, vaxtı-vaxtında gəlib-gedirlər və yuxarıdan təyin olunmuş qay-

dada məvacib alırlar. Bir başqaları üçün isə elm yaradıcı sahədir və  hər 

hansı bir norma ilə tənzimlənməsi real deyil. 

Biliyin həm üfüqi, həm də şaquli müstəvilərdə çox müxtəlif forma-

ları vardır. Üfüqi müstəvidə bilik məzmununa görə, əks etdirdiyi sahələrə 

görə fərqlənir. Yəni, biliklər “nə haqqında bilik” sualına cavab baxımından 

təsnif edilə bilər. Burada təbiət, cəmiyyət, insan kimi böyük qruplaşmalar-

la yanaşı, daha konkret mövzularda, məsələn, meşə, dəniz, çay, yaxud yar-


Bilik – Elm – Bilik 

 

 

 

45



paq, çiçək, meyvə, yaxud söhbət insandan gedirsə – tələbə, müəllim, hə-

kim, yaxud – alman, ingilis, rus, yaxud – uşaq, gənc, qoca və s. bu kimi 

daxili qruplaşmalar gedir. Yəni məhz uşaqlar haqqında biliklərin toplusu, 

məhz ağaclar haqqında biliklər, bitkilər haqqında biliklər və s. Lakin bu 

cür pərakəndə bölgü biliklərin elmi təsnifatına imkan vermir. Ona görə də

bölgü üçün daha universal meyarlar seçilir.  

Tutaq ki, söhbət təbiətdən gedir; onda burada biliklər küll halında 

“təbiətşünaslıq” adı altında birləşdirilə bilər. Özü də bu təbiətşünaslığın adi 

şüur səviyyəsində  və elmi idrak səviyyəsində  də iki fərqli mənası vardır. 

İbtidai siniflərdə  uşaqlara təbiət haqqında sadəcə  məlumat verilir və bu 

məlumat heç də elmi bilik deyil. Yuxarı siniflərdə isə təbiət haqqında məhz 

elmi biliklərin  əsaslarını  təqdim etmək üçün təbiətşünaslıq özü bir neçə 

sahələrə ayrılır. Ən ümumi və şərti bölgülər, məsələn, “canlı təbiət”, “can-

sız təbiət” və “ikinci təbiət” kimi aparılır. Lakin onların da hər biri yenidən 

bölünür. Canlı və cansız təbiət arasında sanki bir keçid sahəsi olaraq “üzvi 

təbiət”i ayrıca nəzərdən keçirmək mümkün olur. Məsələn, molekulyar sə-

viyyədə öyrənilərkən cansız təbiət qeyri-üzvi və üzvi təbiətə ayrılır. Kimya 

elmində də buna uyğun olaraq :”qeyri-üzvi kimya” və “üzvi kimya”. Fizi-

kada isə belə bölgüyə ehtiyac olmur, çünki fiziki proseslər üçün obyektin 

tərkibi önəmli deyil. Daha doğrusu, makro hadisələrdə bu fərq ümumiy-

yətlə özünü göstərmir. Mikro proseslərdə isə, atomlar və elementar zərrə-

ciklər səviyyəsində yenə  də “üzvi” və “qeyri-üzvi” bölgüsünə ehtiyac 

qalmır.  

Beləliklə, elementar zərrəciklər və atomlar miqyasında baş verən 

proseslər fizikanın müəyyən sahələrində öyrənildiyi halda molekulyar sə-

viyyədə olan proseslər kimya elminin predmetinə daxil olur və daha böyük 

quruluş səviyyəsində isə hadisələrin öyrənilməsi yenə də fizikanın predme-

tinə daxil olur. Biz bunu ona görə xüsusi vurğulayırıq ki, əslində elmi 

biliklərin və elmlərin təsnifatı öyrənilən predmet sahəsinə və onun struktur 

xüsusiyyətlərinə görə olsaydı, bu iki “fizika” elmi başqa adlarla, müstəqil 

fənlər kimi təqdim edilməliydi. Amma ənənəvi olaraq hər iki struktur sə-

viyyəsi fiziklər tərəfindən öyrənildiyinə görə, kimya elmi sanki bu iki fizi-

kanın arasına daxil olmuşdur. Eləcə  də daha böyük miqyaslarda, meqa-

aləmdə gedən müəyyən proseslərin öyrənilməsi astronomiyanın deyil, ye-

nə  də fizikanın predmetinə daxil edilir. Şərti olaraq biz bu üç fizikaya 

mikro-fizika”, “makro-fizika” və  “mega-fizika” deyə bilərik. Lakin ənə-




Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin