Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə6/55
tarix26.02.2017
ölçüsü5,83 Mb.
#9664
1   2   3   4   5   6   7   8   9   ...   55

 

 

 

 

 

Yeni idrak modelləri 

 

 



Hər bir şey, əgər o tamamlanmış bir formaya və hansı isə funksiyaya 

malikdirsə, deməli, müəyyən bir ideyanın daşıyıcısıdır. Əslində şeylər bir 

yox, bir çox ideyanın daşıyıcısıdır. Lakin biz cisimləri onların mahiyyətini 

ifadə edən ideyaya müvafiq adlandırırıq. Təsadüfi deyil ki, eyni bir şey 

müxtəlif situasiyalarda, kontekstlərdə  fərqli ideyanın önə  çəkilməsi ilə – 

fərqli adla qeyd oluna bilər. Məsələn, formaca dairəvi olan qızıl üzük hən-

dəsi kontekstdə «dairə», öz funksiyası baxımından «üzük», maddi dəyər 

baxımından müəyyən kütləyə malik «qızıl» kimi qeyd edilir. Başqa sözlə 

desək, cismin daşıdığı ideyalardan hər dəfə biri mahiyyət kimi önə çəkilir.  

Burada söhbət ideyanın özündən,  canlı ideyadan yox, onun müəy-

yən növ cisimlərdə passiv halda təmsil olunmasından, onun kopiyalarından 

gedir. Kopiyalar isə çox olur və müxtəlif cisimlərdə daşınır. Hissi dünyada 

hər bir cismi fərqləndirən, onu özü edən isə onun hansı ideyaları və hansı 

nisbətdə daşıması (saxlaması) faktorudur. Cansız cismin, habelə insan dı-

şında bütün canlıların daşıdığı bütün ideyalar passivdir. Hansı isə ideyanın 

önə çəkilməsi, aktivləşməsi, aydınlaşması ancaq idrak prosesində mümkün 

olur.  

Subyekt cismi, hadisəni dərk edərkən onun daşıyıcısı olduğu ideya-



ları məqsədyönlü surətdə axtarıb üzə çıxarır. Yəni cisimdə passiv halda da-

şınan hər hansı ideya öz-özünə, öz sayəsində deyil, subyektin – insanın nə-

zərlərinin yönəlməsi, fokuslanması sayəsində işıqlanır, aşkarlanır. İşraqilik 

təlimində buna işraq, fenomenologiyada isə intensiallıq deyilir.  

Fenomenologiyada istifadə olunan fenomen termini də cismin özün-

dən onunla fərqlənir ki, idrak prosesində cismin daşıdığı bütün passiv ide-

yalar kompleksi deyil, ancaq bir və ya bir neçə ideya aydınlaşır, aktivləşir 

və baxılan kontekstdə cismi əvəz edir. Yerdə qalan isə Kantın «özlüyündə 



şey» adlandırdığı, aktivləşməmiş  və konkret idrak aktında subyekt üçün 

Elm haqqında elm 

 

 



 

78

qaranlıq qalan passiv ideyalar toplusudur. Bu mənada qaranlıq heçlik kimi 



də başa düşülə bilər.  

Beləliklə, «özlüyündə  şey»  əslində Kant fəlsəfəsində  təqdim olun-

duğu kimi, idrak üçün həmişə əlçatmaz, qaranlıq bir sahə kimi deyil, hər 

bir konkret dərk prosesində idrakdan kənarda qalan hissə kimi dəyərləndi-

rilməlidir. Bu cür yanaşdıqda aqnostisizmlə fenomenologiyanın sanki sin-

tezindən çıxış etməklə yeni bir idrak modeli yaranır.  

Bu halda belə bir sual ortaya çıxır: cisimlərdəki hansı isə ideyanın 

aktivləşməsi (işıqlanması) daha çox kimdən (nədən) asılıdır? Cisimdənmi, 

yoxsa subyektdənmi?  

Cismin özü özündə olan passiv ideyaları aktivləşdirmək, işıqlandır-

maq qabiliyyətinə malik deyil. Bu qabiliyyət ancaq insanda var. Lakin in-

san cisimdə olanı necə «görür», yaxud necə tanıyır? Özündə  əvvəlcədən 

olmayan bir ideyanı insan necə «tanıya» bilər? Deməli, bu ideyalar (həm 

də bütün cisimlərə aid olan ideyalar) insanda öncədən vardır. Cisimlə kon-

takt, subyekt-obyekt münasibəti əvvəlcə müvafiq ideyaların insan beynin-

də canlanması üçün bir vəsilə olur. Və sonra bu canlanmış ideyanın guya 

cisimdə də üzə çıxarılması təəssüratı yaranır. Amma cismdəki passiv ide-

ya, əslində yenə də passiv halda qalır.  

Buradan belə bir qənaətə  gəlmək olar ki, insan bütün digər ci-

simlərdən, varlıqlardan fərqli olaraq təkcə öz bədəninin ehtiva etdiyi, yəni 

özünə aid olan ideyaların deyil, həm də bütün digər cisimlərdə olan ideya-

ların daşıyıcısıdır və onları canlandırmaq imkanına malikdir. Həm də bu 

keyfiyyət insan bədəninə aid deyil. Bədən özü də bir cisim olaraq «özündə 

şey»dir, müəyyən passiv ideyaların daşıyıcısıdır. Və onun da dərk olun-

ması üçün işraq, intensiya lazımdır.  

Yeganə belə bir versiya qalır ki, bədəndə yerləşən hansı isə orqan nə 

isə əlahiddə bir keyfiyyətə malikdir, yəni başqa cür proqramlaşdırılmışdır. 

Bax, beyin belə bir əlahiddə xüsusiyyəti ilə bədənin bütün digər orqanla-

rından fərqlənir. O, sanki bütün kosmosda təcəssüm olunmuş mümkün ide-

yaların daşıyıcısı və onların canlandırıla bilməsi üçün bir vasitədir.) 

Necə ki, radioqəbuledici özü bir cihaz kimi müəyyən passiv ideya-

nın daşıyıcısıdır və eyni zamanda tamamilə başqa ideyaların ötürülməsinə, 

səslənməsinə xidmət edir. Yaxud kitab və ya kompüter özləri bir cisim ola-

raq müəyyən mahiyyətə malikdirlər, «kitab» və ya «kompüter» ideyaları-

nın daşıyıcılarıdır. Və bununla belə, həm də olduqca fərqli ideyaların mə-


Bilik – Elm – Bilik 

 

 

 

79



lumatların daşıyıcısıdır. Bu məlumat-ideyalar kitab və kompüter üçün kə-

nar, yad ideyalardır. Burada ideyaların simvolik saxlanmasından söhbət 

gedir.  

Kompüterdə  də müəyyən bir məlumatın passiv yaddaşdan çıxarıla-

raq operativ yaddaşa keçirilməsi mümkündür. Burada hansı isə  məlumat-

ideya müəyyən bir proqram əsasında aktivləşir, işıqlandırılır. Amma insan 

üçün işıqlandırıcı amil kənar təsirdir.  

Belə bir təsir ümumi halda situasiya, mühit və ya daha geniş miq-

yasda götürsək, təbiət, hissi dünya, kosmos sayıla bilər.  Əlbəttə, kosmik 

amil Allahın iradəsi kimi də şərh edilə bilər. Lakin indi bizi maraqlandıran 

bu deyil. 

Hissi dünyada, cisimlərdə olan passiv ideyalarla insanın potensial 

hafizəsində olan ideyaların adekvatlığı, birqiymətli eyniyyət problemi 

fəlsəfədə  ən mübahisəli məsələlərdən biridir. Bir çox təlimlər, filosoflar 

belə hesab edirlər ki, insanda ideya hissi təcrübənin nəticəsi olaraq, yəni 

cisimdəki xassələrin, passiv ideyaların üzə çıxarılması, inkası kimi yaranır. 

Platonun «Menon» əsərində yazdığına görə, insan nəfsi ölməz olduğundan 

və insanın əvvəlki həyatlarındakı təcrübələrin nəticələri universal hafizədə 

saxlandığından onun indiki həyatında cisimləri  xatırlamasından,  tanıma-

sından və ya yenidən dərkindən (raspoznovanie) söhbət gedə bilər

7

1



. Lakin 

bu halda da tam adekvatlıqdan danışmaq çətindir. Yaxud Platonun başqa 

bir fikrinə uyğun olaraq cisimlər (əslində cisimlərdəki passiv ideyalar) ide-

yaların (əslində mütləq ideyaların) surətləridir. Lakin bu zaman hissi dün-

yada ideyalar təhrif olunduğundan, yenə də orijinala tam adekvat olmur.  

Yeganə bir versiya qalır: həm cisimlərdəki, həm də insanın genetik 

hafızəsindəki ideyalar eyni bir yaradılış proseslərinin nəticələridir. Başqa 

sözlə, mikrokosmdakı passiv ideya ilə cisimdəki passiv ideya – hər ikisi 

eyni bir aktiv, orijinal ideyanın surətləri olduğuna görə, bir-birinə ekviva-

lentdirlər.  

İnsanın kosmik ruhla (dünya ilə) əlaqəsi onun daşıdığı daha yüksək 

səviyyəli ideyanın realizasiyası kimi həyata keçir. Əql kosmik ideyanın re-

alizasiyasıdır. Bu ideyanın realizasiyası da xarici aləmlə, mühitlə qarşılıqlı 

əlaqə prosesində  həyata keçir. Kosmik ruh (mikrokosm) bütün insanlar 

üçün eyni potensial baza olduğuna görə insanlar hamısı «bu dili» bilirlər. 

                                                 

1

 Платон. Собрание сочинений в 4 т.: Т. I М., «Мысль», 1990. – с. 588-589. 



Elm haqqında elm 

 

 



 

80

Sadəcə olaraq, müxtəlif adamlar üçün bu potensialın müxtəlif hissələri 



aktivləşmiş olur. Yəni insan ona daxilən xas olan bu potensial bilik ba-

zasından yararlana bilmək üçün intellektual iradə nümayiş etdirməlidir.  

Canlanmış, işıqlanmış ideya kopiyalanmaq və çoxalmaq imkanına 

malikdir. Bu isə maddi realizasiya prosesində həyata keçir.  

Eyni ideyanın müxtəlif daşıyıcılarının olması materialın bolluğun-

dan asılıdır. Eyni qədər materialdan müxtəlif  şeylərin yarana bilməsi isə 

ideyaların bolluğundan asılıdır.  

İdeya yoxsulluğu şəraitində dünya yeknəsəq və bir-birini təkrarla-

yan şeylərdən ibarət olardı. Burada «müxtəliflik» ancaq materialın müxtə-

lifliyi və məkan-zaman fərqi sayəsində mümkün olur.  

İdeya zənginliyi isə müxtəlif mahiyyətli şeylərin yaranmasına im-

kan verir. Bu müxtəliflik çox vaxt potensial imkan şəklində də özünü gös-

tərir. Başqa sözlə, bu zaman virtual müxtəliflikdən söhbət gedə bilər. Bir 

tərəfdə məhdud miqdarda material və olduqca müxtəlif ideyalar, formalar, 

layihələr… Digər tərəfdə isə məhdud sayda ideyalar və material bolluğu… 

Hər bir yaranış ideya və materialın konkret bir görüşü, başqa sözlə 

desək, ideyanın maddi realizasiyasından ibarətdir. Digər tərəfdən, artıq re-

allıq olan hər bir cisim özündə daşıdığı passiv ideyanı (ideyanın konkret 

bir surətini, kopiyasını) özü canlandıra bilməz. Bu ancaq insan idrakının 

məqsədyönlü fokuslanması sayəsində mümkün olur. Və canlanmış ideya 

yenidən yüzlərlə kopiyalar vasitəsilə çoxala bilər.  

Bizim real dünyamız virtual ideyalar dünyası ilə virtual materiallar 

dünyasının «təsadüfi görüşlərindən» hasil olur. İki  əksqütblü virtuallığın 

toplanmasından bir reallıq yaranır. İnsana bəzən elə gəlir ki, o bu görüşləri 

idarə edə bilər. Lakin insan buna ancaq lokal bir miqyasda, ancaq konkret 

bir ideyanın realizasiyası miqyasında müyəssər olur. Geniş miqyasda gö-

türdükdə isə bu, insan üçün idarəolunmaz bir prosesdir və ancaq daha bö-

yük bir qüdrətin istəyi və iradəsi ilə həyata keçir. İnsanlar bu qüdrətə Allah 

deyirlər.  

Maddi şeylərin cəmlənməsi yalnız hər hansı bir canlı ideyanın ca-

zibəsi sayəsində yeni bir sistemin, yeni bir mahiyyətin yaranmasına gətirib 

çıxara bilər. Bu toplanma əslində sintezdir, yeni bir mahiyyətin  əvvəlki 

materialları istifadə etməsidir. Bu zaman toplananların mahiyyəti arxa pla-

na keçir və bütöv sistem bir mahiyyətin, bir yeni canlı ideyanın maddi rea-

lizasiyası kimi görünür (üzə  çıxır).  Əgər belə bir səfərbəredici ideya ol-


Bilik – Elm – Bilik 

 

 

 

81



masa, guya toplanan şeylər əslində özü olaraq qalacaq və onların məkanca 

bir yerə cəmlənməsi yeni bir mahiyyətin yaranmasına səbəb olmayacaqdır. 

 

Maddi dünyanı ümumiləşdirən, hissi olaraq qavranılan bütün 



mövcud şeyləri və hadisələri bir tamın hissələri kimi qəbul etməyə imkan 

verən cəhət nədən ibarətdir? Burada da sual iki istiqamətdə qoyula bilər. 

Hər şeyi ehtiva edən, hər şeyin cəmi olan nə isə varmı? Yaxud hər şeyə da-

xil olan nə isə varmı, başqa sözlə bütün hissi şeylərin əsasında nə dayanır? 

Təbii-elmi təlimlərdə bunlar kosmos və ya kainat, atom və ya element kimi 

qeyd edilir. Lakin həm ən böyük, ən əhatəli olanı, həm də ən kiçik, ən ele-

mentar olanı, həm sonsuzluğu, həm də tükənməzliyi özündə birləşdirən bir 

anlayış da vardır ki, bu da Allah ideyasıdır. Yəni eyni vaxtda həm hər şeyi 

ehtiva edən, həm də hər şeydə təcəssüm olunan  mütləq varlıq – Allahdır.  

Bir çox Şərq fəlsəfi təlimlərində həm ideya dünyasının, həm maddi 

dünyanın – kainatın, həm də insanla dünyanın vəhdətinin təcəssümü Allah 

hesab edilir. Yəni biz bu daxili əlaqəni, ümumiliyi (ümumi ahəngi) dərk 

etməyə çalışarkən,  əslində Allah ideyasına gəlib çıxırıq. Dünyanı kosmik 

ruh mövqeyindən izah edənlər Allahı «insan ilə kainatın xalis vəhdət 

simvolu, dünyanın sirri-sehri, əbədiyyət rəmzi» kimi dəyərləndirirlər.  

Allah ideyasına müraciət ona görə zəruridir ki, zaman və məkanca 

sonsuz hissi dünya insanın idraki qabiliyyətindən kənara çıxır.  İnsanın 

yaradıcılığı ideya ilə maddiyyatın yalnız lokal təmaslarını (görüşlərini) 

ehtiva edir. Yəni insan nəyi isə yaradarkən mütləq nələri isə pozur, dağıdır. 

Və pozduğunun nə olduğu haqqında bəzən heç düşünmür. İnsan bir tərəf-

dən ancaq öz yaratdıqlarını axıradək dərk edir, digər tərəfdən də ancaq 

dərk etdiklərini yarada bilir. Bunların hər ikisi sonsuz və  əbədi dünyanın 

lokal bir sahəsi olaraq «insanlı dünya» və «insan üçün dünya» modelindən 

ibarətdir. Beləliklə, bizim yaşadığımız dünya, bizim üçün real olan dünya 

işıqlanmış insan əqlinin miqyasına uyğun olan bir dünyadır. Dünyanın 

yerdə qalan hissəsi bizim üçün qaranlıqdır və bizim üçün yoxdur, Kant 

termini ilə desək, böyük miqyasda «özlüyündə şey»dir.  

Real dünya alatorandır; mütləq işıqla mütləq qaranlıq arasında, 

varlıq (being) və heçlik (non being) arasında yerləşir. Neoplatonizm fəlsə-

fəsində ağıl dünyası işıqlı, maddi dünya isə qaranlıq hesab olunur. Zaman-

məkan da ancaq maddi dünyaya, materiyaya xasdır.  Əslində isə qaranlıq 

olan maddi dünya yox, mütləq materiyadır.  İdeya – işıqlı dünya zaman-



Elm haqqında elm 

 

 



 

82

məkan kontiniumu xaricində olduğu kimi, mütləq materiya da zaman-mə-



kan xaricindədir. Yaradılma və  məhvolma isə vaxtaşırı olaraq qaranlıqda 

müəyyən sahələrin işıqlanması, başqa sahələrin isə qaranlıqlaşması kimi 

başa düşülür.  

Qaranlıqların işıqlanması,  əvvəl bizə qaydasız görünən sahələrdə 

qaydaların tapılması və həmin sahənin bizim üçün anlaşılan olması kimi də 

qəbul oluna bilər. Amma biz bizim üçün işıqlanmadan, yaxud qaydanın bi-

zim üçün aydınlaşmasından deyil, doğrudan da qaranlıq sahədə işıqlı zolaq-

ların yaranmasından, nizamsız mühitdə nizamlı fraktalların ortaya çıxma-

sından bəhs edirik.  

Son vaxtlar özünüinkişaf və özünüidarə sistemlərindən çox yazılır. 

Necə olur ki, sistem ya mühitdəki dəyişikliklərə reaksiya olaraq, ya da 

bilinməyən səbəb üzündən öz daxili strukturunu və ya bu strukturun müəy-

yən aspektlərini pozub yenidən düzür. Necə ki, buqələmun mühitin rənginə 

uyğun olaraq öz rəngini dəyişə bilir. Əlbəttə, biz güman edirik ki, o, bunu 

şüursuz (qeyri-şüuri)  şəkildə edir. Yəni bu proses əslində “öz-özünə” 

gedir.  


Sual olunur ki, belə yenidəndüzülüş hadisələrində subyekt kimdir və 

ya nədir?  

Ən maraqlı (və indiyədək nəzərdən qaçmış) məsələlərdən biri insa-

nın malik olduğu biliklər sistemidir. Yeni biliyin əvvəlki sistemə  əlavə 

olunması heç də  həmişə rahat şəkildə  həyata keçmir. Elmi düşüncədə 

önəmli məsələlərdən biri budur ki, hər hansı elmi bilik vahidi əvvəlki 

sistemlə uzlaşa da bilər, uzlaşmaya da bilər. Daha doğrusu, yeni bilik üçün 

əvvəlki strukturda boş hücrə (yuva) saxlanıbsa, o, sakitcə öz yerini tutur. 

Əgər onun üçün yer yoxdursa, ya bu yeni bilik ögey ünsür kimi kənarda 

saxlanılır, ya da onu yerləşdirmək üçün bütövlükdə sistem dağıdılıb 

yenidən qurulur.  

Bir daha sual olunur ki, “fikirləşmə” dediyimiz proses subyektin şü-

urlu surətdə müxtəlif strukturlaşmalar aparmasıdırsa, bəs insanın özündən 

asılı olmadan gedən  dağıdılıb yenidən qurulma əhvalatları  nədir? Bu, 



özünüyenidənqurma  və ya özünü təşkilatlandırmadırsa, onda bu prosesin 

subyekti kimdir? İnsanın əvvəlcədən genetik proqramlarla təchiz olunması 

və bu gizli strukturların məqamında üzə çıxması və insanın özünün ancaq 

bu prosesin nəticəsindən xəbər tutması haqqında ehtimal özünü nə  dərə-

cədə doğruldur?  


Bilik – Elm – Bilik 

 

 

 

83



İnsanın bilik bazasına yeni heç nə əlavə olunmadıqda, sadəcə düşün-

məklə nəyi isə kəşf etmək mümkündürmü? Təcrübə göstərir ki, katalizator 

rolunu ancaq yeni bilik oynamır. Bəzən hətta kənardakı hər hansı bir struk-

turla assosiasiya yaranmasına da ehtiyac qalmır. İnsan bu yenilikləri “dü-

şüncə” prosesində – öz bilik dünyasına, nə vaxtsa mənimsəmiş olduğu 

müxtəlif çeşidli struktur variantlarına məqsədyönlü nəzər salmaqla, bütöv 

konfiqurasiyaya daxil olmayan, kənarda qalan və bir növ ehtiyat fondu ro-

lunu oynayan struktur nümunələrini işə salmaqla, onları ümumi sistemə 

daxil etmək cəhdlərinin nəticəsi olaraq gözlənilmədən daha əhatəli və daha 

optimal konfiqurasiya ala bilər.  

İnsanın bilikləri heç də  həmişə sistemli şəkildə olmur. Və ya daha 

doğrusu, bütün biliklər vahid sistem təşkil etmir. Müəyyən bir ixtisas sahə-

si, müəyyən bir problem üzrə olan biliklər hansı isə prinsiplər və nəzəriy-

yələr əsasında qaydaya salınır. Onlar da öz növbəsində daha fundamental 

prinsip və ya nəzəriyyədə ehtiva olunur. Lakin çox vaxt bir ixtisas sahəsin-

dəki ümumi mənzərə, yəni bir blokun strukturu başqa blokdan olan struk-

tur nümunələri və biliklərlə  toqquşaraq  yeni, daha optimal və ya daha 

praqmatik konfiqurasiyanın yaranmasına səbəb ola bilər.  

Yeni elmin, yeni nəzəriyyənin, yeni biliyin əvvəlki sistemdə yerləş-

dirilməsi məsələsi  əslində daha universal bir prosesin xüsusi hallarıdır. 

Söhbət mövcud mühitə daxil olan şeyin ideya və ya struktur baxımından 

doğma, yaxud yad olması məsələsindən gedir.  

Əridilmiş, amorf hala salınmış mayeni yenidən kristal hala salmaq 

üçün onun içərisinə ilkin kristal dənəsi salınır və sonrakı kristallaşma pro-

sesi bu nüvənin ətrafında gedir. Yəni amorf mühitdə maddə-material olsa 

da, onun hafizəsində kristalın strukturu olmadığına görə, öz-özünə kristal-

laşa bilmir. Haradansa amorf mühitə kristalın ideyası verilməlidir.  İdeya 

özünü təkrarlayaraq kiçik miqyasda və ya böyük miqyasda kristal əmələ 

gətirir. Daha doğrusu, sonrakı proses böyümə və ya kopiyalanaraq, təkrar-

lanaraq çoxalma prosesidir. Mahiyyət fərqi ideyadadır; onun ən kiçik zər-

rəsində, “atomunda”, rüşeymdə, nüvədə. Canlı aləmdə olduğu kimi.  

Əvvəlki biliklər sisteminə yeni bilik, yeni ideya düşdükdə ilk öncə 

yoxlama, tanıma prosesi gedir. Əgər bu sistem üçün yeni bilik bir o qədər 

yeni deyilsə, yəni məlum strukturlardan quraşdırılıbsa və ancaq növ daxi-

lində müxtəliflikdirsə, onun yerləşdirilməsi çətin olmayacaqdır; sistemin 

konfiqurasiyasında onun yeri zatən var imiş  və o, yad ünsür kimi qar-



Elm haqqında elm 

 

 



 

84

şılanmırdı. Buna başqa terminoloji rakursda uyuşma, uyğun gəlmə də deyi-



lir.  Yeni çox yenidirsə – mövcud konfiqurasiyada ona yer tapılmırsa, bu 

sistem üçün yaddır və ideyasının açarı özü ilə  bərabər gəlməlidir, çünki 

sistem onu tanımır və aça bilmir. Əgər açarsız gəlibsə, o, sistem xaricində 

qalacaqdır və ya başqa bir sistemin təməli olacaqdır. Onu başqa biliklər 

sistemi tanıyıb qəbul edə bilər. 

Biz biliklər və fikir dünyasında gedən bütün prosesləri modelləşdir-

mək niyyətindən uzağıq. Məqsədimiz burada da təbiətdə olduğu kimi, alt-

yapı proqramlarının,  özünüyenidənqurma  proseslərinin mövcudluğunu və 

bu mənada sinergetik metodologiyanın buraya da tətbiq oluna biləcəyini 

vurğulamaqdır.  

İnsanın mənəvi intellektual dünyası ancaq biliklər sistemindən ibarət 

deyil. Buraya arzu, xatirə, hiss, həyəcan da daxildir. Yəni hələ bilik kimi 

formalaşmamış, kristallaşmamış təəssüratlar və təsəvvürlər bilavasitə elmi 

biliklər sistemində yer almasalar da, özünüyenidənqurma prosesində “söz 

sahibi” ola bilərlər. Yeni biliklərin əldə edilməsi ancaq məntiqi təhlil yolu 

ilə deyil, fəhm, intuisiya, ilham sayəsində də stimullaşır ki, bunu tədqiqat-

çılar ya irrasional adı altında ümumiləşdirir, ya qeyri- şüuri proseslər kimi 

təfsir edirlər.  

Biliklərin saf-çürük edilməsi, qablaşdırılması, məntiqi bağlarla bir-

ləşdirilməsi, sistemləşdirilməsi ancaq rasional müdaxilə  məqamında, yəni 

yeni bilik, yeni ideya artıq doğulduqdan sonra başlanan bir prosesdir. Yəni 

doğuluşa qədərki proses öz stixiyası ilə, təbii yolla, dərk olunmadan və 

şüurlu müdaxilə xaricində baş verir. Və ancaq nəticə ortaya çıxdıqdan və 

konturları göründükdən sonra onun yerləşdirilməsi  şüurlu surətdə  həyata 

keçirilir. Deməli, rasional mərhələ çox vaxt elmi yaradıcılığın ancaq son 

məqamında işə düşür. Elmi biliklərin həqiqiliyi məsələsi, onların məntiqi 

yolla əsaslandırılması, məntiqi-qnoseoloji stereotiplər, idrakın ənənəvi me-

tod və formalarının tətbiqi – bütün bunlar da əslində yaradıcılıq prosesinin 

sonrakı pilləsinə aiddir. Maraqlıdır ki, elmi yaradıcılıq, elmi idrak məsələ-

lərinə, elm fəlsəfəsinə həsr olunmuş tədqiqatların çoxunda məhz bu sonra-

kı pilləyə aid problemlər müzakirə olunur.

7

1



 

                                                 

1

 А.Ф.Зотов.  Структура  научного  мышления.  М.,  Политиздат, 1973; А.Н.Кочер-



гин.  Моделирование  мышления  М.,  Изд-во  полит.литературы, 1969;  Е.А.Мамчур. 

Проблема выбора теории. М., Наука, 1975; С.Ш.Авалиани. Структура (уровни) чело-

веческого познания // Диалектика, логика, теория познания. Тбилиси, «Мецниереба», 


Bilik – Elm – Bilik 

 

 

 

85



Yeni ideyanın elmdə artıq formalaşmış nəzəriyyə və biliklər sistemi 

kontekstinə salınması və yeni biliyin konseptuallaşdırılması, onun elmilik 

şərtlərinə cavab verib-vermədiyinin, normal elmin çərçivəsinə sığıb-sığma-

dığının yoxlanması, yeni elmi konfiqurasiyaların yaradılması və bu zaman 

məlum riyazi aparatdan və modellərdən istifadə edilməsi, əlbəttə, elmi fəa-

liyyətin hüdudları daxilindədir. Lakin yaradıcı proses elmin şablonlaşdırıl-

ması, “normal”laşdırılması prosesi ilə qatışıq salınmamalıdır. Təəssüflər 

olsun ki, müasir elm fəlsəfəsində elmi yaradıcılığın özü, elmi kəşflərin me-

xanizmi diqqətdən kənarda, arxa planda qaldığı halda, elmi rasionallaşdır-

ma, strukturlaşdırma, kommunikasiya məsələləri önə çıxır. Təsadüfi deyil-

dir ki, tədqiqatların böyük bir qismi elmilik meyarlarına və demarkasiya 

məsələlərinə həsr olunmuşdur.

 

7

1



  

Lakin elmi yaradıcılıq və yaradıcı təfəkkür məsələlərinə də az diqqət 

ayrılmır. Bircə fərqlə ki, bu cür tədqiqatların çoxunda “yaradıcılıq” özü də 

məntiqi idrak və ya təfəkkürün hüdudları daxilində axtarılıır.

7

2

  Məsələn, 



C.V.Ostapenko yazır: “Yaradıcılıq subyektin öz fəaliyyət metodlarına mü-

nasibətinin  şüurlu və  aşkar qaydada dəyişməsidir.”

7

3

 Halbuki, böyük 



kəşflər adi empirik tədqiqatlar və ya rasional fikir sayəsində əldə edilmir. 

Ona görə  də, yaradıcılığın məntiqə  sığmayan, irrasional məqamlarını 

                                                                                                                

1979, с. 156-173; Г.Ш.Хуцишвили. Генезис структуры теоретического мышления. Тби-

лиси, «Мецниереба», 1989; А.В.Панин.  Рациональность  познавательной  деятельности 

субъекта // П.В.Алексеев, А.В.Панин. Теория познания и диалектика. М., Высшая школа, 

1991, с. 199-214; Приобретение знаний. Под ред. С.Осуги, Ю.Саэки. М., Мир, 1990.  

1

 З.А.Сокулер.  Проблема  обоснования  знания.  Гносеологические  концепции 



Л.Витгенштейна и К.Поппера. М., Наука, 1988; И.Т.Касавин. З.А.Сокулер. Рациональ-

ность в познании и практике. М., Наука, 1989; Б.В.Марков. Проблема обоснования и 

проверяемости  теоретического  знания.  Л.,  Изд-во  Лен.  Унив-та, 1984; А.Л.Никифо-

ров.  Демаркация  и  принцип  фальсифицируемости. – Фальсификационизм  и  эписте-

мологический  анархизм // В  поисках  теории  развития  науки/  Очерки  западноевро-

пейских и американских концепций ХХ века. / М., 1982;  

2

 В.С.Библер.  Мышление  как  творчество.  М.,  Политиздат, 1975;  П.В.Алексеев. 



Творчество и познание // П.В.Алексеев, А.В.Панин. Теория познания и диалектика, с. 

185-198.  Ж.Адамар.  Исследование  психологии  процесса  изобретения  в  области 

математики.  М.,  Изд-во  «Советское  радио»,1970;  В.Ньютон-Смит.  Рациональность 

науки // Современная философия науки: знание, рациональность, ценности в трудах 

мыслителей  Запада.  Хрестоматия.  М.,  Логос, 1996, с. 246-294; Б.С.Грязнов.  Логика. 

Рациональность. Творчество. М., Наука, 1982;  

3

 С.В.Остапенко.  Проблема  определения  творчества  и  некоторые  методо-



логические  аспекты  его  изучения // Структура  науки  и  механизм  возникновения 

нового знания. Обнинск-Москва, 1977, с. 122.  



Elm haqqında elm 

 

 



 

86

nəzərə almaq istiqamətində  də böyük axtarışlar gedir.



7

1

 Sovet fəlsəfi 



ədəbiyyatındakı bu çatışmazlıq  əslində elə o dövrdə  də etiraf olunurdu: 

“Bizdə elmi idrakın forma və metodlarını gerçəkliyin insan tərəfindən 

dərkinin fəal yaradıcı xarakteri baxımından təhlili praktiki olaraq yox dərə-

cəsindədir”.

7

2

 Bunun səbəbi  əslində materialist dünyagörüşü çərçivəsində 



subyektiv amillərin nəzərə alınması ilə bağlı yaranan çətinliklərdir. Zatən 

hələ o vaxt K.Marks özünün məşhur Feyerbax haqqında birinci tezisində 

bu məsələni xüsusi vurğulamışdı.

7

3



 Yaradıcılıq prosesinin mahiyyətini 

materialist inikas nəzəriyyəsi məcrasında anlamaq və izah etmək olduqca 

çətindir. Görkəmli sovet filosoflarından V.S.Tyuxtin, A.D.Ursul və b. belə 

bir təşəbbüs göstərsələr də, bu kontekstdə yaradıcılığın mahiyyətini ancaq 

qismən işıqlandıra biliblər.

7

4



  

Yeni biliklərin əldə edilməsi mexanizminin, elmi yaradıcılıq prosesi-

nin modelləşdirilməsi və bu zaman sistem nəzəriyyəsinə, kibernetikaya, in-

formasiya təliminə müraciət edilməsi indi də aktual tədqiqat istiqamətlə-

rindən biri kimi qalmaqdadır.

8

5



 Əhəmiyyətli məqamlardan biri budur ki, in-

san idrakının modelləşdirilməsindən çıxış edən tədqiqatçılar çox vaxt 

məhz elmi idrak üçün spesifik olan cəhətlərdən deyil, ümumiyyətlə idrak 

mexanizmlərindən bəhs edirlər.  İdraki mexanizmləri öyrənən tədqiqat is-

tiqamətləri “koqnitiv elmlər” adı altında birləşdirilir və onların məzmunu-

na müxtəlif növlü informasiyaların  əldə edilməsi, saxlanması, üzərində 

əməliyyat aparılması, yenidən bərpa olunması  və s. bu kimi prosedurlar 

daxil edilir.

8

6

 Müəlliflər göstərir ki, reallığın dərki sadəcə inikas yolu ilə 



deyil, onun subyektiv faydalı modellərinin qurulması və hər bir qarşılıqlı 

                                                 

1

 М.Полани.  Неявное  знание // М.Полани.  Личностное  знание.  М., «Прогресс», 



1985, с. 103-252; Н.С.Мудрагей. Рациональное и иррациональное. Историко-теорети-

ческий очерк. М., Наука, 1985.  

2

 Творческая природа научного познания, М., Наука, 1984, с. 5. 



3

 К.Маркс и Ф.Энгельс. Сочинения. Изд. второе, т. 1. 

4

 В.C.Тюхтин. Диалектико-материалистический принцип отражения и творческий 



характер  познания // Творческая  природа  научного  познания,  с. 6-32; Урсул  А.Д. 

Отражение и информация. М., «Мысль», 1973. 

5

 Bax,  məs.:  Дж.О‘Коннор  и  И.Макдермотт.  Искусство  системного  мышления. 



Пер. с англ. М., Альпина Бизнес Букс, 2006; О.Е.Баксанский, Е.Н.Кучер. Нейролин-

гвистическое  программирование  как  практическая  область  когнитивных  наук // 

Вопросы философии, 2005, № 1, с. 82-100.  

6

 О.Е.Баксанский, Е.Н.Кучер. Göst. əsər, s. 82. 



Bilik – Elm – Bilik 

 

 

 

87



münasibətdə  ən optimal modelin seçilməsi yolu ilə baş verir.

8

1



 Söhbət 

məhz elmi idrakdan getdikdə isə praktik ağıl, fayda, insanın subyektiv halı 

və s. arxa plana keçir və prosesə biliyin obyektivləşdirilməsi istiqamətində 

əlavə komponentlər daxil olur.

8

2

 Ona görə  də, koqnitiv elmlərin, xüsusən 



koqnitiv psixologiyanın idrak modelləri elmşünaslıqda birmənalı  şəkildə 

qəbul olunmur, burada elmiliyin meyarları ilə bağlı qoyulan əlavə 

tələblərdən başqa, bütövlükdə  fərqli olan idrak modelləri təklif edilir.

8

3



 

Məsələn, E.Husserl elmi-fəlsəfi düşüncəni hər cür psixologizmdən və koq-

nitiv psixoloji modellərdən təmizləməyə çağırır.

8

4



 E.J.Lou da psixoloqizmə 

münasibətdə E.Husserllə  həmfikirdir.

8

5

 E.Husserlə görə, elmin və 



fəlsəfənin  əsas məqsədi hissi obrazlara istinad etmək yox, onlardan azad 

olmaq, experientia vaga – bulanıq, təxmini təcrübə əvəzinə və ya simvolik 

obrazlar – rasional elmlər dünyası əvəzinə mahiyyət-fenomenləri birbaşa, 

intensiyanın köməyi ilə mənimsəməkdir.

8

6

  



Şərq fəlsəfi təlimlərində, xüsusilə işraqilikdə bu idrak forması hissi 

təcrübədən fərqli olaraq daxili işıqlanmanın köməyi ilə baş verən bir hadi-

sə kimi izah edilir. Biz işraqilik və fenomenologiyanın müqayisəsini verər-

kən bu məsələni geniş  şərh etdiyimizdən burada üzərində dayanmayaca-

ğıq.

8

7



 Lakin bircə bunu qeyd etmək istərdik ki, empirizm və rasionalizmin 

mübarizəsinə aludə olan, gah bu, gah da digər qütbdən çıxış edən Yeni 

                                                 

1

 Yenə orada, s. 82-83. 



2

 К.Р.Поппер. Объективное знание. М., 2002. 

3

 Э.Штрёкер. Гуссерлевская идея феноменологии как обосновывающей теории науки 



// Современная философия науки: знание, рациональность, ценности в трудах мыслителей 

Запада, c. 376-393; S.Xəlilov. İdeyanın canlanması” kontekstində yeni idrak modeli // Fəlsəfə və 

sosial-siyasi elmlər, 2008, № 5-6, s. 106-112. 

4

 Э.Гуссерль.  Кризис  европейских  наук  и  трансцендентальная  феноменология. 



СПб., 2004; Э.Гуссерль.  Философия  как  строгая  наука.  Новочеркасск,  Сагуна, 1994; 

E.Husserl. Experience and Judgement, Churchill, J. S., and Ameriks, K., translators. 

London: Routledge. 1973.  

5

 E.J.Lowe.  The self as a psychological substance. – Non-Cartesian dualism // 



Philosophy of Mind. New York, Oxford University Press, 2004, pp. 851-852. 

6

 Э.Гуссерль.  Кризис  европейских  наук  и  трансцендентальная  феноменология, c. 



127-128. 

7

 S.Khalilov. Philosophy, science, culture. Their peculiaritie in the East and the West. 



CA&CC Press

©

, Stockholm 2008, pp. 76-106; S.Khalilov. Al-Suhrawardi’s Doctrine and 



Phenomenology. Islamic Philosophy and Occidental Phenomenology on the Perennial Issue 

of Microcosm and Macrocosm. Dordrecht, Springer, 2006, pp. 262-276; S.Khalilov. About 

the correlation of the memory and remembrance in the structure of the soul. Analecta 

Husserliana. v CI. // Memory in the ontopoiesis of life. Springer, 2009. pp. 243-253. 



Elm haqqında elm 

 

 



 

88

Dövr Qərb fəlsəfəsi orta əsr sxolastik fikrindən azad olmağa çalışsa da, 



onun metodologiyasından yaxa qurtara bilməmişdir. Empirizm ilə rasiona-

lizm arasında mübarizə ilə yanaşı, həm də bir ittifaq yaradılması və müasir 

Qərb elmi düşüncəsinin bütöv mənzərəsinin formalaşması yolu elm fəlsə-

fəsinin tarixinə dair bir sıra tədqiqatların əsas predmetidir.

8

1

 Ümumiyyətlə, 



müasir düşüncənin mifik təfəkkürdən başlanması və rasionalizmin misitik 

düşüncə ilə tarixi əlaqələrinin öyrənilməsi də müasir elmi təfəkkürün qay-

naqlarını araşdırmaq baxımından xüsusi əhəmiyyətə malikdir. F.Kessidinin 

bu problemə dair tədqiqatı

9

2

 əsasən antik dövrdə elmi-fəlsəfi fikrin forma-



laşmasında qeyri-elmi başlanğıcların rolunu əhatə edir. Orta əsrlərdə rasio-

nalizmin taleyi və onun elmi düşüncənin formalaşmasında rolu məsələləri 

də müasir elmin qaynaqlarının müəyyənləşdirilməsinə xidmət edir. Xüsu-

sən  İslam  Şərqində  təfəkkürün yeni keyfiyyətli mərhələyə keçidi, elmin 

fəlsəfədən ayrılmasının sürətlənməsi məsələləri böyük aktuallığa malik-

dir.


9

3

 Müasir dövrdə nəinki elm və fəlsəfənin, el və dinin də eyni baxış bu-



cağında, rasionalizmin alternativ təzahürləri kimi nəzərdən keçirilməsi 

həm elm tarixi, həm də  fəlsəfi fikir tarixi baxımından böyük önəm kəsb 

edir. Məhəmməd  İqbalın, Seyid Hüseyn Nəsrin bu sahədəki tədqiqatları 

elmşünaslığın da problematikası ilə əlaqəlidir.

9

4

  



Bundan başqa, mövhumatla mübarizə kampaniyası çərçivəsində mis-

tisizmin də  təzahürləri istisna edilmiş, rasionalizmin təntənəli yürüşü hər 

cür irrasionalizmə biganəlik əhvalı yaratmışdır. Məntiqi təfəkkür və geniş 

miqyaslı empirik tədqiqatların ittifaqından yaranan Yeni Dövr düşüncəsi 

dünyagörüşünün də  dəyişilməsinə  səbəb olmuşdur. Elmin hegemonluğu 

dövrü başlamış və hər cür dini-mistik təzahür elmin kölgəsində qalmışdır. 

Orta əsrlərdən Yeni Dövrə keçid prosesini və bu zaman rasional və irrasio-

nal düşüncə arasındakı dinamik münasibətləri təhlil edən K.Bünyadzadə 

                                                 

1

 М.А.Киссель.  Судьба  старой  дилеммы.  Рационализм  и  эмпиризм  в  буржуазной 



философии  ХХ  в.  М., «Мысль», 1974;П.Д.Шашкевич.  Эмпиризм  и  рационализм  в 

философии Нового времени. М., «Мысль», 1976. 

2

 Ф.Х.Кессиди. От мифа к логосу. М., «Мысль», 1972. 



3

 Е.А.Фролова.  Рационализм  в  арабо-мусульманской  философии // Рационалисти-

ческая традиция и современность: Ближний и Средний Восток. М., Наука, 1990, с. 3-22. 

4

 M.Iqbal. The Reconstruction of Religious Thought in Islam. Kitab Bhavan, 2000; 



S.H.Nasr. Knowledge and the Sacred, Edinburgh, 1981; К.А.Хромова. Концепция синтеза 

науки и религии современного иранского философа С.Х.Насра // Рационалистическая 

традиция и современность: Ближний и Средний Восток, с. 223-242.  


Bilik – Elm – Bilik 

 

 

 

89



yazır: “Dövrün filosofları fəlsəfəni nəinki dinin xidmətindən azad etdilər, 

hətta ümumiyyətlə ondan uzaqlaşdırmağa çalışdılar və elmin, texnikanın 

inkişafı bunun üçün əlverişli zəmin hazırlamış oldu”.

9

1



 Bununla belə, fəlsə-

fə o dövrdə bir-birinə  nəzərən müstəqil surətdə mövcud olan elm və din 

arasında əlaqələndirici rol oynayırdı. Elm getdikcə daha çox rasionallaşsa 

da, insan idrakının imkanlarının məntiqi təfəkkür çərçivəsindən kənara 

çıxdığını  fəlsəfə ona xatırlatmaqla yanaşı, həm də  gələcək elmin inkişaf 

potensialının daha böyük mənbələrini nişan verirdi.  

Orta əsr islam fəlsəfəsində işlənib-hazırlanmış fərqli dünyagörüşü və 

fərqli metodologiya aşkar və ya qeyri-aşkar şəkildə Qərb düşüncəsinə keç-

miş, amma aparıcı xətt kimi deyil, ikinci planda inkişaf etmişdir. Q.Leyb-

nisin, N.Malbranşın bir sıra ideyaları yeniplatonçuluqla yanaşı, həm də is-

lam fəlsəfi fikrinin bir növ davamı kimi Qərbdə də yayılmışdır. Amma ən 

böyük qayıdış fenomenologiyadır. Belə ki, məhz fenomenologiya empiriz-

min və sensualizmin fövqünə qalxmaqla yanaşı, rasionalizmin də fövqünə 

qalxmağa cəhd göstərmişdir. Bu, əslində idrakın mahiyyətini kənar şeylə-

rin təbiətində deyil, insanın öz təbiətində, daha doğrusu, insan ilə dünya 

arasında universal kosmik rabitədə axtarmaqla bir növ Platon epistemolo-

giyasına qayıdış, inikas təliminin yenidən “tanıma” mexanizmi ilə əvəzlən-

məsi cəhdidir.  

 

Yeni biliklərin və nəzəriyyələrin elmi ictimaiyyət üçün əlçatan, anla-



şılan bir dilə salınması elmin özünün ictimailəşməsinə, tətbiq üçün “açıl-

masına” xidmət edir. Rasionallaşmayan, elmi ictimaiyyətin qəbul etdiyi bir 

dildə, ənənəvi elmi terminologiyadan istifadə etməklə nəşr olunmayan bir 

bilik, yaxud ideya, nəzəriyyə elmə aid hesab olunmur. Kimin isə  fərdi-

subyektiv aləmində mövcud olan, elmin öz dilində, yəni müvafiq termino-

loji kontekstdə ifadə olunmayan hər hansı fikir hadisəsi hələ böyük elmin, 

ümumictimai elm hadisəsinin tərkibinə daxil deyil. Görünür, məhz bu sə-

bəbdəndir ki, bir çox alimlər elmi dilə, ümumiyyətlə dil faktına çox böyük 

əhəmiyyət verirlər və burada dilçilərin məna axtarışı ilə elmşünasların ade-

kvat söz axtarışı bir-birini tamamlayır.

9

2

 “Söz və  məna”, “işarə  və  məna” 



                                                 

1

 K. Bünyadzadə. Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk. Bakı, 2006, s. 108. 



2

 Л.Витгенштейн.  Логико-философский  трактат,  М.,  Лотос, 1999; Л.Витгенш-



тейн. О достоверности //Философские работы. Часть 1, М., Гнозис, 1994, с. 323-405; 

М.  Хайдеггер.  Письмо  о  гуманизме // Время  и  бытие.  Статьи  и  выступления.  М., 

Elm haqqında elm 

 

 



 

90

problemləri kontekstində aparılan tədqiqatlar da adi danışıq dilindəki söz-



lərin elmi terminlərə çevrilə bilməsi imkanları, dilin məna yükü və elmi 

məna arasındakı münasibətlər də  həm dilçilər, həm də elmşünaslar 

tərəfindən araşdırılan problemlər sırasındadır.

9

1



  

Elmi yaradıcılığa bütövlükdə yanaşdıqda, məntiqdənkənar – qeyri-

müəyyən idraki proseslər iki mərhələdə  nəzərdən keçirilə bilər. Birincisi, 

yeni biliyin alınmasına qədərki mərhələ, ikincisi, biliyə məntiqi don geydi-

rildikdən sonra (daha doğrusu, eyni vaxtda) onun adekvat sözlə ifadə olun-

ması, yəni dilin özündə saxladığı qeyri-müəyyənliyin aradan qaldırılması 

prosesi. Hər iki mərhələdə  aşkar olmayanın aşkarlanması, sərhədlənməsi 

və fikir fəzasında lokallaşması nəzərdə tutulur. Dildəki qeyri-müəyyənliyin 

aradan götürülməsi, adi danışıq dilindəki məna spektrindən ancaq bir kon-

kret çaların seçilməsi prosesi linqvistik analizdə  əsas problemlərdən bi-

ridir.  

Hər iki mərhələdə qeyri-şüuri məqam iştirak edir: birinci mərhələdə 

fərdi miqyasda, ikinci mərhələdə sosial idrakın  əlaməti, kollektiv qeyri-

şüuri kimi. Aşkarlanmayan idraki proseslərin, qeyri-şüuri aktların elmi 

yaradıcılıq prosesində iştirakı və onların hansı isə üsullarla tənzimlənməsi 

və təsviri haqqında müasir psixologiyada geniş müzakirələr gedir.

9

2

  



                                                                                                                

Республика, 1993; Ж.  Деррида.  Письмо  и  различие.  М.,  Академ.  Проект, 2007; 



Х.Патнем.  Значение  и  референция // Новые  в  зарубежной  лингвистике.  М., 1982, 

Вып. 13; Н.Хомский. Аспекты теории синтаксиса. М., 1972; Ю.Л.Курикалов. От слов к 

логосу (этюд философской герменевтики) // ЛОГО

Σ. Ленинградские международные 

чтения  по  философии  культуры.  Книга 1: Разум,  духовность,  традиции.  Л.,  Изд-во 

Лен.Унив-та, 1991, с. 178-198; Н.Автономова.  Познание  и  перевод.  Опыты  филосо-

фии языка. М., РОССПЭН, 2008.  

1

 Н.Мулуд.  Анализ  и  смысл.  Очерк  семантических  препосылок  логики  и 



эпистемологии. М., «Прогресс», 1979; М.Фуко. Слова и вещи. М., 1977; Ж.Делез. Ло-

гика смысла. М., «Академия», 1995; Концептуализация и смысл. Новосибирск, Нау-

ка, 1990; М.А.Розов. Знание и механизмы социальной памяти // На пути к теории на-

учного знания (отв. ред.: В.И.Корюкин). М., Наука, 1984; F. İsmayılov. Dil və idrak // 

Dilin metafizikası. Linqvistik analiz fəlsəfəsinə dair etüdlər. Bakı, 2002; S.Xəlilov. Dil, tə-

fəkkür və bilik şəxsi və ictimai praktika kontekstində. – Dil haqqında düşüncələr // «Fəlsəfə 

və sosial-siyasi elmlər» jurnalı, 2003, № 3-4, s. 115-129. 

2

 В.Н.Пушкин,  Г.В.Шавырина. Саморегуляция  продуктивного  мышления  и  проб-



лема  бессознательного  в  психологии // Бессознательное:  природа,  функции,  методы 

исследования.  Том  первый.  Тбилиси, «Мецниереба», 1978, с. 770; Э.Б.Финкельш-



тейн. Проблема бессознательного и фундаментальные принципы физики // Бессозна-

тельное:  природа,  функции,  методы  исследования.  Том  четвертый.  Тбилиси, 

«Мецниереба», 1985, с. 341-352. 


Bilik – Elm – Bilik 

 

 

 

91



 


Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin