Bilik – Elm – Bilik
55
Göründüyü kimi, dolaşıqlıqlardan qaçmaq üçün biliyi bir yox, iki
müstəvidə – üfüqi (horizontal) və şaquli (vertikal) kəsimlərdə təsnifatlan-
dırmaq lazımdır. Horizontal kəsimdə biliyin təsnifatını onun təzahür sahə-
ləri istiqamətində aparmaq daha məqsədəuyğun olardı. Məsələn, məişət,
əxlaqi
5
1
, hüquqi, siyasi, texniki, təbiət haqqında
5
2
biliklər və s.
Hər sahədə bilik öz obyektiv məzmununa görə həm faktiki, həm təc-
rübi, həm də elmi səviyyəyə malik ola bilər; baxmayaraq ki, bəzi sahələr
yalnız müəyyən səviyyədə təzahür edə bilir. Belə ki, məsələn, məişət sahə-
sindəki biliklərə hansısa tək-tək baş verən, ola bilər ki, hətta təsadüfi məi-
şət hadisələri, faktları aid olunur. Bura həm də adi həyatda təkrarlanan
faktların ümumiləşdirilməsi yolu ilə əldə olunan təcrübi biliklər aiddirlər.
Bu sahəni demoqrafiya, mədəniyyət nəzəriyyəsi, etikanın müvafiq hissəsi
və s. artıq elmi bilik səviyyəsində əks etdirir.
Nə zaman ki, «adi bilik» anlayışı bilik səviyyəsi kimi yox, bilik sa-
həsi kimi istifadə olunur, aydınlaşır ki, onda biliyin olduqca fərqli səviyyə-
ləri, həmçinin elmi səviyyəsi də iştirak edir. Amma bu fakt «adi» anlayışı-
nın ikinci mənası (biliyin primitiv səviyyəsi kimi – «sağlam düşüncə») ilə
ziddiyyətə girir. «Adi biliyin strukturunda elmi müddəaların daha böyük
yer tutması» belə bir qeyd-şərti zəruri edir ki, hazırkı məqamda adi bilik
heç də «yüz il əvvəlki kimi adi deyil».
Beləliklə, biliyin iki müstəvidə baxılması onun araşdırılan sahəsinin
müxtəlif səviyyələrinin, həmçinin eyni bir səviyyənin müxtəlif sahələrinin
ayrılması üçün son dərəcə məqsədəuyğundur.
Əgər horizontal kəsimdə biliyin təsnifat meyarı kimi «Gerçəkliyin
hansı sahəsi və ya hissəsi əks olunur?» sualına cavab çıxış edirsə, vertikal
kəsimdə biliyin formaları təfəkkürün hansı səviyyəsində yaranması ilə se-
çilirlər. Belə yanaşmaya müvafiq olaraq biliyin ən elementar forması –
konkret əşyaların və hadisələrin, tək-tək təzahürlərin insan şüurunda kon-
statasiya olunmaqla, təsdiqini tapmaqla əldə olunan faktiki bilikdir. Bu sə-
viyyəyə müvafiq idrak prosesində əsas rolu hissi idrak oynayır.
5
3
Rasional
1
Əlbəttə, əxlaq bütövlükdə bilik sahəsinə müncər edilmir; əxlaqi şüurun qeyri-şüuri bi-
lik kimi ifadə oluna bilməz. Ona görə də fərdi əxlaq, o cümlədən bədii obraz biliyin bütün
növlərindən keyfiyyətcə fərqlənir.
2
Elmi səviyyədə bu biliklər fiziki, bioloji və s. biliklərə ayrılır.
3
Bundan çıxış edərək B.Y.Pukşanski biliyin müvafiq dərəcəsini hissi bilik adlandırma-
ğı təklif edir: «O ki qaldı, adi biliyin hissi xarakteri haqqındakı məsələyə, burada hissi bilik
Elm haqqında elm
56
idrakın elementləri təzahür edən tək bir hadisənin daxili əlaqələrinin ümu-
mi qəbul olunmuş anlayışların köməyilə tam təsviri və konstatasiyası üçün
iştirak edir.
Maraqlıdır ki, psixoloji ədəbiyyatda həmin elementar forma diferen-
siasiya olunmur və səviyyələrə ayrılmır. Y.A.Ponomaryev tərəfindən birin-
ci və ikinci psixi modelinin seçilməsi
5
1
, fikrimizcə, faktiki biliyin alt səviy-
yələrinə işarə etmək cəhdidir. Halbuki, biliyin fəlsəfi izahı biliyin səviyyə-
sinin bilavasitə-hissi idraka ayrılmasına imkan vermir.
5
2
Ona görə də
biliyin səviyyələrə görə təsnifatı yalnız ikinci qaydanın «biliyin ali
forması»nı yox, daha çox, əksinə, ən elementar formasını təşkil edən
psixoloji modellərindən başlaya bilər. Araşdırma daha çox təhlilin sosial
prizmasını tələb etdiyindən biliyin ali formaları (səviyyələri) təmiz psixo-
loji analiz çərçivəsində dərk oluna bilməz. Çünki biliyin formaları məntiqi-
idraki olduğu qədər, həm də sosial əlamətlərlə xarakterizə olunur.
İlk baxışdan belə anlaşıla bilər ki, faktiki biliyin ancaq adi həyatda
yeri var, baxmayaraq ki, o, elmi və bədii fəaliyyətdə və fəlsəfənin digər
növlərində də az rol oynamır. Məsələn, ayrılıqda eksperimental fakt öz-öz-
lüyündə sadəcə «faktiki biliyə» daxildir və yalnız özünün elmi izahını tap-
dıqdan sonra elmi biliyin tərkib hissəsinə çevrilir. Başqa sözlə, faktiki bilik
ümumiləşdirmə və eksperimental məlumatların elmi dərki yolu ilə əldə
edilən empirik bilikdən fərqlənir, bununla da elmi biliyin iki növündən biri
olur. Faktın (yəni faktiki biliyin) elmi fakta (yəni, empirik biliyin tərkib
hissəsinə) çevrilməsi xüsusi bir prosesdir.
5
3
Bekon təsnifatında faktiki biliyə yalnız yaddaş sayəsində təsbit edi-
lən tarixi biliklər (güman ki, tarix elmi yox, sadəcə hadisələrin xronoloji
təsviri nəzərdə tutulur) müvafiq gəlir.
5
4
Təxminən eyni şəkildə A.Spirkin
«bir qayda olaraq, faktların və onların təsvirinin konstatasiyasına gətirib
haqqında sadəcə fərdi şüurun inkişafında müəyyən səviyyə kimi danışmaq daha qanunauy-
ğun olar». / Б.Я. Пукшанский. Göst. əsər., s. 10. / Lakin məsələn, P.V.Kopnin, N.K.Vaxto-
min və s., həmçinin B.Y.Pukşanskinin özü tərəfindən dəfələrlə qeyd olunduğu kimi, təmiz
hissi bilik yoxdur və ona görə də belə ifadə işlədilmir.
1
Я.А. Пономарев. Знание, мышление и умственное развитие. М., 1967. c. 90-91.
2
В.А. Смирнов. Уровни знания и этапы процесса познания // Проблемы логики
научного познания. М., 1964. c. 23.
3
Bax: А.И.Ракитов. Статистическая интерпретация факта и роль статистических
методов в построении эмпирического знания // Проблемы логики научного познания.
М., 1964.
4
Ф.Бэкон. Сочинения. Т.1. М., 1971. c. 548.
Bilik – Elm – Bilik
57
çıxaran» «məişət bilik»lərini bura aid edir.
5
1
Baxılan bilik səviyyəsi həmçi-
nin P.V.Kopnin tərəfindən qeyd edilir, lakin artıq «empirik bilik» adı altın-
da: «empirik biliyin məntiqi forması ayrıca götürülmüş mülahizə, konstata-
siya olunan fakt və ya onların hadisəni təsvir edən hansısa sistemidir».
5
2
Biliyin bu formasını Aristotel təcrübə adlandırır: «…Təcrübə fərdin
biliyidir…»
6
3
.
Belə görünə bilər ki, Aristoteldə «təcrübə» anlayışı daha geniş mə-
naya malikdir və təcrübi biliyi də əhatə edir. Zira, təcrübə yalnız təəssürat
və ya xatirə ilə yox, çoxlu xatirələrin təkrarlanması ilə yaranır: «İnsanlarda
təcrübə yaddaş sayəsində meydana gəlir; yəni məhz eyni predmet haqqında
çoxlu xatirələr bir təcrübənin mənasını qazandırır».
6
4
Lakin Aristotel «təc-
rübə» anlayışını təcrübəni təmiz hissi məlumatlardan ayırmaq məqsədilə
ayrı-ayrı əşya və hadisələr haqqında anlayışların təşəkkülü prosesi kimi
istifadə edir. Çünki bilik yalnız anlayış səviyyəsində yaranır. Ona görə də
müasir şəraitdə, nə zaman ki, qavranılan predmetlərin əksəriyyəti haqqında
ilkin anlayışlar mövcud olur – təsadüfi bir hadisə təcrübənin, yəni, fərdi bi-
liyin yaranması üçün artıq kifayətdir.
Beləliklə də, istər Aristotelin «təcrübəsi», istər F.Bekonun «tarixi bi-
liyi», istər A.Spirkinin «məişət biliyi», istər P.V.Kopninin «empirik bili-
yi», istərsə də N.K.Vaxtominin «elmi olmayan empirik biliyi» əslində bili-
yin eyni bir formasını, yəni məhz bizim təqdim etdiyimiz təsnifatda faktiki
bilik adlandırdığımız formanı əks etdirir. Lakin yuxarıda göstərilən ifadə-
lərdən istənilən birisinin istifadəsi bəzi dolaşıqlıqlara gətirib çıxarardı:
«təcrübə» və «tarix» anlayışı hazırda digər mənalarda işlədilir, «empirik
bilik» anlayışı elmi biliyin birinci səviyyəsinin ifadə olunması üçün qəbul
olunur. «Adi bilik» və ya «məişət biliyi» anlayışlarını isə biliyin səviyyələ-
rini yox, müvafiq sahələrini ifadə etmək üçün işlətmək məqsədəuyğundur.
Elmi olmayan empirik biliyin «empirik» anlayışının daha geniş anlamında
anlaşılması biliyin təcrübi səviyyəsini əks etdirdiyi qədər, onun bu səviy-
yəsini də birmənalı olaraq əks eləmir.
Təkrarlanan konkret faktların ümumiləşməsilə əldə edilən bilikləri
biliyin ikinci forması kimi ayırmaq olar. İnsanların təcrübi fəaliyyətinin
1
БСЭ. Т.9, М., 1972. c. 555.
2
П.В. Копнин. Гносеологические и логические основы науки. М., 1974. c. 195.
3
Аристотель. Метафизика, с. 66.
4
Yenə orada, s. 65.
Elm haqqında elm
58
nəticəsi olduğu üçün, biz onu təcrübi bilik adlandırmağı məqsədəuyğun
sayırıq. Aristotelin təsnifatında biliyin bu forması «ustalıq» anlayışını ifadə
edir: «Ustalıq təcrübə ilə alınmış düşüncələrin əsasında bənzər predmetlərə
bir ümumi baxışın yarandığı zaman mövcud olur»
6
1
.
Buna baxmayaraq, Aristotedə «təcrübə» «ustalıq»dan kəskin şəkildə
ayrılmır, ona görə də onun bəzi müddəaları elmlə üst-üstə düşür: «…Təc-
rübəsi olanlar «nəyi» bilirlər, amma «niyə»ni bilmirlər; ustalığı olanlar isə
«niyə»ni, yəni səbəbini bilirlər»
6
2
. Aristotelin məsələyə bu cür yanaşması
yəqin ki, təbiidir, çünki müasir anlamda mövcud olan elmin ayrı-ayrı sahə-
ləri onun zamanında hələ formalaşmamışdı. O zaman elmi biliyin kompo-
nentləri təcrübi biliklə birgə vahid kompleks təşkil edirdi, yəni, biliyin el-
mi və təcrübi formaları bir-birindən hələ tamamən ayrılmamışdı. Belə böl-
gü – müasir elmin yaranması təxminən İntibah dövründən başladı. Məhz
bu dövrdən elmi bilik sadəcə təcrübi biliklər bazasında yox, həm də müs-
təqil surətdə, yəni, xüsusi-empirik tədqiqatlar sayəsində meydana çıxır.
«Mücərrədlik haqqında elm» adı altında isə Aristotel biliyin fəlsəfi səviy-
yəsini başa düşürdü. Qeyd edək ki, bu səviyyə müasir ədəbiyyatda biliyin
xüsusi forması kimi ayrılır.
6
3
Elmi bilik kimi təcrübi bilik də ayrılıqda bir faktı yox, hansısa ümu-
mi olanı əks etdirir, ona görə də onlar arasındakı fərqin vacib əlamətlərini
göstərmək zəruridir.
Bu məsələyə iki mövqedən yanaşmaq olar.
Əvvəla, onları ümumilik dərəcəsinə görə fərqləndirmək olar. Bu hal-
da faktiki biliyə – təkcənin, praktiki biliyə – xüsusinin, elmi biliyə isə –
ümuminin ifadəsi kimi baxmaq olar. Beləliklə, biliyin formalarının ayırd
edilməsi əslində təkcə, xüsusi və ümuminin qarşılıqlı münasibəti məsələsi-
nə gətirilir ki, bu da fəlsəfədə xeyli dərəcədə öyrənilmiş bir problemdir.
İkincisi, bilik formalarını onların əldə edilməsi xüsusiyyətlərinə görə
fərqləndirmək olar. Yəni bilik elmi tədqiqat yolu ilə alınarkən, o müvafiq
elmi-nəzəri sistem kontekstinə bağlı olur. Əgər bilik əməli müşahidələrin
ümumiləşdirilməsi ilə əldə edilirsə, onda o əlahiddə şəkildə mövcud olur.
Məsələn, sürtmə yolu ilə od əldə edilməsi elmi araşdırmaların nəticəsi
olmayıb, praktik müşahidələrin və əməli fəaliyyətin sayəsində əldə
1
Yenə orada, s. 66.
2
Yenə orada. s. 67.
3
А.И. Ракитов. Философские проблемы науки, c. 26-38.
Bilik – Elm – Bilik
59
edilmişdir. Yəni eyni cür hadisənin təkrarlanması zamanı həmişə eyni bir
nəticənin alınması insanlara situasiyanı ümumiləşdirmək üçün əsas verir.
Bu bilik də ibtidai icma dövründə insanın təsadüfi müşahidəsinin sonrakı
praktik fəaliyyətdə sınaqdan keçirilməsi sayəsində əldə edilmişdir. Bu ha-
disənin elmi izahı isə neçə min illərdən sonra, ancaq XVIII-XIX əsrlərdə
mexaniki enerjinin istilik enerjisinə çevrilməsi və yüksək temperaturlarda
oksidləşmə prosesinin sürətlənməsi öyrənildikdən sonra verilmişdir. Yəni
yanma prosesinin kimyəvi mexanizmi və müvafiq olaraq fiziki və kimyəvi
proseslərin qarşılıqlı əlaqəsi məhz XIX əsrdə bəlli olmuşdur. Deməli, eyni
bir biliyin əməli bilik səviyyəsində məlumluğu ilə onun elmi bilik kimi
təsbit olunması arasında neçə min illər zaman keçir.
Baxdığımız misalda bilik praktikada onun elmi kəşfindən əvvəl mə-
lumdur. Amma müasir dövrdə çox vaxt biliklər elmi tədqiqatlar vasitəsilə
aşkar edilir, ekperimental və ya nəzəri yolla yoxlanılır və ancaq bundan
sonra istehsalatda və ictimai həyata tətbiq olunur. Əlbəttə, elmi kəşflərin
nəticəsini tətbiq edən işçilər onun mahiyyətini bilməyə də bilərlər. Çünki
bilavasitə icraçılar ancaq texnoloji reseptlər vasitəsilə işləyirlər. Onlar gör-
düyü işin «niyə»sinə cavab vermir və bilikləri bir növ kor-koranə tətbiq
edirlər. Və bu əməliyyat tədricən əməli vərdişlərə keçir ki, onun da əsasın-
da yenə də praktik bilik dayanır. Lakin bu praktik bilik artıq elmi biliyin
tətbiqi prosesində formalaşmış olur. Buna ən əyani misal, ustanın televizo-
ru təmir etməsidir. O, televizorun hansı fiziki proseslər sayəsində işlədiyini
bilməsə də, hansı detalın nə kimi praktik funksiya daşıdığını və hansı xa-
rakterli nasazlığın hansı elementlə bağlı ola biləcəyini əməli bilik səviyyə-
sində mənimsəyir. Beləliklə, elmi biliklər istehsalatda və məişətdə bilava-
sitə deyil, əməli biliklərə çevrilərək istifadə olunur.
Yeni texnikanın ixtirası və müvafiq texnologiyanın işlənib hazırlan-
ması zamanı istifadə olunan biliklər artıq nə xalis elmi, nə də xalis əməli
biliklərdir. Biliyin bu yeni formasını biz elmi-texniki bilik adlandıracağıq.
Bu yeni bilik forması əslində öz spesifikasına müvafiq olan bir fəaliyyət
formasının, yəni elmi-texniki fəaliyyətin nəticəsidir.
Bu yeni fəaliyyət sahəsinin mahiyyətini və xüsusiyyətlərini dərk et-
mək üçün onu elm və texnika, habelə elmi və praktik bilik arasında müna-
sibətlərin inkişafında qanunauyğun bir halqa kimi nəzərdən keçirmək
lazımdır.
Texnikanın inkişafının birinci tarixi mərhələsi (yəni nə zaman ki, hə-
Elm haqqında elm
60
lə süni əmək vasitələri yaranmamışdı) ancaq elementar əmək vərdişlərinin
formalaşması ilə bağlıdır. Bu dövrdə insan ancaq öz təbii əmək orqanları
vasitəsi ilə iş görür. Tədricən bu təbii hərəkətlər vərdiş halını aldı və onun
sayəsində ilk məqsədyönlü fəaliyyət formalaşdı. Əldə olunmuş vərdişlər
bir əmək vasitəsi kimi növbəti nəsillərə ötürülməklə o dövrdə ictimai inki-
şafın səviyyəsini müəyyənləşdirən əsas meyar hesab edilə bilər. Beləliklə,
ilk tarixi mərhələdə təbii əmək orqanları və əməli vərdişlər yeganə texniki
vasitələr idi.
Sonrakı tarixi mərhələdə əmək vasitələri sırasında məqsədəuyğun
fəaliyyətin maddi vasitələrini, əmək alətlərini görmək mümkündür. Bu
alətlərlə yanaşı onlardan istifadə vərdişləri də texniki vasitələr sisteminə
daxil oldu. Və onları tətbiq etməyə imkan verən vərdişlər yarandı.
Sonrakı dövrdə texnikanın inkişafında yeni keyfiyyətli mərhələ işçi
maşının yaranması ilə bağlıdır. Maşının əsas xüsusiyyəti bundan ibarətdir
ki, əvvəllər əmək predmeti üzərində insan tərəfindən görülən işi indi bila-
vasitə maşın həyata keçirir. Lakin işçi maşınların yaranması hələ elmin is-
tehsalata sirayət etməsi deyildi. Belə ki, o dövrdə maşınların çoxu elmi
kəşflər əsasında yox, praktik biliklərin inkişafı və tətbiqi sayəsində ixtira
olunurdu. Bu dövrün elmi bilikləri texniki tərəqqinin dalınca gedir və artıq
praktikada həyata keçirilən texnoloji proseslərin elmi izahına təşəbbüs gös-
tərilirdi. Həmin dövrdə elm qarşısında praktik ehtiyaclardan doğan konkret
vəzifələr də qoyuldu ki, bu da tətbiqi elmlərin inkişafına böyük təkan
verdi. Digər tərəfdən, ixtiraçıların düzəltdiyi texniki qurğular və onların
fəaliyyət mexanizminin elmi müstəvidə nəzərdən keçirilməsi bir sıra yeni
qanunauyğunluqların aşkar edilməsinə imkan açdı. Bir sözlə, XVIII əsrin
axırlarına qədər istehsalatda aparıcı bilik növü elmi biliklər deyil, praktik
biliklər və mühəndis yaradıcılığı idi. Elmi nailiyyətlərdən istifadə olunması
nadir hadisə idi.
Elmin istehsalata tətbiqinin müntəzəm və ardıcıl bir prosesə çevril-
məsi XIX əsrdən başlayaraq getdikcə gücləndi. Bu dövrdə texniki yeni-
liklər daha çox elmdəki kəşflərlə əlaqəli surətdə həyata keçir. Əlbəttə, yeni
elmi biliklərin texniki realizasiyası yeni tipli layihə-konstruktor işləri və
daha yüksək mühəndis biliyi tələb edirdi. Digər tərəfdən, mühəndis və
konstruktorların yeni elmi nailiyyətlərdən xəbərsiz olmaları ixtiraçılıq fəa-
liyyətində elmin tətbiqini çətinləşdirirdi. Yaranmış vəziyyət həm elmin
strukturunda, həm də ixtiraçılıq fəaliyyətində yeni halqaların əmələ gəlmə-
Bilik – Elm – Bilik
61
sinə səbəb oldu. Bir tərəfdən texniki elmlər, o biri tərəfdən də elmi-texniki
fəaliyyət və biliyin inkişafında yeni forma olan elmi-texniki biliklər mey-
dana gəldi. Elmi-texniki fəaliyyət həm elmi yaradıcılıqdan, həm ixtiraçılıq
fəaliyyətindən, həm də texniki sistemlərin iş prinsipindən onunla fərqlənir
ki, onun məqsədi nə gerçəkliyin nəzəri səviyyədə mənimsənilməsinə, nə də
hazır biliklərin texniki realizasiyasına yönəlməmişdir və özünəməxsus
səciyyə daşıyır. Yəni elmi-texniki fəaliyyət təkcə elm və təkcə texnologiya
çərçivəsinə sığmayaraq sanki bu iki hadisə arasında körpü rolunu oynayır.
Burada həm elmi həm də praktiki biliklərdən sıx istifadə olunur.
Elmi-texniki fəaliyyət sahəsi Qərbdə çox vaxt texnoloji fəaliyyət ad-
landırılır. Halbuki texnoloji fəaliyyət məhz texnikanın istismarı üçün lazım
olan biliklər və vərdişlər sferasını əhatə edir. Məsələyə aydınlıq gətirmək
üçün bu sahədə tanınmış mütəxəssis S.F.Kasprzukun fikrinə müraciət
edək. O, texnologiyanı belə təqdim edir: «Texnologiya bir fəaliyyət sahəsi
kimi, kim tərəfindən və hansı sahədə həyata keçirilməsindən asılı olmaya-
raq, elm ilə texnika, nəzəri biliklə praktik iş arasındakı boşluğun aradan
qaldırılmasına xidmət edir».
6
1
Burada, əvvəla, müəllifin “texniki fəaliyyət” anlayışında nəyi nəzər-
də tutduğu bəlli olmur, belə ki, “texnoloji fəaliyyət” anlayışının daxil edil-
məsi “texniki fəaliyyət” anlayışına yenidən baxılmasına və ya onun ümu-
miyyətlə çıxarılmasını tələb edir. İkincisi, əgər müəllif texniki fəaliyyətə
istehsal fəaliyyətini daxil edirsə, onda digər fəaliyyət növləri; bədii yaradı-
cılıq, siyasi fəaliyyət və s. kənarda qalmış olur.
A.Uaythed isə texnoloji fəaliyyətin formalaşmasını Yeni Dövrün ən
mühüm hadisələrindən biri hesab edir: “Şübhəsiz, son 300 ildə texnologiya
böyük inkişaf yolu keçmişdir, amma axır vaxtlara qədər elmin texnikaya
bilavasitə təsirini müstəqil bir hadisə kimi təsəvvür etmək mümkün olma-
mışdır”.
6
2
Doğurdan da, elmi biliklərin texnikaya müntəzəm və sistemli şə-
kildə tətbiq olunması və beləliklə bu tətbiqi təmin edən xüsusi fəaliyyət
növünün əmələ gəlməsi ancaq XIX əsrin axırları XX əsrin əvvəlləri üçün
səciyyəvidir. Bu hadisəni önə çəkməsini Uaythedin uğuru hesab etmək
olar. Lakin bizcə, o, bu məsələdə çox irəli gedir və nəinki elmin sistemli
1
S.F. Kasprzuk. On the conspert of technoloqy and its relation to science and technic //
Proceeding of the XV World Congress of Philosophy. Sofia, 1973. p.321.
2
A.Whitehead. Function of Reason. Boston, Beacon Press, 1971, p. 42.
Elm haqqında elm
62
tətbiqini, bütövlükdə nəzəri və praktik zəkanın kontaktını yeni bir hadisə
kimi təqdim edir: “Son 100 illikdə texnologiyanın möhtəşəm inkişafı bu-
nun nəticəsidir ki, mücərrəd təfəkkür və praktik zəka, nəhayət ki, əlaqələn-
dirilmişdir.”
6
1
Lakin məlum olduğu kimi, nəzəri biliklərin tətbiqi heç də
tamamilə yeni hadisə olmayıb çox qədim köklərə malikdir. Sadəcə olaraq,
keçmişdə bu proses müntəzəm olmamış və müstəqil fəaliyyət sahəsi kimi
formalaşmamışdır.
M.Bunqe “texnologiya” anlayışı əvəzinə “tətbiqi elmlər” anlayışın-
dan istifadə edir. Elmin bütün başqa formalarına isə “xalis elm” kimi ümu-
miləşdirir: “Xalis və tətbiqi elmləri fərqləndirmək mümkündür. Əgər biz
tədqiqatçının motivlərini də nəzərə alsaq, məlum olar ki, kim isə şeylərin
mahiyyətini anlamağa, kim isə şeylər üzərində hakim olmağa çalışır.”
6
2
M.Bunqeyə görə, ikincilərin məqsədi “faydalı şeylər” almaqdır. Amma əs-
lində bu məqsəd daha geniş fəaliyyət sahəsini əhatə edir; belə ki, bura layi-
hələşdirmə və konstruktor fəaliyyəti daxildir ki, onları tətbiqi elmlərə aid
etmək düzgün olmazdı. Digər tərəfdən, tətbiqi elmlər də öz növbəsində elə
sahələri əhatə edir ki, onlar texnologiya anlayışına aid edilə bilməzlər. Mə-
sələn, “tətbiqi riyaziyyat” tətbiqi elmlər sırasında olsa da, maddi fəaliyyət
sahələrinə, bilavasitə istehsala tətbiq olunmaqdan daha çox müxtəlif elm
sahələrinin daxili problemlərinin həlli üçün də istifadə olunur.
Yuxarıda adlarını çəkdiyimiz müəlliflərin işlətdiyi “texnoloji fəa-
liyyət” və “tətbiqi elmlər” anlayışları məzmunca “elmi-texniki fəaliyyət”
anlayışına yaxın olsalar da, onunla tam üst-üstə düşmür. Buna görə də
onların sərhədləri dəqiqləşdirilib müəyyənləşdirilməlidir.
“Elmi-texniki fəaliyyət” anlayışının həcminin müəyyənləşdirilməsi
xüsusi əhəmiyyət kəsb edir, çünki biliyin iyerarxik strukturunda yeni sə-
viyyə olan elmi-texniki səviyyənin yaranmasına fəaliyyətin məhz bu for-
ması səbəb olur.
Müvafiq texnoloji biliyi ehtiva edən “texnoloji fəaliyyət” anlayışı
ədəbiyyatda fəaliyyət reseptləri haqqında biliklər, texniki qurğularla əmə-
liyyatlar və s. mənasında işlədilməklə artıq elmin verdiyi məlumatlar əsa-
sında yeni tipli texniki qurğuların qurulması (istehsalı yox) üçün lazım
olan müvafiq elmi-texniki işdən sonra yaranır. Tətbiqi elmlər və müvafiq
1
Yenə orada, s. 42-43.
2
M.Bunge. Forwards a Philosophy of Thechnology // Philosophical problems of
science and Thechnology. Boston, 1974, p. 29.
Bilik – Elm – Bilik
63
elmi fəaliyyət elmi-texniki fəaliyyətin önündə getməklə elmi ideyaların
daha konkret, tətbiqə hazır formalara çevrilməsinə səbəb olur.
Elm haqqında elm
64
Bilik və fəaliyyət
Biliklərin nəsildən nəsilə ötürülməsi prosesi müxtəlif dövrlərdə və
müxtəlif xalqlarda fərqli üsullarla həyata keçirilmişdir. Fərqlər ötürülməni
təmin edən mərhələlərin hər birində ortaya çıxır. Əvvəla, fikir, bilik
başqasına çatdırılmaq üçün hansı isə formada maddiləşməlidir. İkincisi,
bilik müvafiq maddi ifadə vasitəsi ilə başqasına çatdırıldıqdan sonra o
yenidən ideya, fikir, bilik formasına keçməlidir.
Kiminsə öz bildiklərini başqalarına çatdırması ilk dövrlərdə əsasən
şifahi nitq, şərti işarələr vasitəsi ilə və ya təcrübənin bilavasitə bölüşdürül-
məsi ilə mümkün olmuşdur. Sonralar bu vasitələr getdikcə çoxalmış, yazı-
nın müxtəlif formaları, kitablar, sxem və qrafiklər, radio və televiziya, au-
dio və videokasetlər, kompüter, internet və s. də biliyin saxlanması və ötü-
rülməsi vasitələri kimi çıxış etmişdir. Lakin əhəmiyyətli olan biliyin hansı
təbii və texniki vasitələrlə ötürülməsi yox, onun necə əldə edilməsi, həqi-
qətə nə dərəcədə uyğun olması və nə dərəcədə dəqiq ifadə edilməsidir.
Ötürülmə mərhələsi fikrin ifadə olunmasından sonra gəlir. Bundan sonra
isə ötürülmüş informasiyanın nə dərəcədə adekvat mənimsənilməsi və ye-
nidən insanın fikir dünyasına daxil olaraq öz yerini tutması, aktiv bilik for-
masına keçməsi problemi gəlir.
İnsanın bilavasitə təbiətlə, ətraf mühitlə qarşılıqlı əlaqədən, təcrübə
sahəsində əldə etdiyi biliklə başqasından hazır şəkildə aldığı bilik nə ilə
fərqlənir? Uşaq hələ dil öyrənməmişdən əvvəl hansı isə biliklər əldə edir-
mi? Nəyə görə sistemli təlim ancaq altı yaşdan sonra başlanır? Yaxud
müxtəlif dövrlərdə, müxtəlif ölkələrdə bu yaş həddi necə olmuşdur? Hansı
təhsil sistemində biliklərin şəxsi təcrübə əsasında öyrənilməsinə üstünlük
verilir? Bəs biliklərin əsasən hazır şəkildə mənimsənilməsinin üstünlükləri
nədər ibarətdir?
Hamının elmi biliklərin əsaslarına yiyələnməsi vacibdirmi? İnsan
Bilik – Elm – Bilik
65
şəxsi həyatında daha çox hansı bilik formalarından istifadə edir? Elmi bili-
yin digər formaları ilə nisbəti necədir? Tarixən hansı bilik forması ən əvvəl
yaranmışdır?
Ən qədim dövrlərdə insanın özünü təbiətdən hələ tam şəkildə ayır-
madığı vaxtlarda, dini və mifoloji təfəkkürün üstünlük təşkil etdiyi vaxtlar-
da da məhz adi bilik və faktiki biliklər şüurlu həyatın ilkin zəruri şərtləri
kimi mövcud idi. Faktiki biliklərin təkrarlanmasından və ümumiləşməsin-
dən əməli biliklər yaranmışdır. Bunların hamısının əsasında şəxsi təcrübə
dayanır. Biliklərin başqalarına ötürülməsi isə nitqin əmələ gəlməsi ilə pa-
ralel surətdə, onun vasitəsi ilə həyata keçmişdir. Əmək nitqi isə ictimai
əməyi, yaxud əməli biliklərin başqalarına ötürülməsini təmin etmişdir.
Adi şüur, məişətdə və işdə istifadə olunan əməli biliklər insanın for-
malaşmasında bilavasitə iştirak etdiyinə görə onların bütün xalqlar üçün
ümumi olması vacib şərtdir. Lakin əməli biliklərdən elmi biliklərə keçidin
və elmi biliklərin mənimsənilməsinin tarixən alternativ formaları mövcud
olmuşdur. Şərti olaraq, Şərq və Qərb düşüncə tərzi kimi qəbul edilən iki
müxtəlif inkişaf yoluna müvafiq olaraq elmi biliyin ictimai praktika ilə
əlaqəsi də tarixən fərqli formalarda həyata keçmişdir.
İnsan mənəvi aləmini təşkil edən müxtəlif şüur formaları içərisində
ona ən çox yad olan bilikdir. Xüsusən, bilavasitə insanın özü ilə, öz fərdi
həyatı və taleyi ilə bağlı olmayan biliklər. Əslində bilik dedikdə, insanın öz
həyatının deyil, onu əhatə edən obyektiv gerçəkliyin inikası nəzərdə tutu-
lur. İnsanın öz fərdi həyatını əks etdirən, onun öz başına gələn hadisələrin
inikası olan şüur forması artıq başqa anlayışla ifadə olunur — xatirə hesab
edilir. Əlbəttə, bu fərqləndirmə yalnız insana doğma və ya yad olan hadisə-
lərin fərqləndirilməsindən irəli gəlmir. Həm də təkcə ilə ümumi arasındakı
fərqi ifadə edir. Belə ki, xatirə hafizədə biliklər şəklində deyil, təsəvvürlər
şəklində saxlanır. İnsan öz başına gəlmiş hadisələri qavradığı, bilavasitə
yaşadığı kimi də yadında saxlayır və ona görə də, xatirə həyatın ikinci –
mənəvi mövcudluğudur, həm də maddi həyatdan fərqli olaraq zamanın
dönməzliyi qanununa tabe olmayan və istənilən vaxt bərpa oluna bilən, ye-
nidən baş verən bir mövcudluğudur. Xatirə “acı” və ya “şirin”, “solğun” və
ya “al-əlvan” ola bilər, insanın vaxtilə keçirdiyi hissləri yenidən təkrar et-
dirə bilər. Bilik isə cansız və neytraldır, insanın duyğuları ilə bilavasitə
bağlı deyil və məhz bu mənada insana yaddır.
Bəs insanın öz həyatı ilə bağlı hadisələr fikirdə ümumiləşdirilmirmi?
Elm haqqında elm
66
Təsəvvürlər, hissi obrazlar müvafiq anlayışlarla birləşmirmi və bundan
müvafiq biliklər hasil olmurmu?
Real mənəvi həyatda nə hissi obrazlar anlayışlardan, nə də anlayışlar
hissi obrazlardan tam təcrid olunur. Necə deyərlər, hissi və rasional həmişə
vəhdətdə olur və bir-birini tamamlayır. Lakin istər duyğu və təsəvvürlər,
istərsə də anlayış və mühakimələr müəyyən nisbi müstəqilliyə malikdir və
məhz bu müstəqillik sayəsində biz onları fərqləndirir, idrakın müxtəlif pil-
lələri kimi qiymətləndiririk. İnsanın şəxsi həyatını təşkil edən hadisələr iki
qrupa ayrıla bilər: birincisi, yalnız bir dəfə və ya çox nadir hallarda baş ve-
rən – unikal hadisələr, ikincisi, müntəzəm surətdə və şəraitdən asılı olaraq
tez-tez baş verən, təkrarlanan hadisələr. İkincilərə habelə zahirən müxtəlif
görünməyinə baxmayaraq, bir sıra əsas əlamətlərinə görə üst-üstə düşən
hadisələr də daxildir.
Əlbəttə, heç bir əlamətinə görə heç vaxt təkrarlanmayan, tamamilə
bənzərsiz hadisələr olmur. Lakin insan öz həyatında təkrarlanmayan, əsa-
sən bənzərsiz olan unikal hadisələri ikinci dərəcəli əlamətlərinə görə başqa
hadisələrlə müqayisə etməyə ehtiyac duymur. Ona görə bu hadisələrin his-
si obrazları – xatirələr hansı isə əlamətlərin atılması, başqalarının isə ümu-
miləşdirilməsindən ibarət olan idraki əməliyyata məruz qalmır, öz hissi bü-
tövlüyünü, konkretliyini saxlamış olur.
Təkrarlanan hadisələrin isə hər birini bütün konkretliyi və təfərrüatı
ilə yadda saxlamağa ehtiyac yoxdur və bu, mümkün də deyil. Çünki insan
həyatının çox böyük qismi məhz təkrarlanan hadisələrdən təşkil olunur.
Ona görə də, təfərrüat atılır, hissi obraz diqqətə layiq olmayan əlamətlər-
dən azad olunur, təkrarlanan əsas əlamətlər isə ümumiləşdirilir – anlayışlar
əmələ gəlir və hadisə anlayışlar sistemi ilə şərh olunur. Deməli, gündəlik
həyatın zəruri tərkib hissəsi olan təkrarlanan hadisələr bütöv hissi obrazlar
şəklində yadda saxlanılmır – xatirəyə çevrilmir. Ümumiləşmiş şəkildə, an-
layışlar vasitəsilə hafizədə saxlanmış hadisələr, daha doğrusu, müəyyən
qrup hadisələrin “cansızlaşmış” sxemi, insanın hissi halına təsir etmir.
Anlayışlarla yalnız düşünmək olar, onlardan təsirlənmək mümkün
deyil.
6
∗
∗
Anlayışlardan, daha doğrusu, sözlərdən (çünki sözlər həm də məcazi, rəmzi mənalarda
işlənə bilir) istifadə edərək yenidən hissi obrazlar yaratmaq və insanı düşündürməklə
yanaşı, həm də təsirləndirmək xüsusi yaradıcılıq sahəsi olan bədii ədəbiyyatın
funksiyasıdır.
Bilik – Elm – Bilik
67
İnsanın ixtisası, peşəkar fəaliyyəti ilə bağlı olmayan, gündəlik zəruri
ehtiyacdan irəli gələn və bütün adamlar üçün harada isə ümumi olan adi
həyat hadisələrənin mənimsənilməsi “adi şüur” deyilən idrak formasına
uyğundur. Elmi idrak, bədii idrak və fəlsəfi təfəkkür kimi professional id-
rak formaları ilə yanaşı adi şüur da gerçəkliyi dərk etməyin mühüm üsulla-
rından biridir. Lakin onun bir mühüm keyfiyyət fərqi vardır. Adi şüur pro-
fessional idrak sahəsi olmayıb bütün adamların idraki fəaliyyətinin əsasını
təşkil edir. Hər bir adamın nəinki fərdi həyatı və məişət fəaliyyəti, habelə
istənilən sahədəki ixtisas fəaliyyəti istər-istəməz ilk növbədə adi şüura is-
tinad edir.
Adi şüurun məhsulu olan biliklər çox vaxt adi biliklər adlandırılır.
Bu biliklər insanların gündəlik praktik fəaliyyətinin ümumiləşmiş inikası
kimi yaranır və tarixən insanlarda ümumiləşdirmə qabiliyyətinin forma-
laşması sayəsində meydana çıxan ilk bilik növüdür. Yuxarıda qeyd etdiyi-
miz kimi, hissi obrazlarla düşünməkdən (məntiqəqədərki təfəkkür), şüurun
xatirə və hissi təxəyyül formasından anlayışlarla düşünməyə, şüurun bilik
formasına keçilməsi ilk növbədə insanların gündəlik zəruri həyat fəaliyyə-
tini (əmək bölgüsünə məruz qalmayan fəaliyyəti) əhatə edir. İlk anlayışlar
hadisə və şeylərin məhz bu zəruri fəaliyyət zamanı ortaya çıxan əlamət-
lərinin ümumiləşmiş fikri inikaslarından ibarət olur. Şeylər arasındakı əla-
qələr anlayışlar arasındakı əlaqə kimi inikas edir və ilk biliklər yaranır. Ha-
mı üçün ümumi olan zəruri həyat fəaliyyətini əks etdirdiyinə görə, “adi
həyatın” inikası olduğuna görə bu biliklər də adi biliklər hesab edilir.
Lakin insanların fəaliyyət dairəsi genişləndikcə bu biliklər “adi bilik“
dairəsindən kənara çıxır. İnsan-Təbiət münasibətlərinin ağırlıq mərkəzi
getdikcə daha çox dərəcədə təbiət tərəfə meyl edir. Bu qarşılıqlı təsir nəti-
cəsində insan müntəzəm impuls alır və onun fəaliyyəti adi fərdi həyatın zə-
ruri ehtiyaclarından kənara çıxır. “Adi bilik“ getdikcə daha çox dərəcədə
adiliyini itirir. Daha doğrusu, insan fəaliyyətinin bir növ özəyini təşkil
edən adi biliklərlə yanaşı onun daha geniş miqyasda fəaliyyətini təmin
edən, nisbətən başqa xarakterli biliklər yaranır. Bu biliklər insanın fərdi
həyatı üçün bilavasitə lazım olmayıb cəmiyyətə xidmət edir. Həmin ada-
mın özünə də artıq bilavasitə deyil, cəmiyyət vasitəsilə, cəmiyyətin bir üz-
vü kimi xidmət edir.
İnsan ilkin formalaşma dövründə əsasən özü üçün yaşamaqdan
uzaqlaşaraq getdikcə daha çox dərəcədə cəmiyyətin bir üzvünə çevrilir,
Elm haqqında elm
68
şəxsiyyət kimi formalaşır. Bu dəyişiklik onun maddi fəaliyyətində təzahür
etdiyi kimi, yiyələndiyi biliklərin xarakterində və miqyasında da təzahür
edir.
İnsana onsuz da yad olan biliklər onun fərdi həyat dairəsindən kəna-
ra çıxdığına görə daha da yadlaşır. Digər tərəfdən, bu biliklər onu daha çox
cəmiyyətin bir üzvü edir, onu cəmiyyətlə daha möhkəm bağlayır. Nə qədər
paradoksal görünsə də, insanın ictimai varlıq kimi, cəmiyyətin bir üzvü ki-
mi formalaşması və deməli, cəmiyyətin özünün əmələ gəlməsi məhz insan-
təbiət münasibətlərinin genişlənməsi, insanın təbiətə daha çox nüfuz etmə-
si ilə bağlıdır.
Tarixən insan (onun ilk əcdadı) təbiətin ayrılmaz tərkib hissəsi kimi
mövcud olmuş, onun başqa hissələrindən prinsipial surətdə seçilməmişdir.
Hələ həmin mərhələdə insanın əcdadları sürü halında yaşamış, bir-biri ilə
müəyyən qarşılıqlı əlaqədə olmuşlar. Lakin bu, təbiətin özünə xas olan bir
hadisədir və insanın ictimai mahiyyətini burada axtarmaq düzgün olmazdı.
Təbii-tarixi inkişafın sonrakı pilləsində insanın özünü təbiətdən ayır-
ması prosesi başlanır. Bu mərhələdə hələ şəxsiyyət yoxdur, biososial varlıq
yoxdur, yalnız bioloji varlıq var. Lakin bioloji təkamülün ən yüksək pillə-
sində, ilk şüur komponentlərinin obyektiv gerçəkliyi məqsədəuyğun surət-
də dəyişdirmək, gerçəkliyə məqsədli münasibət bəsləmək üçün artıq kifa-
yət etdiyi vaxtda insanın formalaşması prosesi başlanır və bu proses eyni
zamanda insanın təbiətdən ayrılması və özünü ona qarşı qoyması prosesi
ilə üst-üstə düşür.
Təbiətlə qarşılıqlı təsir prosesində, öz zəruri maddi ehtiyaclarını
ödəmək naminə fəaliyyət göstərərkən insan əvvəlcə təbiəti özünün davamı
kimi, sonrakı mərhələdə isə özündən fərqli, əks tərəf kimi dərk etməyə
başlayır. İnsan nə qədər ki, özünü təbiətdən ayıra bilmir, onun təbiət haq-
qındakı təsəvvürləri də hissi obraz və hissi təxəyyüllə məhdudlaşır. İnsan-
təbiət münasibətlərinin tarixən ilkin inikasları olan bu hissi mənzərələr mü-
əyyən dinamikaya malik olsa da, gerçəkliyi məhz olduğu kimi, obyektiv
məzmununa adekvat olaraq əks etdirmir. İnsan özü, onun xatirələri, təsa-
düflərlə bağlı olaraq hadisələrə verdiyi şərti mənalar, rəmzləşdirmə obyek-
tiv məzmuna elə sirayət edir ki, obyektiv olanı subyektiv olandan ayırmaq
hətta müasir intellektual səviyyədən yanaşdıqda belə, çox çətin olur. Özü-
nü təbiətdən ayırmağı bacaran, anlayışlarla, məntiq qanunlarına uyğun ola-
raq düşünən müasir insan üçün əcdadların məntiqəqədərki sinkretik düşün-
Bilik – Elm – Bilik
69
cə tərzini duymaq həqiqətən çətindir. Duymaq çətindir, lakin başa düşmək
olar. Zira məntiq (burada dialektik məntiq nəzərdə tutulur) açarı məntiqə-
qədərki qapılara da düşür.
Bizə çatan qədim xalq yaradıcılığı abidələrinin, ən çox mifologiya-
nın təhlili göstərir ki, obyektiv məzmunlu biliklərin əmələ gəlməsi, məntiqi
düşüncə tərzi, uzun sürən keçid dövrünün məhsuludur. Keçid dövründə öz
taleyini, öz şəxsi hiss və arzularını, rəmzi mənaları real hadisələrin real ob-
razları ilə birləşdirmək meyli tədricən azalır. Hadisələr onlara geyindiril-
miş bər-bəzəkli geyimlərdən azad edilir və onlar bütün çılpaqlığı ilə, sadə,
nisbətən sönük, lakin öz rəngində görünür. Təbiət daha insanın davamı ki-
mi götürülmür, müstəqillik əldə edir. İnsan özünü təbiətdən, təbiəti özün-
dən ayırır. Mənəvi ilə maddinin getdikcə daha aydın sezilən nisbi bölgüsü
başlanır. İnsanların mənəvi aləmi durulduqca burada nə isə başqa bir şeyin
deyil, məhz maddi aləmin obrazının əks olunduğu aydınlaşır. Nə zaman ki,
hissi obrazlar hələ ümumiləşməmiş və anlayışlar şəklinə düşməmişdi, dün-
ya insan nəzərində bir xaos idi. Anlayışların formalaşması dünyada möv-
cud olan qaydalılığı, ahəngi mənəvi aləmə köçürməyə imkan verir. İnsanın
mənəvi aləmi durulduqca maddi dünya da onun gözündə Xaosdan Kosmo-
sa, müəyyən qayda üzrə “düzülmüş” sistemə çevrilir.
İnsanın təbiəti özündən ayırması, obyektiv gerçəkliyi yalnız şəxsi
ehtiyacları baxımından deyil, ümumiyyətlə insanın, insanların, cəmiyyətin
ehtiyacları baxımından öyrənməsi, əldə olunan “şəxssiz” biliklərin hamı
üçün ümumi olan məntiqi formalara salınması və sözlərlə ifadə olunması –
bütün bunlar bioloji varlıqdan biososial varlığın, şəxsiyyətin yaranması yo-
lunda ciddi addımlar idi. Anlayışların əmələ gəlməsi ilə sıx bağlı surətdə
nitqin yaranması və onun insanlar arasında ünsiyyət vasitəsi kimi çıxış et-
məsi – insanın ictimai varlıq kimi formalaşmasına ciddi təkan verir. İnsan-
təbiət münasibətlərindən cəmiyyət-təbiət münasibətlərinə keçid sinkretik
təfəkkürdən məntiqi təfəkkürə keçidlə həmahəng surətdə baş verir. Belə ki,
insan həm də təbiətin bir hissəsi olduğu üçün təbiətə münasibətdə bəzən
özünü ondan ayırdığı halda, bəzən də ayırmır; sinkretiklik – fərdiliklə
ümumiliyin, hissiliklə məntiqiliyin, emosionallıqla rasionallığın, obrazlıqla
praqmatikliyin vəhdəti, bəzən qaydasız, xaotik birliyi də buradan irəli gə-
lir. Cəmiyyət isə insanların bioloji varlığını əhatə etmir və təbiətin bir his-
səsi kimi deyil, onunla paralel surətdə mövcud olan və buna görə də yeri
gəldikdə onunla qarşılaşdırıla bilən, onunla əkslik təşkil edən müstəqil tə-
Elm haqqında elm
70
rəf kimi çıxış edir. Ona görə də cəmiyyətin bir üzvü kimi, sosial bir varlıq
kimi, şəxsiyyət kimi insanın şüuru təbiəti insandan kənarda, “insansızlaşdı-
rılmış” halda, həqiqətdə (burada ancaq elmi həqiqət nəzərdə tutulur) oldu-
ğu kimi əks etdirir. Biliklərin tarixi də bu vaxtdan başlanır.
İnsanların fəaliyyət dairəsi genişləndikcə biliklərin əhatə dairəsi də
genişlənmiş olur. Müxtəlif fəaliyyət sahələrinə uyğun olaraq müxtəlif bilik
sahələri yaranır. İnsanların hamısı üçün ümumi və zəruri olan maddi fəa-
liyyətin nəticəsi kimi əmələ gələn adi biliklər və ya məişət bilikləri, heç
şübhəsiz, bilik sahələri içərisində tarixən ən qədimidir. Sonrakı bilik sahə-
ləri insanlar arasında əmək bölgüsü sayəsində əmələ gəlir və heç də bütün
adamlara deyil, fəaliyyət sahəsindən asılı olaraq yalnız müəyyən qrup
adamlara mənsub olur. Biliklərin bu ilk formalaşma dövründə əmək bölgü-
sü və ixtisaslaşma yalnız maddi fəaliyyət sahələrini əhatə edir; bu dövrdə
bilik əldə edilməsi hələ müstəqil bir məqsədə çevrilmir və yalnız məqsədə-
uyğun maddi fəaliyyətin zəruri tərkib hissəsi kimi çıxış edir. Biliklər hələ
məxsusiləşməmiş, idrakın müstəqil obyektinə çevrilməmişdi.
Hələ eramızdan altı əsr əvvəl böyük çin mütəfəkkiri Konfutsi dərk
olunmuş və dərk olunmamış biliyi fərqləndirərək deyirdi: “Əsil bilik – bil-
diyin şeyi bildiyini, bilmədiyin şeyi isə bilmədiyini bilməkdir”. Müasir
adam üçün az qala tavtologiya kimi görünən bu müdrik kəlam qədim dövr-
də biliklərin çox vaxt qeyri-müstəqil şəkildə, maddi fəaliyyətə bağlı, onun
əlavəsi kimi, asılı surətdə mövcud olduğunu, əsil bilik sahiblərinin isə bili-
yi fəaliyyətdən ayıraraq müstəqil surətdə, “xalis” şəkildə mənimsədiyini
göstərir. K. Marks və F. Engels şüurun formalaşmasında maddi fəaliyyətin
tarixən nə kimi bir rol oynadığını göstərərək yazırlar: “İdeyaların, təsəv-
vürlərin və şüurun hasil edilməsi əvvəlcə bilavasitə insanların maddi fəa-
liyyətinə və maddi ünsiyyətinə, real həyat dilinə bağlıdır. Təsəvvürlərin
əmələ gəlməsi, təfəkkür, insanların mənəvi ünsiyyəti burada onların maddi
fəaliyyətinin hələ bilavasitə məhsuludur”.
7
1
“Maddi ünsiyyət”, “real həyat
dili” dedikdə heç də nitq nəzərdə tutulmur. Nə qədər ki, fikir fəaliyyətdən
ayrılmamışdı, nitq də hələ müstəqil surətdə mövcud ola bilməzdi. Lakin bu
zaman fikrin, biliyin müstəqilləşməsi və nitqin formalaşması üçün artıq
real zəmin var idi. “İbtidai insan sürüsündəki” ünsiyyət müasir insanlar
1
K.Marks və F.Engels. Seçilmiş əsərləri. Üç cilddə. 1-ci cild, Bakı, Azərnəşr, 1978, s. 14.
Bilik – Elm – Bilik
71
arasındakı ünsiyyətdən, intellektual ünsiyyətdən keyfiyyətcə fərqli olsa da,
sonuncunun formalaşması üçün zəruri tarixi mərhələ idi.
K.Marksın dediyi kimi, insanlar fəaliyyətə heç də xarici aləmin
predmetlərinə nəzəri münasibət bəsləməkdən başlamırlar. Hər bir heyvan
kimi onlar da yemək, içmək və s. bu kimi tələbatdan başlayır, hansı isə
münasibətdə “dayanmayaraq” fəal təsir göstərirlər və bu təsir sayəsində
xarici aləmin predmetlərinə yiyələnərək öz ehtiyaclarını ödəyirlər. Bu pro-
sesin təkrarlanması sayəsində bu predmetlərin insanların tələbatını ödəmək
qabiliyyəti onların beynində həkk olunur”. Beləliklə, biliklərin əmələ gəl-
məsi insanların (onların ilk əcdadlarının) öz tələbatını ödəmək üçün xarici
aləmə fəal maddi təsiri ilə bağlı idi. Lakin o dövrdə insan hələ özünün xa-
rici aləmə münasibətini xarici aləmdən ayıra bilmirdi. İnsanın əldə etdiyi
onun özünə bəlli deyildi, ona yalnız qeyri-aşkar şəkildə, təbiətə fəal
təsirinin tərkib hissəsi kimi mənsub idi. Necə ki, insan özünü təbiətdən,
təbiəti özündən tam ayıra bilmirdi, onun bilikləri də bir şüur hadisəsi kimi
maddi fəaliyyətdən tam ayrılmamış, müstəqil şüur faktına çevrilməmişdi.
Bununla belə, bu dövrdə insanların fəaliyyəti yalnız maddi fəaliyyət-
lə məhdudlaşmırdı. İnsanların təbiətə təsiri artıq məqsədəuyğun təsirə ke-
çirdi. Fərdi maddi tələbatın ödənilməsinə yönəlmiş və “sınaq-səhv” meto-
duna əsaslanan ilkin fəaliyyət forması getdikcə daha çox dərəcədə nəticəsi
qabaqcadan məlum olan fəaliyyətlə əvəz olunurdu. Yüz min illər ərzində
davam edən bu proses əslində əməyin formalaşması və təkmilləşməsi pro-
sesi idi. Lakin insanların şüurlu maddi fəaliyyəti hələ şüurun maddi fəaliy-
yətdən ayrılmasına, müstəqil mövcudluğuna dəlalət etmir; bu dövrdə şüur
maddi fəaliyyətlə bağlı olmaqdan başqa, həm də əsasən bu fəaliyyətin özü-
nü inikas etdirirdi. İnsanın maddi fəaliyyətindən kənarda, ondan asılı olma-
dan mövcud olan obyektiv gerçəklik hələ idrak obyektinə çevrilməmişdi.
Zehni və fiziki əmək hələ tam ayrılmamışdı.
Şüurun əmələ gəlməsi tarixi insanın bir insan kimi formalaşması
tarixi ilə üst-üstə düşür və milyon illərlə ölçülür. Lakin, göründüyü kimi,
bu müddət ərzində əsasən şüurun maddi fəaliyyətdən azad olması – müstə-
qilləşməsi prosesi getmişdir; onun nisbi müstəqillik tarixi isə qədim sivili-
zasiyaların yaranması dövründən başlanır və yalnız min illərlə ölçülür. De-
məli, şüurun praktika ilə vəhdətdə mövcudluğu tarixi onun nisbi müstəqil-
lik tarixinə nəzərən müqayisə olunmaz dərəcədə qədimdir.
Elm haqqında elm
72
Mənəvi “xalis” şəkildə, nisbi müstəqil surətdə mövcud olana qədər
uzun müddət, milyon il tərtibində olan bir dövr ərzində maddi ilə qırılmaz
əlaqədə, praktik fəaliyyətin tərkib hissəsi kimi mövcud olmuşdur. Ən
başlıcası isə budur ki, bu vəhdət, əlaqəli mövcudluq tarixən artıq keçilmiş
və sıradan çıxmış hadisə deyil. İnsan orqanizmində, beyinin struktur və
funksiyalarında köklü iz buraxmış olan bu hadisə insanın həm bioloji, həm
də sosial mövcudluğunun mühüm şərtidir. Praktik fəaliyyətdən ayrılmış,
əmək bölgüsü sayəsində özü müstəqil fəaliyyət sahəsinə çevrilmiş aşkar
şüur forması nəinki insanın maddi ehtiyaclarını ödəmir, hətta onun cəmiy-
yətin bir üzvü kimi fəaliyyətini tam tənzim etmək üçün də kifayət deyil.
Qeyri-aşkar şüurun mühüm formalarından biri olan qeyri-şüurilik
nəinki praktik fəaliyyətdə, müasir insanın mənəvi fəaliyyətində də təzahür
edir.
Şüur çox zəngin və çoxcəhətli olduğundan onun tarixi inkişaf yolu-
nun bütöv mənzərəsini yaratmaq da çox çətindir. Bizi əsasən biliklərin ge-
nezisi maraqlandırır və şüurun yolunu da məhz biliyin məntiqi və tarixi
strukturunu aydınlaşdırmaq məqsədilə nəzərdən keçiririk. Həm də şüurun
bilavasitə mövcudluğunu, nisbi müstəqilliyini, bilikdən kənarda başa düş-
mək mümkün deyil. Burada məhz dar mənada şüurun, fərdi praktikanın
spesifikasından, subyektin xüsusiyyətlərindən azad olmuş, məzmunca ob-
yektivləşmiş və nisbi müstəqillik qazanmış şüurun mövcudluğundan söh-
bət gedir. İnsanın maddi fəaliyyəti ilə bilavasitə bağlı olan, ondan ayrıla
bilməyən şüur da bilik şəklində mövcud ola bilməz. İnsanın şəxsi həyatı
ilə, emosional-psixoloji vəziyyəti ilə bilavasitə bağlı olan şüur da bilik şək-
lində mövcud ola bilməz. Yalnız “şəxssizləşmiş”, subyektiv amillərdən
azad olmuş və maddi fəaliyyətə nəzərən nisbi müstəqillik əldə etmiş şüur –
həqiqətən biliklər şəklində ifadə olunur. Bilik xatirədən, təəssüratdan, hissi
obrazdan, qeyri-şüuri şüur aktlarından və s. fərqli olaraq məntiqi təfəkkü-
rün nəticəsi kimi ortaya çıxır və anlayışlarla, terminlərlə ifadə olunur. Söz,
dil nisbi müstəqil şüurun, “xalis” şüurun – biliyin maddiləşərək insandan,
fərddən kənara çıxmasına, başqaları üçün də anlaşıqlı olmasına, cəmiy-
yətin istifadəsinə verilməsinə, ictimai məzmun kəsb etməsinə imkan verir.
Beləliklə, biliklərin yaranması üçün şüur uzun sürən (milyon il
tərtibində) inkişaf yolu keçmişdir. Biliyin tarixi hər cür şüur formasının de-
yil, məhz məntiqi təfəkkürün tarixi ilə üst-üstə düşür. Bəs “həqiqi şüur”dan
əvvəl, şüurun ilk primitiv formaları dövründə, “sürü şüuru” dövründə in-
Bilik – Elm – Bilik
73
sanların (insanların əcdadlarının) praktik fəaliyyəti nə ilə tənzim olunurdu
və insanlar arasındakı ünsiyyət (diləqədərki ünsiyyət) nəyin hesabına
həyata keçirdi?
Praktik fəaliyyət maddi və mənəvi komponentlərə parçalanmadığı
dövrdə insanlar arasındakı ünsiyyətdə təcrübənin ötürülməsi, praktik fəa-
liyyətin öz bütövlüyündə “mənimsənilməsi” əsas rol oynayır. Bu zaman
fəaliyyət haqqındakı bilik fəaliyyətdən ayrılmadığından onu dil vasitəsilə
başqasına təqdim etmək, təsvir etmək, öyrətmək də mümkün deyil. Başqa-
sı həmin fəaliyyəti, hərəkəti əsasən təqlid yolu ilə və şəxsi “sınaq-səhv”
metodu əsasında mənimsəyir. Təqlid yolu ilə başlanan ilkin hərəkətlər
“yaxşı” nəticəyə gətirdikdə təkrar olunur və əməli vərdişlər yaranır.
Hələ beyin özünü aşkar şəkildə büruzə verməmiş əl fəaliyyətə başla-
yır. İnsanın gerçəkliyə şüurlu münasibəti bilik şəklinə düşməzdən və dillə
ifadə olunmazdan əvvəl əllə ifadə olunur. Əl şüurluluğun ilk təzahür vasi-
təsinə çevrilir. Nitqin formalaşması əlin formalaşmasından sonra baş verir
və əslində ondan bir nəticə kimi hasil olur.
Bu dövrdə əlin xüsusilə böyük rol oynaması, müstəsna əhəmiyyət
kəsb etməsi nə ilə əlaqədardır? Doğrudanmı təkamül nəticəsində əldə bu
qədər fiziki və bioloji dəyişikliklər yaranmış, əl nə isə yeni keyfiyyətli bir
şeyə çevrilmişdi? Bu dövrdə – insanın şüurlu insana (homo sapiens) çevril-
məsi prosesi şəraitində əlin kəsb etdiyi yeni mahiyyət, şübhəsiz ki, onun
məzmun və formasındakı müəyyən dəyişikliklər sayəsində mümkün ol-
muşdu. Lakin sağlam düşüncənin əksinə olaraq, heç də bu dəyişikliklər ye-
ni mahiyyəti deyil, yeni mahiyyət bu dəyişiklikləri şərtləndirirdi. Əlin kəsb
etdiyi yeni funksiya onun təkmilləşməsini tələb edirdi və eyni zamanda
təkmilləşmə üçün şərait yaradırdı. Yeni mahiyyətli əl əməyin məhsulu idi.
“Sağlam düşüncə”yə görə əmək özü əlin sayəsində mümkün olur. Bu, doğ-
rudan da belədir. Lakin dialektik düşüncə əlin də məhz əmək sayəsində ya-
randığını dərk etməyə imkan verir.
Əl bioloji təkamülün sadəcə olaraq əlin özündəki təzahürünün nəti-
cəsi deyil. Əl bioloji təkamülün sosial amillərlə birləşməsindən hasil olur.
Yeni mahiyyətli əl, əmək orqanı olan əl, daha sadəcə olaraq əl deyil, əl ilə
beyinin vəhdətidir.
Yuxarıda qeyd etdiyimiz kimi, şüur əmələ gəldiyi ilk dövrlərdə, “sü-
rü şüurundan” “xalis şüura” qədər davam edən çox uzun müddət ərzində
insanın maddi fəaliyyəti ilə vəhdətdə, ondan ayrılmaz şəkildə mövcud ol-
Elm haqqında elm
74
muşdur. Bu dövrdə yüksək təşəkküllü materiyanın yeni keyfiyyəti müstəqil
mövcud ola bilmədiyindən (bilik və dil hələ yox idi) əldə və əl vasitəsilə
təzahür edirdi. Deməli, əlin kəsb etdiyi yeni mahiyyət onun beyinlə birləş-
məsindən irəli gəlirdi. Bu yeni mahiyyəti əlin öz məzmun və formasındakı,
quruluşundakı dəyişikliklərlə izah etməyin birtərəfliliyi, çatışmazlığı da
məhz bununla izah olunur. Əl müstəqil surətdə deyil, son dərəcə mürəkkəb
bir orqanizmin üzvlərindən biri kimi yeni mahiyyət kəsb edir. İnsan
orqanizminin yüksəldiyi yeni keyfiyyət pilləsi, beyinin inkişafı, şüurun
maddi fəaliyyətlə sintez halında da olsa artıq meydana gəlməsi – praktika-
nın yaranması və s. heç şübhəsiz, yalnız əlin yeni mahiyyət kəsb etməsi ilə
məhdudlaşmır. Beyinlə kordinal əlaqədə olan digər orqanlar da dəyişir,
yeniləşir və öz yeni funksiyaları ilə beyinin daha da inkişaf etməsinə təkan
verir. Nitqin təkmilləşməsi eşitmə orqanının müvafiq surətdə daim təkmil-
ləşməsinə təsir etdiyi kimi, beynin də inkişafı, birlikdə bütün hisslərin tək-
milləşməsinə səbəb olur.
Əlin özü duyğulardan birinin (lamisə – toxunma) daşıyıcısı olsa da,
onun başlıca səciyyəsi insanın maddi fəaliyyətində oynadığı rolla bağlıdır.
Hiss orqanlarının – duyğu üzvlərinin maddi fəaliyyətdə icraçılıq funksiyası
yoxdur. Onlar insanın gerçəkliyə fəal, dəyişdirici münasibətində bilavasitə
iştirak etmir. Duyğu üzvləri insandan gerçəkliyə doğru yox, gerçəklikdən
insana doğru yönəlmiş bir prosesin icraçılarıdır. Bu proses insanın gerçək-
liyi seyr etməsi prosesidir. İdrak məhz seyrlə başlanır.
İdrak seyrlə başlanır, lakin seyrdən yaranmır. İdrak prosesinə gətirib
çıxaran ilkin proses – praktikadır. Praktikanın ən ibtidai forması, ilk pilləsi
isə insanların bilavasitə öz təbii ehtiyaclarını ödəməyə yönəldilmiş fəaliy-
yətidir. Bu pillədə maddi və mənəvi praktikanın strukturuna müstəqil mə-
qamlar kimi daxil olmur; onlar hələ ayrılmayıblar. Bu dövrdə insanın hara-
da isə instinktiv, harada isə məqsədəuyğun maddi fəaliyyətini bilavasitə
həyata keçirən yeganə vasitə, orqan əldir. Əl bir hiss orqanı kimi formalaş-
mazdan əvvəl məhz bir fəaliyyət orqanı kimi formalaşmışdır. Lakin prakti-
ka sayəsində, insanın instinktiv məqsədəuyğun əməli fəaliyyəti prosesində
bu prosesi mümkün edən beyin özü və onunla birlikdə duyğu üzvləri, hiss
orqanları da inkişaf edir. Fəaliyyətlə yanaşı, ondan prinsipial surətdə fərqli
olan yeni mahiyyətli hadisə – seyr başlanır.
İdrak iki başlanğıcdan qida alır: maddi fəaliyyət və seyr. Məhz bu
iki başlanğıc idrakı bir tərəfdən praktikanın məhsulu kimi, digər tərəfdən,
Bilik – Elm – Bilik
75
obyektiv gerçəkliyin inikası kimi başa düşməyə imkan verir. Praktika və
inikas, fəaliyyət və seyr dilemması idrak nəzəriyyəsinin daimi probleminə
çevrilmişdir. Metafizik təfəkkür bu iki tərəfi vəhdətdə götürə bilmədiyinə
görə, onları qarşılaşdırmış və onlardan yalnız birinə üstünlük verməyə ça-
lışmışdır. Əslində isə fəaliyyət, praktika idrakın əsasını, mənbəyini heç də
yalnız tarixən təşkil etmir, həm də bütün sonrakı dövrlərdə idrak prosesi ilə
sıx surətdə bağlıdır. İdrakın sonrakı inkişaf yolunda onun praktika ilə əla-
qəsi daha mürəkkəb və çoxcəhətli olur, bu əlaqənin yeni çalarları açılır.
Lakin bizi hələlik biliklərin yalnız genezisi və idrakın tarixi inkişaf yolu-
nun ilk pillələri maraqlandırdığından burada fəaliyyəti məhz idrakın əsası
kimi nəzərdən keçirəcək və onun seyr ilə tarixən nə kimi bir nisbətdə oldu-
ğunu müəyyənləşdirməyə çalışacağıq.
Əgər vərdişlərə əsaslanan praktik fəaliyyət, əlin “şüurlu”, instinktiv-
məqsədəuyğun hərəkətləri bilavasitə insanın təbii ehtiyaclarını ödəməyə
yönəldilmişdirsə, seyr müəyyən müstəqilliyə malikdir və insanın maddi tə-
ləbatından bilavasitə asılı olmadan ümumiyyətlə təbiətə, gerçəkliyə reaksi-
ya şəklində meydana çıxır. Bu cəhət sonralar əmək bölgüsü üçün, zehni
əməklə fiziki əməyin ayrılması üçün mühüm şərt kimi çıxış edir. Əgər bir
insan miqyasında bölgü prinsipcə mümkün olmasa idi, fəaliyyət və seyr iki
nisbi müstəqil başlanğıc kimi formalaşmasa idi və bir-birindən getdikcə
daha çox dərəcədə ayrılmasa idi, nəhayət, hiss orqanları və seyrin inkişafı
sayəsində yeni keyfiyyətli fəaliyyət ortaya çıxmasa idi, cəmiyyət miqya-
sında bölgü də prinsipcə mümkün olmazdı.
Seyr özlüyündə heç də o saat biliklərin yaranmasını və nitqin əmələ
gəlməsini təmin etmir. Getdikcə təkmilləşməkdə olan hiss orqanlarının
verdiyi informasiya hələ ümumiləşdirilə bilmir və məntiqi formalara salın-
mır. Lakin hər bir hissi təsir müəyyən siqnal kimi qəbul olunur və insan
həmin siqnala müvafiq reaksiya verir. Birinci siqnal sisteminin yaranması
və yüksək dərəcədə inkişaf etməsi instinktiv-məqsədəuyğun fəaliyyətin də
müvafiq surətdə təkmilləşməsinə səbəb olur.
Seyr maddi fəaliyyəti təkmilləşdirdiyi kimi, fəaliyyət də seyrə kon-
kret istiqamət verir, onu daha məqsədyönlü edir. Hiss orqanları insan
fəaliyyəti ilə bağlı olan cəhətləri getdikcə daha mükəmməl surətdə inikas
etdirir. Seyr ilə fəaliyyət arasındakı qarşılıqlı təsir, əlaqə onların hər ikisinə
inkişaf impulsu verir. Bununla yanaşı, seyrin hüdudları fəaliyyətə xidmət
dairəsi ilə müəyyən olunmur. İnsan seyr prosesində heç bir xüsusi reaksiya
Elm haqqında elm
76
yaratmayan, onun mənafeyinə bilavasitə təsir etməyən və bu mənada
neytral olan informasiya da alır ki, onun tədricən yığılması gələcəkdə
fəaliyyətlə bilavasitə bağlı olmayan biliklərin yaranması üçün mənbə
rolunu oynayır.
Şüurun nisbi müstəqillik əldə etməsində, biliklərin və nitqin yaran-
masında məhz neytral seyrin rolu olmuşdur. Seyr özünə maddi fəaliyyət-
dən fərqli olan ikinci çıxış yolu tapır. Bu yol məntiqi təfəkkürdən və onun
nəticəsi olan biliklərdən keçir və dil, nitq vasitəsilə maddi dünyaya gətirib
çıxarır. Biliklər sözlə ifadə olunduqdan sonra yalnız ayrıca bir fərdə mən-
sub olaraq qalmır – ictimailəşir. Bu mərhələdə biliklərin ictimai sintezi və
tətbiqi yeni səviyyəli və yeni mahiyyətli praktika doğurur. Mənəvi və mad-
dini özündə üzvi surətdə birləşdirən və bir fərd miqyasında həyata keçən
praktika indi getdikcə daha böyük ictimai miqyas alan mürəkkəb proseslə
– praktikadan başlanan və çoxpilləli idrak yolunu keçərək yenə də praktika
ilə tamamlanan halqa ilə və daha doğrusu, spiralvarı hərəkətlə əvəz olunur.
İdrak mərhələsindən yeni keyfiyyətli praktika mərhələsinə keçid prosesi
isə müasir dövrdə elmi-texniki tərəqqi ilə bağlıdır.
Maddi fəaliyyətdən doğan, ondan ayrılmayan və yalnız təcrübə şək-
lində yeni nəslə ötürülən əmək vərdişləri müasir dövrdə də istehsal prose-
sində mühüm yer tutur, bilavasitə icraçılıq işinin, fəhlə əməyinin əsasını
təşkil edir. Lakin ictimai istehsal yalnız bilavasitə icraçılıq fəaliyyəti ilə
məhdudlaşmır. Onun çox mühüm xüsusiyyətlərindən biri fəaliyyətlə bila-
vasitə bağlı olmayan müstəqil biliklərin fəaliyyətlə birləşdirilməsidir. Bu
proses müasir dövrdə elmi-texniki tərəqqi sayəsində həyata keçir və onun
funksional səciyyəsini vermək üçün mühüm rol oynayır. Lakin elmi-texni-
ki tərəqqinin daha mükəmməl mənzərəsini yaratmaq, onun funksiyalarını
və mahiyyətini daha dəqiq müəyyənləşdirmək üçün bir daha keçmişə qa-
yıtmaq, “müstəqil şüurun”, biliklərin maddi fəaliyyətlə əlaqəsinin inkişaf
yolunu izləmək lazım gəlir. Nəinki yalnız elmi-texniki tərəqqinin, elm və
texnikanın genezisi də məhz bu yoldan başlanır.
Bilik – Elm – Bilik
77
Dostları ilə paylaş: |