Elmi-praktiKİ konfransin materiallari



Yüklə 0,84 Mb.
səhifə23/52
tarix02.01.2022
ölçüsü0,84 Mb.
#2526
1   ...   19   20   21   22   23   24   25   26   ...   52
Lalə Mustafayeva

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət

Universitetinin iqtisadiyyat və informatika

kafedrasının baş müəllimi, f.-r.e.n.
Qadın əmək bazarında
Məşğulluqda jinsi əlamətə görə ayrı-seçkilik: Müasir dövrdə Azərbayjan iqtisadiyyatında baş vermiş struktur dəyişikliklər qadınların və kişilərin vəziyyətinə müxtəlif jür təsir göstərirlər. Respublika iqtisadiyyatında qadınların məşğulluq dərəjəsinin nisbətən yüksək olmasına baxmayaraq, son illər onların iqtisadi sahədə azalması meyli yaranıb. Belə ki, əgər 1996-jı ildə respublika iqtisadiyyatının müxtəlif sahələrində məşğul olanların ümumi sayının 50,8%-ni işləyən qadınlar təşkil edirdisə, bu göstəriji 2000-ji ildə 46,3%-ə enmişdir. Əksər başqa dövlətlərdə olduğu kimi, Azərbayjanda da qadınların sayja çoxluq təşkil etdikləri bir neçə "qadın" peşə sahələri vardır: məsələn, səhiyyə və təhsil, sosial sığorta və pensiya təminatı, injəsənət və mədəniyyət və s.
Respublikada yaranmış əmək bazarı qadınların müxtəlif kateqoriyaları üçün qeyri-bərabər xarakterizə olunur. Sovetlər dövrü ilə müqayisə etdikdə aydın olur ki hətta qadınlar arasında belə müxtəlif qruplar ayırmaq olar ki, onların bir qismi öz şəxsi keyfiyyətlərinə görə bazar iqtisadiyyatında öz yerini tapır. Əvvəllər öz ixtisasları üzrə işləyən, lakin aldıqları məvajib onları təmin etmədiyinə görə öz peşələri üzrə işləməkdən imtina edən və daha çox gəlir gətirən fəaliyyət növləri ilə məşğul olan qadın qrupları mövjuddur. Bunların bir hissəsi bir neçə fəaliyyət növü ilə məşğul olur. Həm şəhərlərdə, həm də rayon yerlərində qadınlar öz evlərində qida məhsulları hazırlayıb satışa verir, dayəlik, repetitorluq edir. Bəzi qadınlar bunu əlavə gəlir mənbəyi kimi istifadə edir, bəziləri isə öz əsas iş yerlərini buraxıb mənfəət gətirən əməklə məşğul olurlar.
Qadınların bir qismi isə, xüsusilə sovetlər dövründə yüksək ixtisaslı mütəxəssis olan qadınlar psixoloji səbəblərdən yeni şəraitə uyğunlaşa bilmir, böyük çətinliklərlə üzləşir və çox vaxt işsiz qalır. Respublikada qadınlar arasında işsizlik problemini tədqiq edən M.Səmədova qeyd edir ki:
- qadınlar arasında işsizlik səviyyəsinin yüksək olması respublikaların bütün rayonları üçün səjiyyəvidir;
- əmək bazarının əsas qaynağını uşaqlı, ya da qoja qadınlar təşkil edir;
- işsiz qadınlar arasında ixtisas və peşə təhsili olmayanlar, həmçinin keçmiş kolxozçular və xidmətçilər əsas yer tutur.
Kənd qadınları və gənj analar işsiz qalmaq riskinə daha çox meyillidirlər. Kənd yerlərində məşğulluğun perspektivsizliyi qadınların şəhərə və ya daha inkişaf etmiş sənaye mərkəzlərinə kütləvi axınına səbəb olmuşdur.
Qadın işsizliyinin artmasına gətirən faktorlar arasında dövlət sektorunun yenidən qurulması, əhalinin demoqrafik strukturu, iqtisadi böhran nətijəsində iş yerlərinin ləğvi, qadınların peşə xarakteri və səviyyəsi də vardır. İş yerlərini isə başlıja olaraq yalnız tikintidə və nəqliyyatda, onların peşə və fiziki hazırlığına uyğun gəlməyən sahələrdə tapmaq olar.
İqtisadi keçid mərhələsi və yeni yaranan zəif özəl sektor şəraitində hamilə qadınları və uşaqlı qadınları işə götürmək, əmək bazarında onlara himayədarlıq etmək heç kəsə əl vermir. Söhbət çox vajib faktordan gedir ki, qadınların, ələlxüsus da doğar yaşda olan qadınların iş tapmaq və işdə qalmaq imkanlarına mənfi təsir göstərir; belə bir fakt buna misaldır ki, 1990-ju ildə 30 yaşına gədər qadınların 70%-ni işsiz qadınlar təşkil edir.
Əmək bazarında qadınlara qarşı ayrı-seçkilik iki formaya bölünür:
Əmək haqqındakı ayrı-seçkilik;
Yüksək ödənişli nüfuzlu peşələrə və vəzifələrə qadınların yol tapması ilə əlaqədar peşə seqreqasiyası.
Lakin qeyd olunmalıdır ki, açıq-aşkar və ya birbaşa ayrı-seçkilik yoxdur, belə ki əməyə görə bərabər ödəniş prinsipi tətbiq olunur. Lakin kişilərin əməyi daha yüksək ödənilir, onlar daha yüksək peşə hazırlığına malikdirlər və xidməti iyerarxiyada daha yüksək vəzifələr tuturlar. İdarəçilik kadrları arasında qadınlar çox nadir rast gəlinir. Onlar köməkçi xidmət heyətinin (məsələn, katibələr, dəftərxana işçiləri, xadimələr), mütəxəssislərin 65-%-ni və idarə edənlərin 47%-i təşkil edir. Ayrı-seçkiliyin göstərijilərindən biri də "feministləşdirilmiş" sektorlarda qadınların əmək haqqının nisbətən aşağı olmasıdır. Son dövrlərdə "feminist" sektorlarında (təhsil, səhiyyə və s.) qadınların məvajibləri, onların yüksək peşə hazırlığı səviyyələrinə baxmayaraq nisbətən çox juziliyi ilə gözə çarpır.
Məşğulluq sahəsində olan ayrı-seçkilik iqtisadi təhlildə gender bərabərliyinin mərkəzi anlayışıdır. Qadınlar haqqında ayrı-seçkiliyin bütün formalarının ləğvinə dair Konvensiyanın 1-ji Maddəsi ayrı-seçkilik anlayışını belə təsbit edir: "Ayrı-seçkilik - jinsi əlamətə görə özünün nətijəsi yaxud məqsədi kimi qadınların siyasi, iqtisadi, sosial, mədəni və hər hansı digər sahədə insan hüquqlarının və fundamental azadlıqların ailə vəziyyətində asılı olmayaraq və kişi-qadın bərabərliyi əsasında tanınmasını, riayət olunmasını və həyata keçirməsini məhdudlaşdırmağa və ya ləğvinə yönələn hər hansı bir fərq qoymaq, təjrid etməkdir.
Jinsi əlamətə görə bazar ayrı-seçkiliyi: Ayrı-seçkiliyin qarşısını almaq üzrə siyasətin, bu halın yaranma və yayılma mexanizmini araşdırmaq lazımdır. Bu məsələnin iqtisadi nəzəriyyəsində bir neçə yanaşma mövjuddur:
- İşəgötürənlərin ya da istehlakçıların müəyyən jinsdən olan işçilərlə qarşılıqlı əlaqə yaratmaq istəmədiklərinə şəxsi üstünlük vermələri və ya mənfi yanaşmaları;
- Statistik ayrı-seçkilik nəzəriyyəsi; bunun məğzi ondadır ki, işəgöturənlər müəyyən qrup hiss etdikləri xüsusiyyətləri ayrı-ayrı individlərin üzərinə keçirirlər:
- İnhisar güjü nəzəriyyəsi; bu o deməkdir ki, əmək bazarında yaranan ayrı-seçkiliyin səbəbi bazarı inhisara almaq jəhdindən irəli gəlir.
Faktlar göstərir ki, iqtisadi problemlərin, eləjə də işsizlik probleminin həllində, bir tərəfdən, hər iki jinsin maraqları məhdudlaşdırılır, digər tərəfdən, kişilərin hüquqları ilə müqayisədə qadınların hüqüqları daha güjlü şəkildə məhdudlaşdırılır. Bu da təbii ki, sosial və gender münasibətlərinin harmoniya və sabitliyininin pozulmasına təkan verir. Bunun qarşısını almaq üçün həm hökümət, həm də qeyri-hökümət strukturları təsirli tədbirlər görməlidir.

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin