Elmi-praktiKİ konfransin materiallari



Yüklə 0,84 Mb.
səhifə24/52
tarix02.01.2022
ölçüsü0,84 Mb.
#2526
1   ...   20   21   22   23   24   25   26   27   ...   52
Gülmirə Məmmədova
Azərbaycan Dövlət İqtisad Universtetinin sosial-iqtisadi elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi
Qadınların təhsili və peşəkarlığı
Təhsilin, gender bərabərliyi və qadınların səlahiyyətlərinin genişləndirilməsini təmin edən ən qiymətli vasitələrdən biri olması getdikcə daha çox dərk edilir. Bütün səviyyələrdə qadın və qızların təhsili və təlimi sahəsində, xüsusən kifayət qədər siyasi və maliyyə vəsaitlərinin təmin oluduğu sahələrdə tərəqqi əldə edilib. Bütün regionlarda yerli icmalarda imkansız və təcrid olunmuş qruplardan olan qadın və qızların təhsil alması üçün alternativ təhsil və sistemləri yaradılmışdır ki, bu da onların təhsilin bütün sahələrdə məşğul olmalarına və təhsil, təlim sistemində gender haqqında mövcud olan mənfi rəyə son qoymalarına təkan verir.
Bəzi ölkələrdə qadın və qızların savadsızlığının ləğvi və savadının artırılması yönümündə aparılan fəaliyyətə resursların çatışmamazlığı, tələb olunan siyasi iradənin olmaması, təhsil sahəsində infrastrukturun təkmilləşdirilməməsi və islahatların keçirilməməsi, qalmaqda olan gender ayrı seçkiliyi və mövcud mənfi fikirlər, xüsusən müəllim hazırlığında, orta və ali məktəblərdə və icmalarda qadınların peşəsi ilə bağlı stereotip təsəvvürlərin olması, uşaqlara qayğı müəssisələrinin olmaması, tədris materiallarında daimi gender stereotiplərindən istifadə olunması və ali məktəblərdə oxuyan qadınların sayı ilə əmək bazarının dinamikası arasında olan əlaqəyə lazımi səviyyədə diqqət yetirilməməsi kimi amillər maneçilik törətmişdir. Bir çox icmaların uzaqda yerləşməsi və bəzi hallarda məvacib və imtiyazların səviyyəsinin aşağı olması təhsil sahəsinə mütəxəssislərin cəlb edilməsini çətinləşdirir ki, bu da təhsilin keyfiyyətinin aşağı düşməsi ilə nəticələnə bilər. Bundan əlavə bir sıra ölkələrdə iqtisadi, sosial və infrastruktur maneələri və ənənəvi ayrıseçkilik qızların məktəbə davamiyyət göstəricilərinin aşağı olmasına gətirib çıxarır. Bir sıra inkişaf etməkdə olan ölkələrdə iqtisadi, sosial və səviyyələrdə qadınlara qarşı qeyri-bərabərliyin daha da kəskinləşməsinə səbəb olan savadsızlığın azaldılmasında az da olsa tərəqqi müşahidə olunur. Bu ölkələrdən bəzilərində struktur dəyişilikləri qaydalarının qeyri-müvafiq tərtibat və tətbiqi təhsil sektoruna xüsusi kəskin təsir göstərib ki, bu da təhsil infrastrukturu sahəsinə investisiya qoyuluşunun azalması ilə izah olunur.

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin